Düşüncə Jurnalı

header photo

Panik Atak və Ölüm Qorxusu

29-06-2016

Panik atak nədir?

Kriz anında sanki öləcəm, ruhum bədəndən ayrılır, həqiqətən ölürəm? bu kimi suallar onları daima narahat edir. Panik atak gözləmədiyimiz bir anda baş verir və 10-30 dəqiqə davam edir daha sonra isə öz-özünə keçir.

Panik atakın göstəriciləri nələrdir ?

* Tərləmə

* Ürək döyüntüsünün artması, tez-tez vurması

* Nəfəs darlığı və boğulma hissi

* Baş fırlanması

* Üşümə yaxud istilik basması

* Titrəmə

* Sinədə sıxışma və ağrılar

* Ürək bulanma və qarın ağrısı

* Uyuşma

* Ölüm qorxusu

Bu göstəricilərdən ən az 4 və daha çox elamet panik atak anında baş verir ! Ataklar davamlı olmağa başlayır və insan hər dəqiqəsini qorxu içərisində yaşayır. Insanlar yaşayış tərzini dəyişir. Insanların çoxluq təşkil etdiyi məkanlara getmirlər, metro, avtobus, təyyarə, qatar və s. nəqliyyat vasitələrindən istifadə etmirlər. Ataklara yol aça bilən qidaları qəbul etmirlər. Ataklara görə evdən çıxanda dərmanlar götürürlər, əllərində daima su gəzdirirlər, tək qala bilmirlər, çölə tək çıxa bilmirlər, vaxtlarını daha çox xəstəxana yaxud əczaxana yaxınlarında keçirməyə üstünlük verirlər və s. Bir sözlə, həyatını dəyişməyə başlayırlar. Bəs həyat belə davam edərmi ? Təbii ki, yox !

Panik atakın 2 müalicə üsulu var:

1. Dərman terapiyası

2. Psixoterapiya (koqnitiv-bihevioral terapiya)

Bu müalicədə psixiatr və psixoloq vəhdət şəklində müalicəni davam etdirir.

Aytən Əlizadə

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

Sorğu göndər