Düşüncə Jurnalı

header photo

D- Yuxu Yozumları

23-11-2013

DAĞ: Dağlar böyüklük, əzəmət, təhlükə və müqəddəs torpaq əlamətidir. Dağları çox sevdiyinizə görə onları yuxuda görə bilərsiniz. Dağlar ürəyinizdə təbiətə, həyata sevgi və canlanma hisslərini yarada bilər. Hərdən ya öz seçiminiz, ya da anlaşılmaz şəraitlərə görə özünüzün dağı aşması vacibdir.Yürüşünüzdən qabaq kimlə görüşdüyünüz, nə üçün getdiyiniz və arzularınızın dağında nəyə rast gəlməyə ümid etdiyinizi xatırlayın.Uzun müddət dağ zirvəsi görmək yaxşı əlamət sayılıb.

DALĞA: Yuxuda dalğa görmək elm və təhsildə qərarlı addımlar atacağınıza işarədir (əgər dalğalar təmizdirsə). Əgər çirkli və fırtına zamanı sahilə atılan dalğalar görmüsünüzsə, bu o deməkdir ki, ciddi səhv edəcəksiniz.

DAM ÖRTÜYÜ: Yuxuda damda olmaq hədsiz uğura işarədir. Əgər qorxmusunuzsa və yıxıldığınızı fikirləşirsinizsə, deməli, real həyatda uğur əldə edərək öz mövqeyinizdə daimi olaraq qalmaqda çətinlik çəkəcəksiniz. Yuxuda uçuq dam görmüsünüzsə, sizi bədbəxt hadisə gözləyir. Yuxuda damda yatmısınızsa, həqiqətdə düşmənlərinizin axtarışlarından və yalançı dostlardan uzaqsınız. Sağlamlığınız möhkəm olacaq. Yuxuda dam tikmək uğur əlamətidir.

DAMCI: Yuxuda üstünüzə damcı düşübsə, bu o deməkdir ki, siz qızdırmadan əziyyət çəkəcəksiniz. Yuxuda otun üstündə günəş şüaları altında parlayan damcılar görmək zənginlik əlamətidir. Əgər yalnızsınızsa, tezliklə sizə gözəl toy qismət olacaq.


DAR AĞACI: Dostunun edam olunduğunu görmək o deməkdir ki, həyatda bədbəxtlik istəmirsinizsə, hansısa çətin iş barədə ciddi qərar qəbul etməlisiniz. Özünün dar ağacından asıldığını görmək o deməkdir ki, siz pis niyyətli, riyakar adamlardan əziyyət çəkəcəksiniz. Əgər cavan qadın yuxuda sevgilisinin dar ağacından asıldığını görürsə, bu onun prinsipsiz insanla ailə quracağına işarədir. Əgər dar ağacından hər cür vasitə ilə azad olmusunzsa – sizi xoş nailiyyətlər gözləyir. Yuxuda düşməninizi dar ağacından asırsınızsa – bu, bütün işlərdə uğura işarədir.

DARANMAQ: Yuxuda saçınızı darayırsınızsa, bu yuxu dostunuzun tezliklə xəstələnəcəyinə işarədir. Bu yuxu həmçinin köhnə dostluq əlaqələrinin pozulması və mülkiyyətin itirilməsinə işarədir.


DAŞQIN: Yuxuda şəhər və ya kəndin daşqınlara məruz qaldığını görmüsünüzsə, böyük bədbəxtliyə səbəb olan qəzaya işarədir. Daşqının apardığı insanları yuxuda görmək ağır itkilər və həyatı kədərli və mənasız edən dərin ümidsizliyə işarədir. Su basmış böyük ərazi görmək uzun mübarizədən sonra əldə olunan bolluq və rahatlığa işarədir.


DAXİLİ HƏYƏT: Bir çoxları yuxuda içərisində həyət olan evlər görürlər.Ola bilsin ki, bu sadəcə bizim memarlıqla bağlı zövqümüz və üstünlüklərimizin əksi ola bilər. Lakin bu yuxu çox vaxt yenilənmiş yaşayış yerlərinə qayıtmaq istəyimizi ifadə edə bilər. Daxili bazar həmçinin ana bətnini simvolizə edə bilər: bu halda yuxu həyat mənbəyinə qayıdışdan xəbər verir.Ananızın həyətlə bağlı vəziyyətə təsir imkanı da istisna deyil. Belə olan halda daxili həyət sizin üçün qayğınıza qalınan, lakin eyni zamanda işlərinizə qarışmağa hüququn olduğu bir yerə işarədir.


DAYI, ƏMİ: Əgər yuxuda dayınızı görmüsünüzsə, siz tezliklə kədərli xəbər eşidəcəksiniz. Dayınızı yorğun, qəmgin görmək o deməkdir ki, sizi xoşagəlməz hadisələr gözləyir. Dayını yuxuda ölü görmək o deməkdir ki, sizin təhlükəli düşmənləriniz var. Əgər yuxuda dayınızla aranızda anlaşılmazlıq varsa, bu, sizin ailənizdə xoşagəlməz münasibətlərə işarədir; lakin ola bilsin, bu yuxu yüngül xəstəlik əlaməti sayılsın.

DAYƏ: Yuxuda evinizə dayə dəvət olunubsa, bu yuxu xəstəlik və dostlara uğursuz baş çəkməyə işarədir. Yuxuda dayə evinizi tərk edirsə, bu, sağlamlıq və ailədə xoşbəxtliyə işarədir. Gənc qadın yuxuda özünü dayə kimi görürsə, bu o deməkdir ki, fədakarlığı hesabına insanların dərin hörmətini qazanacaq. Yuxuda qadın xəstəyə baxandırsa və xəstəni itirirsə, bu, həqiqətdə yalanın təsiri altına düşəcəyinə işarədir.


DAZ, KEÇƏL: Yuxuda keçəl adam görmək planlarınıza zərər yetirəcək fırıldaqçılara işarədir. Əgər ehtiyatlı olsanız, buna imkan verməyəcəksiniz. Yaşıl bitkiləri olmayan dağın “keçəl” yamacı aclıq və məyusluğa işarədir. Cavan qız yuxuda daz adam görübsə, bu o deməkdir ki, qeyri-səmimi təklifləri rədd etmək üçün qərarlı və ağıll olmalıdır. Tüksüz uşaq başı ailə səadəti və xoşbəxtliyə işarədir.


DELFİN: Yuxuda delfin görmək sizin yeni hökumətin təsiri altına düşmək meylinizdən xəbər verir. Bu, çox da yaxşı yuxu deyil.

DİBÇƏK: Yuxuda dibçək görmək – xoş, gözlənilməz hadisələr gözlənilir. Yuxuda dibçəyi sındırmaq –qorxu əlamətidir; yaşıl dibçək görmək – uzunömürlülüyə işarədir. Qurumuş dibçək – özünə yer tapa bilməməyə işarədir.

DİLƏNÇİ: Yuxuda özünü və ya dostunu dilənçi kimi görmək pis əlamətdir. Bu, yoxsulluq və qayğıya işarədir. Gənc qadın üçün belə yuxu onun həyat planlarına yersiz maneçilkdən xəbər verir. Yuxuda gördüyünüz dilənçi qoca və əldən düşmüşdürsə, belə yuxu iş adamlarına öz işini yaxşı təşkil etməyin vacib olduğundan xəbər verir. Yuxuda dilənçiyə sədəqə vermisinizsə, bu o deməkdir ki, həyatınızdakı real hadisələr az qala sizi məyusluğa uğratsın və onları dəyişmək vacibdir. Yuxuda sədəqə vermək istəmirsinizsə, bu, yaxşı əlamət sayılmır.


DİRİ-DİRİ BASDIRMA: Yuxuda özünün diri-diri basdırıldığını görmək o deməkdir ki, siz böyük səhv etməyə hazırlaşırsınız və düşmənləriniz bu səhvdən faydalanaraq sizi təhqir etməyə və xələl gətirməyə çalışacaqlar. Əgər qəbirdən çıxaraq xilas olmusunuzsa, böyük səylər nəticəsində düzgün yola uğurla çıxa bilərsiniz.


DIRMIQ: Yuxuda dırmıqla işləyirsinizsə, bu o deməkdir ki, digərlərinə tapşırdığınız iş özünüz bu işə nəzarət etməyənə qədər heç vaxt sona kimi tamamlanmayacaq. Sınıq dırmıqlar o deməkdir ki, xəstəlik və ya hansısa bədbəxt hadisə planlarınızın dağılmasına səbəb olacaq. Başqalarını dırmıqla işləyən görmək o deməkdir ki, kiminsə işinin xoşbəxt nəticəsi sizi sevindirəcək.


DIRNAQ: Yuxuda dırnaq görmək xırda mükafat üçün çox əmək sərf etməli olacağınıza işarədir. Yuxuda dırnaqlarını qaydaya salmaq o deməkdir ki, xeyirli bir işlə məşğul olacaqsınız. Yuxuda uzun və ya sınıq dırnaqlar görmək xəstəlik və işlərdə uğursuzluğa işarədir. Yuxuda çirkli dırnaqlar görmək o deməkdir ki, hadisələrin real vəziyyətinə tənqidi yanaşmasanız, sizi rüsvayçılıq və bu kimi pis şeylər gözləyir.


DİRSƏK: Yuxuda dirsək görmək o deməkdir ki, sizə gərgin iş təklif edəcəklər və buna görə siz mükafat alacaqsınız. Gənc qadın üçün belə yuxu ərə getmək üçün uğurlu imkanlara işarədir. Yuxuda çirklənmiş dirsəklər görmək gənc qızın ərə getmək üçün çox əla şansı əldən verəcəyinə işarədir.

 

Go Back

Şərh yazmaq funksiyası bu məqalə üçün ləğv edildi.