Düşüncə Jurnalı

header photo

GƏLİN MƏNİM SÜPÜRGƏMDİR -Psixoloji baxış

04-12-2016

Son zamanlar boşanmalar daha çoxdur və artmağa davam edir. Bəs ailələrin dağılmasına səbəb nədir ? Ailə qurarkən hər kəs xoşbəxt olmaq üçün evlənir lakin bu xoşbəxtliyin qarşısını alan nədir? Yəni ailə həyatı quran şəxslər nələrə diqqət etməlidirlər? Uzun zamandan bəri həll olunmayan qaynana-gəlin çəkişməsi yoxsa ər-arvad çəkişməsi yaxud da kənar şəxslərin müdaxiləsi? Qaynana və gəlin probleminin başlıca yaranma səbəbi “sahiblənmə” duyğusudur. Arasdırmalar göstərib ki, qadınlarda kişilərlə müqayisədə sahiblənmə duyğusu daha yüksəkdir! Ana övladını, evini, yolaşını, işini demək olar ki hər şeyi sahiblənir! Oğul mənimdirsə, onun evi də, yoldaşı da, övladları da mənimdir deyə sahiblənməyə başlayır. Burada isə nəzərə alınmalıdır ki, gəlin də bir qadındır və onun sahiblənmə duyğusu var və elə burada “qaynana- gəlin” problemi yaranmağa başlayır! Bunun həlli isə gəlinin və yoldaşının üzərinə düşür. Yəni ki gəlin nəzərə almalıdır ki, qaynanası oğlunu itirmək qorxusu yaşayır. Bu məqamda gəlinlər biraz daha təmkinli olmalıdırlar. Kişinin üzəinə düşən vəzifə isə yoldaşına “mənim anama yaxın ol yaxud mənim anamı sev və ya mənim anama hörmət saxla” kimi sözlərdən istifadə edərək yoldaşınızı sıxışdırmayasınız çünki sizin israrınız ilə yaranan bir münasibət əlbəttə bir yerdə qırılacaq və davamlı olmayacaqdır! Və əsla ananız və yoldaşınızı müqayisə etməyin və belə bir şəraitin yaranmasının qarşısını alın! Qaynanalar isə gelinə hər şeyi öyrətməyə çalışır, yeni ki artıq o gəlnini tam hazır bir şəkildə görmək istəyir lakin burada diqqət etməlidir ki, gəlnin yaş və təcrübəsi eyni deyil! Nəyisə öyrətməyə çalışmayın, buraxın zaman öyrətsin. Gəlinlər qaynananın müdaxiləsinə icazə verməlidirlər. Yəni ki, əgər qaynana evdə nəyisə dəyişmək istəsə, yaxud səhv tapsa onu dəstəkləyin. Çünki qaynanalar təsdiqlənməyi sevirlər. Bu isə müvəqqəti bir hissdir, yəni zamanla itirmək qorxusu ləğv olduqda artıq qarışmayacaq! Ər- arvad münaqişələrinin səbəbi isə evdə yoldaşın danışmamağı, yaxud da telefon və s. kimi texnoloji vasitələrdən istifadə edərək vaxt ayırmaması və s. Xanımlar ilk növbədə baxmalıdır ki, yoldaşının anası ilə münasibət necədir? Anası onunla necə rəftar edir? Yoldaşı özünə bağlamağın ən yaxşı yolu anasından öyrənməkdir! Və yoldaşınızın marağı nəyədir? Məsələn : futbol, maşın, siyasət və s. Onun maraq dairəsindən danışın və beləliklə artıq yoldaşınız sizi həm dinləməyə, həm də danışdırmağa meyil edəcəkdir! Bu gün ailələrə mənfi tərəfdən müdaxilə çoxdur! Qohumlar, qonşular, dost-tanışlar ailəyə müdaxilələr etməyə çalışırlar! Bu cür danış, bu tərzdə cavab versən yaxşıdır yaxud mən sənin yerində olmaq istəmərəm və s. kimi cümlələrdən istifadə edərək ailədəki kiçik bir problemin həll olunmaz vəziyyətə gətirib çıxarmağı bacarırlar! Yaxşı olardı ki, buna icazə verməyəsiz ailəniz sizin məhrəmiyyətiniz və şəxsi məkanınızdır, başqasının ora müdaxiləsi düzgün deyil, bu sizin ən yaxınınız olsa belə!

Aytən Əlizadə

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

Sorğu göndər