Tiramisu
ƏRZAQLAR
1 qutu “kedi dili” biskviti
1 stəkan şəkər tozu
2 stəkan kofe
2 ədəd yumurta
200 qram “labne” pendiri
300 qram krem şanti
Bir qədər kakao
HAZIRLANMASI
1. Yumurta və şəkəri mikserlə qarışdırın. Sonra üzərinə “labne” pendirini də əlavə edib yaxşıca
qarışdırın. Bir az çaldıqdan sonra “Krem Şanti”ni də oraya əlavə edib, 10-15 dəqiqə də qarışdırın.
Sonra həmin qarışığı soyuducuya qoyub 1 saat saxlayın.
2. Kofeni 1 stəkan qaynar suda həll edin.
3. “Kedi dili” biskvitlərinin yarısını tək-tək suda əritdiyiniz kofedə isladıb qabın alt dibinə düzün.
Üzərinə hazırladığınız kremin yarısını yayın. Qalan biskvitləri də kofedə isladıb kremin üstünə
düzün və qalan kremi də əlavə edib yayın.
4. Hazırladığınız tiramisunu ən azi 2 saat soyuducuda saxladıqdan sonra üzərinə kakao səpin.