Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Psixoloji Testlər"

Bəs Siz Necə Gülürsünüz

Hər kəsin özünə məxsus jestləri və hərəkətləri vardır. Buna gülüş də daxildir. Sizin necə gülümsəmənizdən asılı olmayaraq sizin gülüşünüzdə xarakterinizin də rolu var.

Siz gülərkən çənənizdən tutursuz?

Bu o deməkdir ki, sizin yaşınız neçə olursa olsun sizin xarakteriniz gənclik cizgilərini özündə qoruyur. Bəlkə də bu səbəbdən bəzən çox düşünmədən addım atıb, qərar qəbul edirsiniz.

Siz gülərkən əlinizlə ağzınızı tutursunuz?
Əgər belədirsə o zaman siz özünüzə inanmırsınız. Tez-tez utanırsız, kənarda qalmağı üstün tutursunuz. Sizə məsləhət: özünüzü aciz, aşağı səviyyədən analiz etməyin və ifrat dərəcədə özünüzü tənqid etməyin.

Gülərkən başınızı arxaya tərəf aparırsız?
O zaman siz yetəri qədər inamlı, etibarlı bir insansız. Bəzən öz hisslərinizə qapanaraq gözlənilməz addımlar atırsınız. Lakin hər vəziyyətdə hisslərə deyildə ağlınıza söykənərək addım atsaz daha yaxşı olar.

Siz gülərkən əliniz üzünüzə və ya başınıza toxunur?
Əgər belədirsə o zaman siz xəyalpərəst birisiniz. Xəyal qurmaq pis əlamət deyil, lakin bəzən gerçəkliklərədə nəzər salmaq gərək. Çalışın həyata və həyat problemlərinə real tərəfdən yanaşasız.

Gülərkən burnunuzu büzürsünüz?
Sizin hissləriniz və baxış tərziniz tez-tez dəyişir. Siz emosional və şıltaq birisiniz.

Ağzınızı açaraq möhkəm gülürsünüz?
O zaman sizi temperamentli və hərkətli biri hesab etmək olar. Bəzi vəziyyətdə özünüzü ələ alıb idarə etməyiniz daha məqbuldu.

Sakit gülümək üçün başınızı qarşıya əyirsiniz?
Siz təmiz ürəkli, vicdanlı, vəziyyətə uyğunlaşan birisiniz. Sizin hisslərinizi və hərəkətlərinizi idarə edə bilirsiniz.

Gülərkən gözlərinizi qıyırsınız?
Bu sizin özünüzə inamınızdan və güclü zəkanızdan xəbər verir. Siz çalışqan və israrlı birisiniz. Bəzən həddinən artıq bu əlamətlər sizdə özünü göstərir və belə hallarda özünüzə kənardan baxmağa çalışın.

Sizin xüsusi gülüş tərziniz yoxdur?
O zaman siz fərdiyyətçisiniz- hər zaman və hər yerdə ilk öncə öz fikrlərinizə əsaslanırsınız.


Tərcümə etdi: Orucova İlahə
http://allmag.az 

Go Back

Əllərin forması və xarakter

1. Kvadrat ovuc forması, qısa barmaqlar.

Belə əllərə sahib olan qadınlar çox təcrübəlidir. Nadir hallarda həyata keçməsi mümkün olmayan şeylər istəyirlər. Etibarlılıq və ağıllarına görə seçilirlər. Onlar yeni insanlarla asan ünsiyyət qururlar və bu müansibətləri "işgüzar relslərə" çevirməkdə heç bir eyib görmürlər. Əgər siz bu təsvirdə özünüzü tapdınızsa bilməlisiniz ki, müabahisələrinizin səbəbi nələrisə çox yüksək səviyyədə gözləməyinizdir. Ona görə vaxtaşırı plan üzrə hərəkət etməməyə çalışın.

2. Kvadrat ovuc forması, uzun barmaqlar.

Bu tip qadınlar öz sözlərini jestlərlə vurğulamağa üstünlük verir. Onlar kəskin və emosionaldır. Maraqları müxtəliflidir, onlar adətləri və mərasimləri sevmirlər. Yeni hislərin axtarışı zamanı, onlar istənilən dəliliklərə hazırdılar. Onlar məmnuniyyətlə insanlarla və kompüterlərlə ünsiyyət saxlayırlar. Praktik olaraq bütün ofis təchizatıyla bu adamlar çox rahat işləməyi bacarırlar. Əgər siz bu təsvirdə özünü tapdınızsa, tez əldən düşməmək (tükənməmək üçün) üçün, özünə əlavə enerji mənbəyi təmin etməyə çalışın. Məsələn bunda sizə spa-salonlar və ya axşamlar gününüzü keçirə biləcəyiniz sakit məkanlar kömək edəcək. Əsas müntəzəm istifadə etməyinizdir.

3. Uzunsov ovuc forması. Qısa barmaqlar.

Bu qadınlar çox pozitiv, əla təşkilatçıdırlar. Onlara bütün yeni məlumatlar maraqlıdır. Onlar üçün bütün dünya - teatrdır, ətrafındakılarların diqqəti olmadan onlar özlərini emosiyasız hiss edirlər. Tamaşaçı onlara hava kimi lazımdır. Ürəyinin dərinliyində belə adamlar balaca uşaq qalırlar. Onlar yad sözlərə etibar etmirlər. Əgər siz bu təsvirdə özünü tapdınızsa, əsəb sistemini, ürəyi və damarları həddən artıq yükləməmək üçün, sizə az tələsməyi və daha çox dincəlməyi məsləhət görürük.

4. Uzunsov ovuc forması. Uzun barmaqlar.

Şübhələr və ziddiyyətlər bu qrupun nümayəndələrinə tez-tez əzab verir. Onlar yumşaq və həssasdırlar, yad təsirə asan təslim olurlar. Onlar arasında yaradıcı insanlar çoxdur. Bu qadınlar təzyiq altında işləyə bilmirlər. Onları adrenalin az maraqlandırır. Bu adamlarda intuisiya yaxşı inkişaf etmişdir. Onlar tez-tez bilirlər, kim indi zəng vuracaq və ya problemin həllində hansı variantın seçmək lazımdır. Madiyyat onları daha az həyəcanlandırır, nəinki mənəviyyat. Əgər siz bu təsvirdə özünüzü tapdınızsa, onda yadda saxlayın ki, hər gün duyulan yeni hislər bizə yaşamağa kömək edir, ona görə onların müxtəlifliyinə çalışın adət etdiyiniz vərdişlərinizlə kifayətlənməyin.

big.az

Go Back

Xarakter analizi

Bu, psixoloqların istifadə etdiyi xarakter analizidir. Əhval-ruhiyyənizə aid şəkli seçin və nə mənası olduğunu oxuyun. Şəkildə 1-dən 9-a qədər olan şəkillər psixoloqlar tərəfindən kəşf edilib, dəfələrlə test edilib, formaları və rəngləri dəyişdirilərək bugünkü hala gəlib.

  1. Özünə qapalı və həssas: Özünüzlə və ətrafınızla bağlı düşüncələrə ətrafınızdakı insanlardan daha çox bağlısınız. Boş söhbətlər etməkdənsə, tək qalmağa üstünlük verirsiniz. Amma yaxın dostlarınızla münasibətləriniz o qədər güclüdür ki, bu da sizə lazım olan gücü verir. Yenə də tək qalmaqdan heç vaxt bezmirsiniz.                                                                                                                                       
  2. Azadlığa canatan  və ənənələrə qarşı çıxan-Özünüzü inkişaf etdirməyi təmin edəcək azad və heç kimə bağlı olmayan həyat axtarırsnız. Xobbilərinizdə ya da işinizdə sizi müvəffəqiyyətə aparan bacarığa sahibsiniz. Müstəqilliyinizə olan düşkünlüyünüz bəzən sizin gözlənilənin əksini etməyinizə səbəb olur. Öz fikirlərinizə daha çox üstünlük verirsiniz, nəinki başqalarının.                                                                                                                                                                                                                  
  3. Dinamik və aktiv-Maraqlı və müxtəlif işlərə başlamaq üçün riskə gedə bilirsiniz. Təkrarlanan həyat sizi təsirsiz hala salır. Ən çox sevdiyiniz şey bütün hadisələrdə baş rolda olmaqdır. Əslində hadisələri başladan adam da elə siz özünüzsünüz.

  4. Öz ayaqlarının üstündə dura bilən-İnsanlar sizə hörmət edir, çünki hər kəs sizdən dəstək alır. Siz də insanlara güvən verirsiniz. Çox istiqanlı birisiniz. Şablon və şişirdilmiş hər şeydən uzaq gəzirsiniz. Modaya da bağlı deyilsiniz. Əksinə, sizin üçün geyim sadə və rahat olmalıdır.

  5. Professional və özünü tanıyan: Həyatdan nəsə gözləməkdənsə yaradıcı olmağı seçirsiniz. Problemlərinizi qarışıq olmayan üsullarla həll edirsiniz. Gündəlik həyatınızda həqiqi olmağı seçirsiniz. İşinizdə hər kəs sizi məsuliyyətli biri kimi tanıyır. Sizin özünüzə olan güvəniniz sayəsində ətrafınızdakılar da sizdən güc alır. İstədiyinizi edənə qədər dinclik tapmırsınız.

  6. Sülhsevər və tədbirli: Sizinlə münasibət qurmaq çox asandır. Öz şəxsi həyatınıza və azadlığınıza düşkün olduğunuz üçün dostlarınızı çox da bezdirmisiniz. Bəzən düşünmək və ya öz-özünüzə əylənmək üçün hər şeydən uzaqlaşıb tək qalmaq istəyirsiniz. Buna görə də qaça biləcəyiniz gözəl məkanların harada olduğunu bilirsiniz. Amma siz təklik düşkünü bir insan da deyilsiniz. Sadəcə həyatın sizə verdiklərini təqdir edən, dünyayla barışıq bir insansınız.

  7. Diqqətsiz və şən: Azad həyatı sevirsiniz. “Dünyaya bir dəfə gəlirik” qanunundan yola çıxaraq istədiyiniz kimi yaşayırsınız. Çox maraqlı və hər yeni şeyi yoxlamaq istəyən insansınız. Sürpriz hazırlamaq və sürprizlərlə qarşılaşmağı çox sevirsiniz.

  8. Romantik və xəyalpərəst: Çox romantik insansınız. Hadisələrin reallığını görmək istəmirsiniz. Sizin üçün duyğularınız daha əhəmiyyətlidir. Həmçinin həyatda xəyalları müdafiə edirsiniz.

  9.  Analitik və etibarlı: Sizin həyatınızda mədəniyyətin böyük yeri var. Yenə də siz zərif duyğularınızı kənar təsirlərdən qoruyursunuz. Sizin üçün zərif və mədəni bir həyata sahib olmaq çox daha əhəmiyyətlidir.

xanim.net

Go Back

Siz bu evciklərdən hansında yaşamaq istərdiniz?

Siz bu gözəl evciklərdən hansında yaşamaq istərdiniz? Seçin və nəticəyə baxın.

  1. Siz düzgün və sadə insansınız. Hər kəsi öz həyatınıza buraxmağa hazırsınız. Bu sizin mehribanlığınızdan və ya rəhmli olmağınızdan irəli gəlir. Sizin həmişə enerji və gücünüz var, siz mərhəmətlisiniz, buna baxmayaraq göylərdə uçmursunuz. Buna görə də sizin işləriniz həmişə qaydasındadır.
  2. Siz açıq sözlü, səmimi insansınız, istənilən insana ürəyinizi açıb, sevinc və kədərinizlə bölüşməyə hazırsınız. Amma bu xüsusiyyətinizlə mübarizə aparın, hisslərinizi gizlətməyə çalışın. Sizin əhval-ruhiyyəniz depressiv ola bilər, arzu etməkdən yorulursunuz. Heyvanları sevin. Çalışın çox diqqət cəlb etməyəsiniz.
  3. Siz kifayət qədər qapalı insansınız və nadir hallarda insanlarla öz problemlərinizi bölüşürsünüz. Evdə rahatlığı qiymətləndirirsiniz. Əksər hallarda sizin əhval – ruhiyyəniz çox şən olur, siz arzulamağı sevirsiniz.
  4. Siz açıq sözlü, səmimi insansınız, istənilən insana ürəyinizi açıb, sevinc və kədərinizlə bölüşməyə hazırsınız. Evdə rahatlığı qiymətləndirirsiniz, yaxşı ev yiyəsi və çox qonaqpərvər insansınız. Əksər hallarda sizin əhvalınız çox şən olur, siz arzulamağı sevirsiniz.
  5. Siz kifayət qədər qapalı insansınız, demək olar ki, heç kimlə öz problem və xəbərlərlərinizlə bölüşmürsünüz. Qonaq qəbul etməyi çox da sevmirsiniz. Siz tez-tez kədər, məyusluq, ruh düşkünlüyü hiss edirsiniz. Heç nə arzu etmirsiniz. Siz gücü təbiətdə olmaqdan alırsınız. Parkda tez-tez gəzin, ev bitkilərini əldə edin.
  6. Siz kifayət qədər ziddiyyətli insansınız. Siz istəyirsiniz ki, sizin çoxlu dostunuz olsun, tanışlıqlara cəhd edirsiniz, amma bunun ilə bərabər ilk addım atmağa çətinlik çəkirsiniz. Siz qonaqpərvərsiniz, sizdə rahatdır, amma nədənsə soyuqdur. Siz göz qabağında olmağı sevmirsiniz, sizə “boz kardinal” tipi daha uyğundur.
  7. Çox nadir uyğunluqdur. Siz heç kimlə ürəyinizdə olanı bölüşmürsünüz. Siz öz sıxıntınızı gizlədirsiniz və çoxdandır heç bir şey arzu etmirsiniz, amma ətrafınızı çox gözəl qiymətləndirməyi bacarırsınız. Hadisələri qabaqlamağı xoşlamırsınız.
  8. Siz açıq sözlü, səmimi insansınız, buna baxmayaraq ürəyinizi yalnız sizə yaxın olan insanlara açırsınız. Evdə rahatlığı qiymətləndirirsiniz. Adətən sizin əhval-ruhiyyəniz yüksək olur. Siz istənilən cəmiyyətdə diqqət cəlb etməyi xoşlayırsınız. Təbiəti sevin.
  9. Siz kifayət qədər qapalı insansınız, heç kəsi özünüzə yaxın buraxmırsınız. Problemlərinizlə bölüşmürsünüz, çox vaxt özünüzdə saxlayırsınız. Qonaqları sevmirsiniz, rahatlığı qiymətləndirmirsiniz. Çalışırsınız ki insanların diqqətini cəlb etməyəsiniz. Sizə yaşamağa stimul verən – xəyallardır.

Go Back

Diqqət toplama testi

 

Diqqətlə mərkəzdəki nöqtəyə baxın! Əgər 5-10 saniyə sonra nöqtənin ətrafı ağarmamış olsa deməli sizin diqqət toplamaqla bağlı probleminiz var. Baxarkən diqqətinizi toplamaq üçün gözlərinizi bir neçə dəfə qırpmanız məsləhətdir. Bu diqqət toplamaq üçün faydalıdır.

Go Back

Üz ifadələrinə görə test

Bu testdə cəmi 5 saniyə ərzində seçim etməlisiniz. Şəklə baxın və bu şirin üzlərdən hansı sizə daha çox yaxındırsa, həmin şəkli seçin. Testin cavabları olduqca maraqlıdır. Sizin necə bir insan olduğunuzu bu testdə biləcəksiniz. Buyurun, seçin və özünüz haqqında daha bir maraqlı məlumata sahib olun. Test 95% doğru çıxır.

Cavablar:
Şəkil 1: Doğru və mərhəmətli-Siz doğrusunuz. Sizin ətrafınızda olan insanlar çox rahatdır. Sizin ayağınız yüngüldür. Sizdə saxtalıq yoxdur, siz hər insanı dəyərləndirirsiniz. Siz həyatı sevirsiniz, hər şeydən məmnunsuzunz. Əgər siz gülümsəyirsinizsə və üzünüzdə təbəssüm varsa demək həqiqətən ürəkdən gülürsünüz və çox xoşbəxtsiniz. Dostlarınız sizin xeyirxaq qəlbinizi çox dəyələndirir və bu sizin üçün əsl komplimentdir.
Şəkil 2: Enerjili və uğurlu-Siz çox enerjilisiniz. Ətrafınızdakılar sizin xaotik insan olduğunuzu düşünür lakin bu sadəcə sizin çılğınlığınızın ifadəsidir. Siz məqsədyönlü və motivasiyayla dolusunuz. Siz uğur qazanmaq üçün yaranmısınız və hər zaman öz arzularınızın iziylə gedirsiniz. Siz çox məsuliyyətlə qərar qəbul edirsiniz. Sizin hər zaman başınızı söykəyə biləcəyiniz bir çiyniniz var.
Şəkil 3: Stabil və qapalı-Siz stabil insansınız. Kənarda siz xoşbəxt və şanslısınız. Daxildə isə qapalı birisiniz. Sizi başa düşmək bir az çətindir, amma yəqinki siz bunu qəsdən edirsiniz. Siz öz hisslərinizi göstərməməyə çalışırsınız. Siz kifayət qədər yetkin birisiniz və siz sadəcə almağı deyil verməyidə çox sevirsiniz. Cəmiyyət sizin üçün çox əhəmiyyətlidir. Siz ehtiyacı olanlara kömək əlinizi uzatmağı xoşlayırsınız.
Şəkil 4: Mülayim və anlayışlı-Siz çox mülayimsiniz. Sizin geniş dünyagörüşünüz var. Siz anlayışlısınız və bağışlamağı bacarırsınız. Siz ölçülü və sakit həyat tərzinə üstünlük verirsiniz. Siz səs küylü dünyanı heç sevmirsiniz.
Şəkil 5: Azğın və gözlənilməz-Siz vəhşi bir maşın kimisiniz. Siz həyatda kiçik bir motor kimisiniz ki, heç dayanmırsınız. Siz ideaların insanısınız. Hər zaman rəqabət içindəsiniz. Siz, sizə verilən nəyisə ciddi qəbul etmirsiniz.
Şəkil 6: Pozitiv-Siz çox pozitiv və xoş insansınız. Sizin kimi şən, gülərüz, mehriban optimist bir insanla maraqlanmamaq mümkün deyil. Siz dünyayla fəal maraqlanırsınız. Siz öz dostlarınızdan uzaq deyilsiniz. Siz hər zaman sevincli və xoşbəxt olursunuz, nadir hallarda ruhdan düşürsünüz. Sizin çox gözəl yumor hissiniz var və hər kəs sizin etdiyiniz zarafatlara gülür. Siz həyatdan zövq almağı bacaran insanları cəlb edirsiniz. Siz özünüzü sevinclə əhatə eləməyi çox sevirsiniz.
Şəkil 7: Şanslı empati-Siz başqasının dərdlərini başa düşənsiniz. Siz, təvazökar, düşüncəli və mehriban birisiniz.Sizə prespektivlər lazımdır. Siz bu dünyaya azda ols yaxşılıq gətirmək istəyirsiniz. Siz hər günü mənalı keçirməyə inanırsınız və buna cəhd edirsinz. Ola bilərki sizin dünyanı dəyişmək şansınız yoxdur amma insanların həyatını dəyişə bilərsiniz. Bu sizdə çox uğurlu alınır.
Şəkil 8: Ehtiraslı optimist-Siz ehtiraslı birisiniz. Sizə real sevgi lazımdır və siz narahat olursunuz ki, onu heç vaxt tapmayacaqsınız. Siz optimistsiniz və çox gözəl bir insansınız, ancaq sizin ürəyinizdə bir çox yaralar var. Siz insanlardan anlayış gözləyirsiniz və hər zaman belə insanların axtarışındasınız. Siz insanları bir ömür boyu başdan çıxarırsınız. İnsanlarla davranışınızda olduqca sadə olmağa çalışırsınız. Onsuzda həyat mürəkkəb bir zarafatdır.
Şəkil 9: Müdrik və açıq-Siz müdrik insansınız.Siz yaxşı kitabları oxumağı çox sevirsiniz. Siz yad ölkələrdə gəzməyi çox sevirsiniz. Siz dərin fikirli və çevik insansınız. Siz yeni ideyalar və dəyişimlər üçün hər zaman açıqsınız. Siz layiqli və vicdanlı insansınız. Sizin üçün ən mühim şey-özünüzə sadiq qalmaqdır. Siz ağıllı, aşıq fikirli və çox müstəqil birisiniz. Siz bir çox hərəkətinizlə fəxr edirsiniz amma bunu heç vaxt biruzə vermirsiniz.
qadin.net

Go Back

Uğur testi

Bu gün təqdim etdiyim testdə cəmi 5 saniyə ərzində seçim etməlisiz. Hansı xoşunuzə gələrsə, onu da seçib şərhdə qeyd edin. Hər kəs həyatda uğur qazanmaq istəyir. Kimisi ailədə, kimisi iş dünyasında, kimisi sənəti ilə uğur qazanmaq istəyir. Bugünkü testimiz də uğur testi adlanır. Ona görə ki, seçiminizə əsasən, sizin uğur mənbəyinizi təyin edəcək. Test 95% doğru çıxır. Buyurun, özünüzü sınayın və uğur mənbəyinizi təyin edin. 

Unutmayın, 5 saniyə ərzində seçiminizi edin və şərhdə qeyd edin.

Cavablar:

1-ci qapı: Sizin həyatınızda ən önəmli yeri işiniz tutur. İşiniz sizin üçün vacibdir. Siz bütün gücünüzü ona səf etməlisiniz. Çünki bu sahədə böyük nailiyyətlər əldə edə bilərsiniz.

2-ci qapı: Bu sevgi və dostluq münasibətləridir. Siz ünsiyyətcil insansınız. Həyata romantika və nailiyyətlər qatacaq birisiniz. Ona görə də insanlarla çəkinmədən daim ünsiyyətdə olun.

3-cü qapı: Siz möhkəm təməli olan və xoşbət bir ailə qurmaq üçün dünyaya gəlmisiniz.

Go Back

Hansı temprament tipinə aid olduğunu öyrən

 

HANSI TEMPRAMENT TİPİNE AİD OLDUĞUNUZU HELE DE BİLMİRSİNİZ? ELƏ İSƏ MÜƏYYƏNLƏŞDİRİN VƏ ÖZÜNÜZÜ TANIYIN!!!

Belelikle, eger siz: 
1. bir yerde otura bilmeyen, hay-küylüsüz; 
2. tez özünden çıxansız; 
3. sebrsizsiz; 
4. insanlarla münasibetlerde kobud ve sözü üze deyensiz; 
5. qerarlı ve teşebbüskarsız; 
6. inadkarsız; 
7. mübahisede hazırcavabsız; 
8. fasilelerle işleyirsiz; 
9. riske gedensiz; 
10. kin saxlayan deyilsiz; 
11. nitqiniz qırılan, süretli, deyişken intonasiyalıdır; 
12. tarazlığınızı saxlaya bilmirzis ve tez esebileşirsiz; 
13. digerlerinin eskik cehetleri sizi özünüzdenm çıxarır;
14. aqressivsiz; 
15. ifadeli mimikaya maliksiz; 
16. tez qerar qebul ede ve hereket ede bilensiz; 
17. hemişe yeniliklere can atırsız; 
18. keskin emosional hereketler edirsiz; 
19. qoyulan meqsede çatmaqda inadkarsız; 
20. ehvalınınz tez-tez deyişir: _____bu-XOLERIKE XAS CEHETLERDI. 

Eger siz: 
1. şen ve heyatseversiz; 
2. enerjili ve işgüzarsız; 
3. çox vaxt başladığınız işi sona çatdırmırsız; 
4. öz qabiliyyetlerinizi hedden çox şişirtmeye meyllisiz;
5. yeniliyi tez başa düşe bilirsiz; 
6. maraqlarınız ve meylleriniz sabit deyil; 
7. xoşagelmezlik ve uğursuzluqları tez unuda bilirsiz; 
8. müxtelif şeraitlere tez uyğunlaşa bilirsiz; 
9. istenilen işe hevesle girişirsiz; 
10. iş sizi daha maraqlandırmayanda ondan tez soyuyursuz; 
11. bir işden digerine asanlıqla keçe bilirsiz; 
12. her gün tekrarlanan rejimden tez bezirsiz; 
13. ünsiyyetcil ve qayğıkeşsiz, yeni adamlarla ünsiyyetde utancaqlıq his etmirsiz; 
14. işgüzar ve dözümlüsüz; 
15. yüksek sesle danışırsız, nitqiniz süretli, aydın ve jestlerle zengindir; 
16. gözlenilmez ve çetin situasiyada özünüidarenizi itirmirsiz; 
17. hemişe çevik ve şen ehvalınız var; 
18. tez yuxuya gede ve oyana bilirsiz; 
19. qerar qebul ederken teleskenlik nümayış etdirirsiz; 
20. hadiselerin mahiyyetine varmadan, üzden yanaşırsız: bu _____SANQVININKDI. 

Eger siz: 
1. sakit ve soyuqqanlısız; 
2. işlerinizi sabit ve ardıcıl şekilde yerine yetirirsiz; 
3. ehtiyatlı ve mühakime edensiz; 
4. gözlemeyi bacarırsız; 
5. susmağı üstün tutan ve boş-boşuna danışmağı sevmirsiz; 
6. sakit, taraz nitqe maliksiz, jestlere ve mimikaya yer vermirsiz; 
7. sebrli ve özünüidare etmeyi bacaransız; 
8. başladığınız işi hemişe sona çatdırırsız; 
9. boşuna qüvve serf etmeyi sevmirsiz; 
10.işde, heyatda sabit rejime emel edirsiz ve sistemliliyi sevirsiz; 
11. asanlıqla emosiyalarınızı tuta bilirsiz; 
12. tenqid ve ya terife az ehemiyyet verirsiz; 
13. ünvanınıza kobud söz deseler fikir vermezsiz; 
14. öz maraq ve münasibetlerinizde sabitsiz; 
15. işe yavaş-yavaş girişirsiz ve ondan gec qopursuz; 
16. hamı ila münasibetlerde sabit ve eynisiz; 
17. her şeyde seliqe-sehmanı sevirsiz; 
18. yeni şeraite ççetinlikle öyreşirsiz; 
19. dözümlüsüz; 
20. bir qeder astagelsiz: bu _____FLEQMATIKE AID CEHETLERDI. 

Eger siz: 
1. utancaq ve çekingensiz; 
2. yeni şeraitde özünüzü itirirsiz; 
3. yeni insanlarla ünsiyyete girmeye çetinlik çekirsiz; 
4. öz qüvvenize inanmırsız; 
5. tenhalığı sevirsiz; 
6. uğursuzluq hallarında qemgin olur ve ümidinizi itirirsiz; 
7. özünüze qapanırsız tez-tez; 
8. tez yorulursuz; 
9. sakit nitqe maliksiz; 
10. özünüzden asılı olmayaraq opponentinizin xarakterine uyğun hereket etmeye başlayırsız; 
11. gözünüzün yaşı əlınızdədi; 
12. tenqid ve terife çox fikir verirsiz; 
13. özünüze ve etrafdakılara çox böyük telebler ireli sürürsüz; 
14. çox adama şübhe ile baxırsız; 
15. çox hessas ve tez inciyensiz; 
16. sizi incitmek asandır; 
17. ünsiyyeti sevmeyen ve qapalısız, fikirlerinizle heç kesle bölüşmürsüz; 
18. az fəal ve çekingensiz; 
19. tabe olan ve öz mövqeyinizi başqalarına güzeşte gedensiz; 
20. başqalarının size yazığı gelmesizi isterdiz: bu ______ MELANXOLIKDI. 

ƏLBƏTTƏ HƏR BIRIMIZ ÖZÜMÜZÜ 100% BU HISSƏLƏRDƏN BIRINƏ AID EDƏ BILMƏRIK 
KIMDƏSƏ BU TIPLƏRIN DÖRDÜNDƏ DƏ OLA BILƏR.SADƏCƏ FAIZ FƏRQI HANSINDASA ÜSTÜN GƏLMƏLIDIR.

Go Back

Xarakter analizi testi

 

Şəkillərdən birini seçin və Oxuyun!!!!!

1: Ənənəvi-sağlam fikirli-düşüncəlisiniz. Özünüzdən əvvəl başqalarını düşünərsiniz həmişə. Müasir dünyagörüşü sizə olduqca uzaq. Ananızın sözünə qulaq asar, təcrübənin gücünə inanırsınız. Dinc bir quruluşunuz var. Bir qərar vermədən əvvəl dərininə düşünərsiniz. Bəzən tələsikçi davranarsınız, bir az yavaşlayın. Nəzakətli və həssas quruluşunuz ətrafınız tərəfindən təqdir edilir, sizə xal qazandırır. Sizə tövsiyəmiz, bu yanlarınızı qoruyun.

2: Təbii-simpatik-canayaxınsınız. Kimsəyə bənzəmək kimi bir dərdiniz yoxdur. Siz yalnız 'siz'e bənzəyirsiniz. Hər kəs tərəfindən sevilən bir insansınız. Olduğunuz mühitə sevinc gətirərsiniz, buna görə yoldaş görüşmələr Sizsiz olmaz. Dərt ortağım, çətinliyi olan sizə qaçar. Ön mühakimələr qurbanı deyilsiniz, sizin üçün könüllər bir olsun, yetər. Bəzən sizdən heç gözlənilməyən dəliliklər edirsiniz, tarazlığı qoruyun deyərik.


3: Qeyri-adi-xəyalpərəst-təbiətə düşkünsünüz. Həyata bağlısınız, yaşamağı çox sevirsiniz. Xüsusilə təbiətə, heyvanlara və bitkilərə düşkünsünüz. Köhnəyə və ənənələrə bağlısınız. Yaşadığınız hər şeyin haqqını verirsiniz; çünki sizə görə həyat dolu dolu yaşanmalı, bir daha bura gəlmə şansımız yoxdur təəssüf ki! Parada-pulda gözünüz yox; azca aşım, ağrısız başım diyenlerdensiniz. Ədəbiyyata maraqlıdır. Təfərrüatlar sizin üçün əhəmiyyətli, mükemmeliyetçi bir quruluşunuz var. Sizə tövsiyəmiz, bir az daha elastik olun.


4: Sərhədlərin xaricində gəzməyi sevirsiniz. Enerjinizə çatmaq çox çətin. Ani çıxışlar edərsiniz. Diliniz də bir az iti, nə vaxt nə deyəcəyinizi kəsdirmək güc. Olduğunuz mühitə sevinc qatırsınızz. Zarafatlı bir quruluşunuz var, zıpırlık dəyincə ilk ağla gələn adamsınız. Bütün bunların yanında romantik və həssas bir quruluşunuz var. Dayanıb dayanarkən ağlama böhranına girə bilərsiniz. Orta yolu tapmağa çalışmalısınız.


5: Cıvıl cıvıl-ictimai-şən yaşamaqdan böyük kef alırsınız. Yerində dayana bilməyən, fıkır fıkır bir şəxsiyyətiniz var. Başınıza tokadan başqa bir şey taxmaz. Bir dəstədə dərhal yoldaş əldə edər, ictimai mühitlərdə hərəkətli rəftarlarınızla özünüzü müəyyən edərsiniz. Sizin yanınızda darıxmaq nə mümkün! Sənətə Maraqlısınız, xüsusilə vizual sənətlərdə qabiliyyətinizi heç etməyin deyərik. Bir də bizə soruşsanız, həyatı hərdənbir də olsa ciddi qəbul al

6: Balanslı-qərarlı-təcrübəlisiniz. Siz bacarmaq üçün yaradılmısınız. Başınıza qoyduğunuzu edərsiniz. Kimsə sizi kararlarınızdan vazgeçiremez. Fəlsəfəyə və elmə maraqlıdır. Düşünməyi və çıxarmağı sevirsiniz. Planlı proqramlı çalışar, bu günün işini sabaha buraxmazsınız. Tarazlıq və uyğunlaşma insanısınız. Yalnız ehtiraslı quruluşunuz bəzən sizi yora bilər. Bəzi hallarda həyatı axışına buraxmağı öyrənməlisiniz.

Go Back

İdarəedən, ya idarəolunansınız?

Sizə təqdim etdiyimiz bu test rəhbər vəzifəyə gəlmək istəyən, yaxud da artıq həmin vəzifədə çalışan şəxslər üçün nəzərdə tutulmuşdur. Test özünüzə nə dərəcədə əmin olmağınızı, təşkilatçılığı hansı səviyyədə bacarmağınızı, sizə avtoritetinizdən hara qədər istifadə etməyinizi və öz nöqteyi-nəzərinizi, həmçinin prinsiplərinizi nə qədər müdafiə edə biləcəyinizi anlamağa kömək edəcək.

1. Müxtəlif əşyalar, vəziyyət və hadisələr haqda konkret şəxsi fikriniz olurmu?

a) Həmişə - 15 bal;

b) Heç vaxt - 0;

c) Hərdən - 5.
 

2. Sizi fikrinizdən daşındırmaq asandırmı?

a) Həmişə - 0;

b) Heç vaxt - 15;

c) Hərdən - 5.

3. Vəzifəli bir şəxslə, yaxud öz müdirinizlə söhbət edərkən həyəcanlanırsınızmı?

a) Həmişə - 0;

b) Heç vaxt - 15;

c) Hərdən - 5.
 

4. Sizə xoş olmayan, sevmədiyiniz insanlarla üz-üzə gəlməkdən qaçmağçalışırsınızmı?

a) Həmişə - 15;

b) Heç vaxt - 0;

c) Hərdən - 5.
 

5. Qarşınızı, yolunuzu kəsəndə çox qıcıqlanırsınızmı?

a) Həmişə - 15;

b) Heç vaxt - 0;

c) Hərdən - 5.
 

6. Sizi həddindən artıq tərifləyib, olduğunuzdan artıq qiymətləndiriblər. Buna hər hansı bir formada etiraz edərsinizmi?

a) Həmişə - 0;

b) Heç vaxt - 15;

c) Hərdən - 5.
 

7. Hiss etmisinizmi ki, daha çox özünüzdən cavanlarıəhatə dairəsində olmaq sizin üçün daha xoşdur, nəinki həmyaşıdlarınızın?

a) Həmişə - 15;

b) Heç vaxt - 0;

c) Hərdən - 5.
 

8. Narahatlıqlarıçətinlikləri ööhdənizə götürmək daha yaxşıdır, nəinki başqalarına ötürmək:

a) Həmişə - 0;

b) Heç vaxt - 15;

c) Hərdən - 5.
 

9. İş kollektivinizdə sakit ab-hava qorunub-saxlanılırmı?

a) Həmişə - 15;

b) Heç vaxt - 0;

c) Hərdən - 5.
 

10. Sizə fikirlərinizi birbaşa olaraq, üzbəüz bildirmək yaxşıdır, yoxsa mesaj və ya məktubla?

a) Sözlərlə - 15;

b) Məktubla - 0;

c) Şərait və şərtlərdən asılı olur - 5.
 

11. Hətta ən xırda, əhəmiyyətsiz məsələlərdə belə qərar qəbul edərkən kimlərləsə məsləhətləşirsinizmi?

a) Həmişə - 0;

b) Heç vaxt - 15;

c) Hərdən - 5.
 

12. Söhbət zamanı qarşınızdakının gözlərinin içinə baxmaq sizin üçüçətin deyil.

a) Həmişə - 15;

b) Heç vaxt - 0;

c) Hərdən - 5.
 

13. Siz təklikdə daha yaxşı, məhsuldar işləyə bilirsiniz, nəinki kollektivdə.

a) Həmişə - 15;

b) Heç vaxt - 0;

c) Hərdən - 5.
 

14. Necə bilirsiniz, bəzi insanlar sizin zəifliyinizdən, sadəlövhlüyünüzdən istifadə edə bilərlərmi?

a) Həmişə - 0;

b) Heç vaxt - 15;

c) Hərdən - 5.
 

15. Tapşırıq vermək, əmr və hökm etmək sizin üçün xoşdurmu?

a) Həmişə - 15;

b) Heç vaxt - 0;

c) Hərdən - 5.
 

Balları hesablayın və nəticələri çıxarın:

0-120 bal - Aydın görünür ki, rəis olmaq üçün şəxsi keyfiyyətləriniz yox səviyyəsindədir. Bəlkə, özünüz də istərdiniz ki, idarəedən yox, idarəolunan olasınız. Bu, onunla bağlıdır ki, özünüzü qiymətləndirməyə, özünüzə dəyər verməyə alışmamısınız. Özünüzə inamın aşağı olması, başqasının təsiri altına tez düşməyə, başqası tərəfindən idarə olunmağa meyillilik də məhz buradan doğur.

125-180 bal - İdarə olunmağı sevmirsiniz, eyni zamanda, şəxsən komandalar verməyi də arzulamırsınız. Amma bu, bir faktdır ki, müxtəlif tipli, vəzifəli insanlarla işləməli olursunuz. Öz fikirlərinizi müdafiə etməkdən, hərəkətlərinizə cavabdeh olmaqdan qorxmayın. Emosiyalarınızın və hisslərinizin qarşısını almağa çalışın. Hər şeydən öncə isə həmkarlarınıza işgüzar tərəf-müqabilləri kimi yanaşmağı öyrənin.

185-200 bal - İnsanları idarə etməyə meyillisiniz. Siz məsuliyyətli, ağıllı və kifayət qədər təşkilatlanmış bir insansınız. Hər zaman öz nöqteyi-nəzərinizi müdafiə etməyə, ətrafınızdakıları haqlı olduğunuza inandırmağa qadirsiniz.

200 və daha çox bal - Siz hökmlü təbiətə maliksiniz. Sizin tələblərinizə cavab verməyənlərə münasibətdə ciddi tədbirlər həyata keçirməyə qadirsiniz. Rəhbərliyiniz altında çalışanlar (əgər onlar varsa), ən yaxşı halda sizdən ehtiyatlanır və çəkinirlər. Əgər siz indi-indi rəis olmağı arzulayırsınızsa, işdə həmkarlarınıza münasibətdə öz mövqelərinizə yenidən baxmağınız tövsiyə olunur. Digər insanların da fikirlərini nəzərə almağı, onların fikirlərinə hörmətlə yanaşmağı öyrənin.

allmag.az

Go Back

10 addımda psixoloji durumunu öyrən

İnsan psixologiyası motor kimi sistemli kimi çalışır. Bəzənsə pozulur. Yaşadığımız xoşbəxt anların dəyərini bilib sayını artırmalı, bədbəxt anlarımızın fərqinə varıb sayını azaltmalıyıq.

Bəs siz son günlərdə özünüzü necə hiss edirsiniz? Xoşbəxt, bədbəxt, ya depressiyadasınız?

1. Kədərli hiss etdiyiniz anlar

a) Demək olar ki, olmur

b) Arada olur, ancaq asanlıqla əhvalımı düzəldə bilirəm      

c) O qədər çox olur ki, bezmişəm.

 

 2. Ağlamaq

a) Əvvəlkindən fərqli olaraq, çox ağlamıram

b) Bu aralar həssas olmuşam, içimdən ağlamaq keçir

c) Çox ağlayıram...

 

3. Gələcəyə ümidləriniz

a) Ümidliyəm, məncə, gələcəkdə hər şey daha yaxşı olacaq

b) Zaman-zaman ümidsizliyə qapılıram

c) Gələcəyə heç bir ümidim yoxdur

 

4. Daha öncə sizə zövq verən şeylər...

a) Hələ də zövq verir

b) Bəzən heç nə etmək istəmirəm

c) Heç nədən əvvəlki kimi zövq ala bilmirəm

 

5. Son həftələrdə yuxunuz…

a) Yaxşı yatıram

b) Bəzi günlər çox, bəzi günlər az yatıram

c) Yuxu sistemim pozulub, yata bilmirəm

 

6. İştahanız

a) İştahamda bir dəyişiklik yoxdur

b) Əvvəlkindən fərqli olaraq, bir az artıb (və ya azalıb)

c) Heç nə yemək istəmirəm

 

7. Ətrafdakılarla münasibətiniz

a) Hər şey qaydasındadır

b) Bəzən bayıra çıxmaq istəmirəm

c) Neçə həftədir heç kimlə görüşüb danışmaq istəmirəm

 

8. Güzgüyə baxanda...

a) Özümdən razıyam

b) Bəzən şikayətlərim, narazılığım olur

c) Özümü bəyənmirəm, razı deyiləm

 

9. Özünüzü dəyərləndirdikdə

a) Dəyərləndirəcək çox tərəflərim var

b) Çox da bacarıqlı deyiləm

c) Tam bacarıqsızam

 

10. Son həftələrdə problemlər yaşayanda

a) Ətrafdakılarla məsləhətləşib həll etdim

b) Bəzən tək başına həll etməli oldum

c) Heç kimlə paylaşmıram, heç kimdən dəstək almıram

 

NƏTİCƏLƏR 

Cavablarınızda A variantı çoxluq təşkil edirsə: Əhvalınız və psixoloji vəziyyətiniz öz yerindədir. Depresiyyada deyilsiniz. Özüylə barışıq, xoşbəxt və sosial birisiniz. Özünüzə və ətrafınızdakılara vaxt ayırmaq, problemləri üst-üstə yığmadan həll etmək və sağlamlığınıza diqqət etmək bu cür qalmağınıza kömək edəcək. Həyata baxışınız müsbətdirsə, hər məsələyə "bir həlli var", - deyə yanaşırsınızsa, həm sizi, həm də ətrafınızdakıları sağlam bir həyat gözləyir.

Cavablarınızda B variantı çoxluq təşkil edirsə: Bir az düşünməyiniz lazımdır. Ümumi olaraq, xoşbəxt ola bilərsiniz, ancaq sanki sizi narahat edən, içinizdə toplanan nələrsə var. Həll etmədiyiniz problemlər, önəmsiz saydığınız nələrsə ola bilər. Tək qalın, sizi narahat edən sualları cavanlandırın, cavab tapmadıqlarınızı mütəxəssislə cavablandırmağa çalışın. Bu zaman hər şey yaxşı olacaq.

Cavablarınızda C variantı çoxluq təşkil edirsə: Depresiyyada ola bilərsiniz. Son dönəmdə həyatınız yolunda getmir. Ancaq ən önəmlisi həm fiziki, həm də ruhi çətinliklər yaşayırsınız. Əmin olun ki, hər problemin bir həlli var. Mütləq bir psixoloqa müraciət edin.

ailem.az

Go Back

Şəxsiyyət testi

Xoşunuza gələni seçin

1 - Siz özünə əmin və gücünə inanan insansınız. Özünüzə hörmətiniz yüksək səviyyədədir. Amma hərdən çox özünüzdən razı olursunuz və ətrafınızdakıların fikrinə hörmət qoymursunuz. 
Diqqət çəkməyi sevirsiniz.İntuisiya hissiniz güclüdür. Siz arzulamağı sevsəniz də praqmatiksiniz. 
Ətrafınızdakı dünaynın ağası sayırsınız özünüzü.Amma bəzən ikiüzül, yalançı, Artist ola bilirsiniz. Çünki həyata müxtəlif rollara girmək lazım olan teatr kimi baxırsınız.

2 - Siz dəlisov və mübarizsiniz, özü də həmişə haqq üçün yox. Diqqət mərkəzində olmağı sevirsiniz və hər vasitəyə əl atrısınız bunun üçün. İdarə etməyi sevirsiniz. Bu proses sizi çox əyləndirir,çünki siz hər şeyi hamıdan çox bildiyinizi düşünürsünüz.Siz bütün işləri bacaracağınızı düşünürsünüz.Ona görə də ətrafınızdaıları idarə etmək sizə əsl sizin haqqınız kimi görünür. 
Ürəkdən və vicdanla sevə bilirsiniz.Yuxarıda saydıglarıma baxmayarag. Və hər kəsin sevgisiniz giymətləndirirsiniz,bunu səmimi gəlbdən edirsiniz. Ailənizə bağlı,ünsiyyətçil, qeyri-adi qərarlardan qorxmayan.Amma çox emosionalsınız və bu sizə ziyandır.

3 - Çətin və əksliklərlə dolu təbiətdəsiniz. Sirrləri sevsəniz də onları saxlamağı bacarmırsınız. Hətta öz sirrlərinizi belə. Reallığı çox qara tonlarda gəbul edirsiniz. Güclü və geyri-adi hərəkətlər edə bilirsiniz. Çox vaxt pessimistsiniz. Amma həyatdan bezmiş insana həyatın necə gözəl olduğunu başa sala bilirsiizn. İdeallara inanırsınız. Onları əlçatmaz tutursunuz. Əksliklərlə dolu xarakteriniz sizə ünsiyyət gurmaga mane olur.Amma siz də elə də dostluğa,ünsiyyətə can atmırsınız. Təkliyi sevirsiniz,amma çox vaxt səs-küylü ortama gatılırsınız

4- Təbiətcə siz optimistsiniz. Ünsiyyətcil və diqqət mərkəzində olmağı sevənsiniz. Şənliyi sevirsiniz, yumor hissiniz yaxşıdır, özünüzü heç bir kompaniyada güclə nə isə etməyə məcbur bilmirsiniz.Amma hərdən hisslərinizi biruzə vermirsiniz. Təbəssümünüzün arxasında hüzün gizlədirsiniz.Sirrləri sevir, onları saxlaya bilirsiniz.Ətrafa və özünüzə tələbkarsınız. İşdə çalışqansınız. Ehtiyacı olanlara kömək edirsiniz. Siz uşaq kimi hər şeylə maraqlanırsınız. tez - tez yerinizi dəyişməyi sevirsiniz. Səyahəti və hədiyyə verməyi sevirsiniz.

5 - Mənəvi istiliyə ehtiyacınız var. Sizə optimizim verəcək hadisələri sevirsinizi ona görə də.Əgər hadisələr neqativ xarakter daşıyırsa. siz depressiyaya düşə bilirsiniz. Siz növbəti anda nə yazılacağı bəlli olmayan ağ kağız kimisiniz. Sizin əhvalınız çox tez -tez dəyişir. Hərdən çox pedantik və düşüncəli,bəzən isə çox ağılsız olursunuz. Hərdən hər kəsdən uzaqlaşıb tək qalmaq istəyirsiniz. Çox təmiz sevə bilirsiniz,amma çox vaxt özünüzü sevmirsiniz. Həyatın keşməkeşini canınıza hopdurursunuz.Amma nəyin sizə həqiqətən həzz verdiyini bilmirsiniz.

6 - Siz həyatın çətinliyə qarşısında sınmayan insansınız. Həmişə cıxış yolu tapırsınız. İş görməmişdən əvvəl yüz ölçüb, bir biçirsiniz. Bu keyfiyyətinizlə siz ətrafın güvənini qazanırsınız. Siz diqqət mərkəzində olmağı sevməsəniz də, sizə olan güvən sizə xoş gəlir və doğrultmağa çalışırsınız. Siz düşüncəlisiniz və sevgini dəyərləndirirsiniz. Amma özünüz güclü hisslər bəsləyə bilmirsiniz, çünki hər şeyi çox götür - qoy edirsiniz. Həyatın çətinlikləri sizi sındırmaq əvəzinə sizə güc və təcrübə verir və ətrafınızdakılar sizinlə özlərini arxalarında qaya varmış kimi hiss edilər.

7- Siz təbiətcə manipulyatorusnuz. İnsanları manipulyasiya etmək sizin xoşunuza gəlir.Siz bütün söhbətlərdən xeyir tuta bilirsiniz və ətrafınızdakıları sizin istəiyinizi etməyi etməyə məcbur edə bilirsiniz. Siz özünəinamlı və tərssiniz. Gikrinizi dəyişmirsiniz.Məsləhət gəbul etmirsiniz,çünki düşünürsünüz ki, ətrafınıdzdakılar sizi manipulyasiya etmək istəyir. 
Sizıə xoş rəftarı gimətləndirirsiniz.Çətinlikləri sevmirsiniz. Çtinliyi ağır keçirirsiniz. Sevgidə və dostluqda xəyal girigligi sizi məhv edə bilər.

8 - Yaradıcı və harmonik inkişaf etmisiniz. Əksliklərin yığınısınız. Siz həm dəlisov,həm sakitsiniz. Həm utancaq ,həm həyasızsınız  . Çox güclü və səmimi emosiyalarnız var. Amma hərdən bu emosiyalar sizə yaradıcılğınıza köməg edir. İlham pərisi yoxdusa,bu hisslər gizlənir. Siz həmişə sevirsiniz və ətrafınızdakıların sizin onları sevdiyiniz gədər sizi sevmədiyini düşünürsünüz. Emosionallığınız sizi bir tərəfdən digər tərəfə atır. Siz ehtirasla sevə və güclü nifrət edə bilərsiniz. Amma gəribədir ki, xəyal gırıglığı və ağrı-acı sizə hərdən xoş gəlir.
 
9 - Çox kövrəksiniz və tez inciyirsiniz. Amma tez də bağışlayırsınız. Romantiksiniz, boş şeylərə çox üzülürsünüz və fantaziya dünyanızda yaşayırsınız. Fantaziyalarınızı hərdən reallıq kimi qəbul edirsiniz. reallıqlar da sizin fantaziyalarınızla üst - üstə düşməyəndə, siz depressiyaya düşürsünüz. Siz keçmişi ideallaşdırırsınız. İnandığınız idellara çatmamaq sizi qəmləndirir. Diqqət mərkəzini sevmirsiniz, həmişə kölgədə qalmaq istəyirsiniz, çünki özünüzə inanmırsınız. Siz çox rahatlıqla tənqid edrisiniz,amma sizi tənqid edəndə qəbul etmirsiniz. Tənqidi çox ağrılı qəbul edirsiniz. Siz sentimentalsınız və səmimi sevirsiniz,amma sizin dəymədüşərliyinizi xoşbəxtliyinizə mane ola bilər.

10 - Siz mülayim və dünyaya açıqsınız. Siz alcaqlığa,ikiüzlülüyə və yalana qadir deyilsiniz. Nükəmməliyə can atırsınız. Daima axtarışdasınız. Ətrafınızdakların yaxşılığını istəyirsiniz. Siz səmimisiniz və heç vaxt dostunuzu satmazsınız. Siz çox yaxşısınız və istəyirsiniz ki,yaxınlarınız da sizə dəstək olsun. Szi heç kimi incitmek istemezsiniz. Sizə dəstək olsa "dağları dəlməyə" gadirsiniz. Çətin anlarda çıxış tapa bilirsiniz. Çünki düşüncələriniz sağlamdır.

11 - prinsipial insansınız və qarşınıza qoyduğunuz məqsədlərə həmişə çatırsınız. Siz ayaqlarınız üstə sərbəst durursunuz. Ailəni, evi, adətləri sevirsiniz. Amma siz tanımadığınız insanları özünüzə yaxın buraxmadığınız üçün çətin dost tapırsınız. Həyatınızda xəyal qırıqlığı olsa da onlar sizi yolunuzdan etmir. çünki qarşınıza qoyduğunuz növbəti məqsəd sizi ona yönəlməyə vadar edir. Və siz keçmişi unudursunuz. Sizə dəstək sizinçün önəmlidir. yaxınlarınızın sizi anlamamağı sizə məqsədinizə çatmağa mane ola  bilər.

carci.az

Go Back

Kişi, yoxsa qadın

Əgər siz şüuraltı olaraq kişilik və qadınlıq əlamətləri kimi başa düşülən keyfiyyətlərin sizdə nə dərəcədə mövcud olduğunu bilmək istəyirsinizsə bu psixoloji testi nəzərdən keçirin. Suallara “hə” və ya “yox” cavabını verin. Çətinlik çəkdikdə sual işarəsi qoyun. 

1. İmkan dairəsində cəmiyyətdə diqqət mərkəzində olmağı xoşlayıram.

2. Çətin və ya mübahisəli vəziyyətlərdə ən yaxın adamlardan kömək gözləyirəm

3. Hər bir işdə asanlıqla qərar qəbul edə bilirəm.

4. Həssaslığımla seçilirəm, məndə mərhəmət hissi oyatmaq çox asandır.

5. Öz nüfuzumu qorumağı bacarıram.

6. Xarici görünüşümün qayğısına qalıram və bu mənə zövq verir. 

7. Adətən, şəraitə uyğunlaşmağa çalışıram, ilk ağlıma gələni etməyə tələsmirəm.

8. Hərdən əks cinsin nümayəndələrinə naz qəmzə etmək xoşuma gəlir.

9. Böyük psixi gücə malikəm, hərəkətlərimdə sərbəstəm.

10. Həmişə yanımda güzgü gəzdirirəm.

11. Nəinki uzun müddət kin saxlayıram, hətta mütləq əvəzini çıxıram.

12. Səbirsizəm, heç bir şeyə laqeyd qalmağı bacarmıram.

13. Hesab edirəm ki, məhəbbət gizli, çox mərhəm duyğudur və kənar müdaxiləyə ehtiyacı yoxdur.

14. Mən romantik insanam.

15. Mənim xasiyyətim atamın xasiyyətinə oxşayır.

1, 3, 5, 7, 9, 11, 13, 15-ci suallara “hə” cavabına görə 10 xal, “yox” cavabına görə 0 xal.

2, 4, 6, 8, 10, 12, 14-cü suallara “hə” cavabına görə 0 xal, “yox” cavabına görə 10 xal. 

100-150 xal – Psixoloji cəhətdən siz 100% kişisiniz. Qətiyyətlilik, müstəqillik, sərbəstlik, sizin qüvvətli tərəfinizdir. Başqa insana dayaq olmağı bacarırsınız və bu həyatda nə üçün yaşadığınızı bilirsiniz. Sizin həyat prinsipləriniz insanlar tərəfindən hörmətlə qarşılanır. Əgər siz kişinisizsə, cavablarınız sizin kişilik haqqında bir qədər sxematik və stereotip düşüncə tərzinə malik olduğunuzdan xəbər verir. Yox, əgər qadınsınızsa özünüzdən razısınızmı? 

50-99 xal – Tələbatdan asılı olaraq siz həm tipik kişi həm də klassik qadın xarakter cizgilərini biruzə verir, zərifliklə qətiyyətin, həssaslıqla ağlın ahəngini yaratmağı bacarırsınız. Ola bilsin ki, bəzən həyat şəraiti sizdən əks cinsə xas olan hərəkətlər etməyi tələb edir, buna baxmayaraq, uyğunlaşmağı bacarırsınız və böyük psixi çevikliyiniz hər hansı şəraitdə sizin müttəfiqiniz olacaq. 

0-49 xal – Psixi cəhətdən siz 100% qadınsınız. Hal-hazırda bu, nadir rast gəlinən insan tipidir. Əgər siz xörək bişirməyi, ev işləri ilə məşğul olmağı, uşaq tərbiyə etməyi sevirsinizsə, əgər siz zərif və itaətkarsınızsa, onda kişilərin ideal qadın mücəssəməsinə çevrilmək ehtimalımız vardır. Ancaq ideal xəyaldır. Əsl kişi sizi olduğunuz kimi qəbul edəcək. Onun sizi sevməyi kifayətdir.Əgər siz kişisinizsə onda sizə qibtə etməyə dəyməz.

Diqqət! Əgər sizin cavabınızda 5-dən çox sual işarəsi varsa, onda siz, yəqin ki, nəinki qətiyyətsizsiniz, həm də özünüzün hansı cinsə aid olduğunuzu da dəqiq bilmirsiniz.

Go Back

Göy qurşağı testi

Hər  hansı bir  sual və ya arzu fikirləşin!

Fikirləşdiz?

İndi isə çox düşünmədən, xoşunuza gələn şəkli seçin!

Çox düşünməyin,çünki o zaman nəticə düz olmayacaq. Sizin şüuraltınız nəyi seçmək  gərəkdiyini bilir,ona güvənin!

1. Sizin arzunuz yerinə yetə bilər,amma bunun üçün mübarizə aparmalısınız. Cəsarətli hərəkət edin,risk edin. Arzunuzun yerinə yetməsi üçün cəsarət və inadkarlıq tələb olunur.

2. Sizin arzunuz yerinə yetəcək, sizə xoşbəxtlik gətirəcək və həyatınızı dolduracaq. Heç nə buna mane olmayacaq.

3. Sizin arzunuz yerinə yetə bilər,amma bunun üçün mübarizə aparmalısınız. Cəsarətli hərəkət edin,risk edin. Arzunuzun yerinə yetməsi üçün cəsarət və inadkarlıq tələb olunur.

4. Sizin arzunuzun yerinə yetməsi üçün kiayət qədər böyük və yaxşı imkanlar var. Əgər iradəli olsanız və düşüncənizi səhmana salsanız, bu imkanlardan istifadə edə bilərsiniz.

5. Düşündüyünüz həyata keçə bilər, amma bəzi şərtlər var: Düzgün qərar vermək lazımdır. Emosiyanıza yox,düşüncənizə güvənin. Düşündüyünüzün həyata keçməsinə qeybət və intriqalar mane ola bilər.

6. Arzunuzun yerinə yetməsi üçün bütün imkanlar var. Həyata keçə bilər

7. Hazırda müvəqqəti olaraq, düşündüyünüzdən əl çəkməlisiniz.Qərarlar qəbul etməyin. Hazırda bunlardan xeyirli heç nə çıxmayacaq.

8. Sizin arzunuzun yerinə yetməsi üçün kiayət qədər böyük və yaxşı imkanlar var. Əgər iradəli olsanız və düşüncənizi səhmana salsanız, bu imkanlardan istifadə edə bilərsiniz.

9. Hazırda müvəqqəti olaraq, düşündüyünüzdən əl çəkməlisiniz.Qərarlar qəbul etməyin. Hazırda bunlardan xeyirli heç nə çıxmayacaq.

10. Sizin arzunuzun vaxtı hələ gəlməyib. Bir az səbr edin və hadisələrin gedişatını izləyin.

Go Back

Lüşer testi

Burada 2 rəng seçməlisiniz


Favorit rəngi seçmək məcburiyyətində deyilsiniz,hazırki vəziyyətinizdə sizə xoş gələn və gəlməyən olsun


1.Hazırda ürəyinizcə olan rəng
2.hazırda ürəyinizcə olmayan rəng

Mavi

Xoşunuza gəlibsə,hazırda siz razılıq,güvən, anlayış və şəfqət istəyirsiniz. Hazırda emosional rahatlıqdasız. Sakit, yumşaq və xəyalpərəstsiniz.Dostlarınızla ünsiyyət sizə xoşdur.

Xoşunuza gəlməyibsə,siz narahatsınız.Ola bilər ki, yaxınlarda hansısa yaxın insanla uzaqlaşmısınız. Özünüzü tənha və qəlbi qırılmış hiss edirsiniz.

Yaşıl

Xoşunuza gəlibsə, özünüzə inanırsınız. Gücünüzün ən yüksək nöqtəsindəsiniz. Özünüzə hörmətiniz artıb. Çox şeyə qadirsiniz və hökmü əlinizə almağa can atırsınız. Həmsöhbətiniz üzərində hegemonluq etmək istəyirsiniz. Əksi də ola bilər,yəni siz sadəcə psixoloji dpnüşüm yaşayırsınız.

Xoşunuza gəlməyibsə, tərəf müqabilinizin sizə diqqət etməməsindən şikayətçisiniz. Küskün,ruhdan düşmüş, təhqir olunmuş hiss edirsiniz. Qarşı qoymağa gücünüz qalmayıb.

Qırmızı

Xoşunuza gəlibsə,hazırda emosional ehtiraslısınız. Əhvalınız yaxşıdır. Uğur qazanmağa can atırsınız. Amma qarşnızdakının üzərinə çox gedirsiniz. Siz tərs,bəzən də agressivsiniz.

Xoşunuza gəlməyibsə, hazırda əsəbi və hər şeyə qıcıqlanırsınız. Dərin stressdəsiniz. Gücsüz və yorğun hiss edirsiniz.

Sarı

Xoşunuza gəlibsə,optimizim ürəyinizi əlinə alıb və sürətlə döyünməsini vadar edir. Rahatlıq və ümid dolusunuz. Dəyişikliklərə hazırsınız. Münasibətlərdə azadlığa hazırsınız.

Xoşunuza gəlməyibsə, dəhşətli xəyal gırıglığına düşmüsünüz. Heç kəsə inanmır,şübhə edirsiniz. Emosional vəziyyətiniz stabil deyil. Qarışıqlıqdasınız.

Bənövşəyi

Xoşunuza gəlibsə,hamıyla flirt edirsiniz. Hamının xoşuna gəlmək istəyirsiniz.Kompliment və iltifatlar istəyirsiniz. Dəstək istəyirsiniz. Əhvalınız normaldır. 

Xoşunuza gəlməyibsə, gözə görünməməyə çalışırsınız. Hamıdan qaçırsınız. Hisslərinizi cilovlamağa çalışırsınız.

Qəhvəyi

Xoşunuza gəlibsə,yorğunsunuz,dincəlmək və emosional rahatlıq istəyirsiniz. Psixoloji yorğunsunuz. Dostların dəstəyinə ehtiyacınız var. Nədənsə qorxursunuz. Ruhi qidaya ehtiyaciniz var.

Xoşunuza gəlməyibsə, gərilmiş sim kimisiniz. Bütün emosional və fiziki istəklərinizi bastırmağa çalışırsınız. Özünüzə məhdudiyyətlər qoymaqla güclü olmaq istəyirsiniz.

Qara

Xoşunuza gəldisə, negativizmi sevirsiniz. Etiraz,agressiya sizin bədəninizi və ruhunuzu ələ alıb.Düşmən mövgeyindəsiniz və hər şeyə aqressiv cavab verməyə qadirsiniz. Siz ozünüzü və ətrafınızdakılarla müanisəbtinizi məhv edə bilərsiniz.

Xoşunuza gəlməyibsə, xaricdən sakit və özünüzə inamlısınız. Amma agressiyanı daxilinzə atmısınız. Özünüzü məhv edirsiniz,üzürsünüz.

Boz

Xoşunuza gəldisə,siz sığınacağınız adam axtarırsınız.Başınızı goymağa çiyin axtarısınız. Həyatınızdakı sizi incidən şeylərdən qaçmaq istəyiriniz. Emosional sakitlik və yuva istəyirsiniz. Əsl hisslərinizi maskalayırsınız. Guya ki,vecinizə deyil.

Xoşunuza gəlmədisə, Heç vaxt olmadığı kimi proaktivsiniz. Siz indi və burda prinsipinə uyğun hərəkət edirisniz. Şənsiniz. Məqsədnizi var ,Şsabaha inanırsınız.

Go Back

Üz quruluşunuza gore psixoloji test

                          

 

Bilirsiniz ki, insanın xasiyyəti, həyat yolu və hətta xəstəlikləri də üzündə yazılıb? Fizioqnostika-məhz insan cizgilərinə əsasən bütün bunları bəlli edən elmdir. Qədim Çindən qaynaqlanan bu elm , öz aktuallığını günümüzdə də saxlamaqdadır.

Bu gün Çində insanın taleyini cizgilərindən oxuyan mütəxəssislər hələ də var. İşdir yolunuz Çindən düşsə bəxtinizi sınaya da bilərsiniz. Sözü çox uzatmadan mətləbə keçək. Və xəbər tutaq ki, üzümüzdə nə yazılıb?

İnsanın alnı onun haqqında çox şey deyir.Məsələn tüksüz ,iri , dairəvi formaya malik alın sahibinin cəsur insan olduğundan xəbər verir.

Uzun sifət və eyni zamanda uzun alna malik insansa qəddardır. Kobud və qırmızı qaş –paxıl, qara hamar və düz qaşlarsa ürəyi açıq insana işarədir.

Orta ölçülü göz sahibləri ağıllı, iri və bərəlmiş gözlərsə tənbəl və yalançı insanı bəlli edir.İri gözlərsə lider insanlara xasdır.

Balaca göz –natiqlik qabiliyyəti olan birinə, uzun gözlərsə qəddar insana işarədir.

Qaçan gözlər dəyişkən xarakter və həyat tərzi sürən insana Xırda oynaq göz isə yalançı insana işarədir.

Gözlərin rəngi də danışır. Belə ki, qara ,qəhvəyi və yaşıl rəngli gözlər- həyat enerjisinə, mavi isə həssas və mehriban insana xasdır.

Burun da sizin sirrlərinizi aça bilər. Əyri və çıxıntılı burun – əli açıq İti uclu burunsa sərt insana işarədir Böyük və yekə dəlikli burun cəsur, qəlbi təmiz insanlara xasdır. Enli burun –kobud və yalançı insanlara aiddir.

Balaca ağız zəif xarakterdən, yekə ağız isə cəsarətdən xəbər verir. Uzun formalı ağız sahibi isə özünə qapalı şəxsdir. Balaca və qıraqları aşağı meyilli ağız -həsss insanı bəlli edir.

Dodaqlara gəlincə-nazik dodaqlar hər şeyə həssas yanaşan, balaca-ağıllı. Böyük və üst dodağı sallaq insanlarsa paxıl və qərarsızdırlar. Böyük və alt dodağı sallaq formaya malik insanlarsa kinli və yelbeyindirlər.

İnsanın alnı mədə-bağırsaq sistemindən də xəbər verə bilir. Alındakı cizvələr, mütəmadi baş ağrıları və qızartılar bağırsaqlardakı problemdən danışır.

Qaşların arasındakı hissədə yaranan şişlər, qızartılar böyrəklərin xroniki problemlərindən danışır. Gözlərin zəifləməsi- Bəzən bu heç də görmənin problemləri deyil. Siz böyrəklərinizlə bağlı ciddi problem yaşadıqda da bu vəziyyət yaranır.

Qalın qaşlar kişilərdə -hormonal balansın ideal vəziyyətinə, qadınlar da isə cinsiyyət vəzilərinin probleminə işarədir.

Sallaq yanaqlar- yuxuya olan təlabatdan, əsəb gərginliyindən agah edir.

Kirpiklərin tökülməsi-genetik xəstəliklərdən, intoksikasiyadan, Gözlərin altındakı qızartı və şişlər isə orqanizmin zəifləməsindən xəbər verir.

Saçların gec uzanması – zəif əsəb sistemindən, Sifətin tüklənməsi isə- cinsiyyət orqanlarının disfunksiyasından danışır.

Soyuq və tez-tez tərləyən dəri -böyrək xəstəliklərindən , Iri qırmızı dodaqlar kişilərdə-impotensiyaya meyillilikdən, qadınlarda isə cinsiyyət vəzilərinin pozğunluğundan xəbər verir. Böyük qulaqlar- uzunömürlülüyə işarədir. Balaca qulaq –yorğunluğa meyillilikdən, infarkta həssaslıqdan danışır.

Go Back

FƏRQLİ TEST

Deməli belə, burada 4 qrup şəkil var. Hər qrupdan bir şəkil seçin,burda şəkillərin dəyəri var. Seçdiklərinizi şəkillərin dəyərini toplayın,yazın.

Məsələn, 1-ci grupda a-nı seçsəz, 2-cidən b-ni,3-cüdən v-ni, 4-cüdən q-nı. Olacaq: 4+6+2+10=22.

8-13 arası

Ətrafadkıların fikri sizi çox maraqlandırır. Davranışlarınızı buna görə edirsiniz. Çox tez ruhdan düşürsünüz, ürəyinizcə olanı çətinliklə edirsiniz. Vasvasılıq insanlarla ünsiyətiniz çərinləşdirir. Öz qərarlarınızın sahibi demək olmaz sizə.Çox hissiyyatlısınız.Emosional davranrsınız.

14-20 arası

Öz yolunuzu tapmağa çalışırsınız. Amma daha çox axınla üzürsünüz. Öz hərəkətlərinizi tənqid edə bilirsiniz.Ətrafdakılar sizə kifayət qədər arqument olmasa,təsir göstərə bilmir.
Sağlam düşüncəniz var. Əgər istədiyiniz şeyin sizə ziyan olduğunu görsəz bundan əl çəkə bilirsiniz.

21-27 arası

Ürəyinizin dərinliyində həmişə özünüzü haqlı və günahsız görürsünüz. Amma xarici təsirlərə asanlıqla məruz qalırsınız. Sizə əziz olan 2-3 adam var ki, onlara "yox" deyə bilmirsiniz və öz baxışlarınızdan uzaqlaşıb onlara güzəştə gedirsiniz. Amma rasional və analitik düşüncə sahibisiniz. Öz baxışlarınız arasında və həyatın sizə təqdim etdikləri arasında orta nöqtə tapmağa çalışırsınız. İnstiktiniz çox inkişaf edib və düzgün gərar verə bilirsiniz.

28-34 arası

Sizi öz prinsiplərinizdən və baxışlarınızdan çətin əl çəkirsiniz, hətta səhv olduğunuzu bilsəniz belə. Sizə təsir göstərmək istəyənlər bunu bacarmırlar. Bütün bu özünəinamlı görünüşünüz arxasında heç də özünə inanmayan bir şəxsiyyət yatır. Siz pis vəziyyətə düşməkdən və diqqəti üzərinizə çəkməkdən qorxursunuz.

35-40 arası

Əgər beyninizdə nə isə fikirləşmisinizsə, sizi bundan döndərmək çətin məsələdir. Siz məqsədinizə doğru ciddi irəliləyən insansınız. Amma hərdən körpüləri yandırıb, sonra peşman olursunuz. Amma sizi yaxşı tanıyan insan sizi asanlıqla yönləndirə bilər. Ona görə də tərsliyi buraxıb bir az yaradıcı olun.

Go Back

Əyləncəli psixoloji test

Şəkildəki qurbağalardan birini seçin.

Nəticələrdə yazdıqlarımı etsəniz, zəngin ola bilərsiniz 

1- Sizin zənginlik mənbəyiniz şöhrət, reklam və məşhurluqla bağlıdır. Xarici görünüşlə və qulluqla bağlıdır. Sizin ideyalarınız effektivdir,amma siz özünüz də effektiv olmalısınız. Jurnalistika,gözəllik salonu, bəzək əşyaları satışı, bahalı paltarlar, brend əşyalar satmaq sizdə məharətlə alınar. Artist və müğənni kimi də uğur qazana bilərsiniz.Bu yazdıqlarım sizin qazanc mənbəyiniz olmaq üçün çox əlverişlidir.

2- Sizin zənginlik mənbəyiniz özünüzsünüz. Sizin ideyalrınızda,məntiqinizdə və düşüncələrinizdir. Siz çox məharətlə yeni sistem düşünə bilər və ya köhnəsini təkmilləşdirə bilərsiniz. Sizin şüurunuz rasionaldır. Siz hüquq, iqtisadi və elmi sferalarda məharətlə işləyə bilərsiniz. Siz geniş və azad düşünə bilirsiniz. Düşüncələrinizi paylaşmağa uatnmayın.Yadınızda saxlayın bütün dahilər əvvəl gülünc vəziyyətə düşüblər.
Bu yazdıqlarım sizin qazanc mənbəyiniz olmaq üçün çox əlverişlidir.

3-Sizin zənginlik mənbəyiniz inamdır. Dərin və güclü, ən əsas da sizin həyat inamınız. Bu hökmən Allaha və dinə inam deyil. Siz öz gücünüzə də inanmalısınız. İnsanlara , ətrafınızdakılara da inanmalısınız. Və siz bu inamı ətrafa saçmalı-paylaşmalısınız. Sizinçün insanlara köməyi dəyən bütün işlər idealdır.Həkim, müəllim və s.Bu yazdıqlarım sizin qazanc mənbəyiniz olmaq üçün çox əlverişlidir.

4- Sizin zənginlik mənbəyiniz kollektivlə iş və birlikdə düşüncədir. Siz ofis və ya evdə işləyə bilərsiniz. Öz biznesinizi qura bilərsiniz. Siz həmişə hər işdə istəyirsiniz ki, yanınızda yaxınınız - yoldaşınız,dostunuz,gohumunuz olsun ki,sizə çətin anlarda kömək etsin. Əsl dosta həmişə ehtiyacınız var.
Bu yazdıqlarım sizin qazanc mənbəyiniz olmaq üçün çox əlverişlidir.

5- Sizin zənginlik mənbəyiniz ev rahatlığı ilə bağlı olan hər şeydir. Həmçinin aşpazlıq,kulinariya, mətbəx texnikası və onların təmiri ilə bağlıdır. Siz çox gözəl dükan və ya kafe sahibi ola bilərsiniz. Parça istehsalı, bağ ləvazimatları və bitkilərlə işləyə bilərsiniz. Bu şəkli seçən qadınlar çox gözəl evdar qadın ola bilər və özünü uşaqlarına həs edər.Bu yazdıqlarım sizin qazanc mənbəyiniz olmaq üçün çox əlverişlidir.

6- Sizin zənginlik mənbəyiniz aktivlik, fəaliyyət və irəliyə atılmaqdır. Sizinçün həmişə "hərəkət - həyatdır" ifadələri aktualdır. Sizin ixtisasınız səyahətlərlə, səfərlərlə bağlı olmalıdır. Siz idamnı da unutmamalısınız. əgər işiniz belə deyilsə, heç olmasa hobbiniz belə olmalıdır. Ürəyinizi qocaltmayın, daima hərəkət edin.Bu yazdıqlarım sizin qazanc mənbəyiniz olmaq üçün çox əlverişlidir.

7- Sizin zənginlik mənbəyiniz xəsislikdir. Bu hökmən pulu sevməklə bağlı olan şey deyil. Sizinçün əyləncə sahələrində, restoran bizneslərində işləmək yaxşıdır. Sizin həyatınız sizə hissi xoşbəxtlik verməlidir. Siz təkcə zehni yox,fiziki də həzz almalısınız. İşinizi sevməlisiniz. Bu yazdıqlarım sizin qazanc mənbəyiniz olmaq üçün çox əlverişlidir.

8- Sizin zəngiliyinizin mənbəyi bayramlardır. Siz yaxşı uşaq şənlikləri hazırlaya, tamada işləyə, fotograf və musiqiçi ola bilərsiniz. Siz yaxşı rəssam, dizayner və florist ola bilərsiniz. Siz turistik agentliklərin öhdəliklərini yaxşı yerinə yetirə bilərsiniz. Tipografiyada uğurlar gazana bilərsiniz. Sizə rəngarəng günlər lazımdır. Adi günlərdə sıxlırsınız. Bu yazdıqlarım sizin qazanc mənbəyiniz olmaq üçün çox əlverişlidir.

9- Sizin zənginlik mənbəyinizi hisslərdən keçir. Siz başqalarını yaxşı anlaya və dinləyə bilərsiniz. Siz yaxşı psixoloq ola bilərsiniz, amma bir az az emosional olmamalısınız. Yaradıcı işlər sizin üçün idealdır. hisslərinizi biruzə verə bilirsiniz. Siz ürəyiyumşaqsınız və bunu tələb edən işlər sizə zənginlik gətirə bilər.Bu yazdıqlarım sizin qazanc mənbəyiniz olmaq üçün çox əlverişlidir.

10- Sizin zənginlik mənbəyiniz yaxşılıq etməkdir. Siz insanlara qarşı sərt ola bilərsiniz. Düşünə bilərsiniz ki, onlara tərifdən çox acıqlanmaq daha kömək olar.Xaricdən "tikanlı" olsanız da qəlbniz çox yumşagdır. Sizin yaxşılığınız yumruqlarınızdadir  . Siz polisdə və hərbidə çox gözəl işləyə bilərsiniz. Tənqid lazım olan yerlərdə məharət göstərə bilirsiniz.Bu yazdıqlarım sizin qazanc mənbəyiniz olmaq üçün çox əlverişlidir.

11- Sizin zənginlik mənbəyinizi şəxsi biznesdir. Bu inşaatla bağlı olsa,yaxşı olar. Siz insanlara uzun illər xidmət edə biləcək yeni şeylər yarada bilərsiniz. Siz məsulliyətli və ciddi insansınız.Öz səhvlərinizdən təcrübə qazana bilirsiniz. Siz özünüzdən kiçiklərə və az bilənlərə yaxşı müəllimlik edə bilərsiniz. Bu yazdıqlarım sizin qazanc mənbəyiniz olmaq üçün çox əlverişlidir.

12- Sizin zənginliyinizin mənbəyi metal və sürətdədir. Bu avtomobil avadanlıqları sahəsi ola bilər. Həmçinin təyyarə və qatarla bağlı sahələr də. Siz müasirsiniz və sürət sizinçün önəmlidir. Güvən də sizinçün önəmlidir. Hərdən sizə elə gəlir ki, siz yaşamağı çatdırmırsınız. Arada dincəlin.Bu yazdıqlarım sizin qazanc mənbəyiniz olmaq üçün çox əlverişlidir.

13- Sizin zənginlik mənbəyiniz sevgi və istilik bəxş etməkdir. əsas odur ki, xırda - para işlərə baş qoşmayın. Siz gözəl ideyalar verə bilərsiniz. Bu elə də ideal olmaya bilər,amma əsası möhkəm olsun. Sizi kobud hesab edə bilərlər, amma siz çox vaxt yaxşılıq istəyirsiniz.Bu yazdıqlarım sizin qazanc mənbəyiniz olmaq üçün çox əlverişlidir.

14.Sizin zənginlik mənbəyiniz sizin yumor hissinizdən asılıdır. Siz onu demək olar ki,bütün sahələrə tətbiq edə bilirisniz. Əsasən bununla bağlı işlərlə məşğul olsanız zəngin ola bilərsiniz. Sizin iti ağlınız sizə işdə kömək edə bilər. əsası odur ki, qəddar zarafatlar etməyin.Bu yazdıqlarım sizin qazanc mənbəyiniz olmaq üçün çox əlverişlidir.

15- Sizin zənginliyinizin mənbəyi təmiz ve sterilliklə bağlı işlərdir. Sizə yaraşır həkim və ya alimlik. Həyatda öz düşüncələrinizi də təmiz saxlamalısınız. Vicdanınızı təmiz saxlayın,başqa cür sizə yaraşmır. Siz heç yalan danişmamalisiniz,bu size ugursuzluq gətirəcək. Əclaflıq etməyin,bunlar hamisi sizde biruze verecek.
Bu yazdıqlarım sizin qazanc mənbəyiniz olmaq üçün çox əlverişlidir.

16- Sizin zənginlik mənbəyiniz dənizlə, uzaq ölkələrlə bağlıdır. Dəniz həmişə sizin həyatınızda əsas rol oynayacaq. İşiniz suyla bağlı olsa,yaxşı olar. Balıqçı və ya dənizçi olmaq vacib deyil. Siz akvarium alıb meditasiya edə bilərsiniz ,bu sizin zəngiliyinizə yol açaçaq. Bu yazdıqlarım sizin qazanc mənbəyiniz olmaq üçün çox əlverişlidir.

Go Back

Psixoloji test

1- Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı gücdür.

Sadə, qayğısız insansınız. Dünyaya günahsız uşaq baxışları ilə baxırsınız. Ünsiyyət rahat qurursunuz, harmoniyanı dəyərləndirirsiniz. Sevginiz sərhədsizdir və ətrafınızı da sevgiyə sövq edirsiniz. Həyatda dönüşlər sizi tez ruhdan salır. Optimistliyiniz adamların xoşuna gəlir. Həyata münasibətinizlə cəlb edirsiniz.

2- Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı xəsislikdir.

Siz dərin, düşüncəli, maddi-fikirli insansınız. Xarici şeylərə çox diqqət etmirsiniz. Dayazfikirliliklə heç vaxt mühakimə etmirsiniz. İnsanları başa düşmək, öyrənmək üçün sizə vaxt lazım olur. Hərdən reallıqdan uzaqlqşıb öz dünyanıza düşürsünüz və heç nəyin fərqinə varmırsınız. Ağıllılığınız insanların xoşuna gəlir. Müdrikliyiniz cəlb edir.

3-Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı xəsislikdir.

Təbii və səmimi insansınız. Göründüyünüz kimisiniz. Artislik etmirsiniz. Komplekssizsiniz. Boş şeyəlrçün narahat olmursunuz. Yaradıcılıqla məşğul olsanız azad hiss edirsiniz. Var-dövlətə ,varlı həyata can atırsınız. Canlı xarakteriniz insanlarin xosuna gəlir. Təbii parlaqlığınız cəlb edir.

4- Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı kədərdir.

Siz ətrafınızdakı kütlədən seçilirnisiz,hətta seçilmək istəməsəniz belə. Xasiyytəcə və davranışca dürüst insansınız. Özünüzü başgası kimi göstərmək lazım olmadığını başa düşürsünüz. Depressiyaya tez düşürsünüz. Unikallığınızla cəlb ediriniz. Adamlar sizin vecsizliyinizi bəyənmirlər.

5- Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı dilxorçuluq.

Realist və idealistsiniz. Həyatı olduğu kimi görürsünüz. İnandığınızdan heç vaxt imtina etmirsiniz. Həmişə daha çoxunu arzu edirsiniz. Bəzən xəyalarla çox məşğul olursunuz. Planlarınız böyükdür. Qətiyyətliliyinizi sevirlər. Döyüşçüsünüz bu da insanları cəlb edir

6-Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı gərginlikdir.

Enerjili, həyat dolu insansınız. Həyat ətrafınızda hay-küy salır. Uzaqdan nəzərə çarpırsıız. Liderlik qabiliyyətiniz var.Yaşlanmağa YOX deyirsiniz. Onu "otaqda qapamısınız". Alovlu təbiətiniz insanların xoşuna gəlir. Təbiiliyinizlə cəlb edirsiniz (fb.com / tebessum93)

7-Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı hissiyyatdır.

Açıq, çox sevən insansınız. Almaqdan çox bəxş etməyi sevirsiniz. Dünyanın daha gözəl olmasını istəyirsiniz. Malik olduqlarınıza sevinirsiniz. Razısınız həyatınızdakılarla. Çox hissiyatlısınız, bu sizin silahınızdır.Səxavətliliyiniz adamların xoşuna gəlir. Sizi sevmək asandır-bununla da cəlb edirsiniz

8- Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı melanxoliyadır.

Taraz insansınız. Həyatınızın bütün sferaları balanslaşıb. Həmişə seçim qarşısında qalanda ortanı seçməyə üstünlük verirsiniz,kompromisslərə getməyi yararlı sayırsınz. Gün ərzində əhvalınız bir neçə dəfə dəyişir. Sizinlə rahat ünsiyyət gururlar,bu da adamların xoşuna gəlir. Siz öz "özün yaşa,başgasına da mane olma" prinsipinizlə cəlb edirsiniz.

9- Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı qürürdur.

Etdiyiniz hər şeydə entuziazmla dolusunuz. Həyata dərin maragla yanaşırsınız. Öyrənməyi sevirsiniz. Adamları ittiham etmək yerinə yaxşı başa düşürsünüz. Hərdən lovğalanırsınız. Avantyuristliyiniz insanların xoşuna gəlir. Hər situasiyaya uyğun hərəkət etmə gabiliyyətiniz insanları cəlb edir.

psixotest.az

Go Back

19 nəticə göstərilir