Düşüncə Jurnalı

header photo

ƏN MARAQLI PSİXOLOJİ TƏDQİQATLAR

20-04-2015

Psixologiya elmini sürətli şəkildə irəlilədən tədqiqatlar, əsasən ingilis dilində “case study” deyə təbir edilən hadisələrdir. Xüsusilə, aşağıdakı nümunələrdə bəhs edəcəyimiz ilk proseslər, elm adamlarının beyin və insan psixologiyasının fəaliyyəti ilə bağlı öncədən bilinməyən məlumatları əldə etməyə kömək etmiş, bu ekstrimal vəziyyətlər psixologiya elminə böyük töhvələr vermişdir. Bu yazıda psixoloji tədqiqatlarda önəmli faktorlara zəmin yaradan ən maraqlı psixoloji hadisələri nümunələr şəklində ifadə edəcəm.

phineas-gage-2

1.Phineas Gage – Kəllə qutusundan dəmir çubuq keçən şəxs 1948-ci ildə yaşamış Phineas Gage, son dərəcə təmkinli bir dəmiryol işçisidir. Bir gün Phineas Gage barıtı daşa tətbiq edərkən dəmir çubuq istifadə edir. Lakin barıt anidən partlayır və dəmir çubuq Phineas Gage`in sol yanağından girib, kəllə qutusunun sağ nahiyəsindən çıxır. Bu ağır qəzadan dərhal sonra

phineas_gage_kafatasi

Phineas Gage heç bir fiziki narahatlıqdan şikayətlənmir. Hətta dərhal ayağa qalxıb, danışmağa başlayır. Buna baxmayaraq, Gage`in şəxsiyyət strukturu tamamilə dəyişir: beynin ön bölgəsini (prefrontal cortex) zədələyən dəmir vasitəsilə Gage artıq planlama, strateji düşünmə və özünə nəzarət kimi davranışlardan məhrum olmuşdu. Davamlı vulqar sözlərdən istifadə edir, dava salır və çox impulsiv hərəkətlər edirdi. Gage, dəmiryolundakı işindən çıxıb, sirkdə tamaşalara qatılır, artıq qəzibə fiziki görünüşü və şəxsiyyətindən dolayı sirk aktyoruna çevrilmişdi. Phineas Gage, Dr. Harlow ilə çalışıb və Harlow beynin ön payının (prefrontal cortex) insanda hansı səlahiyyətləri ehtiva etdiyini Gage sayəsində araşdırıb və sübut etmişdir.

Genie_(feral_child)

2.Genie – Vəhşi uşaq - Genie, dünyada nadir hallarda rast gəlinən “vəhşi uşaq” nümunələrinin ən yaxın zamana aid olan və ən çox araşdırılan formasıdır. “Vəhşi uşaq” termini, mədəniyyətdən uzaqda, təbiətdə və ya insan faktorunun çox az olduğu bir mühitdə böyüdülmüş və uşaqlıqda otağa salınaraq istismar görmüş uşaqlar üçün istifadə edilir.

Genie, 1970-ci ildə 13 yaşında olarkən tapılıb. Genie`nin başına gələnlər olduqca qorxulu və uşaq istismarının ən neqativ nümunələrindəndir: atası, Genie`də zəka geriliyi olduğuna inanaraq onu otağa əşya şəklində salıb və Genie nə zaman səs salsa onu vururmuş. Genie ilk tapıldığı zamanlarda, motor funksiyaları son dərəcə aşağı olan, qeyri-sağlam və danışmayan bir uşaq olub. Psixoloqlar dərhal bu prosesin maraqlı olmasının fərqinə varıb, onu tətqiqatlarında istifadə ediblər. Genie, tədqiqatçıların nəzarəti altında zamanla müəyyən qədər sağalmış və müəyyən qədər danışmağa başlamışdır. Lakin tədqiqat müddəti bitdikdən sonra Genie yenidən baxım evlərinə göndərilir və öncəki danışmayan vəziyyətinə geri qayıdır…

Genie_Vahsi_Cocuk_EgitimilkCom

Hazırda 57 yaşı olan Genie`nin vəziyyəti olduqca ağırdır. Psixoloji olaraq bitkindir və insanlarla qətiyyən danışmır, ünsiyyət qurmur. Psixoloqlar isə Genie sayəsində uşaqların zəka inkişafında gedən proseslərin və dil öyrənmək üçün olan kritik mərhələlərin əhəmiyyətini tapıblar. Genie özünə gəldikcə ondan olan sevimliliyin fərqinə varan bəzi psixoloqlar onu övladlığa götürmək istəyib, lakin heç biri buna tam olaraq cəsarət edə bilməyib.

Albert-and-rabbit-1024x718

3. Little Albert – Klassik şərtləndirmənin ilk qurbanı

Little Albert nümunəsini psixologiyada etikaya verilən əhəmiyyətin artmasını təmin edən ən əhəmiyyətli araşdırmalardan biri olaraq qeyd edə bilərik. Bihevioral psixoloq James Watson, bu sahədə apardığı tədqiqatlarda insanın qorxularının sonradan qazanıldığına dair müşahidə apardıqda, bu tezisini tədqiqat laboratoriyalarında aparmağa qərar verdi. Sağlam uşaq olan Albert`i bir çox psixoloji testə tabe edir və heç bir qorxusunun olmadığını müşahidə edir. Bundan sonra Watson, etikanın bütün tələblərindən uzaq tədqiqatına başlayır: Albert`də sonradan qazanılmış qorxular yaratmaq məqsədiylə Alber`in daha əvvəllər varlığından qorxmadığı siçan, dovşan və bəzi oyuncaqlarını, onun arxasında yüksək səslə çalınan “Gong!” səsi ilə birləşdirir (bu klasik şərtləndirmə üsuludur). Gong səsi və oyuncaqların eyniləşdirilməsi artdıqca, artıq Albert adi oyuncaqların sadəcə varlığından belə qorxaraq ağlamağa, titrəməyə və müəyyən fizioloji simptomlar göstərməyə başlayır. Bu tədqiqat Albert`in psixologiyası üçün son dərəcə yorucu idi. Uşaq artıq yalnız qalanda belə vahimədə olurdu. Mənfi hallardan biri ondan ibarət idi ki, tədqiqatı aparan psixoloqlar, Albert`in ruh sağlamlığı üçün reabilitasiya müddətinə başlamırdılar.

Anna_O_Kimdir_EgitimilkCom

4. Breyer`in İsteriyası – Anna O

Anna O, əsl adı ilə Bertha Pappenheim, Freyd`in da müəllimi olmuş Joseph Breuer`in xəstəsidir. Anna O, əslində tibb doktoru olan Breuer`ə bədənində olan paraliclər, öskürmə, görmə və nitq pozuntusu, hallüsinasiya və şüur itkisi kimi narahatlıqlarla müraciət etmişdi. Breuer, Anna O`ya “histeriya” diaqnozu qoyur. İsteriya, konversion xəstəliyidir. Yəni, zehni narahatlıqların, basdırılan duyğuların domatik xəstəliklərə və reaksiyalara səbəb olan psixoloji narahatlıqdır. Anna O`nun terapiyasında ilk əvvəl hipnoz tətbiq edən Breuer, xəstəsinin öz-özünə danışdığını anladıqda, hipnozdan vaz keçib onu “nitq terapevti” ilə malicə etməyə qərar verir. Hazırda bildiyimiz kimi psixoanalizin ilk nümunəsinin təməlini qoyur.Anna O, terapiya seanslarında Breuer`ə ağlına nə gəlirsə danışaraq zaman keçdikcə vəziyyətində böyük irəliləyişlərə nail olur. Lakin, psixoanalizdə xəstənin, ən dərin arzularını terapevtinə əks etdirdiyi perenos (transfer) , Anna O ilə Breuer arasında da baş verdikdə Anna O Breuer`dən hamilə olduğunu düşünməyə başlayır və ürək bulantıları hiss edir. Bu nöqtədə Breuer, ailə başçısı olaraq reputasiyası üçün Anna O`nu müalicə etməyi buraxır. Bu andan sonra Anna O`kı bütün klinik göstəricilər geri inkişaf edir və əvvəlkindən daha ağır bir vəziyyətə düşür. Sonda isə psixiatrik klinikaya göndərilir.

Bütün bu etik prinsiplərdən uzaq tədqiqatlara baxmayaraq, hazırda bütün psixoloq və konsultantlar “Zərər vermə” (Do no harm) prinsipi ilə terapiyalar və tədqiqatlar aparırlar.

Nərmin Quliyeva

Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

pcc.az

Go Back

Sorğu göndər