Xüsusi Pedaqogikanın əsas kateqoriyalarından birini də “Dayaq-Hərəkət Aparatı Pozulmuş Uşaqlar” təşkil edir.Bu kateqoriyanın əsas kontingentini isə Uşaq Serebral İflic-i təşkil edir.USİ müxtəlif təsirlər nəticəsində baş beyindəki hərəkət mərkəzlərinin zədələnməsi ilə meydana çıxır.USİ-nin pataloji,anatomik və klinik təsvirini verən M.Y.Britian qeyd etmişdir ki,bu xəstəlik zamanı təkcə hərəkət sferası deyil həmdə intelekt,nitq,görmə,eşitmə və digər sahələr də zərər çəkir.
USİ zaman aşağıdakı sahələrdə problemlər də qeyd olunur.
Görmə-Bu sahədə ən çox rast gəlinən problem çəpgözlükdür.Bir çox körpələr bəzən çəp baxa bilərlər.Amma bu müəyyən müddət keçdikdən sonra bərpa olunur.6 aydan böyük çəpgöz uşaqlar isə mütləq həkimə aparılmalıdır.Çünki bunu təxirə salmaq uşağın yalnız 1 gözündən istifadə edə biləcəyi mənasına gəlir.Bəziləri əməliyyatla qaydasına düşə bilər.Bir qismində isə həkimin rəyi ilə təyin olunan eynək kömək edir.
Beyində görmə funksiyasına nəzarət edən 1 çox mərkəz vardır.USİ-li uşaqlarda isə bu mərkəzlər çox vaxt zədələnmiş olur.Bundan başqa kiçik yaşdan etibarən düzgün fiziki inkişaf etməyən,boynunu düz tuta bilməyən,əl-göz koordinasıyası olmayan uşaqda görmə inkişafdan geri qalır.Bunun üçün də qüsurun erkən aşkarlanması və müdaxilə edilməsi vacibdir.USİ-li uşaqlarda görməni nisbətən inkişaf etdirmək üçün:
-mütamadi olaraq onun ətrafı dərk etməsi üçün eşitmə,görmə,taktil duyğularından istifadəsini təmin etmək
-Danışarkən üzünüzü uşağa yaxınlaşdırıb danışmaq
-Olduğu mühiti kifayət qədər az və sadə əşyalarla təmin etmək.Çünki çox və qarışıq əşya uşağın görmə qavramasını ləngidir.
Eşitmə-Bəzi uşaqlarda,xüsusilə atetoid serebral iflicli uşaqlarda eşitmə problemləri sıx görünür.Eşitmə probleminin olması uşaqda nitq inkişafını da ləngidir.Əgər azda olsa uşaqda eşitmə probleminin olduğundan şübhələnirsizsə həkimə müraciət edin.Bəzən təyinatlı eşitmə cihazları ilə problem aradan qaldırılır.
Qidalanma-Qidalanma dil,dodaq və boğaz əzələlərinə nəzarət etmə funksiyası ilə bağlıdır.USİ-li uşaqlarda əzələ tonusu zəif olduğu zaman çeynəmə və udma ilə bağlı problem ortaya çıxır.USİ-də qidalanma problemləri uşağın elə ilk günlərindən meydana çıxır.Əmmə refleksinin inkişafsızlığı ilə əlaqadar olaraq uşaq ana südünü qəbul edə bilmir,qida ağzında axaraq xaricə ifraz olunur.Dodaq əzələ sisteminin pozulması ilə əlaqadar olaraq uşaq əmziki götürmək üçün dodaqlarını önə uzada bilmir,tez-tez tıxanır,ağız suyu çoxalır.USİ üçün çeynəmə ən mürəkkəb proses hesab olunur.Çünki bu funksiyalar çənə əzələlərinin çevirici hərəkətlərini,dilin hərəkətliliyini,dodaq və yanaqların yığılmasını tələb edir.Bütün bu problemlərə baxmayaraq valideynlər uşağın kifayət qədər yeməsini təmin etməlidirlər.Xüsusilə bərk qidaların uşaq tərəfindən qəbul edilməsi üçün çox çalışmalıdırlar.
Danışmaq bacarığı-Artikulasyon üzvlərdə olan əzələ spastikliyi və beyinin nitq mərkəzlərinin zərər görməsi bu uşaqlarda nitq ləngiməsinə,nitq inkişafsızlığına gətirib çıxarır.Ən çox rast gəlinən nitq qüsuru dizarteriyadır.Görülmə sıxlığı 31-88% arasındadır.Əsas əlaməti artukilasiyanın pozulması,nitqin tepminin,ritminin və intonasiyasının pozulmasıdır.USİ zamanı,alaliya,anartriya,kəkələmə və mutizm,oxu və yazı pozulmaları və.s kimi nitq qüsurları da meydana çıxır.Amma istənilən halda düzgün təşkil edilmiş korreksiya işi ilə uşaqları azda olsa nitq bacarıqlarına yiyələndirmək olar.
Böyümə-Qidalanma ilə bağlı olan problemlərə görə bu uşaqlarda yaşıdları ilə müqayisədə çəki azlığına da rast gəlinir.Hemiparetik formalı uşaqlarda zədələnmiş ayaq və əl digər əl-ayağa nisbətən daha nazik və daha qısadır.
İntelektual İnkişaf-təbii ki,danışa bilməyən uşaqda intelektual inkişafda gerilik olması gözlənilən haldır.Ətraf aləmi dərk etmək üçün lazım olan üzvlərin fəaliyyətsizliyi uşaqda əqli problemlər yaradır.Amma bu o demək deyildir ki,USİ-li uşaqların hamısında intelektual inkişaf ləngiyir.Yüngün formalı USİ-lərin əksəriyyətində intelekt yaxşı vəziyyətdədir.
Şəxsiyyət və davranış problemləri-Fiziki məhdudiyyətli olmaq,həmyaşıdları kimi qaçıb,tullana bilməyən uşaqda birmənalı olaraq özgüvən əksikliyi yaranır.Bu uşaqlar öz qüsurlarından sıxılaraq bəzən özlərini tamamilə cəmiyyətdən təxris edirlər.Hərəkət məhdudiyyəti bəzən onları başqalarının köməyinə möhtac edir.USİ-li uşaqlar xüsusilə yetkinlik yaşına çatmışlar bundan dərin psixoloji sarsıntı keçirə bilərlər.Bir qrup isə sanki ətrafını günahlandıraraq öz yaxınlarına qarşı aqressiya göstərə bilər.Bu uşaqlar çox vaxt səbrsiz və aqressiv olurlar.
Epilepsiya-Epilepsiya krizləri müxtəlif yaşlarda meydana çıxa bilər.Xüsusilə nəzarətsiz və uzun müddət davam edən krizlər beyinə ciddi ziyan vurur.Epileptik krizlər müəyyən dərman preparatlarının köməyilə nəzarətdə saxlanıla bilər.
Kriz anında etməli olduqlarımız:
-od,elektrik,kəsici,deşici kimi vasitələrdən uzaqlaşdırmaq
-əyni qalındırsa bir qədər naziltmək
-Tüpürcəyin ağızdan çölə axması və daha yaxşı nəfəs alması üçün yana doğru uzatmaq
-Kriz bitənə qədər yanında qalmaq
-krizdən sonra huşsuz vəziyyətdə ola bilər,bu zaman yatmasını təmin etmək.
-kriz anında əsla və əsla uşağın ağzına su və ya digər qida tökmək olmaz..
Nuray Lətifzadə