Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Maraqlı"

Dünyanı dəyişən 10 kitab

Yəqinki çoxlarınızda bu kitablarin hansilar olduğu haqda təsəvvür yaranır. İstər müqəddəs istərsədə digər elmi kitablar haqqinda qısa da olsa əsas məlumatlar yazılıb. Ümumiyyətlə kitab müasir dünyanın bir parçasıdır. Hər gün bütün dünyada milyonlarla kitab çap edilir, satılır, müzakirə edilir və s. Amma bəzi kitablar var ki, onlar insanların, xalqların həyatında mühüm rol oynayıb və belə kitablar dünyanı dəyişib. Bu gün sizə dünyanı dəyişə 10 kitabı təqdim edirik. 

1. “Quran”

“Quran” İslam dininin müqəddəs kitabıdır. “Quran” müsəlmanlar tərəfindın Allahın sonuncu kitabı olaraq qəbul edilir. 1 milyarddan çox insan islam dininə tapınır və təbii ki, “Quran” dünyanı dəyişən kitablardan biridir.

2. “İncil”

Şübhəsiz “İncil” qədər dünyanı dəyişən ikinci kitab tapılmaz. Bu kitab yaranmasından 2 əsr sonra bütün Roma İmperiyasını bütpərəstlikdən xilas edib və imperiya əhalisi xristianlığı qəbul edib. O zamandan bəri xristianlıq dünyanın ən çox tərəfdara sahib dinidir.

3. “Kommunist Manifesti” – Karl Marks və Fridrix Engels

Marks və Engelsin bu traktatı tarixdə ən çox iz qoyan siyasi əsərlərdəndir. Manifest proletariatı  burjua ictimai quruluşunu devirməyə və nəticədə bütün insanların bərabər olduğu sinifsiz bir quruluş yaratmağa çağırırdı.

4. “Millətlərin sərvəti” – Adam Smit

Bu kitab müasir dünya iqtisadiyyatı anlayışını formalaşdırıb – azad iqtisadiyyatı və rəqabəti. Kitabda Smit görünməz əl prinsipini irəli sürür, öz marağını güdmənin ümumilikdə cəmiyyətə faydalı olacağını deyir.

5. “Növlərin Mənşəyi” – Çarlz Darvin

Kitab növlərin təkamülünün öyrənilməsində əvəzsiz rol oynayıb. Əsərdə növlərin zamanla təbii seçimi və yeni növlərin meydana gəlməsindən bəhs edilir. Bir çox dini inanca zidd olduğuna görə, Darvinin nəzəriyyələri çoxlu mübahisələrə səbəb olub.

6. “Riyaziyyatın prinsipləri” – İsaak Nyuton

Nyutonun 1687-ci ildə yazdığı bu əsər müasir fizika və riyaziyyat elmlərinin təməlini qoyub. Kitab 3 cilddən ibarətdir. Burada Nyutonun klassik mexanikanın təməli sayılan sürət qanunu, həmçinin ümumdünya cazibə qanunu haqqında fikirləri yer alır. “Riyaziyyatın prinsipləri” indiyə qədər yazılmış ən əhəmiyyətli elmi əsərlərdən biri sayılır.

7. Qalileyin Dialoqu

Bu kitab əsrlər boyu müzakirə ediləcək “din, yoxsa elm” mübahisələrini başladan kitabdır. Əsər Qalileyin həbs olunmasına və yazıçılıq karyerasına son qoymasına səbəb olub. Həmin dövrdə mübahisələrə səbəb olan isə kitabın elmi təbliğ etməsi yox, Qalileyin Papanı ələ salması idi.

8. “Tarix” – Herodot

“Tarix” qədim dünya haqda biliklərimizin mənbəyi və Qərbdə tarix elminin əsasını qoyub.

Herodotun “Tarix” əsəri Qərbdə tarixlə bağlı ilk  əsər hesab olunur. Eramızdan əvvəl 440-ci ildə yunanca yazılan “Tarix” Yunan-fars müharibəsindən, V əsrdə Yunanıstanın şəhər-dövlətlərindən bəhs edir.

9. “İkinci cins” – Simon de Bovuar

“İkinci cins” Simon de Bovuarın ən məşhur əsəridir. Bu kitab feminizmin əsas kitablarından sayılır. Kitabda Bovuar qadınlarla tarix boyu “ikinci cins” kimi davranıldığını iddia edir.

10. “Yuxu Yozmaları” – Ziqmund Freyd

“Yuxu yozmaları” Freydin psixoanalizə ən böyük töhvəsi hesab olunur. Kitab ilk vaxtlarda çox az satılıb, hətta ilk 600 nüsxənin satılması üçün bir neçə il lazım olub. Freyd kitaba azı səkkiz dəfə yenilik edib.

Müəllif: Nərmin Məmmədova/ann.az

Go Back

Bu günün işini sabaha saxlamayın

İnsanların yerinə yetirməli olduğu işləri sonraya saxlamağının, təxirə salmağının səbəbi zaman qavrayışındakı illüziya imiş.

Bu barədə tədqiqat işi və onun nəticələri "Journal of Consumer Research"`də qeyd olunub. Demək, tədqiqat işi bundan ibarət olub: Təcrübədə iştirak edənlərdən bank hesabı açmaq tələb olunub. Bəzi iştirakçılara bunun üçün iyun ayından dekabr ayına qədər, bəzilərinə iyuldan yanvar ayına qədər müddət tanınıb.

Tanınan müddət hər qrup üçün bərabər (6 ay) olsa da dekabr ayına qədər zamanı olanların bank hesabı açmaqda daha zirək davrandığı müşahidə olundu. Tədqiqatçılar yanvar ayına qədər vaxtı olan iştirakçılarda il dəyişəcəyindən, "hələ çox zamanım var" fikri formalaşdığını və işi bu səbəbdən təxirə saldıqlarını vurğuladı. Tədqiqatın nəticəsi onu göstərdi ki, bir işin yerinə yetirilməsi üçün tanınan müddət nə qədər uzun qəbul edilsə işin təxirə salınma ehtimalı bir o qədər çox olacaq.

Zaman qavrayışının qarşıya qoyduğumuz hədəflərə çatıb-çatmamaq məsələsində də müəyyən rol oynadığını deyən tədqiqatçılar "bu günün işinin sabaha buraxılmaması" üçün bəzi təkliflər irəli sürdü:

Hədəfiniz 50 kq arıqlamaqdırsa buna '5 kq arıqlamaq istəyirəm' deyə başlayın. Hədəflərinizə çatmaq üçün konkret tarix bəlirləyin. 'Pul yığmaq istəyirəm' yerinə 'çərşənbə günündən etibarən pul yığmaya başlayacam' deyin.

Hədəflərinizi konkretləşdirin. 'Sağlam olmaq istəyirəm' demək yerinə bu gün 30 dəqiqə gəzməyə başlayın.

 

dushunce.az

Go Back

Utananda üzümüz niyə qızarır?

Üzümüz duyğularımızın ortaya çıxdığı bir bölgədir. Sevinc, üzüntü, qayğı, əsəbilik, utanma kimi duyğularımız üzümüzdəki ifadə və üz rəngimizin dəyişməsi ilə özünü büruzə verir.
Bəzən isə duyğularımızı gizlətməli olduğumuz zamanlarda üz ifadəmiz, yanağımızın qızarması bizi ələ verir.
 
Ani üz qızarıqlığı daha çox yanaqlarda və üzün ön bölgəsində ortaya çıxır. Bəzi hallarda qulaqlar, boyun, sinənin yuxarı bölgəsi də qızara bilər. Qızarma ilə birlikdə istilik basma halı da yaşanır.
 
Üz qızarması normal və anormal olaraq iki cür yaşanır.

Normal üz qızarması utanma, səhv hərəkət etmə, pis vəziyyətdə olma, günah işləmək, əsəbilik, həyəcan, narahatlıq kimi duyğu hallarında təbii bədən reaksiyası kimi ortaya çıxır. Belə hallarda insan bədənində adrenalin hormonu ifraz olunur və bədən istiliyi ani olaraq artır. Bədənin ani artan istiliyi simpatik sinir sisteminə təsir edir. Simpatik sinir sistemi üzün qan damarlarını genişləndirərək isinmiş qanı üz bölgəsinə göndərir. Belə halda isinmə hissi və üz qızarması ortaya çıxır. Bir müddət sonra yoxa çıxan bu üz qızarması normal qəbul edilir. 
 
Gündəlik olaraq adi vaxtlarda, səbəb olmadan yaşanan üz qızarması anormal hesab olunur. Deməli, simpatik sinir sistemi çox işləyir və həddən çox həssas olur. Bu insanlarda yuxarıdakı duyğulardan başqa normal hallarda da sistem funksiyası pozulur və çox işləməyə davam edir.
 
Belə qızarma problemi insanın psixoloji halına təsir edirsə, bu, üz qızartısı xəstəliyi adlanır.
Kişi və qadınlarda eyni səviyyədə görülür. 10-20 yaş arasında narahatlıq, əsəbilik və hormonal funksiya ilə bağlı olaraq daha çox görülür. 
 
Spirtli içki, isti və ədviyyatlı yeməklər, isti içkilər, ani olaraq isti, ya soyuq bir yerə girmək, çox isti hava, isti hamam, qızdırma, idman etmək kimi bədən istiliyini artıran hallar da üz qızarmasına səbəb olur.
 
Bəzi xəstəliklərin müalicəsində istifadə edilən dərmanlar, qidalara atılan bəzi qoruyucu kimyəvi maddələr, bəzi şəkər, döş xərçəngi, angina və yüksək təzyiq, sümük xəstəlikləri, prostat xərçəngi üçün istifadə edilən dərmanlar üz qızarmasına səbəb ola bilər.
Üz qızarmasının səbəb olduğu xəstəliklər hansılardır?
 
Rosacea: Bu, qızartıya səbəb olan geniş yayılmış bir dəri xəstəliyidir. Bu xəstəlik zamanı üz damarlarında qalıcı genişlənmə olur. Əsasən yanaq və burun bölgəsində ortaya çıxır. Bəzən gözlərə də təsir edə  bilər. 
 
Hiperhidroz. Bəzi insanlarda üz qızartısı çox tərləmə (üz, əl, qoltuqaltı tərləməsi kimi) ilə birlikdə yaşanır. 
 
Menopauza. Üz qızarması menopauza ilə də bağlı ola bilər. 
 
Karsinoid sindromu. Nadir rastlanan bir xəstəlik olan karsinoid üzdə qızartıya səbəb olur. Bu xəstəlikdə üz qızarması əsasən 20 dəqiqə davam edir, mədə ağrısı, ürək döyüntüsü, ishal halları da yaşana bilər. 
 
Üz qızarması ilə bağlı insanlarda iki fobiya yaşanır:
 
Sosial fobiya - sosial şəraitlərdə ya performans göstərərkən tənqid edilməkdən, ya özünə güvənsizlikdən dolayı insan narahatlıq içində olur və üzü qızarmağa başlayır.
Utancaqlıqla da sıx bağlı olur. 
 
Erotrofobiya - "İndi üzüm qızaracaq" qorxusu ilə həmişə qayğı içində olan bir narahatlıq halıdır. 

lent.az

Go Back

Nəyə görə televizora baxmamalıyıq?

Televiziya yaranmağa başlayanda bir çox insanlar bu hadisəni mədəniyyətin inkişafında son addım kimi qiymətləndirirdilər. Mütəxəssislər bu ixtiradan sonra kitabların, teatr və kinonun yox olacağına əmin idilər. Televizorların ekranlarının ölçüsü nəlbəkidən böyük deyildi. O zamandan çox vaxt ötüb keçib. Bugünkü gündə televizorların böyük rəngli ekranları, həcmli səsləri və digər çox saylı tənzimləmələri var. Lakin incəsənətin təxmin edildiyi növləri yoxa çıxmayıb. Bundan savayı, bugünkü gündə televizorlara baxanlar pis zövqün sahibləri hesab edilirlər. 

Televizora baxmaqdan imtina etmək yüksək mədəniyyətin və intellektin göstəricisi kimi qəbul edilir.

Bizim televiziyada nəyin xoşumuza gəlmədiyini və ondan bir dəfəlik imtina etməyin lazım olub olmadığını araşdıraq.

Televiziya bizim vaxtımızı alır

Əvvəllər tamaşaçılar verilişlərə boş vaxtları olanda baxırdılar. Sonra isə seriallar icad olunur. Və insanlar televizora baxmaqdan boş vaxtları olanda yaşamağa başlayırlar.

Televizor bizi kütləşdirir

Televiziyaya uzun müddətli baxanda o, bizim beynimizi məhv edir. Məlumatların passiv şəkildə qəbul edilməsi və onların sadəcə olaraq qavranılması nəticəsində insanların beyin fəaliyyəti demək olar ki, dayanır. Və beləliklə insan bitkiyə dönür. Bu iddianı təsdiq etmək üçün bir sıra linklər təqdim edə bilərik. Lakin televizora uzun müddət baxdıqdan sonra öz halınızı gözünüzün qabağına gətirin. Biz solğun oluruq, fikirlərimiz qarışıq olur, yuxumuz gəlir. Yəni, TV- zombilər.

Televiziya bizə pis təsir göstərir

Müasir prodüsserlər insanlar üçün qorxu, pul, sevgi macəraları haqqında verilişlərin və filmlərinin daha maraqlı olduqlarını başa düşüblər və insanların bu zəifliklərindən istifadə edirlər. Ekranlarda qorxu filmləri, pul qazanmaq üçün verilişlər, məşhurların şəxsi həyatları haqqında yayımlar üstünlük təşkil edir. Lakin bəzi kanallarda hələ də düşünməyə vadar edən verilişlər qalıb.

Televiziya yayımlarının əksəriyyəti bizim həyatımıza pozitivlik qatmırlar, əksinə bizdə alçaq hisslər oyadırlar.

Məlumat çoxluğu

Televiziya bizə çox saylı məlumat ötürdüyü üçün bizi passivləşdirir. Televizor qarşısında keçirdiyimiz bir günü yada salaq və nəzərdən keçirdək.

İlk növbədə biz filmə baxdıq, sonra şouya, sonra reklamlar, xəbərlər və s. Hər bir reklam fasiləsi, xəbərlərin yayımı müxtəlif qısa süjetlərdən, fərqli hadisələrdən ibarətdirlər. Biz bütün bu məlumatları qəbul edirik və bunlar beynimizdə qarışır. Gün ərzində o qədər lazımsız məlumat alırıq ki, artıq faydalı məlumatlara beynimizdə yer qalmır.

Reklamlar

Həblər, pivə, bank, pivə, qazlı içkilər, həblər, avtomobillər, qəhvə, supermarket, həblər, pivə, Nokia… Və reklamlar beləliklə dairəvi şəkildə davam edirlər.

Bəli, bir sıra hallarda reklamlar bizə faydalı ola bilirlər. Lakin əksər kanallarda televiziya yayımının bir saatının 50%-i reklamlara ayrılır. Bir saat yarımlıq filmə baxmaq üçün bizim iki- üç saata yaxın vaxtımız gedir. Hər hansısa veriliş isə gecənin gec saatlarına qədər davam edə bilir.


banker.az

Go Back

Milyonçu nənədən 5 məsləhət

Dünyanın uğurlu biznes ledilərindən olan Deni Conson beş uşaq anasıdır və bir neçə nəvəsi var.

Trend-in məlumatına görə, ilk dəfə 17 yaşında ana olan Deni 23 ildə ilk milyonunu qazanıb. Hazırda müxtəlif ölkələrə səyahət edən ledi uşaqların tərbiyəsi ilə bağlı məsləhətlər verir. Bu məsləhətlər bir çox insana lazım olacaq.

1. Məqsəd erkən uşaqlıqdan olmalıdır

Zəngin insanlar uşaqlarında məqsədin uşaqlıqdan yaranmasına imkan verirlər. Onlar aparıcı universitetlərin gələcək məzunlarını tərbiyə edirlər. Bu uşaqlar nəticədə istedadlı həkim, hüquqşünas və uğurlu rəhbər olurlar. Amma insanların əksəriyyəti körpələrini "o, hələlik çox kiçikdir", "sonra müəyyən edərik" kimi fikirlərlə tərbiyə edirlər.

Əlbəttə, valideyn gələcəyi haqqında fikirləri ilə uşağın beynini doldurmalı deyil. Amma o, uşağın öz hədəfinə çatmasına yardım etməlidir. Digər tərəfdən, uşaqlara biliklərə sevgini aşılamaq lazımdır. Və nəticədə o, tezliklə öz yolunu seçəcək.

2. Müasir vasitələrdən uzaq

D.Consonun bütün uşaqları öz birinci smartfonlarını 16 yaşlarında alıblar. Onların ilk kompüteri atalarının kompüteri olub. Çox qəribədir ki, milyonçunun evində televizor ümumiyyətlə yoxdur. Amma belə strategiya öz nəticəsini verib.

"Mobil telefon insana öz vaxtını planlaşdırmağa imkan vermir. Televiziya da həyatın şablon modellərini göstərir. Əgər uşaq televizora baxmayacaqsa, onda bu asılılıq ondan ötüb keçəcək", - deyə D.Conson bildirib.

3. Uşaqları işi sevməyi öyrədirik

Uşaqlar onların valideynləri üçün işləməyin necə ağır olması, həmçinin pis kolleqalar və başqa neqativ hallar haqqında daim eşidirlər. Uşaqlar erkən yaşlarından artıq özlərini belə "proqramlaşdırırlar" ki, işləmək nə isə ağır və xoşagəlməz bir şeydir.

Deninin ailəsində uşaqlar artıq iki yaşdan evdə sadə işlərə kömək etməyə başlayırlar. Çünki uşaqlar bilməlidir ki, həyatda heç nə pulsuz olmur. Bu, xarakteri möhkəmləndirir.

Milyonçu ana uşaqlara erkən yaşdan əməyi sevməyi öyrətməyi məsləhət görür.

4. Xərcləmək, yoxsa toplamaq daha yaxşıdır?

Bir çox valideynlər uşaqlarına ehtiyac olmadan pul xərcləməməyi öyrətmək istəyirlər. Milyonçu ananın evində belə qayda var: kim 10 dollar yığacaqsa, daha 10 dollar qazanacaq. Uşaq lazımi məbləği yığdısa, onu yalnız faydalı şeylərə xərcləyə bilər. Məsələn, bu, inkişafa imkan yaradan musiqi aləti, velosiped, stolüstü oyun ola bilər. Deni uşaqlarına belə öyrədir: "Yeni şeyləri ona görə almaq lazım deyil ki, onu başqaları da alır. Bu, mənasızdır".

5. Əliaçıq ol

Uğurlu insanlar, bir qayda olaraq, əliaçıq olurlar. Onlar bölüşməyə həmişə şaddırlar. Deninin uşaqları qazandıqları pulların 10%-ni kasıblara verir, pulun 30%-ni isə özlərinə oyuncaqlar almaq və əyləncələr üçün saxlayırlar. Qalan məbləği isə onlar gələcək ideyaları üçün saxlayırlar.

Go Back

Paralel dünyalar varsa...

Kainatın çoxlu sayda ölçülərdən ibarət olduğu barədə fərziyyə həm rəsmi elm, həm də qeyri-elmi tədqiqatlar sahəsində kifayət qədər sabitdir. Amma əgər bizim dünyamızın "alternativləri” varsa, bu, hansı nəticələrə gətirib çıxara bilər? Ola bilər ki, bundan yaranan hansısa reallıqlar heç ağlımızdan belə keçmir.
 
Paralel ölçülərin sayı tükənməzliyə kimi gedə bilər
 
Nə üçün də yox? Əgər güman etsək ki, Kainat öz-özlüyündə çoxvariantlıdır, heç kim bu variantların nə qədər olduğunu saymaq iqtidarında deyildir. Hələlik onların sayının məhdud olduğu barədə heç bir sübut yoxdur. Və demək, biz də bunu təsdiq edə bilmərik. Ölçülər o qədər çox ola bilər ki, onların sayı bizim dərk edə biləcəyimizdən kənarda qala bilər.
Kainatda bizim çoxlu "surətlərimiz” mövcuddur
 
Onlardan hər biri öz ölçüsündə məskunlaşıb və digər "surətlər”in mövcud olması barədə anlayışa malik deyildir. Bizim müxtəlif reallıqlarda müxtəlif talelərimiz vardır. Belə ki, ölçülərdən birində biz öz sevgilimizdən ayrıla bilərik, digərində isə indiyə kimi bir yerdəyik. Bir ölçüdə biz vaxtından əvvəl dünyamızı dəyişirik, digərində isə yaşamağı davam etdiririk... Müvafiq olaraq, bizim əsl şəxsiyyətimiz bizim bütün "versiyalarımızın” məcmusudur.
 
Bizim həyatımız illüziyadır
 
Buddistlər ətraf reallığın illüziya olmasına əbəs yerə inanmırlar. Burada müəyyən qədər həqiqət vardır. Biz öz həyat yolumuzu bir bütöv kimi dərk edirik, lakin əgər reallıq şaxələnə bilirsə, onda biz özümüzlə əvvəllər- başqa bir "versiyada” nə baş verdiyini, sadəcə olaraq, "unuda” bilərik.
Başqa sözlə, bizim təcrübəmiz hadisələrin məntiqi davamı yox, yalnız təsadüfi yığımdan ibarətdir. Və bizim həyatımızda hər şey bizim qavradığımız kimi olmaya bilər.
 
Çoxsaylı ölçülər arasında çox qəribə ölçülər də ola bilər
 
Bizi bəzən baş verən hadisələrin mənasızlığı, qəribə təsadüflər və uyğunluqlar təəccübləndirir... Bəs əgər bu, hətta müvəqqəti olsa belə, bizim başqa ölçüyə "daxil olmağımzdırsa”, necə?
Bu cür ölçülər bizimlə "əvvəlki” reallıqda baş verən fəaliyyət və hadisələr nəticəsində də yarana bilər. Məsələn, xoşagəlməz bir hadisədən uğursuzluqlar zolağı başlaya bilər. Sadəcə olaraq, ona görə ki, biz ona uyğun dünyaya düşmüşük.
 
Birdən bizim karyerada, lotereyada və s. bəxtimiz gətirməyə başlayar, çünki bir uğur arxasınca bütöv "uğur” ölçüsünü çəkib gətirə bilər. İlk baxışdan, hadisələrin gedişi hansısa səmərəli motivdən məhrum olunmuş kimi görünə bilər, lakin əgər çoxölçülük nəzəriyyəsinə əsaslanılarsa, hər şey dərhal tam anlaşılan olur.
 
Vaxta görə səyahət mümkündür, özü də paradoks olmadan
 
Əgər vaxta görə səyahət imkanı kəşf edilərsə, onda biz, yəqin ki, keçmiş və ya gələcək kimi dərk etdiyimiz alternativ ölçülərə düşəcəyik. Beləliklə, biz yalnız "versiyalarımızdan” birini öldürəcəyik, digərləri isə sağ qalmaqda davam edəcək. Bunun bizim əsl həyatımıza təsir edəcəyi isə az ehtimal olunur.
 
İstənilən hadisə tükənməz sayda baş verə bilər
 
Eyni hadisələrin müəyyən vaxtdan sonra təkrar oluna biləcəyi haqda nəzəriyyə vardır. Əgər Kainat çoxölçülüdürsə, onda, praktiki olaraq, istənilən hadisə yenə, yenə və yenə baş verə bilər... Çünki biz bir ölçüdən digərinə keçirik.
 
Ölçülər arasında əlaqə mövcud ola bilər
 
Kvant üzrə fizik Rayner Plaqa 1995-ci ildə eksperiment keçirərək sübut edib ki, ion tələsində təcrid olunmuş hissəciklərin hərəkətə gəlməsi süni olaraq hazırlanmış "qonşu” sistemdə ona "səs verə” bilər. Plaqa güman edir ki, əgər kvant informasiyanı paralel reallığa ötürmək mümkün olarsa, onda dünyaların bir-biri ilə əlaqədə ola biləcəyi haqda danışmaq da mümkündür.
İradə azadlığı prinsipi kvant səviyyəsində də fəaliyyət göstərir
Bizim hamımız öz sonrakı həyatımıza ciddi təsir edən "taleyüklü” qərarlar qəbul etməli olmuşuq. Amma dünya çoxvariantlıdırsa, onların hansı faydası vardır?
 
Bununla belə, çoxölçülük nəzəriyyəsinin tərəfdarı Maykl Klayv-Prays hesab edir ki, hətta müxtəlif "mini-reallıqlarda” belə, əgər Kainatın kvant təbiətindən çıxış edilərsə, müəyyən qərarlar digərlərinə nisbətən daha tez-tez qəbul edilməlidir. Müvafiq olaraq, yəqin ki, bizim seçimimiz də, hər halda, ümumilikdə, reallığa təsir edir. Və demək, iradə azadlığını da hesabdan silmək olmaz.
Biz nisbətən ölməzik
 
Əgər biz bir dünyada ölürüksə, digər dünyalarda sağ qalırıq. "Şredingerin pişiyi” haqda məşhur paradoksun müəllifi, tədqiqatçı Pol Halpernin fikrincə, Kainatı müşahidə etmək üçün bizim "versiyalardan”, heç olmasa, biri daim mövcud olmalıdır. Bizim şüurumuz həmişə yalnız sağ "surətlərdə” qalacaq və biz istənilən tarixdə kvant keçidləri ilə bağlı potensial dərəcədə təhlükəli hadisələrdən sağ çıxa biləcəyik”- Halpern bildirib.
 
(Fariz Vəliyev, movqe.az)

Go Back

Xoşbəxtliyin riyazi formulu

İnsanların xoşbəxtlik məsələsinə baxışları fərqlidir. Hər kəs xoşbəxt olmaq üçün nələrin gərək olduğu və bu gərəklərin hansının daha vacib olduğu barədə görüşlərə sahibdir. Özü də, belə görüşlər sabit deyil, yaş ötüşündən və hətta ruh hallarından asılı olaraq dəyişir. 
 
Müxtəlif ölkələrdən olan tədqiqatçılar son illər ərzində on minlərlə adamların fikirlərini, həyatını öyrənməklə bir sıra ümumi nəticələrə gəlmişlər. Əsas nəticə budur ki, insanların özünü xoşbəxt sanması üçün hansısa amillərin birgə mövcudluğuna ehtiyac vardır. Özünü xoşbəxt sayan və saymayan zəngin adamların fikirlərini öyrənməklə müəyyən edilib ki, adətən xoşbəxtliyə açar sayılan çoxlu pul, sağlamlıq və s. məlum amillər heç də həmişə adamların özünü xoşbəxt sanmasına təminat vermir.
 
Amerikalı psixoloq Martin Selinqman zəruri amilləri üç qrupda ümumiləşdirərək, onların faiz nisbətlərini təyin edən formul düzəldib. Formul belədir:
      
       X = G + M + N
       X – xoşbəxtlik; G – genetika (təqribən 50%); M – mühit (8-15%);
       N – nəzarət (35-42%)
 
Genetika –   insanın xoşbəxtlik potensialı onun genomunda qabaqcadan prorqamlaşır. Selinqmanın fikrincə təqribən 50 faiz. O deməkdir ki, yeni mayalanmış insan ziqotunun genetik materialını tamamən inclələmək mümkün olsa, əvvəlcədən demək olar: bu ziqot necə bir insan doğuracaq, onun xarici görkəmi, şəxsiyyət tipi, temperamenti, xarakteri və s. əlamətləri necə olacaq. O cümlədən, gələcək bu insanı həyatında nələr xoşbəxt edə bilər. Başqa sözlə, təbiət insana xoşbəxt olmaq üçün baza verir, məsələnin 50 faizini qabaqcadan həll edir, qalan 50 faiz digər iki amildən asılı olur.
 
Mühit –  insan ziqotunun ana bətnində inkişafından tutmuş ölüm anınadək içindən keçdiyi bütün prosesləri nəzərdə tutur. Doğulduğu ərazinin təbiəti, iqlimi, ailənin sosial/maddi vəziyyəti, valideynlərin kimliyi, məhəllə, məktəb, iş və sair. Orta statistik mühit faktoruna 8-15 faiz yer ayrılır, amma rəqəmin kiçik olması az əhəmiyyətdən xəbər vermir. Mühit insanı kamil şəxsiyyətə də, cinayətkara da çevirə bilər. Yaxud, imkanlı ailədə doğulmaq daha şanslı olmaq deməkdir, amma başqa zəruri şərtlər olmasa, ailənin var-dövləti fərdin bədbəxt olmasına yol açar. Yaxud, təhsilli valideynlər övlad üçün bir şansdır, amma onun təhsilə meyl edəcəyinə birmənalı zəmanət deyil, bunun üçün yaxşı məktəb, dostluq çevrəsi və s. şərtlər də lazımdır.
 
Qeyd: orta statistik mühit – fərdin doğulub böyüdüyü ölkə, bölgə, şəhər və s. üçün normal sayıla bilən hədləri nəzərdə tutur. Mühit normal sayılacaq çərçivədə deyilsə, faciəvi spesifikaya malikdirsə, fərddən asılı olan heç nə saxlamırsa, formul işləmir.     
 
Nəzarət – insanın mühitdə nələrisə öz xeyrinə dəyişə bilmək qabiliyyətini, imkanlarını nəzərdə tutur. Bu amilə 35-42 faiz yer ayrılır. O deməkdir ki, orta statistik mühitdə hər bir insanın öz xoşbəxtliyinə töhvə vermək, habelə onu bədbəxt edəcək hallardan uzaq durmaq üçün xeyli imkanları var. Birinci amili də nəzərə alsaq, xoşbəxt ola bilmək üçün 85-92 faiz arası şans deməkdir.   
 
Mövzu üçün, dünya statistikasından bəzi rəqəmlərə baxaq:
 
·         dünya əhalisinin 89 faizi heteroseksual, 11 faizi homoseksualdır. Homoseksualların dünyanın əksər ölkələrində hansı basqılar altında olduğu məlumdur;
·         sərvətlərin (pul, əmlak, torpaq və s.) 59 faizi dünya əhalisinin 6 faizinə məxsusdur;
·         dünya əhalisinin 80 faizi kasıblıq və yoxsulluq hədlərində yaşayır;
·         70 faiz insan normal təhsil almaq imkanına sahib deyil; yetkin yaşlı 25 faiz insan yazıb-oxumaq bacarmır;
·         50 faiz insan normal qidalanmaq imkanına sahib deyil;
·         bir tək Hindistanda şəxsi hamam-tualeti olmayan insanların sayı 700 milyondan çoxdur. Bu, dünya əhalisinin 10 faizi deməkdir;
·         müvafiq beynəxlaq qurumun məlumatına görə, dünyada 27 milyon insan kölə vəziyyətindədir. Hərçənd, ixtiyarı öz əlində olmayan insanların sayı bundan qat-qat çoxdur;
·         qəza, yoluxucu xətəlik, hərbi əməliyyat və s. bu kimi səbəblərdən hər gün on minlərlə insan vaxtsız ölür;
·         dünya əhalisinin 7 faiz qədəri mütəmadi hərbi əməliyyatlar, terror, yoluxucu xəstəlik, təbii fəlakət qorxusu altında yaşayır;
·         3 milyard insan öz əqidəsinə, etiqadına, dünyagörüşünə görə təqib olunmaq təhlükəsindən azad deyil;
·         şəxsi mənzili, geyimləri, soyuducuda ərzaq ehtiyatı olan adam dünyanın 75 faiz əhalisindən varlı deməkdir;
·         bank hesabı və orda az-çox pulu olan adam dünya əhalisinin 8 faizini təşkil edən üst maliyyə təbəqəsinə aiddir.
 
 
Bu rəqəmlər qeyd olunan kateqoriyara daxil insanların özünü bədbəxt sanmasına birmənalı işarə etmir. Savadsız, təhsil almaq imkanı olmayan, şəxsi mənzili olmayan və s. hallarda da insanlar özlərini xoşbəxt sana bilərlər. Müvafiq ölkələrdə aparılan sosial sorğular, araşdırmalar bunu təsdiq edir.
 
Vaxtaşırı olaraq dünya təşilatları "Dünyanın xoşbəxt ölkələri" siyahısı tərtib edirlər. 2014-cü il üçün Gallup təşkilatının 143 ölkə üzrə təşkil etdiyi siyahıda Azərbaycana 56 bal verilmişdi. Müqayisə üçün: İran - 61; Türkiyə - 54; Pakistan - 57; Əfqanıstan - 55; Ermənistan - 59; Rusiya - 65
 
rasional.info

Go Back

"Sınıq pəncərə" nəzəriyyəsi

Bu kriminoloji nəzəriyyə 1982-ci ildə Ceyms Uilson və Corc Kellinq tərəfindən hazırlanmş və sındırılmış pəncərə şüşələrinə nəzərən qeyri-rəsmi olaraq belə adlanır. Mahiyyəti budur ki, hansısa binada pəncərə şüşələrindən biri sınmış və əvəzinə yeni şüşə salınmırsa, digər şüşələr də zamanla sıradan çıxarılacaq.
 
Nəzəriyyənin ümumi mahiyyəti belədirr ki, biriləri tərəfindən mövcud davranış qaydalarının pozulması cəzasız (əvəzsiz) qaldıqda, yaxud nəticələr aradan qaldırılmadıqda, belə hallar sürətlə kütləviləşir, başqa adamları da həmin və (və ya) digər qayda pozuntularına sövq edir.
 
Geniş kontekstdə, bu nəzəriyyə “nümunələrin kütləviləşmə meyli”ndən irəli gəlir. İstər pozitiv, istər neqativ nümunələr sürətlə kütləviləşə bilir. Pozitiv nümunələr o hallarda kütləviləşir ki: 1) sərfəli olur, yəni adamlar konkret nümunə ilə hərəkət etməkdən şəxsi fayda əldə etdikləri, yaxud hansısa ziyandan qaça bildikləri üçün onu mənimsəyirlər (təbii amillər); 2) cəza qorxusu, maariflənmə, tərbiyə və sair bu kimi stimullaşdırıcı, profilaktik və ya preventiv üsullarla möhkəmlədilir (süni amillər).
 
Neqativ nümunələr də çox vaxt sərfəli olma səbəbindən kütləviləşir. Məsələn, rüşvətxorluq ona görə geniş yayıla bilir ki, konkret rüşvətxor bu yolla asan qazanc əldə edir. Daha bir fenomen var ki, bu da müəyyən kateqoriya insanların (risk qruplarının) asosial davranış meyllərindən irəli gəlir. İlk baxışda bunlar məqsədsiz əməllərdir (divarların yazılması, avtomobillərin cızılması və sair bu kimi vandalizm, yaxud xuliqanlıq), yəni qayda pozucuları əməl müqabilində maddi fayda əldə etmirlər, bununla hansısa  ehtiraslarını təmin edirlər. Normal cəmiyyətdə neqativ nümunələrin yayılmasını əngəlləmək üçün müxtəlif mexanizmlər mövcuddur: qanunlar, təhsil-tərbiyə sistemi, ideologiyalar və sair. Belə mexanizmlərin olmaması və ya lazımi təsir gücünə malik olmaması vandalizmin və digər hüquqazidd əməllərin geniş vüsət almasına zəmin yaradır.
 
Nəzəriyyənin əsas müddəaları aşağıdakılardır:
 
1. Müəyyən qayda pozuntularının mövcudluğu insanları həmin qayda pozuntusuna sövq edir. 
Misal: səki papiros kötükləri ilə zibillənmişsə, siqaret çəkən adam kötüyü yaxınlıqda zibil qutusu olmasına baxmayaraq yerə atır. Əksinə, səki tər-təmiz olduqda əksər insanlar kötüyü atmaq üçün zibil qutuları axtarır, tapa bilmədikləri halda kötüyü yerə, bir çox adamlar isə mümkün qədər nəzərə çarpmayan bir yerə atırlar. Yaxud, divarda “Bura zibil atanın...” xəbərdarlığı olmasını görsələr də, həmin yerdə xeyli zibil varsa, əksər adamlar söyüşə məhəl qoymadan zibili ora atırlar. 
 
2. Bir qayda pozuntusunun mövcudluğu başqa qayda pozuntusunu stimullaşdıra bilir. 
Misal: kafedə natəmizlik hökm sürüsə, divarda “siqaret çəkmək olmaz” bildirişinə baxmayaraq kimsə siqaret yandırır. Bir nəfərin başlaması digər siqaret istifadəçilərini də işə salır. Yaxud, avtobus otura-caqlarının arxası yazılmışdırsa (qraffiti), tum çırtlayan adamların qabığı döşə-məyə tökmə ehtimalı yüksəlir. 
 
3. Ayrı-ayrı qayda pozuntularının yayılması ümumilikdə asosial davranışa zəmin yaradır. 
Qarşısı alınmayan bir qəbil qayda pozuntularının epidemiya kimi yayılmaq xassəsi ona gətirib çıxarır ki, insanlar mümkün olan bütün hallarda hər növ qaydaları pozmağa meyl göstərirlər, cinayətkarlıq artır, yekunda cəmiyyət idbar vəziyyətə düşür.
 
Nəzəriyyənin müddəaları çoxsaylı eksperimentlərlə təsdiq olunub. Qroningen universitetinin (Niderland) sosioloqları bu müddəaları tam əhatə edən altı tip eksperiment aparıblar. 
 
Nəzəriyyəçilərinin verdiyi tövsiyələr 1980-ci illərdə ABŞ-da əməli tətbiq olunmaqla öz müsbət nəticələrini verdi. Həmin illərdə Nyu-York metro-politeninin rəhbərliyinə gələn Devid Qann qraffitiyə (divarların, ictimai nəqliyyatın yazılması, rənglənməsi, müxtəliv təsvirlər çəkilməsi) qarşı mübarizəyə başladı. Şəhər əhalisi ilk əvvəl onun tədbir görmək niyyətini heç də geniş dəstək vermədi. Əksinə, bunu izafi pul sərfiyyatı kimi tənqid edirdilər. Amma Qann israrlı idi. Onun fikrincə, “qraffiti – sistemin süqutunun göstəricisidir.  Əgər sistemi yenidən qurmaq istəyiriksə, ilk növbədə qraffiti üzərində qələbə çalmalıyıq. Biz hər biri 10 milyon dollar olan yeni vaqonlar almağa hazırıq, amma onları vandalizmdən qorumasaq, nə baş verəcəyi məlumdur. Bu vaqonlar bir-iki gün toxunlulmaz qalacaq, sonra onları eybəcər vəziyyətə salacaqlar”.
 
Beləliklə, Qann vaqonlar üzərindəki yazıların təmizlədilməsinə başlayır. Qatarlar hər dəfə depoya gəldiyində xüsusi yaradılmış komanda onun üzərində olan bütün yazıları pozurdu. Vaqonlar təmizlənmədən marşruta buraxılmırdı. Paralel olaraq, Qann vandallara televiziya ilə mesajlar verirdi:
 
“Bizim Qarlemdə işimiz oldu. Vaqonlar orda 3 sutka qaldı. Birinci gecə yeniyetmə vandallar vaqonların divarlarına ağ boya püskürtdülər. İkinci gecə gəlib artıq qurumuş olan boya üzərinə təsvirlər etdilər. Üçüncü gecə vaqon divarları başdan-başa rəglənmişdi. Beləcə, onlar üç gecə çalışdılar. Biz onların öz “işlərini” başa çatdırmasını səbrlə gözlədik. Sonra  bizim rəngsazlar bütün yazıları pozub vaqonları əvvəlki rənginə qaytardılar. Yeniyetmələr yaman dilxor olmuşdular. Çünki onların 3 günlük zəhməti boşa getmişdi, əl işlərini heç kim görməyəcəkdi. Bununla biz onlara mesaj verdik: “Üç gecə sərf edib vaqonları eybəcər vəziyyətə salmaq istəyirsiz? Buyurun. Kef eləyin. Ancaq bilin ki, əl işlərinizi heç kim görməyəcək”.
 
İkinci nümunə kimi, 1990-cı ildə nəqliyyat polisinin rəhbəri təyin olunmuş Uilyam Brattonun biletsiz gediş cəhdləri ilə mübarizə üsulu maraqlıdır. Həmin vaxtlar biletsiz gediş cəhdləri kütləviləşmiş, nəqliyyatın gəlirləri aşağı düşmüşdü. Pozuntunun qarşısını almaq üçün, hər bir turniketə 10 mülki geyimli polis nəzarətçisi ayrılırdı. Onlar biletsiz gedişə cəhd edənləri tutur, qollarına qandal vurub polis avtobusuna aparırdılar. Orada üst-başlarını yoxlayır, barmaq izlərini götürür, məlumat bazasına daxil edirdilər. Bir çoxlarının üzərində silah aşkar edilir, müxtəlif pozuntulara görə axtarışda olduqları müəyyən edilirdi.  Bratton mətbuata verdiyi müsahibədə demişdi: “tutulan hər bir adam hədiyyəli pop-corn paketi kimi idi. Mütləq nəsə bir qanunsuzluq aşkar edilirdi. Tapança, bıçaq, oturum icazəsinin olmaması, hətta qətl şübhəsi ilə axtarışda olanlar... Tezliklə pis oğlanların ağılları başlarına gəldi: üzərində silah gəzdirməyi tərgidib, bilet pulunu quzu kimi ödəməyə başladılar.”     
 
1994-cü ildə Nyu-Yorkun yeni seçilmiş meri Brattonu nəqliyyat polisindən şəhərin polis şefi vəzifəsinə gətirdi. 1990-cı illərin sonlarına doğru Nyu-Yorkda kriminal səviyyəsi 10 il əvvəllə müqayisədə xeyli aşağı düşmüşdü.
 
rasional.info

Go Back

Zalımlar və onların maraqları

Etdikləri pislik və qorxunc hərəkətlərinə baxmayaraq,  zülmkarlar da adi insanlar kimidir. Dünyanın tanınmış diktator və zülmkarların nəyə maraq göstərməsi  və hobbiləri həmişə maraq dairəsində olub.

 
Usama ben Laden

"Əl-Qaidə" terror qrupunun təsisçisi Usama ben Ladenin Pakistandakı sığınacağında kitablar tapılıb. Dünyanın "1 nömrəli terrorçusu" adını almış şəxsin hansı kitabları oxuması hamının təəccübünə səbəb olub. Sən demə, Usama daha çox özü tərəfindən həyata keçirilmiş 11 sentyabr terakt aktından bəhs edən kitablar oxuyurmuş. Belə ki, o, həmin terror hadisəsi haqda kitab yazmış müəlliflərin kitabını öz şəxsi kitabxanasına toplayıb. Bundan əlavə, kitabxananın rəfində incəsənət üzrə ədəbiyyat ("Ərəb kalliqrafiyası ") və sağlam həyat ("İdman qidaları dərsliyi") kimi kitablar da yer alıb. Terrorçu həqiqətən də, idmanla maraqlanıb. O, daha çox voleybolu sevib. Bundan əlavə, ben Ladenin fiziki göstəriciləri də onun idmançı olmasına işarədir: onun boyu 193 santimetr olub. Şahidlərin sözlərinə görə, ben Laden tez-tez terror qrupu daxilində voleybol matçları da keçirib.
 
Adolf Hitler

Üçüncü Reyxin füreri qeyri-adi hobbiyə malik olub. O, animasiya filmləri izləməyi və disney personajlarının şəkillərini çəkməyi xoşlayıb. Onun rəsmi bioqrafiyasından da bəllidir ki, Almaniya diktatoru bədii istedada malik olub. Məlum məsələdir ki, Hitler gənc yaşlarında Vyana incəsənət akademiyasına daxil olmaq istəyib. Lakin iki dəfə onu akademiyaya qəbul etməyiblər. Adolf Hitlerin ən sevimli cizgi film personajı 1937-ci ildə Uolt Disneyin şirkəti tərəfindən buraxılan "Ağca xanım və 7 cırtdan"  olub. Şahidlərin sözlərinə görə, bu filmin əsli onun arxivində saxlanılıb və mütəmadi olaraq şəxsi kinoteatrında izləyirmiş.
 
Səddam Hüseyn

İraqın keçmiş prezidenti Səddam Hüseyn kədərli sevgi romanlarını xoşlayıb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən aşkar edilmiş gözlənilməz tapıntıdan sonra bu fakt təsdiqlənib. 2001-ci ildə İdarənin üzvləri Londonda yerləşən ərəb kitab mağazasında maraqlı bir kitaba rast gəlib. Əsərin adı "Zabiba və Kral"dır, kitabın müəllifi və üstündəki şəkli isə Səddam Hüseyn idi. Kitab sevgi romanı əsasında yazılaraq İraq dövlətinə işarə edilib. Süjet isə belədir: müdrik və ədalətli kral Səddam və gözəl, bakirə kimi təmiz, qüsursuz Zabiba (İraq bu adla təcəssüm etdirilib) bir-birini çox sevirdi. Sevgililər bir-biri ilə Allah, sevgi, şeir haqda söhbətlər edir... Onlar başa düşürlər ki, bir-birindən ayrı yaşaya bilməzlər. Lakin qəfildən bədbəxt hadisə baş verir: qorxunc əcinnə (ABŞ-ın simasında) gözəl Zabibanı zorlayır...
 
İosif Stalin

Tarixin ən qəddar diktatorlarından biri olan İosif Stalin rəsm, ədəbiyyatla maraqlanıb və şeir yazıb.  Soso Cuqaşvilinin gənclik illərində yazdığı bir neçə şeiri qorunub saxlanılıb. Şeirlər 1895-1896-cı illərdə "İveriya" və "Kvali" qəzetlərində nəşr olunub. Onun 16 yaşında yazdığı "Səhər" şeiri ibtidai sinif dərsliyinə də salınıb. Şeirdən  əlavə, Stalin çılpaq kişi təsvirli qrafikaya da maraq göstərib. Hər belə bir qrafikanın altından o, özünün qeyd və şərhlərini yazıb. Mütəxəssislər şəkil altından yazılan xəttin həqiqətən də, İosif Stalinə məxsus olduğunu təsdiqləyib. Bu marağına görə Stalinin seksual oriyentasiyası haqda şayələr də yayılıb. Lakin psixoloqlar bu şübhələri aradan qaldıra bilib. Onların sözlərinə görə, Stalin bu yolla əylənirmiş, burada heç bir homoseksual meyl yoxdur.
 
Alfonso "Al" Kapone

"Üzü çapıqlı" təxəllüsünü almış Al Kapone, amansız qanqster və məşhur mafioz olub. Onun yolunun üstündə duran hər kəsi güllələməyə hazır olması hamıya bəllidir. Lakin heç kim onun nə dərəcədə romantik və sentimental olduğunu bilməyib. Alkatraz həbsxanasında olarkən Al Kaponenin qəribə bir istedadı üzə çıxıb: o, hüznlü sevgi şeirləri yazıb. Həbsxana kamerasında Al Kapone banco musiqi alətində öz şeirlərinə mahnı qoşub. Al Kaponenin "Madonna Mia" ifası isə daha da məşhurlaşıb. Mahnı Alkatrazın keşişinə həsr edilib. Adı çəkilən mahnını küçə musiqiçiləri də ifa etməyə başlayıb. 2009-cu ildə isə mahnın sözlərinin nüsxəsi 65 min dollara satılıb. Nüsxəni Al Kapone pərəstişkar klubunun üzvlərindən biri alıb.
 
Kim Çen İr

Şimali Koreyanın dövlət, partiya və hərbi xadimi Kim Çen İr basketbolçu Maylk Cordanın sadiq pərəstişkarı olub. Kim Çen İr basketbolçunun oyunundan olan bütün videoları evində saxlayıb. Bundan əlavə, Koreya lideri Mayklı dəfələrlə evinə qonaq çağırıb, lakin basketbolçu nəzakətlə bu təklifdən imtina edib. Bunun əvəzində isə, Maykl ona avtoqraflı top göndərib. Hazırda top muzeydə saxlanılır.
 
Avqusto Pinoçet

Pinoçetin hakimiyyəti illərində Çilidə uzun müddət baş verən qəddarlıqları təsəvvür etmək belə azdır. Onun dövründə ölkədə hərbi diktatura yaradılıb, insanlar cəza və edamlara məhkum olub. Lakin Pinoçetə yaxın olan insanlardan birinin verdiyi məlumata görə, adı çəkilən diktator güzgüdəki əksindən və kölgədən qorxub. Pinoçet həmçinin coğrafiya elmini çox sevib. Ona görə də, generalın elmi işləri arasında aşağıdakı dərsliklər olub: "Çili, Argentina, Boliviya və Perunun coğrafiyası" (1954), "Çilinin coğrafiyası" (1955), "Geosiyasət" (1968) və digər kitablar.
 
Fransisko Franko

Fransisko Franko İspaniyada törətdiyi qəddarlıqları ilə yadda qalıb. O, özünün  kütləvi edamları ilə məşhurdur. Deyilənlərə görə, Fransisko rəssamlıqla maraqlanıb. Diktatorun nəvəsi deyib: "...o, dahi rəssam idi. Onun bir çox işləri məşhur rəssamların əl işlərinin nüsxəsi anamın portreti idi". Bundan əlavə, Franko özünü yazıçılıq sahəsində də sınayıb. Onun ilk əsəri olan "Mərakeş" 1939-cu ildə  yazılıb.

publika.az

Go Back

Dünyanın ən qəribə qadağaları

Dünyanın bir çox ölkəsində insanlar həyatlarını qeyr-adi qadağalar çərçivəsində yaşayır. Bu qadağalar insana gülməli və qəribə gəlsə də əslində hər birinin müyyən bir səbəbi var. Onlardan bir neçəsini təqdim edək:

- Şimal Qütbündə yerləşən Lonqyirbyuen yaşayış məntəqəsində ölmək qadağandır. Çünki bölgədəki soyuq hava səbəbilə qəbiristanlıqdakı cəsədlər çürümür.

- Pensilvaniyada (ABŞ) hamamda mahnı oxumaq qadağandır.

- Kaliforniyada (ABŞ) hotel otağında portağal soymaq qadağandır.

- Hollandiyada çay kənarında sədlər olmasa da, çay sədlərini keçmək qadağandır. 

- ABŞ-ın Vermont ştatında su altında fit çalmaq qadağandır.

- Burundi Respublikasında ictimai yerdə qaçmaq qadağandır.

- İranda kişilərin saçlarını yığması qadağandır.

- Filippində aktrisa Kler Deynsin filmləri qadağandır. Bunun səbəbi isə aktrisanın bir jurnala verdiyi müsahibəsində Filippin haqqında mənfi sözlər söyləməsidir.

- Şimali Koreyada cins geyinmək qadağandır.

- Monakoda ölkə vətəndaşlarının qumar oynaması qadağandır. Dünyanın ən böyük kazinolarına sahib olan Monako dövləti yerli xalqın bura girişinə qadağa qoyub.

- İngiltərə Parlamentinin yerləşdiyi Vestminster sarayında ölmək, intihar etmək qəti qadağandır. 

- Almaniyada magistral yolda benzin üçün belə dayanmaq olmaz.

- Filippin "Frank Sinatra My Way" adlı mahnıya qulaq asmaq qadağandır.  Çünki bu mahnını dinləyən ən az 10 filippinli intihar edib.

- Cənubi Koreyada gecə yarısından sonra onlayn oyunlar oynamaq qadağandır.

- Butan dövlətində havanı kirlətdiyi üçün siqaret çəkmək qadağandır. Konstitusiyaya görə ölkənin 60 faizi meşə olmalıdır. Bundan əlavə ölkədə plastik paketlər də qadağandır.

- Taylandda avtomobil sürərkən köynək geyinmək məcburidir.

- Almaniyada evə girən oğruya yastıqla vurmaqla bıçaqlamaq arasında heç bir fərq yoxdur. İkisində də silahla bir insana hücum olaraq qəbul edilir.

- Şotlandiya bazar günləri balıq ovlamaq və inək sahiblərinin sərxoş olması qadağandır.

- İngiltərədə qadınların ictimai nəqliyyatda şokolad yeməsi qadağandır. Bundan başqa ölkədəki bütün qu quşları kraliçaya məxsus olduğu üçün öldürülməsi qadağandır.

- Kanadanın Oşava bölgəsində ağaca dırmaşmaq qadağandır.

- Avstraliyada uşaqların siqaret satın alması qadağandır. Ancaq siqret çəkməsi sərbəstdir. Bazar günləri çəhrayı şalvar geymək qadağandır.

- Alabamada (ABŞ) bazar günləri domino oynamaq qadağandır. Qatar relslərinin üzərinə duz tökmək ölüm cəzası ilə cəzalandırılır.

- Kaliforniyada (ABŞ) sakit okean sahilində kəpənəkləri narahat etmək qadağandır.

- Floridada (ABŞ) bərbərdə qadın saç quruducusunun altında yatarsa, həmin qadın da, salon sahibi də pul cəzası ilə cəzalandırılır.

- İndianada (ABŞ) meymunların siqaret çəkməsi qadağandır. Teatra getməzdən 4 saat əvvəl sarımsaq yemək qadağandır.

- Pensilvaniyada (ABŞ) evlilik mərasimi əsnasında bəy və ya gəlin sərxoş olarsa mərasim ləğv edilir. Soyuducunun qapısı açıq halda qarşısında yatmaq qadağandır.

-Ohayoda (ABŞ) avtomobilin benzininin bitməsi qadağandır.

zaman.az

Go Back

Sevgi hormonu

"Sevgi hormonu" adlandırılan oksitosin hormonu alkoqolu əvəzləyəcək və bir sıra xəstəliklərin müalicəsində səmərəli vasitəyə çevriləcək.

Britaniya alimləri belə nəticəyə gəliblər ki, oksitosin hormonunun insan orqanizminə təsiri alkoqolun təsirinə bənzəyir. İnsan sevgi və alkoqol sərxoşluğu halında daha həssas, daha səxavətli, daha inanan və sentimental olur.

Bu, təkcə bir-birinə aşiq olmuş cütlüklərə aid deyil. Məsələn, övladını bağrına basan ana, hətta itini tumarlayan sahib özündə bu hormonun təsirini hiss edir.

Lakin maraqlı da olsa, məhz bu hormon alkoqol kimi müəyyən vəziyyətlərdə təcavüzkarlıq hissi yarada bilər. Tədqiqatlar göstərib ki, psixi cəhətdən xəstə olan insanların qanında oksitosinin miqdarı normadan 10 dəfə çox olur.

Ola bilər ki, doğuş zamanı ananın orqanizmində övladı ilə emosional rabitəni gücləndirmək üçün ifraz edilən hormonun təcavüzkarlıq yaratması kimlərəsə qəribə görünsün. Amma bu məsələ Britaniya alimlərini qətiyyən təəccübləndirmir.

Alimlər hesab edir ki, oksitosinin bütün bu heyrətamiz xüsusiyyətləri onun autizm və anoreksiya kimi xəstəliklərin müalicəsində də istifadəsi üçün geniş imkanlar açır.

Trend

Go Back

Yalanı necə hiss edək?

İnsan diliylə çox asan bir şəkildə, lakin bədəniylə çətinliklə yalan danışa bilər. İnsan doğru və ya səhv, gözəl ya da çirkin hər ifadəni istifadə edə bilər.

Ancaq yalanı bədən dili vasitəsiylə gizlətməyi bacara bilməz. Dil yalan söyləyə bilər amma bədən dili heç vaxt yalan danışa bilməz.

Ağızdan çıxanın yalan olduğunu anlamaq üçün bədən dilini yaxşı bilmək lazımdır. Yalanı anlamaq üçün qarşıdakı adamın davranışlarının yaxşı analiz etmək lazımdır. Bir insanın gözünün içinə baxa-baxa yalan danışmaq çox çətindir. 

Bunu hər kəs edə bilmir. Yalan danışan insan müəyyən bir müddət sonra göz təmasından qaçacaq, səs tonunda hiss ediləbiləcək dərəcədə dəyişiklər olacaq. Dodaqlarda yüngül oynamalar, gülümsəmələr, baş yelləmələri, əl və qol hərəkətləri və göz bəbəklərinin kiçilməsi — bütün bunlar insanın yalan danışmasına işarə edə bilər.

Yalan danışan insanların əlləriylə etdikləri jestlər azalır. Adi halda əl jestləri ifadəni gücləndirmək məqsədiylə edilir.

İnsanların əksəriyyəti danışdıqları sözlərin mənasını artırmaq üçün etdiyi əl hərəkətlərinin fərqində deyil. İnsan danışarkən əlini yellədiyini bilir ancaq əllərinin əslində nə məna kəsb etdiyini bilmir. Əllərinin hərəkə etdiyini bilmək, ancaq nə etdiyini tam olaraq bilməmək adamı şübhəyə salır və müdafiə müxanizmi işə düşür və beləcə əllərin hərəkətləri azalır. Və ya insan daxilən yaşadığı ziddiyyət səbəbindən əllərinin özünü ələ verəcəyindən qorxur və əllərini ya cibinə salır, ya üzərinə oturur və ya bir əliylə digərini tutur.

Bir insanla səmimi olaraq görüşdüyünüz zaman əllərinizi rahatlıqla göstərirsiniz, ovuclarınız yuxarıya doğru açıq olur. Ancaq yalan danışdığınız zaman əllərinizi ya arxanızda gizlədər ya da ciblərinizə qoyarsınız. Yolda gedərkən söhbət əsnasında partnyorunuzun sizdən bir addım arxada getməsi, danışdıqlarından narahat olmasının siqnalı hesab oluna bilər.

Yalan danışan şəxs danışıq zamanı tez-tez əlini üzünə aparır. Əgər danışıq səmimi deyilsə bu jestin sayı artır. Əl üzə gedən zaman çənəni tutmaq, ağzı örtmək, buruna toxunmaq, gözün altını qaşımaq, qulaq məməsini çəkmək və saçı oynatmaq müşahidə edilə bilər ki, bu da yalanı üzə çıxardan bədən hərəkətləridir. Uşaqlar yalan danışarkən əlləriylə ağızlarını bağlayırlar.

Yalan danışan insan tez-tez udqunur. Bədən yalan danışılmasına etiraz edir və boğazın vəzifələrini yerinə yetirməsini məhdudlaşdırır. Danışmaq da çətinləşir. Əgər insan yalan danışırsa kəlmələri səsləndirmək üçün tez-tez udqunur, dodaqlarını yalayır.

İnsanın göz hərəkətlərinə fikir verin. Yalanı gözdən aşkarlamaq metodu: qarşınızdakı insana cavabını bildiyiniz sualı verin. Cavabı fikirləşərkən gözlərinin haralara getdiyini diqqətlə izləyin. Hər bir şəxs doğru danışdığı zaman bir istiqamətdə baxır, yalanı danışanın gözləri «gəzir».

Əgər söhbət etdiyiniz şəxsdən harada olduğunu soruşsanız və o da öskürməyə başlasa bu yaxşı işarə deyil. Yalandan öskürmək klassik aldatma metodudur. Bədən yalana qarşı çıxmağa çalışır. Öskürmək hekayə uydurmaq üçün zaman qazanmaq şansını artırır.
İnsan nə qədər sürətli danışırsa yalan danışdığından şübhələnmək olar. İnsanlar elə düşünürlər ki, sürətli danışsalar yalanları ortaya çıxmayacaq.

Yalan danışan insan rahat nəfəs ala bilmir. Bu halda insanlar qarınlarıyla deyil, sinələriylə nəfəs alırlar.

atv.az

Go Back

Bu qarı doktorluq işi müdafiə etdi

Almaniyada yaşayan 102 yaşlı İnqeborq Rapoport adlı qadın nəhayət ki, 77 il öncə yazdığı doktorluq işini müdafiə edə bilib.

İ.Rapoport özünün dünyada doktorluq dərəcəsi alan ən yaşlı qadın olduğunu bildirib.

İ.Rapoport öz doktorluq işini 1938-ci ildə Hamburq Universitetində təhsil alarkən yazıb. Lakin Almaniyadakı Hilter diktaturası İ.Rapoportun anası yəhudi olduğu üçün onun doktorluq işindən imtina edib.

Lakin Hamburq Universiteti bu yaxınlarda İ.Rapoporta öz işini müdafiə etmək üçün ikinci şans yaradıb və o öz işini uğurla müdafiə edə bilib. İ.Rapoport doktorluq dərəcəsi almasına çox sevinib və bu an üçün onilliklər boyu həsrətlə gözlədiyini deyib.

 

Trend

Go Back

Stiven Kinq kitablar, qadınlar və həyat haqqında

Stiven Kinq – canlı əfsanə, qorxu, mistika ustadı və virtuoz yazıçıdır. Onun yazıçılığa qarşı olan qarşısı alınmaz hərisliyi onun əsərlərini və özünü dünyaya sevdirmişdir. Onun əsərləri bestsellerlərə, əsərlərinə əsasən çəkilmiş filmlər isə şedevrə çevrilir.

Stiven Kinq kitablar və yazıçılıq haqqında:

–Əlinizə aldığınız hər bir yeni kitab sizə yenilikləri öyrədir, hətta müəyyən hadisələri göstərərək dərs olur.

–Uğurlu yazıçının prinsipi : “Çox oxumaq, çox yazmaq ! ”

–Oxumağı sevən və buna həqiqətən də çox vaxt ayıran insanları ən uyğun olmayan vaxtlarda da fikrini hekayələrlə cəlb etmək olar. Bu həmin insanların zəifliyi və bədbəxtçiliyidir.

–Kitablar  tədqiq olunmamış, aşkar olunmamış torpaqlar kimidir. Həmin torpaqları xəritə olmadan tədqiq edin, özünüz xəritələr yaradın.

–Mən professional yazıçıyam. Bu o deməkdir ki, ən maraqlı şeyləri xəyallarımda yaşayıram.

–Biz yazıçılar ideyaları hardan götürdüyümüzü, nədən ilhamlandığımızı heç vaxt bir-birimizdən soruşmuruq, çünki özümüz də bilmirik.

Stiven Kinq qadınlar haqqında:

–Qadınlar sirr saxlamağı bacarmır, lakin onlardan heç biri ürəyində olanları açıb danışmır.

–Yaxşı qadınla bir yerdə olan kişi Allahın ən xoşbəxt məxluqlarından biridir, qadınsız isə əksinə olaraq ən bədbəxtidir.

–Hər zaman gülümsəyən, şən qadınları sevirəm.

–Qadınlar alış-verişi sadəcə o, mövcud olduğu üçün edirlər.

Stiven Kinq dostluq haqqında:

-Əsl dostlar bir-birini güdmürlər. Əsl dostluq dostun həyatına müdaxilə etməməyi bacaran dostluqdur.

-Təbəssüm əsasında qurulmuş dostluq, həmişə möhkəm və güclüdür.

Stiven Kinq dünya haqqında:

–Bildiyimiz kimi yer kürəsi dövr edir. İstəsəniz onunla bir dövr edəcəksiniz, istəsəniz bir yerdən yapışıb hər şeyi inkar edəcəksiniz, lakin bilin ki, bu zaman ayaq üstə dura bilməyəcəksiniz.

–İnsanın nə istədiyini bilsəniz, həmin insanı tanıyacaqsınız.

–Həqiqətən ehtiyacı duyduğunuz şeyləri pulla əldə edə bilməzsiniz.

–İstəyinizdən asılı olmayaraq zaman hər şeyi sağaldır, unutdurur. Zaman hər şeyi müalicə edir və sonda qaranlıq qoyub hər şeyi özü ilə aparır. Həmin qaranlıqda biz başqa insanları tapıb, digərlərini isə itiririk.

–Öz kinini idarə etməsən, o, səni idarə edəcək.

–Bəli, qəlblər sınır. Hərdən hesab edirəm ki, qəlblərimiz sınan zaman biz ölsəydik daha yaxşı olardı, amma bu belə deyil. Qəlblərimiz sına-sına yaşayırıq.

–İnsanların təbiəti yaxşılaşmır, sadəcə ağıllanır. Yəni, əgər insan qarışqanı öldürmək istəyirsə, bu istək həmişə onunla bərabər olacaq. Sadəcə ağıllandığı zaman o, daha yaxşı və özü üçün zərərsiz üsullar seçəcək.

Stiven Kinq həyat haqqında:

–Yaşamağın yeganə üsulu – yaşamaqdır.

–Uşaq olmaq- yaşamağı öyrənməkdir. Böyük olmaq – ölməyi öyrənməkdir.

–Qədim bir deyim var : “Açar yerinin dəliyinə baxma ki, başına pis işlər gəlməsin. İnsan tarixinin ən böyük “açar yeri” internetdir.

bildirchin.az

Go Back

Musiqinin sağlamlığımıza təsiri

Musiqinin insan beyninin inkişafına töhvəsi, əhvalına təsiri, sağlamığın saxlanmasında və ya bərpasında rolu ilə bağlı indiyəcən çoxsaylı tədqiqiatlar aparılmış, xeyli sayda faktlar müəyyən edilmişdir. Təkcə insana deyil, heyvanlara, bitkilərə təsiri ilə bağlı da tədqiqatlar aparılıb. 

1. Əvvəllər “Motsart effekti” deyilən fenomen populyar idi. Frensis Rauşer adlı alim və onun həmkarları belə bir qənaətə gəlmişdilər ki, körpələrə Motsartın musiqilərinin dinlədilməsi onların intellektinin yüksəlməsinə səbəb olur. 2004-vcü ildə Toronto univrsitetindən psixoloq Qlen Şelenberq (Glenn Schellenberg) geniş tədqiqat nəticəsi olaraq təyin etdi ki, musiqi dərsləri intellekti (IQ) yüksəldir. Yəni, əvvəllər sanıldığı kimi, təkcə Motsartın musiqilərinə qulaq asmaq deyil, məhz musiqi təhsili və musiqi alətlərində ifa etməyi öyrənmək. Şelenberq bu nəticəyə azyaşlı uşaqlara 36 həftəlik musiqi dərsi keçdikdən sonra, onların intellekt göstəricisini başqa həmyaşıd uşaqlara müayisə edərək gəlmişdi.

2. Amerikalı doktor Loqan hamilə qadınlar üçün xüsusi bandaj ixtira etmişdi. Xüsusi mikro kalonkalarla təchiz olunmuş bandaj pleyerə qoşulur, ana bətnində olan körpə üçün tövsiyə olunan musiqilər səsləndirilir. Bu cür bandajlardan istifadə etmiş qadınların uşaqları (1200-dən çox) müəyyən yaşa çatdıqdan sonra test edib, onların həmyaşdıları ilə müqayisədə çox daha zəki olduğunu müəyyən etmişlər. Hazırda hamilə qadınlar üçün xüsusi səs kalonkaları hazırlanır. 

Müasir elmə məlumdur ki, insanın eşitmə qabiliyyəti hələ ana bətnində ikən formalaşır (26-cı həftədən). Ananın səsini və ananın eşitdiyi şeyləri o da eşidir. Anada sevinc, kədər, qorxu və s. emosiyalar yaradan şeylər ona da təsir edir, onu da müvafiq surətdə duyğulandırır. Odur ki, insanın musiqi zövqü hələ ana bətnində ikən forma-laşmağa başlayır. İnsan qismən anasının musiqi zövqünün daşıyıcısı kimi gəlir dünyaya. Ananın (nənənin və ya başqa şəxsin) himayəsində ikən bu proseslər hansısa qədərlərdə davam edir.

Başqa bir tədqiqiatın nəticələrinə görə, hamiləliyinin iyirmi səkkizinci və otuz altıncı həftələri arası musiqi dinləyən anaların uşaqları səslərə başqalarına nisbətən daha tez reaksiya verir, onlarda melodiyaları tanımaq qabiliyyəti özünü göstərir. Belə uşaqların yaddaşı güclü olur.

Mütəxəssislərin fikrincə, yaşdan asılı olmayaraq hər hansı musiqi alətində ifa etməyi öyrənməklə insan özünün idrak imkanlarını genişləndirir. Vacib deyil peşəkar ifaçı səviyyəsinə qalxmaq. Həvəskar ifaçılıq da zəkaya öz faydasını verir.

3. “Yüngül” ritmik mahnılar insan yaddaşında özünə daha möhkəm yer edir. Yəni, yüksək sənət nümunəsi sayılan mahnılardan daha yaxşı yadda qalır. Bu fenomenin səbəbləri dürüst məlum deyil. Amma bəzi hipotezislər var:

- adamlar belə mahnılara dönə-dönə qulaq asır, yaxud özlərindən asılı olmayan səbəblərdən onları dəfələrlə eşitməli olurlar (TV-də, radioda, toylarda, küçədə və s.)

- orqanizmdə azı 200 ritmik proses var. Ritmik mahnılar bir çox hallarda həmin ritmlərin bir çoxu ilə konsonans (ahəng) yaradır. Belə hallarda orqanizmin fəaliyyəti yaxşılaşır, adam bundan həzz alır, pozitiv emosional proseslər baş qaldırır və s. Odur ki, adam durduğu yerdə dingildəməyə başlayır, rəqs etmək həvəsinə gəlir. Bu səbəblərdən, beyin belə ritmik melodiyalara yaddaşda xüsusi yer verir, lazımlı bir şey kimi möhkəm yadda saxlayır.

- səviyyəli sənət nümunələri əksər hallarda bu cür yüksək effekt yarada bilmirlər. Buna görə, əksəriyyət adamlar üçün cəlbedici deyil, yaxşı yadda qalmır.

4. Beyin həyat ərzində güclü təsir etmiş melodiyalardan kompozisiyalar düzəldib yadda saxlayır. Bu, hansısa mahnılar bütövlükdə, yaxud onların hansısa fraqmentləri, yaxud da bir neçə mahnıdan götürülüb birlərşdirilmiş fraqmentlər ola bilir. Müəyyən məqamlarda onları yada salır, yaxud birbaşa səsləndirir. Məsələn, birdən olur ki, adamın durduq yerdə hansısa mahnıya quaq asmaq istəyi yaranır. O deməkdir ki, orqanizmdə nəsə düz getmir və beyin olmuş təcrübəyə əsasən (o təcrübə ki, adam nə vaxtsa bu mahnıya qulaq asan zaman kefi yaxşılaşmışdı, orqanik proseslər normallaşmışdı və beyin bunu yadda saxlamışdı), bu mahnının səslənməsini orqanik ritmləri yaxşılaşdırma üsulu kimi istəyir.

Birbaşa səsləndirmə zümzümədir. Hamı zümzümə edir və əksər hallarda bu, qeyri-ixtiyari ifa kimi başlayır. Məsələn, məşğul olduğu iş adamın əhvalını yaxşı edirsə, bu zaman qeyri-ixtiyari zümzümə başlaya bilir. Bunlar beyinin “qızıl fondunda” olan unudulmaz kompozisiyalardır. Adamın “Öz”ündən yalnız o mənada asılıdır ki, o, yeni və daha güclü təsirli mahnılara təkrar-təkara qulaq asmalqa, həmin “fondu” məqsədli şəkildə yenilədə bilər.

Musiqi ifası "yoluxdurucudur". Xoşa gələn ifanı dinləyən adamlar ifaçıya qoşulub sinxron ifa etməyə avtomatik motivə olunurlar. Buna görə, konsert zamanı ifaçının bir işarəsi kifayət edir ki, oxumağa hazır vəziyyətdə olan tamaçaşıların kütləvi xoru işə düşür.

5. Bir çox musiqi ritmlərinin insan sağlamlığına ciddi mənfi təsir göstərdiyi sübut olunub. Məsələn, “The Beatles” qrupunun “Helter Skelter” kompozisiyası onu dinləyən bir çox adamların qarın və döş nahiyəsində ağrılara səbəb olduğu dəfələrlə təsdiq olunub. Elə musiqi ritmləri var ki, insan beyninin iş ritmi ilə ciddi konfliktlər yaradır. İnsana belə ritmləri uzun müddət məcburi dinlətməklə ağır psixi xəstəliklər doğurmaq mümkündür. Son vaxtların tədqiqatlarına görə, belə musiqilər yeniyetmə və gənclərin psixikasına ağır təsirlər göstərir.

6. ABŞ-da Şulman soyadlı həkim pasiyentləri musiqinin köməyi ilə müalicə etmək metodunu inkişaf etdirdi. Şulman yazır ki, orqanizmdə hər bir orqanın öz iş ritmi var. Orqanın xəstələnməsi bu ritmlətin pozulması ilə müşayiət olunur. Sağlam orqanların ritminə uyğun musiqiləri xəstələrə dinlədən zaman, onların xəstə orqanları bu ritmləri “eşidir” və bu da həmin orqanın ritminin bərpa olunmasına (tez sağalmasına) kömək edir.

Bir çox ölkələrdə musiqi terapeyasından geniş istifadə edilir. İngiltərə, ABŞ, Almaniya, İtaliya və Yaponiyada musiqi terapeyasına dair xüsusi jurnallar dərc olunur. Komaya düşmüş adamların musiqi dinlətməklə ayıldılmasına dair faktlar məlumdur. Hazırda, musiqi terapiyası sahəsində geniş bilim və metodlar sistemi mövcuddur.

Günümüzə gəlib çatmış mənbələrə əsasən:

- Qədim Misirdə yuxusuzluq problemini aradan qaldırmaq və ya ağrıları azaltmaq üçün xəstələrə xor ifası dinlədilirdi;

- Qədim Çində təbiblər bir sıra xəstəliklərin sağaldılmasında musiqi melodiyalarından istifadə edirdilər;

- Qədim Yunan riyaziyyatçısı Pifaqor qəzəb, aqressiya, tənbəllik və s. mənfi hallara qarşı musiqinin faydalı olmasından, habelə zəkanı inkişaf etdirmək üçün musiqinin müsbət təsirindən yazmışdı.

- Platon hesab edirdi ki, musiqi insan orqanizmində bütün prosesləri ahəngə salmaq qüdrətinə malikdir;

- İbn Sina ruhi xəstəliklərin müalicəsində musiqidən istifadə reseptləri təklif etmişdi.

7. Musiqinin bitkilərə təsiri sahəsində də müəyyən biliklər mövcuddur. Qədim Hindistanda ilk dəfə müəyyən olunmuşdu ki, dibçək güllərinin yanında mütəmadi olaraq musiqi alətlərində ifadə olunanda, onların böyüməsi sürətlənir. Hazırda məlumdu ki, bitkilərdə orqanik proseslərinin öz ritmləri var, uyğun musiqi bu ritmləri sürətləndirə bilir. Ötən əsrin 70-ci illərindən bu sahədə bir çox tədqiqatlar aparılıb:

- 70-ci illərdə İşveç alimləri müəyyən etdilər ki, bitkilərin plazma hüceyrələrində proseslər müsiqinin təsiri ilə daha sürətlənir;

- 1973-cü ildə amerikalı alim Dorotti Retallak bitkilərin inkaşfına hansı ritmli musiqilərin və hansı zaman limitləri ilə müsbət təsir göstərdiyini aydınlaşdırdı. Hansı musiqilərin faydalı, hansıların zərərli olduğunu müəyyən edən seriya eksperimentlər apardı. Məsələn, aşkar olundu ki, klassik musiqi bitkinin inkişafını stimullaşdırdığı halda, ağır rok onlara zərər verir, hətta məhvinə səbəb olur;

- holland mütəxəssisləri Retellekin nəticələrini təsdiq edən çox sayda eksperimentlər aparıblar, güllərlə bağlı;

- başqa bir tədqiqatda hansı alətlərdən səslənən musiqinin daha təsirli olması müəyyən edildi;

- hazırda Fransada bitkilərin məhsuldarlığını yüksəldən klassik musiqi kolleksiyaları məhşurdur (ayrıca disklərdə satılır). ABŞ-da bitkilərin inkişafına məqsədli təsir göstərmək (ölçülərin böyüdülməsi, məhsuldarlığın artırılması və s.) üçün tematik melodiyalar hazırlanmışdır. Çində istilikxanalarda “səs generatorlarından” istifadə olunur. Bunlar ayrı-ayrı bitkilərə müvafiq olan səs dalğaları yaymaqla, onlarda fotosintez, boy atma kimi prosesləri sürətləndirmək məqsədilə edilir.

8. 1999-cu ildə yapon alim Emoto Masarunun “Suyun mesajı” adlanan kitabı dərc olundu və böyük diqqətə səbəb oldu. Masaru musiqinin suya necə təsir göstərdiyi ilə bağlı apardığı eksperimentlər haqda yazmışdı. Göstərmişdi ki, musiqi su molekullarında atomların düzülüşünü dəyişir. Müəyyən melodiyalarla (onların yaratdığı dalğalarla) təsir göstərilən suyun dondurulduqdan sonra fərqli kristallar yaratdığını yazırdı (adi halda belə olmur).

Masarunun nəticələrinə görə, klassik, həzin musiqilər suya təsir edərək onun xassələrini yaxşılaşdırırlar. Bu cür suyu içən insanın əhvalı yaxşılaşır, sağlamlığı və immuniteti güclənir. Uca səsli, mənasız, qıcıqlandırıcı, aqressiv, xaotik musiqi və digər səslər isə su tərkibli bütün varlıqlara mənfi təsir göstərir. 

Masarunun metodları və nəticələrinin bir çoxu elmi dairələrdə ciddi tənqid olunub. Populizm və psevdo elm kimi qiymətləndirilir. Bununla belə, populyardır.

 
rasional.info

Go Back

Yuxu və yuxugörmə haqqında maraqlı məlumatlar

1. Bütün adamlar yuxu görür. Kiminsə yuxunu xatırlamaması o demək deyil ki, həmin adam yuxu görmür. Yuxugörmə hər gecə bir-biri ilə əlaqəli olmayan 4-6 süjet şəklində olur əsasən. Yuxunun sürətli fazalarında oyanan adam yuxugörməni daha yaxşı xatırlaya bilir. Yuxudan oyandığı andan ilk 5 dəqiqə ərzində adam gördüyü yuxuların təqribən yarısını yada sala bilir. Dəqiqələr ötdükcə yuxunun xatırlana bilən həcmi sürətlə azalır.
 
2. Təxminən 20 faiz yuxugörmələrdə süjetlər real yerlərə və real adamlara yüksək dərəcədə uyğun gəlir. Əksər hallarda yuxular quraşdırma obrazlar şəklində görülür. Məsələn yuxuda görülən mənzil sizə tanış olan bir neçə mənzilin əlamətlərindən quraşdırılmış olur; tanıdığınız bir adamı başqa xasiyyətlə görə bilərsiz; eyni bir səhnə keçmişin müxtəlif dövrlərinə aid əlamətləri, yaxud realda müxtəif yerlərə aid əlamətləri özündə birləşdirir və s.
 
3. Sorğu olunmuş adamların təqribən 70 faizi yuxuların motivləri əsasında dejavü yaşadıqlarını təsdiq etmişlər.
 
4. Yataq otağının fiziki göstəriciləri yuxuya təsir edir. Məsələn, otaq soyuqdursa (bədən üşüyürsə), adam soyuq bir bölgədə olduğunu və üşüdüyünü yuxu görə bilir. Otaq istidirsə, yuxuda hansısa istilik mənbəyinin təsirindən cansıxıcı səhnə görə bilir.
 
5. Adamların 90 faizdən çoxu yuxunu rəngli görür. Hazırda 25 yaşadək olan adamlar arasında bu rəqəm 95 faizdən çoxdur. Yaşlı adamların ağ-qara yuxu görməsinin səbəbi onunla izah edilir ki, onlar rəngli televizor olmayan zamanlarda ağ-qara televizora baxmışlar.
 
6. Kişilərin yuxuda gördükləri personajların təqribən 70 faizi kişilər, 30 faizi qadınlardır. Qadınlarda bu nisbət təqribən eynidir.
 
7. Heyvanlar da yuxu görür. Elmi təlimlərə görə, sürətli yuxu fazası istiqanlı məməlilərdə və quşlarda inkiafın son fazasıdır. Yuxular məhz sürətli yuxu fazasında görülür. Bətndaxili inkişafın müəyyən mərhələsindən sonra bu faza formalaşır və insan dölündə yuxugörmə prosesləri başlayır.
 
8. Kor doğulan adamlarda yuxugörmə səs, dad, iy, lamisə və emosiyalara məhdudlaşır.
 
9. Yuxu daha çox neqativ emosiyaları önə çəkir. Yuxugörmələrdə ən çox baş verən emosional vəziyyət həyəcandır. Həyəcan nə nə qədər şiddətli olursa, oyandıqdan sonra yuxunun xatırlanma və uzun müddət yadda qalma imkanı bir o qədər böyükdür. Orqanizmdə olan narahatlıqlar (o cümlədən yataq yerninin narahat olması səbəbindən) həyəcanlı yuxugörmələrə səbəb ola bilir.
 
10. “Xəbərdarlıq yuxu” anlayışı var. Orqanizmdə hansısa xəstəlik, hanssa orqanda pozğunluq inkişaf etməkdədirsə və insanın hələ ki bundan xəbəri yoxdursa, həmin xəstəliyə hansısa formalarda işarə edən yuxular görülə bilir. Bəzən, adamlar belə yuxuları fərqli şəkillərdə təkrar-təkrar görürlər. Təsdiq olunub ki, yuxugörmədə yaşıl və göy rənglər üstünlük təşkil edirsə, bu, orqanizmin qaydasında olmasına; qırmızı fonlar üstünlük təşkil edirsə, bu, bədəndə qızdırma olmasına, yaxud hansısa infeksion xəstəliyin yarandığına; sarı-qəhvəyi fonların üstünlüyü bağırsaqda olan problemlərə; qara fonların üstünlüyü əsəb pozğunluqlarına işarə edir.
 
11. Adamlar yuxunun asta fazalarında xoruldayırlar. Xoruldama zamanı yuxugörmə olmur.
 
12. Siqaret çəkməyi tərgitmiş adamlarda bir müddət çox parlaq yuxugörmələr olur.
 
 
Başqa canlılarda:
 
13. Atlar və qoyunlar həm uzanaraq, həm ayaq üstə yata bilir. Ayaq üstə yatarkən yuxugörmə olmur. Çünki yuxu görülən yuxu fazası olmur bu halda.
 
14. Balinalar, delfinlər, quşlar “yarı beyinlə” yata bilirlər. Bu zaman beyin yarımkürələri növbə ilə yuxuya dalır. Dəniz heyvanları bunun sayəsində, yuxuda ikən vaxtaşırı suyun səthinə qalxıb nəfəs ala bilirlər. Quşlar isə təhlükələrdən qorunurlar. Quşlar ayaq üstə, suda üzərkən, uçarkən yata bilirlər.
 
15. Köçəri quşlar səfər edəndə 10-15 quş sıx dövrə yaradır. Dövrənin içində “uçan” hava axını əmələ gəlir. Quşlar növbə ilə bu axına girir, qanadlarını açıq saxlamaqla yuxu rejiminə keçirlər. Hava axını özü onu aparır. Bunun sayəsində quşlar sutkalarla fasiləsiz uça bilirlər.
 
 
16. Dərkolunan yuxugörmə (Lucid dream)
 
Yuxunun elə bir halıdır ki, yatan adam yuxu gördüyünü dərk edir və yuxunun məzmununu hansısa hədlərdə idarə etməyə qadir olur. “Lucid dream” terminini holland psixiatrı Frederik van Eeden ifadə edib. Elmi araşdırma predmetidir, eksperimentlər yolu ilə dəfələrlə təsdiq olunub. D.y. həm yuxu (yatma) prosesinin bilavasitə başlanğıcında, həm də gedişində (yuxuya getdikdən xeyli sonra) baş verə bilər.
 
D.y. zamanı insan oyaq vaxtı həll edə bilmədiyi çətinliklərin həll yolunu “görə” bilir; yuxuda uçursa, uçuş trayektoriyasını idarə edə bilir; real həyatda pis danışdığı xarici dildə yaxşı danışa bilir; real həyatda onu daim qorxudan fikirlərə (fobiyalara) qalib gələ bilir (bundan sonra həmin fikirlər onu real həyatda bir daha qorxutmur); real həyada uzun müddət xatırlamağa çalışdığı amma xatırlaya bilmədiyi bir şeyi xatırlaya bilir və s.
 
D.y.-ni vərdişə çevirə bilmək üçün, Stephen LaBerge tərəfindən hazırlanmış xüsusi məşğələ proqramları var. Belə məşqlər sayəsində hər kəs istədiyi vaxt dərkolunan yuxu görə bilər. D.y.-yə həmçinin hipnoz üsulu ilə dalmaq mümkündür.
 
D.y. bir çox filmlər üçün ssenari motivi olmuşdur:
 
The Lathe of Heaven (1980);
Open Your Eyes (1997);
The Cell (2000);
Waking Life (2001);
Vanilla Sky (2001);
Eternal Sunshine of the Spotless Mind (2004);
The Science of Sleep (2006);
Inception (2010)
 
rasional.info

Go Back

Xoşbəxt olmağın şərtləri

1. Xeyirxah olun
“Psychological Bulletin”də yayımlanan araşdırmaya görə özünüz üçün yox, başqaları üçün pul xərcləmək, özünüzü daha yaxşı hiss etməyinizə gətirib çıxarır. Ən xoşbəxt insanların, paylaşmağı sevən insanlar olduğunu sübut edən araşdırmaya görə, xeyirxahlıq edərək, başqalarına pul verərək xoşbəxt ola bilərsiniz.

2. Şükür edin
Pensilvaniya Universitetinin professoru Martin Seliqman hər gecə onları xoşbəxt edən üç yaxşı şeyi yadına salan insanların digərlərindən daha xoşbəxt olduğunu sübut edib. Sizi xoşbəxt edən şeylərin çox da mühüm şeylər olması vacib deyil. Həyat yoldaşınızın sevdiyiniz şirniyyatı xatırlayıb alması belə şükür etməyiniz üçün yetərlidir.

3. Təzə şeyləri sınayın
Araşdırmalar göstərir ki, yeniliklər edən, yeni təcrübələr yaşayan və rutin həyatdan çıxmağı bacaran insanlar daha xoşbəxt olurlar. Yeni şeylər sınamaq beyin dalğalarını oyandırır.

4. Hədəflər müəyyən edin
Psixoloq Jonathan Freedman qarşısına qısa, yaxud uzun müddətli hədəf qoyanların, digərlərinə nisbətdə daha xoşbəxt olduqlarını iddia edir. Viskonsin Universitetindən Richard Davidson isə deyir ki, hansısa məqsəd naminə çalışmaq, müsbət emosiyalar oyadır insanda.

5. Bitərəf olun
“Ultimate Happiness Prescription” adlı kitabın müəllifi Deepak Chopra yazır ki, xoşbəxt olmaq üçün tərəfsiz olmaq lazımdır: “Əgər öz mövqeyinizi müdafiə etməyi dayandırsanız, enerjinizin 99 faizinə qənaət edərsiniz və daha çox xoşbəxt olarsınız”.

6. İnanclı olun
Aparılan yeni araşdırmalara görə inanclı insanlar olmayanlara nisbətdə həyatlarından daha məmnun və xoşbəxtdirlər. Melburn Universitetindən Bruce Headeyin 25 illik araşdırmasının nəticəsində bəlli olub ki, inanclı insanlar karyera narahatlığından uzaqdırlar və ruhən daha stabildirlər.

7. Azı 6 saat yatın
İngiltərədə aparılan bir araşdırma göstərir ki, gündə ən az 6 saat  15 dəqiqə davamlı olaraq yatmaq, insanın xoşbəxt olmasında böyük əhəmiyyət daşıyır.

8. On yaxşı dostunuz olsun
Nottinqam Universitetinin araşdırmasına görə ən azı 10 yaxşı dosta sahib olduğunu deyən yetkin insanlar, beşdən az dostu olanlara nisbətdə daha xoşbəxtdirlər. Daha xoşbəxt hiss etmək üçün, dost çevrənizi genişləndirməyiniz lazımdır.

9. Tez-tez gülümsəyin
Gülümsəmək və xoşbəxt insan kimi davranmaq insanda müsbət emosiyalar yaradır. Durduğunuz yerdə, heç bir səbəb olmadan gülümsəsəniz, əhvalınız düzələcək. Bu da araşdırma nəticəsidir.

10. Romantik olun
Münasibətlərin xoşbəxtliyə çox böyük təsiri var. Kornell Universitetində aparılan araşdırmaya görə sevgi münasibəti olan insanlar, olmayanlara nisbətdə daha xoşbəxtdir.

kulis.az

Go Back

Zehninizi susdurun

Bir çox insan düşünür ki, onların düşüncə tərzləri, reallıqları görmə qabiliyyətləri digər insanlarla eynidir. Bu o deməkdir ki, onlar öz zehinlərində eyni bir filmə baxırlar və öz həyatlarını eyni formada qurub, eyni formada yaşayırlar.
     Siz öz beyninizdə düşüncə tərzinizi və təsəvvürlərinizi dəyişə bilərsiniz. Siz hətta öz fikirlərinizi dəyişərək, həyat tərzinizi də dəyişə bilərsiniz.
     İnsanların çoxu fikirlərinin, düşüncə tərzlərinin dəyişə biləcəyinə inanmır və ya bunu ümumiyyətlə istəmirlər. Onlar bunu absurd kimi qəbul edirlər.
     Lakin kifayət qədər bu haqda biliyə sahib və öz düşüncələrini dəyişməyə cəhd göstərən insanlar da var. Əgər onlar öz düşüncə prossesləri üzərində şüurlu şəkildə işləməyə, daha çox səy göstərməyə davam edərlərsə, onlar öz yaradıcılıq qabiliyyətlərini daha praktik və birbaşa şəkildə həyata keçirə bilərlər.

     Zehni susdurmaq isə haqqında çox az bildiyimiz bir məlumatın ən yuxarı mərhələsidir və bunu bacarmaq üçün daha praktik addımlar atmaq lazımdır. Əgər insan bu və ya digər bir məqsədinə çatırsa, həmin an anlayır ki, bu onun beynində və düşüncəsində tutduğu məqsəd deyil, hətta ondan daha fərqli bir şeydir. O aydın şəkildə başa düşür ki, əslinə onun əsl mahiyyəti reallıqdadır. Təsəvvür deyə bir şey yoxdur. Yaşadığı şeyləri isə illuziya həyata keçirir ki, buna da “reallıq” deyirik. 
     Zehni susdurma qabiliyyəti isə istədiyimiz kimi zehnimizi açıb-bağlamaq üçün istifadə etdiyimiz açardır. Biz onu söndürməyi bacarsaq, güclü, ağıllı və xoşbəxt yaşayacağıq. Nə vaxt ki, zehnimiz və fikirlərimiz susur, biz ağlımızı ən effektiv şəkildə istifadə edə bilərik.Düşüncə və ağlın davamlı olaraq, fasiləsiz, yorucu çalışmasından sonra susması nəticəsində insanlar arasında sülh və xoşbəxtlik yaranır. Bu mərhələdə siz düşüncələrinizin rəhbəri olursunuz. 


      Bir çox insanlar öz düşüncə tərzlərini və onun həyat fəaliyyətinə tətbiqini aşağıdakı kimi təsvir edirlər :
1. Siz fikrinizi dəyişə və istədiyiniz fikri seçə bilərsiniz. Bunu etməklə siz həm də  həyatınızı dəyişəcəksiniz ;
2. Hal-hazırda zehninizdə yeni, rəngli və pozitiv enerji ilə dolu bir rəsm çəkə bilərsiniz;
3. Zehninizdəki köhnə şəkillərə, ya da səhnələrə baxmaqdan imtina edə bilərsiniz;
4. Əgər zehninizdəki rəsmlə olduğunuz vəziyyət bir-birindən kəskin şəkildə fərqlənirsə, siz istədiyiniz psixoloji rəsmə baxa bilərsiniz;
5. Siz zehninizin kinoteatrında oynamaq üçün film seçə bilərsiniz;
6. Siz zehninizin daxili otağında asmaq üçün rəsm əsəri seçə bilərsiniz. 

allmag.az

Go Back

Dünyanın ən qəribə boşanma səbəbləri

Bəziləri evliliyi sevginin bitdiyi gün kimi qiymətləndirsələr də, psixoloqların sözlərinə görə cütlüklər arasında əsil sevgi evləndikdən sonra başlayır. Ümumiyyətlə, evlilik çox çətin qəbul edilən qərar hesab edilsə də, təəssüflər olsun ki, bəzən tərəflər “onu” tapana qədər nə qədər əziyyət çəkdiklərini unudub ən xırda bir səbəbə görə ayrılmağa qərar verirlər.

İndi sizə tarixə ən qəribə boşanma səbəbləri kimi yazılan bir neçə hadisə barədə məlumat vermək istəyirik. Oxuyun və ayrılmaq üçün bu səbəblərin nə dərəcə yetərli olduğuna özünüz qərar verin.

Qadını təmizlik düşkünü olduğu üçün hər cür ev işləri görməyə öyrəşən kişi evliliklərinin 15-ci ildönümündə həyat yoldaşı ondan mənzillərinin çirkli görünən divarını söküb yenisini tikməyini istədiyi gün boşanmaq haqqında ərizəylə məhkəməyə müraciət edib.

Ailə həyatı qurarkən həyat yoldaşına 24 yaşı olduğunu deyən qadının sirri 10 ildən sonra açılıb. Onunla evlənərkən əslində xanımının 30 yaşı olduğunu öyrənən kişi elə həmin gün onunla yollarını ayırmaq qərarına gəlib.

Tutuquşusunun hər gün ona “boşan”, “səbirli ol” deməyi qadında elə təsəvvür yaradıb ki, əri onu aldadır. Bu “faktı” əlində bayraq tutan qadın həyat yoldaşından ayrılmaq üçün məhkəməyə müraciət edib.

60 illik evlilik həyatından sonra boşanma qərarı alan cütlüyün hekayəsi də olduqca maraqlıdır. 99 yaşlı kişi 1940-ci ildə köhnə sevgilisinin 96 yaşlı həyat yoldaşına yazdığı məktubu tapıb, məktubu oxuyub bitirdikdən sonra boşanmaq üçün məhkəməyə müraciət etdi. Onlar ən gec boşanan cütlük kimi tarixə düşüb.

Fransız bir qadın isə gün ərzində həyat yoldaşı onunla 20 dəfə cinsi əlaqədə olduğuna görə boşanmaq üçün məhkəməyə müraciət edib. Məhkəmənin nəticəsində isə ərindən 14.000 dollar təzminat almağa nail olub.

Heç vaxt anasının yanından ayrılmayan bəy bal ayına da anası ilə birgə getmək qərarına gəlincə təzə gəlin evlilikərinin üçüncü həftəsində boşanmaq üçün məhkəməyə müraciət edib.

dialoq.info

Go Back

6 Xarakter tipinə uyğun ən yaxşı ixtisaslar

Öz həqiqi sevginizi axtararkən xarakterinizə uyğun bir insan tapmağa çalışırsınız.Bu, həmçinin sizin ixtisasınıza da aiddir.

Əlbəttə, hamının fərdi xüsusiyyətləri var, ancaq tədqiqatçılar müşahidə ediblər ki, çox insanlar müəyyən xarakterə malikdir ki, bu xarakterlər kiçik kateqoriya şəklində qruplaşdırıla bilər. İnsanların xarakterlərinin altı ümumi tipi var və hər biri üçün yaxşı iş şansı,əmək haqqı, həyat şəraiti imkanı olan ixtisaslar müəyyən olunub. Çoxları aşağıdakı kateqoriyalardan ən azı birində özünü tapacaq:

Realist insanlar praktiki və birbaşa olmağa üstünlük verirlər. Onlar konkret obyektlərlə işləməyi sevirlər. Bu xarakter tipinə uyğun ixtisaslar: elektrik mühəndisi, cərrahi texnoloq,  biotibbi mühəndis.

Təhqiqatçı insanlar analitikdirlər və intellektualdırlar. Adətənonlar qərar verməzdən əvvəl çoxlu məlumat toplamağı xoşlayırlar. Onlar rasional məlumat ilə dəstəklənməyən fikirləri şübhə altına alırlar. Uyğun ixtisaslar: proqram təminatı yaradıcısı, baytar, kitabxanaçı, tibb bacısı və professor. 

İncəsənəti sevən insanlar təsəvvür edə biləcəyiniz kimi kreativ və təxəyyülü güclü insanlardırlar. Onlar, həmçinin problemlərə həll yolu tapmaqda məharətli ola bilirlər, çünki başqa insanlar problemlərə rasional yanaşma təklif edərkən, onlar intuitiv yanaşırlar. Bu xarakterə uyğun ixtisaslar: redaktor, dizayner, qrafik dizayner, memar, prodüser və s.

Sosial insanlar çox vaxt səbir, şəfqət göstərmək və alicənablıq kimi əlamətlərin fərq etdiyi, insanlara kömək etməyi nəzərdə tutan ixtisaslarda özlərini tapırlar. Onlar adətənkomanda daxilində razılıq yaratmaqda bacarıqlı olurlar. Uyğun ixtisaslar: məktəb psixoloqu, fizioterapevt, sosial işçi, vasitəçi və s.

Təşəbbüskar insanlar rəqabəti sevən, enerjili və xarici mühitlə yaxından maraqlanan insanlar olurlar. Onlar adətən sahibkar, qrup lideri olmağa meyilli olurlar və böyük nailliyətlər əldə etmək üçün layihələrin bir hissəsi olmağa çalışırlar. Uyğun ixtisaslar: maliyyə meneceri, satış meneceri, satış nümayəndəsi və s.

Həmçinin nizamlı kimi də təsvir olunan dəqiq insanlar bir qədər səhv qiymətləndirilirlər. Onlar ehtiyatlı, diqqətli və effektiv olmağa meyilli olsalar da, mütləq yumşaq insanlar deyillər. Onlar hər şeyin yolunda getməsini təmin etmək üçün bütün nəzarəti əlində saxlayan insanlardırlar. Uyğun ixtisaslar: mühasib, texniki yazıçı, müfəttiş və s.

Xarakter tiplərini kateqoriyalaşdıran bu sistem, təbii ki, mükəmməl deyil. Çox insanlar iki və ya üç müxtəlif tipin qarışığıdır. Bəzi insanlar hiss edə bilərlər ki,onlar bu kateqoriyaların heç birinə uyğun gəlmirlər. Sizin əlamətləriniz və xüsusiyyətləriniz necə olur olsun, öz xarakterinizə uyğun ixtisas seçsəniz, gələcəkdə yaxşı karyera qurmaq şansınız daha çox olacaq. Bu, qarşınıza çıxan ilk imkanı dəyərləndirib uğur qazanmaq qədər asan olmaya bilər. Amma nəzərə alın ki, çoxları ilk tanış olduqları insanla da evlənmirlər.

 
kayzen.az

Go Back

20 nəticə göstərilir