Düşüncə Jurnalı

header photo

8 MART – ƏSL MAHİYYƏTİNİ İTİRMİŞ GÜN

Hər il mart ayının səkkizinci günü Dünya Qadınlar Günü olaraq qeyd olunur. Dünya Qadınlar günü ilk dəfə 1800-cü ildə bir tikiş fabrikində daha yaxşı işləmə şərtləri üçün mübarizə aparan işçi qadınların fabrikə qapadılması və ardından da çıxan yanğında  fabrik önündə qurduqları mühasirədə ölümləriylə gündəmə gəldi. 8 Martın dünya qadınlar günü olaraq  qeyd olunması və ümumdünya səviyyəsində qəbul olunması 1970-ci illərə təsadüf edir. Azərbaycanda da xüsusən Sovet rejimindən bugünə kimi qeyd olunmaqdadır.  8 Mart tarixinin əsas mahiyyəti qadınların problemlərinin dilə gətirilidiyi, gözləntilərinin vurğulandığı bir gün olaraq dəyərləndirməkdir.  Ancaq il keçdikcə qadınlar günün içi sanki boşaldılaraq, adətən bir sevgililər günü abu-havasında qeyd olunduğunun şahidi oluruq.

 Son illərdə 8 mart günündə alınan çiçəklər, göndərilən hədiyyələr, mesajlar onu əsl anlamından və özündə daşıdığı mənadan nə qədər uzaqlaşdığının nümunəsidir. Qadınlar günü qadınların problemlərinin, haqlarının  və gözləntilərinin dilə gətirildiyi bir gün olmaqdan getdikcə uzaqlaşır.

Halbuki qadınların və xüsusəndə ölkəmizdə yaşayan qadınların çox böyük problemləri var. Təkcə qadınların deyil, hər evdə böyüyən gələcəyin “ana namizədi” olan qızlarımızın da problemləri gözardı edilməməlidir. Doğrudur ölkəmizin , dövlətimizin qadınlara verdiyi dəyər və imtiyazlar hamımızın məlumudur. Lakin gəlin görək bunlara əməl olunurmu?! Əfsuslar olsun ki, statistikaya bəlli olan namus və digər səbəblərdən cinyətlərin qurbanı olan qadın və qızlarımızın sayı kifayət qədərdir. Hələ buna statistikadan kənarda qalan, bölgələrdə, ucqar ərazilərdə  yaşanan bəzi xoşagəlməz halları da qatsaq ,nə yazıq ki, durumun acınacaqlı olduğu ortaya çıxır.  Uşaq istismarı, ailədaxii şiddətə məruz qalma, təhsildən yayınma, erkən nigah, təcavüz kimi hallar da diqqətdən kənarda qalmamalıdır.

Bugün əsas qanunverici aparat olan Milli Məclisdə də qadın deputatlarlarla təmsil olunan qadınlarımızın statusunun cəmiyyətimizdə getdikcə daha da artdığına bir nümunədir və  fikrimcə qadınlarımız  daha sivil, ədalətli, sülh olan bir mühitdə yaşamağa layiqdirlər.

Hər bir azərbaycanlı qadın, ana, mütəxəssis kimi mən də təkcə 8 martda deyil, ilin bütün günlərində hər zaman qadınlarımıza diqqət və hörmət görməyi diləyərək, 8 martın həqiqətən də öz mahiyyətini daşıyan bir gün kimi qeyd olunmasını arzulayıram.

Cəmiyyət, dövlət, icma , quruluş və s. olaraq qadınlarımız, qızlarımız üçün necə daha rahat, qayğısız, əlverişli bir mühit yarada bilərik bir daha düşünək...

Axı bügünlərin anlamı var!... Sevgi və diqqət qadınlarımızı hər zaman ruhlandırır. Gəlin unutmayaq!

Kişi – dövlətdir, idarə edər, sahib çıxar, qoruyar... Qadın- millətdir, dövləti yalnız o ayaqda tutar!

KAZIMLI TƏRANƏ

NARINC UŞAQ PSİXOLOGİYA MƏRKƏZİNİN İCRAÇI DİREKTORU

Go Back

Sorğu göndər