Düşüncə Jurnalı

header photo

"VALİDEYNLİK MƏKTƏBİ" - Valideynlər üçün sosial-psixoloji layihə

28-01-2016

Narınc Uşaq Psixologiya Mərkəzi və Psixologiya və Konsultasiya Mərkəzindən yeni bir layihə daha!!!!

"VALİDEYNLİK MƏKTƏBİ"

Uşaqlarımıza öyrətdiyimiz hər şeydə bizdən bir parça vardır.


Ana-ata olmağı yaşayaraq öyrənirik. Əmin olun ki, bu gün uşaqlarımızda ortaya çıxan hər hansı bir problemin kökündə mütləq və mütləq bizdən hansısa bir iz, hansısa bir parça vardır.
Bu layihə ,Valideynlərin uşaqlarına qarşı müsbət münasibət və davranışlar inkişaf etdirməsinə köməkçi olmaq, ana və atalara uşaqları ilə necə sağlam bir ünsiyyət qura biləcəklərini izah etmək, uşağın inkişaf dönəmindəki fiziki və psixi dəyişmələrini (cinsi tərbiyəyə qədər), bu dövrlərdə valideynlərin onlara necə davranması gərəkdiyini, uşaq və yeniyetmələri maraqlandıran müxtəlif mövzularda valideynləri maarifləndirmək məqsədi ilə qurulan bir proyektdir.

GƏLİN UŞAQLARIMIZA MARRİFLİ, ANLAYIŞLI VƏ ONLARI YAXINDAN TANIYAN VALİDEYNLƏR HƏDİYYƏ EDƏK!


Bu layihə uşaqlarımızın hərtərəfli inkişafı ilə bağlı Peşəkarların Toplaşdığı bir layihədir!!!

 

BU PROEKTDƏ SİZ VALİDEYNLƏR, PSİXOLOQ, PSİXİATR, NEVROPATOLOQ, DİNŞÜNAS, LOQOPED,PEDİATR, OFTALMOLOQ, ORTOPED, GİNEKOLOQ, TERAPEVT, ENDOKRİNOLOQ VƏ S. BİR SÖZLƏ ÖVLADINIZIN PSİXİ VƏ FİZİKİ İNKİŞAFINI TAM OLARAQ ƏHATƏLƏYƏCƏK SAHƏLƏR ÜZRƏ PEŞƏKAR MÜTƏXƏSSİSLƏRİN TƏQDİMATINDA SEMİNARLAR, TƏLİMLƏR KEÇƏCƏKSİNİZ!!!

 

Sırf VALİDEYNLƏR üçün nəzərdə tutulmuş bu layihə 2 ay ərzində davam edəcəkdir!!

 

7 həftə - 14 seminardan ibarət olan MƏKTƏBİMİZƏ QEYDİYYATI QƏBUL OLUNAN İŞTİRAKÇILAR HƏR HƏFTƏ KEÇİRİLƏCƏK SEMİNARLARIMIZDA İŞTİRAK ETMƏLİDİRLƏR!

 

2 ayın sonunda kiçik bir imtahan verərək iştirakçılarımız xüsusi DİPLOMLA təltif olunacaqlar!!!!

 

Bu layihəmizə qoşulmaq üçün aşağıdakı ONLAYN QEYDİYYAT FORMUNU doldurmalısınız!!!!

 

http://goo.gl/forms/AguZGavoVX

 
İŞTİRAK ÖDƏNİŞSİZDİR!!!!

Go Back

Sorğu göndər