Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Yuxu yozma"

Yuxuda üzük görmək...

30-07-2014

Üzük – yuxuda üzük görmək, yaxşı işarədir.

Üzük taxmaq, yeni bir işə başlayıb çox pul qazanmağa, nigah üzüyü taxmaq isə gözəl və xoşbəxt bir evliliyə yozulur.

Subay biri üçün üzük evlilik anlamına, evli insanlar üçün isə işlərində qazanacağı müvəffəqiyyətə yozulur.

Gözəl olmayan və solğun rəngli bir üzük bədbəxtlik gətirər.

 

 

Go Back

Yuxuda daş-qaş görmək nə deməkdir?

23-05-2014

Yuxuda daş-qaş görmək yaxşı işarədir

Yuxuda daş-qaş görmək məmnunluq və zənginlik deməkdir. Özündə onları görmək şöhrətpərəstliyə işarədir. Başqalarında onu görmək siz və ya dostlarınızın qazanacağı şöhrətə işarədir.

Yuxuda daş - qaşla bəzənmiş paltar görmək nadir tapılan uğura işarədir. Əgər yuxuda daş - qaş sizə miras qalıbsa, bu, maddi vəziyyətinizin yaxşılaşacağını göstərir. Yuxuda sizə daş-qaş hədiyyə olunubsa, bu sizin hazırkı vəziyyətinizi təhlükə altında qoyur. Gənc qadın yuxuda daş-qaş hədiyyə alıbsa, onu arzuolunan evlilik gözləyir. Əgər qadın daşqaşını itiribsə, bu o deməkdir ki, o, çaşqınlığa salan insanlarla qarşılaşacaq. 

Daş-qaş tapmaq maraqlandığınız işlərdə tezliklə parlaq uğur əldə edəcəyinizdən xəbər verir. Onları almaq bir çox işlərdə, ürək məsələlərində böyük uğur vəd edir.

 

Go Back

P- Yuxu Yozumları

07-03-2014

PAXLAVA: 

Yuxuda paxlava yediyini görən bir insana gözləmədiyi yerdən əlinə bir pul keçər və ya bir mirasdan hissə alar. 

Bir kimsənin yuxuda paxlava görməsi, müjdə ilə təbir olunur. Çünki paxlava gözəl bir təamdır. Yuxuda birinə paxlava ikram etdiyini görmək, böyük bir işə işarədir.
PALÇIQ: 

Palçıq – zənginlik, dedi-qodu, qızğın fəaliyyət əlamətidir. Keçilməz palçıq görmək – uyğunsuz bir zamanda insanların üzərinə çökəcək uğursuzluqlar, xəstəliklər və ağır vaxtlara işarədir. Şəhərin palçığa büründüyünü görmək – nəinki maddi çətinlik, eləcə də ölüm halların səbəb olan təbii fəlakətlərə işarədir. Palçığın içərisində qızıl qəpiklər görmək nəsillər boyu qazanılan maddiyatı sərf edən dəyərsiz bir insanın itaətinə işarədir. Yuxuda özünə palçıq sürtən insan görmək insanlara əziyyət verən və heç bir dərmanın kömək etmədiyi və insanların müalicə üçün təbii qüvvələrə sığındığı xəstəliyə işarədir. Yuxuda qabın içinə palçıq töküldüyünü görmək zənginlik və ümumi çiçəklənmə dövrünə işarədir.Quyuda təmiz su ilə birgə çöküntü, palçıq görmək – Fransanın böyük qəza nəticəsində içməli su problemi ilə qarşılaşacağına və bunun həlli üçün böyük zaman lazım olacağına işarədir. Əlindəki palçığı silmək istəmək zənginlik, işlərdə uğur və böyük pullara işarədir.Yuxuda palçığa batmısınızsa, həyatda gücsüzlük və zəifliyinizin şayiələrə səbəb olacağına işarədir. Palçığa, çirkaba düşmək – düşünülməmiş hərəkətləriniz yaxınlarınızla mübahisələrə gətirib çıxaracaq. Paltarını palçığa bulaşdırmaq dedi-qodu və mübahisələrə işarədir.Yuxuda palçıqlı ayaqqabılar ədavət və düşmənçiliyə işarədir.Ehtiyatlı olun, özünüzü münaqişəyə cəlb etməyə imkan verməyin. Palçıqla çirklənmiş paltar görmək – nüfuzunuz təhlükə altındadır.

 

 

PALID QOZASI: 

Yuxuda palıd qozası görmək işlərdə uğur və gələcəkdə xoş hadisələrdən xəbər verir. Yerdən palıd qozalarını yığmaq yorucu işdən sonra uğura işarədir. Əgər qadın yuxuda palıd qozaları yeyirsə, onu gərgin əməkdən sonra azad və xoş zaman gözləyir. Yuxuda palıd qozalarını ağacdan silkələmək sizin çox yaxında işlərdə və sevgidə öz məqsədinizə çatacağınıza işarədir. Böyüyən yaşıl palıd qozalarını görmək işlərinizin müsbət istiqamətə dəyişəcəyinə işarədir. Çürümüş palıd qozaları kədər və uğursuzluq deməkdir. Ağacdan yaşıl qozaları qopartmaq o deməkdir ki, tələskənliyiniz və ağılsızlığınız ucbatından əziyyət çəkəcəksiniz.

 

 

PALTAR: 

Sizin uğurunuz yuxuda hansı paltarı geydiyinizdən asılıdır: bütöv və təmiz yaxud çirkli və cırıq. Yuxuda çox gözəl, lakin dəbdə olmayan paltar görmək o deməkdir ki, işiniz uğurlu olacaq, lakin qiymətli ideyalara etinasız yanaşacaqsınız. Dəbədn düşmüş paltardan imtina edirsinizsə, hazırkı əhatənizdən ayrılıb yeni iş və yeni sevgi əlaqələri quracaqsınız. Bütün bunlar sizi tamamilə dəyişəcək. Yuxuda özünüz və başqaları ağ rəngdə paltar geyinibsə, bu, qəmli dəyişikliklərə işarədir. Ağpaltarlı adamla gəzmək xəstəlik və kədərə işarədir. Bu, gənc qadın və uşaqdırsa, xoş hadisələr gözləmək olar. Özünü və başqalarını görmək mübahisələr və məyusluq və azruolunmaz yol yoldaşına işarədir. Sarı paltar görmək maraqlı əyləncələr və maliyyə uğurlarına işarədir. Yuxuda gözəl sarı rəngli parça görmüsünüzsə, sizi uğur gözləyir. Yuxuda mavi paltar geyinmək enerjinizin istəklərinizin həyata keçməsinə yardım edəcəyinə işarədir. Dostlarınız sizi dəstəkləyəcək. Tünd-qırmızı, moruq rəngli paltar geyinmək vaxtında niyyətiniz dəyişməklə qorxunc düşmənlərinizdən azad olacağınıza işarədir. Yaşıl paltar görmək çiçəklənmə və xoşbəxtlik əlamətidir. Yuxuda çoxrəngli paltaralr görmək qəfil dəyişikliklər və gələcəkdə yaxşı və pisin bir-birini əvəz edəcəyinə işarədir. Yuxuda paltar əyninizə yaraşmırsa, bu, bir çox əlaqələrinizin sonunun gəldiyinə işarədir. Ola bilsin, hansısa işdə səhvə yol verəcəksiniz. Qoca kiçi və ya cavan oğlanı gözəl bir kostyumda görmək o deməkdir ki, hansısa xoşagəlməz və əziyyətli iş gözrəcəksiniz. Qadının yuxuda paltrından xoşu gəlmirsə, bu yuxu onun uğur əldə etməkdə pis rəqiblərlə qarşılaşacağına işarədir. Qadın yuxuda başqalarının paltarına heyran olubsa, belə yuxu sevgilisinin qısqanclıq şübhələrinə işarədir. Qadın yuxuda paltarının hansısa detalının itdiyini görübsə, bu ticari işlərdə maneə və sevgidə əngəllərə işarədir. Gənc qadın yuxuda özünü qara paltarda görübsə, bu yuxu qəm və kədərə işarədir. Yuxuda qadın digər qadını moruq rəngli paltar və krepdən tikilmiş matəm duvağında görübsə, bu o deməkdir ki, onun özünə tay tutmadığı bir qadın rəqibinə çevriləcək. Acı kədər onu bütün qadınlara qarşı qəzəbləndirəcək. Çirkli və cırıq paltar yalana işarədir və tanımadığınız insanlarla ünsiyyətdə ehtiyatlı olmağa çağırır. Yuxuda çoxlu, əlvan rəngli paltarlarınızın olduğunu görmüsünüzsə, bu yuxu xəbərdarlıqdır: ehtiyatlı olun, əks təqdirdə səhv hərəkətlər sizi itkilərə apara bilər. Gənc insan üçün belə yuxu ümidlərin boşa çıxmasına işarədir. Pambıqdan tikilmiş yüngül, qəşəng paltar işlərin sizin xeyrinizə olmayacağına işarədir. Yuxuda pambıq parça uğurlu nigah və ərli qadın üçün evdə rahatlıq və anlaşmaya işarədir. Yuxuda özünü paltarsız görmək adınızın ətrafında dedi-qodulara işarədir. Çox vacib şəxsi paltarsız görmək sizə dəyərli insanlar üçün kədərlənəcəyinizə işarədir.

 

PALTO: Yuxuda palto görmək o deməkdir ki, öz tərsliyiniz ucbatından əziyyət çəkəcəksiniz. Kimdənsə palto istəmək o deməkdir ki, başqalarının səhvləri uğursuzluqlarınıza səbəb olacaq. Yuxuda gözəl palto geyinmisiniz və yaxud baxırsınızsa, sizi istəklərinizin həyata keçməsində uğur gözləyir. Yuxuda özgə paltosunu geyindiyinizi anlamısınızsa, bu çətin vəziyyətə düşəcəyinizə və dostların köməyinə ehtiyacınız olacağına işarədir. Əyninizdəki palto cırıqdırsa,sizi böyük kədər gözləyir. Yuxuda paltonuzu itirmisinizsə, bu pis əlamətdir: Siz taleyinizi yenidən qurmalı olacaqsınız və maliyyə işlərində ehtiyatsızlığınız və sadəlövhlüyünüzə görə özünüzü lənətləyərək peşman olacaqsınız.

PAPAQ: 

Yuxuda bahalı papaq görmək o deməkdir ki, siz məşhur və xoşbəxt olacaqsınız. Əgər köhnə və geyinilmiş papaq görsəniz, siz öz mülkiyyətinizi başqalarına verməli olacaqsınız.

 

 

PAPAQ, ŞLYAPA: 

Papaq, şlyapalar nadir hallarda yozma planında xüsusi maraq daşıyır.Bir qayda olaraq, yuxuda güc və hakimiyyətin davaml hesab olunur. Qarşımızdakı şlyapasını çıxarıbsa – bu qarşıdurmaya dəvətdir. Şlyapanı kiməsə vermək –sevgi hisslərini ifadə etməkdir. Yuxuda şlyapa həmçinin keçəllışməyə işarə ola bilər.Bir çox hallarda şlyapa bir hadisəni sadəcə xatırlama əlaməti ola bilər.Məsələn, peşəkar komandaların idman yarışları və.s

Parik

Yuxuda parik taxmısınızsa, bu, yaxın günlərdə edəcəyiniz dəyişikliklərin sizə uğur gətirməyəcəyinə işarədir. Parik itirmək o deməkdir ki, düşmənlərinizin kinayə və nifrətinə tuş gələcəksiniz. Başqa adamları parikdə görmək – sizi əhatə edən xəyanətə işarədir.

PAVİLYON: 

Sıxıntı,kədərə işarədir; pavilyonda olmaq – gizli məhəbbətə işarədir.

 

 

PAXILLIQ ETMƏK: 

Yuxuda başqalarına paxıllıq etmək o deməkdir ki, siz xoş rəftarınız və xeyirxah işlərinizlə yeni dostların rəğbətini qazana biləcəksiniz. Əgər yuxuda kimsə sizə paxıllıq edirsə, real həyatda problemlərinizi ürəyinə yaxın qəbul edən dostlarınızla sizin aranızda anlaşılmazlıq gözlənilir.

 

Paxıllıq etmək – səylə məqsədinə nail olmaq; paxıllığa məruz qalmaq – rifah, müvəffəqiyyətə işarədir.
PAXLA: 

Bu pis yuxudur. Böyüyən paxla görmək qəm, qüssə, uşaqların xəstəliyi deməkdir. Qurudulmuş paxlalar bir çox işlərdə dərin hüzn mənasını verir. Ola bilsin, yaxın zamanlarda ailənizdə və əhatənizdə xəstəliklər müşahidə olunsun. Yuxuda paxla yeyirsinizsə, bu o deməkdir ki, çox yaxın dostunuz xəstələnəcək və ya onu uğursuzluqlar gözləyir.

 

 

PAYIZ: 

Yuxuda qadın payız fəslindədirsə, bu yuxu başqaları ilə aparılan bir çox mübarizədən sonra mal-mülkü alacağına işarədir. Qadın yuxuda ərə getməyə hazırlaşırsa, bu, xoşbəxt evlilik və şən ev, uğurlu sevgi əlamətidir.

 

 

PEYİN: 

Peyin görmək- yaxşı işə işarədir; tarlaya səpmək – uğur,müvəffəqiyyətiniz artacaq; peyin yükləmək – etibarsız dostlar tərəfindən alçalmaya işarədir; üstünə peyin səpilmək – bədbəxtlik əlamətidir; inək peyini – sağlamlıqdan xəbər verir.

 

 

PİRAMİDA: 

Piramida gizlilik və hakimiyyəti təcəssüm etdirən tikilidir. Ənənəvi olaraq onlara universal imkanlar aid edilirdi.Piramida həmçinin fallik rəmz, kişilik, yaradıcılıq rəmzi və ya problemi həll etmək imkanı ola bilər.O ekzotikaya can atmanı təcəssüm etdirə bilər.Yuxuda piramidanın içərisinə girmisiniz, onun divarlarına dırmaşırsınız və ya yaxınlığında gəzirsiniz?Bu möhtəşəm obyektin yaxınlığında kiminləsiniz və sizin bu insanla münasibətləriniz necədir?

PİROQ: 

Yuxuda piroq yemisinizsə, düşmənlərinizin hərəkətlərinə diqqət yetirin, belə ki, onalr sizə ziyan yetirməyə hazırlaşırlar. Yuxuda qız piroq hazırlayıbsa, bu o deməkdir ki, o,kişilərə naz edəcək. Bu yuxu onun üçün xəbərdarlıq sayılır.

 

 

PİŞİK: 

Yuxuda pişik görmək uğursuzluqdur. Əgər pişik üstünüzə atılırsa, sizi məhv etmək üçün əlindən gələni əsirgəməyən düşmənləriniz olacaq. Pişiyi qovursunuzsa, dalınca qaçırsınızsa, yaxşı əlamətdir. Böyük maneələri aradan qaldıraraq taleyiniz üzünüzə güləcək. Yuxunuza arıq, çirkli pişik giribsə, səfeh xəbərlər gözləyin. Dostlarınızdan kimsə ağır xəstədir, lakin yuxuda pişiyi qovub rədd etməyə müvəffəq olursunuzsa, dostunuz sağalacaq. Pişiklərin miyoldaması, ciyiltisini eşitmək sizə pislik etmək istəyən yalançı dostunuzun olduğuna işarədir. Yuxuda pişik sizi cırmaqlayıbsa, uzun müddət çalışdığınız işdən gələn gəliri düşmənləriniz əlinizdən alacaq. Gənc qadın yuxuda əlində pişik və ya pişik balası tutubsa, hansısa çirkin işə cəlb olunacaq. Yuxuda təmiz, ağ pişik görmək qeyri-müəyyənlik, dolaşıqlıq, vəziyyətinizin pisləşəcəyinə işarədir. Yuxuda ticarətçi pişik görübsə, maksimal dərəcədə çalışmalıdır ki, rəqibləri onun işlərini pozmasın. Əlindən gələni etməlidir ki, uğur əldə etsin. Yuxuda ilanla pişiyin dostlaşdığını görmək qızğın mübarizənin başlanğıcına işarədir. Bu o deməkdir ki, hansısa sirri açmaq, hansısa məqsədlər üçün düşməninizə yardım edirsiniz. Ondan aldığınız məlumatın doğruluğuna inanmayaraq onlardan imtina edəcəksiniz, belə ki, gizli həyatınızın təfsilatları qeybət, dedi-qodu obyektinə çevrilə bilər.

Yuxuda pişik tutmusunuzsa, bu, arzularınızın həyata keçəcəyinə işarədir. Himayəçi və müdafiəçi qazanacaqsınız.
Pişik – mənfi qüvvələr, əcinnələr, ziyarətgahlar, uğur işarəsidir.Yuxuda şəhərdə yol boyu gedən pişik görmək o deməkdir ki, bəşəriyyətə müdriklik gətirən dahi insanın peyda olmasından əvvəl insanlar əlamət kimi pişik və digər heyvanları tanıyacaqlar. Yuxuda şir ölçüsündə pişik görmək o deməkdir ki, əmin-amanlığınız heyvanlarla münasibətdə düşünülmüş siyasətdən asılıdır. Qırmızı gözlü qara pişik görmək 2023-cü ili xarakterizə edən qanlı münaqişələrə səbəb olan məkrli niyyətlərdən xəbər verir. Siçan cildində pişik görmək 2008-ci ilin hadisələri 2011-ci ildə başa çatacaq qisas,hesablaşmalara gətirib çıxaracaq. Pişiyi təsadüfən öldürmək o deməkdir ki, 2045-ci ildə Misirdə beynəlxalq təhlükəli cinayətkar tutulacaq. Pişiklərlə dolu şəhər görmək – ekoloji böhran, quraqlıq,aclıqdan xəbər verir. Yuxuda pişiklərlə dolu səbət görmək on ilədn sonra hakimiyyətə ilahiləşdiriləcək güclü bir insanın gələcəyinə işarədir. Bu dövrü demokratiya və müstəqillik dövrü adlandırmaq olar. Müqəvva pişiklər sərgisini görmək – axirətə inanan insanlara rəsmi şəkildə divan tutulmasına işarədir. Böyük bir itin üzərinə hücum edən pişik sürüsü görmək 2018-ci ildə mənfi və müsbət qüvvələr arasında böyük qarşıdurma olacağına işarədir. Yuxuda tələyə düşmüş zolaqlı pişik görmək Allah tərəfindən göndərilmiş, tanınmayan bir adamın qəsdən öldürüləcəyinə işarədir.Yaşıl gözlü qırmızı-sarı pişik görmək Yaponiya ənənələri ilə bağlı Yaponiya və digər ölkələr arasında münasibətlərin kəskinləşməsinə səbəb olan hadisələrə işarədir.Rəngli lentlərlə bəzədilmiş bir cüt pişik görmək – 2047-ci ildə həmin dövrə qədər əməkdaşlıq etməmiş ölkələr və xalqları birləşdirəcək hadisə baş verəcək. Yuxuda pişiyin gümüşü fincandan şərab dağıtdığını görmək 2011-ci ildə gərgin əmək və qanunvericiliyə uyğun həyat tərzinin nəticəsi olaraq uğur və çiçəklənmə simvoludur.

PİŞİK BALASI: 

Yuxuda qadın yumşaq, ağ, qəşəng pişik balası görübsə, bu onun hiylə yolu ilə ona qarşı qurulmuş tələyə asanlıqla düşəcəyinə, lakin ağlı, sağlam dərrakəsi ilə xoşagəlməz vəziyyətdən çıxacağına işarədir. Əgər pişik arıq, alabəzək və çirklidirsə, yuxunu görən qadın həyatda çirkin bir əməlin qurbanı olacaq. Pişik balaları görmək xırda xoşagəlməz hadisələr və qıcıqlanmalara işarədir, lakin yuxuda pişiyi öldürdükdən sonra işləriniz qaydaya düşəcək, tale üzünüzə nəhayət ki güləcək. Yuxuda pişik öldürən ilan görmək o deməkdir ki, sizə zərər vermək istəyən düşmənləriniz son nəticədə özlərinə zərər vuracaqlar.

Go Back

R- Yuxu Yozumları

07-03-2014

RAHİB: Yuxuda rahibə diqqətlə baxırsınızsa, bu, ailədə ixtilaf və xoşagəlməz iş səyahətlərinə işarədir. Gənc qadın üçün belə yuxu yalan və böhtanların ona qarşı istifadə olunacağına işarədir. Yuxuda özünü monax obrazında görmək yaxınların itkisi və xəstəliyə işarədir.

Rahib- təmizlik, şövqsüzlük, asketizm, mövhumatçılıq rəmzidir.Ağ paltarlı rahib görmək o deməkdir ki, şimal əraziləri ümumi kilsə rəhbərinin seçilməsi ilə birləşdiriləcək. Rahibi sərxoş görmək ümumi zənginlik və sevincə işarədir. Zəngi vuran rahib görmək – həyəcanlı hadisələr, dəyişikliklər, hakimiyyətlə bağlı qəfil fəlakət rəmzidir. Müharibəyə gedən silahlı rahiblər görmək – cinayətin artması, cinayətə görə cəzasız qalmaya işarədir ki, bu da bütün bəşəriyyətin silahlanmasına gətirib çıxaracaq. Lal rahib görmək – dinə qarşı münasibətdə vandalizm, dini abidələr və müqəddəs yerlərin dağıdılmasına işarədir.Rahiblərə divan tutma həyat prinsiplərinin dəyişilməsi, bütün baş vermiş hadisələrə marağın itməsinə gətirib çıxaran ağır zərbələrə işarədir. Rahibin saç kəsdirmə mərasimini (rahibliyə girmə) görmək insanlar bütün müharibələrə son qoyduqdan sonra Yer üzündə yaranacaq zənginlik və bolluq, firavana işarədir.

RAHİBƏ: Dinlə məşğul olan adam yuxuda rahibə görürsə, bu o deməkdir ki, maddi sevinc mənəvi maraqlara mane olacaq. Qadın yuxuda rahibə görübsə, bu, dul olmağa və sevgili ilə ayrılığa işarədir. Yuxuda qadın özünü rahibə kimi görürsə, bu öz vəziyyətindən narazı qalmağa işarədir. Yuxuda ölü rahibə görmək kədərə işarədir. Ola bilsin, siz sevdiyiniz adamın etibarsızlığını görəsiniz.

RUH: Yuxuda öz ruhunu görmək dindar olmanıza işarədir. Bir işi görməzdən əvvəl bir qədər fikirləşirsiniz. Ətrafdakılar sizi təmiz, alicənab, mərhəmətli və dindar adam kimi tanıyacaqlar. Yuxuda ruhunuzun bədəninizdən ayrıldığını görmək ölümə və xəstəliyə işarədir. Sizin ruhunuz cismin ölümündən sonra başqa simada yerə qayıdacaq çox az ruhlardan olacaq. Əgər yuxuda hansısa insanını ruhununu bədənindən ayrıldığını görmüsünüzsə, tezliklə yaxın adamınızın ölümü və ya ağır xəstəliyi barədə xəbər eşidəcəksiniz. Yuxuda ruhunuzun xilas olmasını istəmək həyatınızda elə vəziyyət yaranacaq ki, siz Allahdan kömək istəyəcəksiniz. Yalnız bundan sonra siz sülh və harmoniya tapa biləcəksiniz.

RÜSVAYÇILIQ: 

Yuxuda uşaqların və dostların rüsvayçı hərəkətindən utanmaq gələcəkdə ümidlərinizin puç olacağına işarədir. Həyəcan ürəyinizi üzəcək. Yuxuda rüsvayçılıq, gözdən düşmə həyatda öz adınızı, etibarınızı təhlükədə qoyaraq mənəvi qaydalara etinasız yanaşacağınıza işarədir. Bundan əlavə, düşmənləriniz sizə əyri baxacaq.

RƏİS: 

Yuxuda rəislə münasibətlər iki cür yozula bilər:1. İşlə əlaqəsi olmayan, sizin üçün dəyərli insan, məsələn, həyat yoldaşınız, doğma qardaşınız və ya bacınız, valideynlərinizdən biri və ya yaxın dostunuz sizin rəisiniz olacaq.Yuxuda qeyri-iş əhatənizdən kimsə rəisiniz olubsa, bu o deməkdir ki, siz onun sizə hədsiz təzyiq göstərdiyini və həyatınızı idarə etdiyini hesab edirsiniz. Bu insanla aranızda onun sizə hakimlik etməsinə gətirib çıxaran münasibətlər yaranır.Bu yuxunun görüldüyü yer iş yeri və yaxud da uydurulmuş bir yer ola bilər. Siz və müdirinizin işlədiyi yeri görmək onun tərəfdən lazımsız şəkildə nəzarət olunacağınıza işarədir.2. Digər versiyaya nəzər yetirək: sizin müdiriniz həmin sahədən tamamilə uzaq qardaş, bacı, həyat yoldaşı və yaxud başqası olur.Əgər müdiriniz şəxsi həyatınıza yaxın insan kimi giribsə, bu o deməkdir ki, öz işinizi qiymətləndirməyin vaxtı gəlib: bir çox ailələri dağıdan əməksevərlik. Yuxuda müdiriniz adi iş əhatəsindədirsə, bu o deməkdir ki, hansısa səbəbə görə siz işdə stress vəziyyətindəsiniz. Ümumilikdə götürsək, öz işiniz haqqında yuxu görmək – bu pul qazandığınıza və yaxud vaxtında işin öhdəsindən gələ bilmirsiniz

RƏNG: 

Bir qayda olaraq, biz rəngli yuxular görürük. Əgər hansısa rəng yuxuda qeyri-adi tərzdə daha çox görülübsə, bu yuxunu ətraflı şəkildə nəzərdən keçirmək lazımdır. Bir çox rənglərlə ənənəvi olaraq müəyyən hiss və emosiyalar bağlıdır və onların bir çoxunun təbiəti arxetip olmaqla Yunqun nəzəriyyəsi ilə bağlıdır.Lakin birmənalı şərhlə məhdudlaşmaq olmaz: rəngin rəmzi onun hüdudlarından kənara çıxır və rəngi qəbul etməyiniz, onunla bağlı vəziyyətdən asılıdır. Yunqun xarakteristikası sizə uyğun gəlmirsə, azad assosiasiya metodunu seçin. Rəng: Müsbət cəhət – mənfi cəhət. Göy,mavi: alicənablıq, sakitlik- depressiya. Qara: hakimiyyət- ölüm və ya matəm. Qəhvəyi: torpaq, təbiət. Boz- bitərəf – ehtirassızlıq, ölüm. Yaşıl: məhsuldarlıq, yenilənmə, zənginlik –xəsislik, paxıllıq. Qırmızı: özünü qurbanvermə, seksuallıq – şəhvət, qadağalı cinsi əlaqə, alçalma, fiziki əlillik. Narıncı: əyləncə, dəyişikliklər – məcburi dəyişikliklər,dağıdıcılıq. Bənövşəyi: əzəmət, böyüklük, müsbət fərdi yüksəliş – Sarı: işıqlanma – qorxaqlıq, xəstəlik.Ağ: təmizlik, sağlamlıq, dini ayin- boşluq.

RƏNGSAZ: 

Yuxuda rəngsazların işini müşahidə etmək o deməkdir ki, planlaşdırdığınız yeniliklər sizə məmnunluq hissi verəcək, özünüzə inam və gücü artıracaq. Yuxuda rəngsaz olmaq həyatınızda gizli şeylərin çox olduğuna, dostlarla ünsiyyət qurmaq və yeni tanışlıqlara meylli olmadığınızdan xəbər verir. Yuxuda rəngsaz görmək o deməkdir ki, sizə heyran olan pərəstişkarınız olacaq, lakin o, bunu sizə deməyə, ürəyini açmağa cəsarət etməyəcək. İşə rəngsazlardan ibarət işçi qrupu götürmək o deməkdir ki, məşhurluğun zirvəsində olacaqsınız, bir çoxları ətrafınızda dolanaraq sizə yaltaqlanacaqlar.

RƏQS:

Rəqslər insana möhkəm psixoloji və mənəvi rahatlıq verir. Bir çox primitiv mədəniyyətlərdə rəqs müqəddəs təsirlərə aid olur və eyni zamanda yaxşı rahatlıq və istirahət metodu hesab olunur. Otuz əsrdən çox bir dövrdə dini bütlər qarşısında ritual rəqslər tərifləmə və ilahi prinsiplərə pərəstiş rəmzi olub. Bir qayda olaraq, belə rəqslər Allah sitayiş və onun xeyir-duasını almaq üçün ifa edilirdi.Müasir mədəniyyətdə rəqslər əyləncə sahəsinə aid edilir və iki əks cinsin nümayənədləri arasında oynanılan dindən uzaq bi əlamət kimi qiymətləndirilir.Biz rəqs edərək özünəməxsus şəkildə gələcəkdə xoşbəxt münasibətlərə ümidimizi ifadə edirik. Bununla bağlı bir çoxları üçün rəqs seksual məna kəsb edir. Yuxuda tək yoxsa kiminləsə rəqs edirsiniz? Bu onunla bağlı ola bilər ki, sizin üçün rəqs daha dərin məna kəsb edir.Bir çox insanlardan “necə istəyirəm elə də rəqs edirəm” ifadəsini eşitmək olar ki, bu da həmin insanın ətraf mühitə nümayişanə fikirlərini ifadə edir. Yuxuda tərəf müqabilinizlə oynayırsınızsa, bu onu göstərir ki, çoxluqda özünüzü narahat hiss edirsiniz. Burada hansı rəqsi oyandığınız və nə geyindiyinizi nəzərə almaq lazımdır. Sizin üçün başqaları rəqs edir? Bu anda sizin həmin insanlara münasibətiniz əks olunur. İkisindən biri: ya bu insana qarşı ehtiraslısınız, ya da əksinə. Bu cür yuxular öz açıq-saçıqlığı ilə yuxu görən adamı heyrətə gətirir. Özünüz rəqs etdiyiniz halda müəyyən edin ki, həqiqətən təklikdə rəqs edirsiniz yoxsa sanki sizinlə birlikdə tərəf müqabiliniz də fırlanır? Ola bilsin ki, sizə elə gəlir ki, digərləri sizin nüfuzunuzu tanımırlar və sizinlə qarşılıqlı münasibətlərdə öz öhdəliklərini yerinə yetirmirlər. Rəqs və musiqi bir-birinə uyğun gəlmirsə və ya rəqsdə musiqisiz rəqs edirsinizsə, ola bilsin ki, siz həyatınızın hansısa tərəfini və münasibətlərinizi şübhə altına qoyursunuz. Başqaları sizin üçün rəqs edirlərsə, buna aydınlıq gətirin: rəqs seksualdır yoxsa o daha çox mərasim xarakteri daşıyaraq çıxışlara oxşayır? Nə üçün?

Go Back

S- Yuxu Yozumları

06-03-2014

SAAT: Sizi aldatmaq istəyirlər.

Cib saatı – gözəl ailə münasibətlərinə işarədir; tapmaq – son dərəcə dəqiq olmalısınız; qızıl saat- sizi yaxın tanışlarınız oğurlayacaq; işləməyən saat – boş yerə vaxtınızı itirirsiniz; hədiyyə vermək- özünüzü aldadırsınız; böyük səsli saat – yadda saxlayın ki, vaxt qızıldır; sındırmaq – xoşagəlməz hadisə gözlənilir; qurulmamış saat- uzaq tanışınızın ölümünə işarədir.

Yuxuda qədim saatlara baxmaq o deməkdir ki, gələcəkdə keçmişdə etdiyiniz səhvlərə görə çox peşman olacaqsınız. Ola bilsin ki, belə yuxu böyüklərinizin, əcdadlarınızın etdiyi səhvlərə görə utanacağınıza işarədir. Yuxuda divar saatı görmək o deməkdir ki, gələcəkdə həyatınızı köklü şəkildə dəyişəcək nə isə baş verəcək. Yuxuda qol saatı görmək – planlaşdırdığınızın işi həyata keçirməyə imkan tapmayacağınıza işarədir. Ola bilsin ki, bu yuxu hazırda ölkənizi idarə edən şəxsin bir sıra islahatlar və layihələri həyata keçirməyə müvəffəq olmayacaq. Yuxuda vaxtı siferblatı olmayan saatla müəyyən etmək pis əlamətdir. Başınıza qeyri-adi hadisə gələcək və sizi çox məyus edəcək. Yuxuda saatın səsini eşitmək o deməkdir ki, yaxınlarınızdan kiminsə sizin yardımınıza çox ehtiyacı var. Bu kömək nə qədər tez edilərsə, bir o qədər yaxşı olar.

Yuxuda qədim saatlara baxmaq o deməkdir ki, gələcəkdə keçmişdə etdiyiniz səhvlərə görə çox peşman olacaqsınız. Ola bilsin ki, belə yuxu böyüklərinizin, əcdadlarınızın etdiyi səhvlərə görə utanacağınıza işarədir. Yuxuda divar saatı görmək o deməkdir ki, gələcəkdə həyatınızı köklü şəkildə dəyişəcək nə isə baş verəcək. Yuxuda qol saatı görmək – planlaşdırdığınızın işi həyata keçirməyə imkan tapmayacağınıza işarədir. Ola bilsin ki, bu yuxu hazırda ölkənizi idarə edən şəxsin bir sıra islahatlar və layihələri həyata keçirməyə müvəffəq olmayacaq. Yuxuda vaxtı siferblatı olmayan saatla müəyyən etmək pis əlamətdir. Başınıza qeyri-adi hadisə gələcək və sizi çox məyus edəcək. Yuxuda saatın səsini eşitmək o deməkdir ki, yaxınlarınızdan kiminsə sizin yardımınıza çox ehtiyacı var. Bu kömək nə qədər tez edilərsə, bir o qədər yaxşı olar.

Yuxuda qədim saatlara baxmaq o deməkdir ki, gələcəkdə keçmişdə etdiyiniz səhvlərə görə çox peşman olacaqsınız. Ola bilsin ki, belə yuxu böyüklərinizin, əcdadlarınızın etdiyi səhvlərə görə utanacağınıza işarədir. Yuxuda divar saatı görmək o deməkdir ki, gələcəkdə həyatınızı köklü şəkildə dəyişəcək nə isə baş verəcək. Yuxuda qol saatı görmək – planlaşdırdığınızın işi həyata keçirməyə imkan tapmayacağınıza işarədir. Ola bilsin ki, bu yuxu hazırda ölkənizi idarə edən şəxsin bir sıra islahatlar və layihələri həyata keçirməyə müvəffəq olmayacaq. Yuxuda vaxtı siferblatı olmayan saatla müəyyən etmək pis əlamətdir. Başınıza qeyri-adi hadisə gələcək və sizi çox məyus edəcək. Yuxuda saatın səsini eşitmək o deməkdir ki, yaxınlarınızdan kiminsə sizin yardımınıza çox ehtiyacı var. Bu kömək nə qədər tez edilərsə, bir o qədər yaxşı olar.

Yuxuda qədim saat görmək öz keçmişiniz haqda düşünməyin vaxtı çatdığına işarədir: Siz ləyaqətləmi yaşamısınız, yaxşı və ya pis əməllər törtəmisiniz, Yer üzündə özünüzdən sonra hansı iz qoyacaqsınız. Yuxuda divar saatı görmək o deməkdir ki, siz qətiyyən öz həyatınız qiymətləndirmirsiniz. Yadda saxlayın ki. həyat əbədi deyil, ona görə də onun sizin yanınızdan ötüb keçməyinə yol verməyin. Qol saatı görmək həyatınızda vacib hadisənin baş verməsinə çox az vaxt qalıb. Yuxuda siferblatı olmayan saatla vaxtı müəyyən etmək ciddi təhlüəkəyə işarədir. Belə yuxu böyük facikədən xəbər verir. Siz ona yalnız Allaha kömək üçün müraciət etməklə tab gətirə bilərsiniz. Yuxuda saat tıqqıltısı eşitmək həyatınızın hələ uzun müddət yoluna düşməyəcəyinə işarədir. Sizə elə gələcək ki, Alalh sizdən üz döndərib. Lakin bu belə deyil, sadəcə olaraq sülh, sakitlik və xoşbəxtliyə çatmaq üçün bir çox sınaqlardan keçmək sizin qismətinizə yazılıb.

SAÇ: 

Əgər qadın yuxuda öz gözəl saçlarını darayırsa, bu, onun sonradan peşman olduğu yüngül hərəkətlərə işarədir. Kişi yuxuda saçlarını görürsə, uğursuzluq və bədbəxtliyə işarədir. Saçlarının ağararaq tökülməsi qəm, qüssə əlamətidir. Saçlarını yığılmış şəkildə, örtülü görmək bağışlanma və mülayimliyə işarədir. Əgər belə yuxunu qadın görübsə, özünə böyük diqqət ayıracaq. Əgər yuxuda qara, buruq saçlarınız varsa, sizə sevgi tələsi gözlənilir. Qızılı saçlar mərdlik və sevgilinizin şücaətindən xəbər verir. Şabalıdı saçlar uğursuzluq əlaməti hesab olunur. Yuxuda gözəl saç düzümündə olmaq işlərinizin müsbət istiqamətə dəyişəcəyinə işarədir. Yumşaq, həcmli saçlar hüdudsuz xoşbəxtliyə işarədir. Əgər qadın yuxuda saçlarını, eyni zamanda, həm tünd, həm də işıqlı görürsə, bu, ehtiyatlı olmağa və seçimində böyük şübhələrə xəbərdarlıqdır.Yığılmamış, səliqəsiz saçlar uğursuzluğa işarədir. Saçı ağarmış insanlar görmək xoşagəlməz dəyişikliklər və sevgililər üçün rəqiblərin yaranacağına işarədir. Saçların tökülməsi də yaxşı əlamət deyil. Həmçinin, qar kimi ağappaq saçlar təsəlliverici xəbərlər, səyahət və görüşlər vəd edir. Yuxuda kiminsə saçlarını tumarlamaq sevgidə uğur əlamətidir. Saçlarında güllər olmaq cüzi xoşagəlməz hadisələrə işarədir. Əgər qadın saçının ağ çiçəklərlə örtüldüyünü görübsə, bu o deməkdir ki, öz iradəsini möhkəmləndirməli və özünü çox da uzun sürməyəcək ağır iztirablara hazırlamalıdır. Ağarmış saç və gənc üz görəndə ehtiyatlı olmazsanız, mümkün itki və xəstəliklər xoşagəlməz hadisələrə işarədir.

SALAT: 

Görmək- faydalı işlə məşğul olacaqsınız; yemək – xoşbəxt gələcəyə işarədir.

SANCAQ: 

Yuxuda sancaq görmək ailə münaqişələri və çəkişmələrindən xəbər verir. Gənc qadına belə yuxu sevgilisinin onunla kobud rəftar edəcəyinə işarədir. Əgər yuxuda sancaq udmusunuzsa, real həyatda hansısa fövqəladə vəziyyətlər sizi riskli şərtlər qəbul etməyə məcbur edəcək. Yuxuda sancaq itirmək itki və davaların olacağına işarədir. Əyilmiş və paslanmış sancaq o deməkdir ki, sizin yüngül hərəkətiniz hörmətdən düşməyinizə səbəb olacaq. Əgər sancaq bədəninizə batırsa, bu, kiminsə sizin əsəblərinizə toxunacağına işarədir.

SAPFİR (GÖY YAQUT): 

Sapfir – inam,sülh və uğur rəmzidir. Sapfir gördüyünüz yuxular müvafiq olaraq həyatınızda saydığımız bu atributları qazanmağa işarədir. Yuxunun mənası sapfiri özünüzün tapması yaxud onu sizə digər şəxsin verməsi ilə yozulur. Sapfiri özünüz tapmısınızsa, bu,real həyatınızda çatışmayan mənəvi rahatlıq və sülh axtarışlarına işarədir.Onu sizə gətiriblərsə bu o deməkdir ki, həyatın özü mənəvi nəsihətlər, rəhbərlik və idarəetmə tələb edir.

SAPLAMAQ (nəyisə): 

Yuxuda sap görmək o deməkdir ki, həyatınızdakı çətinliklər uzaqdadır. Qırılmış sap – dostlarınızın xainliyi ucbatından sizi bədbəxtliklər gözlədiyinə işarədir.

SAQQAL: Y

uxuda saqqal görmək – o deməkdir ki, sizi hakimiyyət uğrunda mübarizə gözləyir və çox güman ki, bu mübarizədə itkiləriniz olacaq. Ağ saqqal uğursuzluq və uzumüddətli xəstəliyə işarədir. Saqqallı qadın görmək xoşagəlməz görüşlər və uzun sürən xəstəlik deməkdir. Yuxuda saqqalı daramaq və naz çəkmək o deməkdir ki, sizin şöhrət və məğrurluğunuz, xoşbəxtliyiniz artacaq, lakin əvvəlki dostlarınız üçün o qədər də xoşagələn olmayacaqsınız. Əgər gənc qadın yuxuda saqqalını darayırsa, bu yuxu onun uğursuz evlilik quracağına işarədir.

SAQQIZ: 

Yuxuda saqqız çeynəyən adam görmək nahaq yerə təhqirə məruz qalmaq deməkdir. Belə yuxu dostunuzun sizə qarşı şərəfsiz hərəkətinə işarədir. Saqqızın üstünə tapdalamaq halal olmayan bir işə qoşulmaqdır. Qadın belə yuxu görübsə, o yalançı bir adama etibar edəcək. Yuxuda saqqız çeynəyərək onun dadından zövq alırsınızsa, real həyatda öz ambisiyalarınıza görə dostlarınızı itirə bilərsiniz. Saqqızı dartıb uzatmaq işlərinizdə qarışıqlığa düşəcəyinizə işarədir. Əgər saqqızı dartdığınız anda o qırılırsa, vacib işi gördüyünüz vaxt ciddi maneə ilə qarşılaşacaqsınız. Saqqızı şişirtmək boş ümidlərlə özünü ovundurmaq, vaxtını boş yerə xərcləmək və işlərin real vəziyyətindən xəbərsiz olmaq deməkdir.

SARAY: 

Yuxuda sarayda gəzmək və orada heç bir təmtəraqlı bir şey tapmamaq perspektivlərin əhəmiyyətli dərəcədə artacağına və yeni ad qazanacağınıza işarədir. Yuxuda söhbət və rəqs edən gözəl qadın və kişilər görmək o deməkdir ki, siz gəlirli və xoş bir mühitə düşəcəksiniz.Gənc qadın yuxuda parlaq əyləncələrin iştirakçısıdırsa, o, cəmiyyətdə evliliyi və qohumlarının müdrikliyi sayəsində uğurlar qazanacaq. Belə yuxulardan sonra gənc qadın vicdanla işləyərək və yalançı ambisiyalardan qaçaraq anasının və dostlarının etibarlı məsləhətlərinə qulaq asmağa çalışmalıdır.

 

Go Back

Ş- Yuxu Yozumları

06-03-2014

ŞAMPİNYON GÖBƏLƏYİ: Vəzifə yüksəlişinə işarədir.

ŞƏHƏR: Yuxuda özünü naməlum şəhərdə görmək o deməkdir ki, qəmli bir hadisə sizi öz işinizi, həyat tərzinizi və hətta yaşayış yerinizi dəyişməyə səbəb olacaq.

İnsan yuxuda öz şəhərinin giriş qapısını görübsə, şəhərə daxil olur və ya çıxırsa, həyatda nə etsə də istədiyinə nail ola bilməyəcək.

ŞƏLALƏ: Yuxuda şəlalə görmək yaxşı əlamətdir, tale arzularınızın həyata keçməsində üzünüzə güləcək.

ŞAR: Yuxuda Yerə doğru yaxınlaşan alovlu kürə görmək – gələcəkdə planetimizi dağıdacaq böyük meteroit təhlükəsinə işarədir. Belə yuxu bədbəxtlik əlamətidir. Yuxuda Yer kürəsi görmüsünüzsə, bu yuxu planetinizin real təhlükə altında olduğuna işarədir.Bu təhlükə kənardan deyil, məhz insanların özlərindən gələcək. Məsələ ondadır ki, planetin sakinləri zərif ulduzun üzərində yaşadıqlarını tamamilə unudublar. Hər bir konkret ölkə, hətta hər bir insana elə gəlir ki, o digərlərindən güclüdür və onların ən başlıca istəyi bütün dünyaya öz varlıqlarını silah və zorakılıqla göstərməkdir. Yuxuda Yerə yaxınlaşan iri, tünd kerə görmək – planetimizi ekoloji böhran gözlədiyinə və onun müxtəlif zavodlar tərəfindən atılan tullantılar hesabına yaranacağına işarədir. Elə bir zaman gələcək ki, Yerə boz bulud düşəcək və insanlar hava çatışmazlığından əziyyət çəkəcəklər. Yuxuda yerin üzərində parlayan kürə görmüsünüzsə, belə yuxu Yerə digər planetlərdəncanlı varlıqların gələcəyinə və onların planetimizin insanları ilə əlaqə yaradaraq çoxlu maraqlı məlumatlar verəcəyinə işarədir. Belə yuxunu görən insan gələcəkdə onu qorxuya salan, o vaxta kimi ona məlum olmayan hadisə ilə qarşılaşacaq. Yuxuda odlu kürədən qaçmaq – qorxulu müharibədən xəbər verir.Bu yuxunu görən insan üçün müharibədə böyük itkilər verəcəyinə və bu dəhşətli vuruşmada fəal iştirak edəcəyinə işarədir.

ŞLYAPA: Papaq, şlyapalar nadir hallarda yozma planında xüsusi maraq daşıyır.Bir qayda olaraq, yuxuda güc və hakimiyyətin davaml hesab olunur. Qarşımızdakı şlyapasını çıxarıbsa – bu qarşıdurmaya dəvətdir. Şlyapanı kiməsə vermək –sevgi hisslərini ifadə etməkdir. Yuxuda şlyapa həmçinin keçəllışməyə işarə ola bilər.Bir çox hallarda şlyapa bir hadisəni sadəcə xatırlama əlaməti ola bilər.Məsələn, peşəkar komandaların idman yarışları və.s

ŞABALID: 

Yuxuda əlinizdə şabalıd tutmusunuzsa, bu, işlərinizdə zərərə, həyatda isə yaxşı həyat yoldaşına işarədir. Əgər şabalıd gələcək kədər əlamətidirsə, son nəticədə o kədəri xoşbəxtlik əvəz edəcək. Gənc qadın yuxuda şabalıd yeyirsə və yaxud onunla fala baxırsa, bu varlı pərəstişkar və yaxşı səhhətə işarədir.

ŞAFTALI: 

Yuxuda şaftalı yeyirsinizsə və yaxud ona baxırsınızsa, bu, uşaqların xəstəliyi, biznesdə gəlirlə bağlı məyusluğa işarədir. Əgər ağacda şaftalı görsəniz – istədiyiniz mövqeyi qazanacaqsınız. Bir çox səylər və sağlamlığınızı və pulunuzu riskə atmaqla işləriniz yolunda gedəcək. Yuxuda şaftalı qurusu görmək düşmənlərinizin sizi ötüb keçəcəyinə işarədir. Gənc qadın yuxuda gözəl ətirli şaftalılar görübsə, bu onun cazibəsi və ağlı sayəsində varlı və ağıllı bir insana ərə gedəcəyinə işarədir. Dərdiyi şaftalılar yaşıl və bərkdirsə, o, qohumlarının qəddarlığı və gözəlliyini əlindən alan xəstəliklə üzləşəcək.

Go Back

T- Yuxu Yozumları

06-03-2014

TÜPÜRMƏK: Yuxuda tüpürcək görmək ümidləndiyiniz və perspektivli görünən işin uğursuz tamamlanmasına işarədir. Yuxuda kimsə üstünüzə tüpürübsə, bu yuxu sevgidə ayrılıq və soyuqluğa işarədir.

 

 

Go Back

U- Yuxu Yozumları

06-03-2014

UÇQUN: Uçqun görmək – hörmətsizlik, böyük təhlükə əlamətidir. Qar uçqunu – qəm, kədər əlamətidir.

UÇUŞ: Uçuş – yaxşı emosiyalar, azadlıq, sərbəstliyə işarədir.Yuxuda uçmaq – həyatda azadlıq və sərbəstliyə can atırsınız.Yaxın günlərdə belə bir imkanınız yaranacaq. Yuxuda uçduğunuz zaman yıxılmısınızsa, maneələrlə üzləşərək onları dəf etməli və problemləri həll etməli olacaqsınız. Kosmik fəzada uçmusunuzsa, bu o deməkdir ki, həyatda öz aləminizə qapılaraq ətrafda baş verən hadisələri hiss etmirsiniz.

ULDUZ: Yuxuda aydın parlayan ulduzlara baxırsınızsa, bu sizin üçün möhkəm sağlamlıq və rifaha işarədir. Əgər yuxunuzda ulduzlar sönük və qırmızıya çalırsa, bu, gələcək bədbəxtlik və xoşagəlməz hallara işarədir. Əgər yuxuda alışıb yanan və düşən ulduzlar görmüsünüzsə, bu kədər və qəm əlamətidir. Gizlincə alışan və sönən ulduzlar yuxunuza giribsə gələcəkdə sizi sirrli hadisələr və dəyişikliklər gözləyir. Yuxuda ulduzların Yer ətrafında hərəkətini görmüsünüzsə, bu, qlobal hadisələrə işarədir.

Yuxuda ulduz birdən daşa çevrilibsə, işlərinizdə uğurlar gözlənilir. Ulduz toza çevrilibsə, kasıblıq və səfalət əlamətidir.

Ulduzlar – yüksək biliklilik, məlumatlılıq, iradə əlamətidir.Yuxuda düşən ulduza baxmaq xoşbəxt həyat, bütün müqəddəs arzularınızın həyata keçəcəyinə işarədir. Yuxuda çoxlu yerə düşən ulduzlar görmüsünüzsə, gələcəkdə Yerdə güclü sel olacaq və bütün kənd təsərrüfatı sahələrini məhv edəcək. Bütün il boyu bəşəriyyət aclıqdan əziyyət çəkəcək. Yuxuda qırmızı ulduzlar görmək –Rusiyada hakimiyyətə elə bir insan gələcək ki, dövləti xarabalıqdan qurtararaq dünyada ən qüdrətli ölkəyə çevirəcək. Qırmızı ulduzlar Kreml ulduzlarını simvolizə edir.Yuxuda ulduzlara doğru uçursunuzsa, gələcəkdə başqa bir planetə kosmik ekspedisiyanın iştirakçısı olacaqsınız. Yuxuda günorta vaxtı göydə ulduzları müşahidə etmək – gələcəkdə hakimiyyətə elə elə vicdanlı, ləyaqətli insanlar gələcəklər ki, bütün ölkələr arasında birdəfəlik sülhün bərqərar olmasına nail olacaqlar. Bütün xalqlar ümumi razılığa gələrək sülh şəraitində yaşayacaqlar. Belə yuxunu görən insanı nüfuzlu, mötəbər şəxslərlə tanışlıq gözləyir. Yuxuda çoxlu, xırda ulduzlar görmək o deməkdir ki, gələcəkdə ABŞ-dan hər hansı bir xəbər alacaqsınız. Ola bilsin ki, bu yuxu ABŞ-da baş verəcək hadisələrin bütün dünyanı lərzəyə salacağına işarədir.Yuxuda çoxlu xırda ulduzlar – Amerikanın əlli ştatını simvolizə edən Amerika bayrağının üzərindəki ulduzlardır.Yuxuda səmada ulduzlar yoxa çıxıbsa, bu, uzaq gələcəkdə ağır kosmik qəzaya işarədir. Yuxuda ulduzları suda əksinə tamaşa etmək böyük kəşflərə işarədir. Bu günə kimi məlum olmayan, canlıə varlıqların yaşadığı naməlulm planet aşkar olunacaq.Belə yuxunu görən insan üçün məşğul olduğu sahədə biliklər, məlumatların aşkar olunacağına işarədir.Yuxuda parlayan ulduz görmək Günəşə oxşar ulduzun aşkar olunacağına işarədir.Məhz həmin ulduz gələcəkdə Yeri işıqlandıracaq.Yuxuda ulduzlardan soyuğun gəldiyini hiss etmək əbədi qış əlamətidir.Elə bir zaman gələcək ki, Yerin üzünü buzlaqlar örtəcək. Ulduzun düşdüyü yerdə dayanmaq bir çoxlarının həyatını dəyişəcək qəzaya işarədir.Yuxuda yeni ulduz aşkar etmək – yaxın gələcəkdə sizə təsir edəcək hadisələrə işarədir.Ulduz xəritəsini öyrənmək və onun üzərində səyahət marşrutunu tətbiq etmək ekoloji böhran və xüsusi təhlükəli ərazilərdən miqrasiyanən çoxalmasına işarədir.

UNİVERMAQ, SUPERMARKET: Super market uzun müddət kapitalizmin təcəssümü hesab olunub. Bir çoxları böyük univermaq və mağazaları gəzməkdən və burada seçim çoxluğundan böyük zövq alırlar. Yuxuda böyük ticari mərkəzlər görmək – o deməkdir ki,seçim imkanlarınız çoxdur. Bu onunla bağlı ola bilər ki, son zamanlar siz çox israfçılsınız.Yuxuda real mağazalar üçün standart mal çeşidləri təqdim olunubsa, sizi hər şeydən çox maraqlandıran obyektlərə diqqət yetirin –onlar yuxunu yozmaq üçün əsas əlamət hesab olunur. Rast gəldiyiniz satıcılar tanışınız olduğu halda vacib məna kəsb edə bilər. Ola bilsin ki, özünüzü kiməsə borclu hesab edirsiniz və ya kimsə siz tərəfdən müəyyən hərəkətlər gözləyir. Sizı lazım olan mallar mağazanın piştaxtasında yoxdur və ya əksinə, boldur? Bu özünəməxsus müvazinət, tarazlığın təyinedici – metaforası və ya həyatın müxtəlif sahələrində onun olmamasıdır.

UNUDULMUŞ ƏLAQƏ VƏ MÜNASİBƏTLƏR: Hadisələr bəzən xoşagəlməz halların yaranmasına səbəb olur və real həyatda unutduğumuz insanlar və hadisələri yuxuda görürük. Yadda saxlayın ki,  keçmişi unutmağa cəhd göstərmək və onu buraxmaq – müxtəlif şeylərdir. Xoşagəlməz xatirələrdən əzab çəkməyinizə səbəb olan yuxu görmüsünüzsə, bu xatirələrin hazırkı həyatınızın hansı hadisələri ilə uyğun gəldiyini tutuşdurun. Ola bilsin ki, bu xəbərdarlıqdır – siz vaxtilə etdiyiniz və buna görə də peşman olduğunuz səhvi yenidən edə bilərsiniz. Belə məsələlər adətən öz-özünə həll olunmur.Yuxu – sadəcə nəzərdə tutulmuş məsələləri tamamlamağın vacib olduğunu göstərmək üçün vasitədir.

UŞAĞINI YEDİZDİRƏN ANA: Yuxuda uşağını yedizdirən ana görmüsünüzsə, bu, imkanlarınızın həyata keçməsi üçün gözəl şəraitin olacağına işarədir.

UŞAQ: Uşaq – gələcəyə ümid rəmzidir. Yuxuda heyvanın uşağı yediyini görmüsünüzsə, bu yuxu ona işarədir ki, gələcəkdə Yer üzündə çoxlu xortdanlar, qaniçənlər meydana gələcək ki, onlar da xüsusilə uşaqlar üçün təhlükə yaradacaqlar.Yuxunu görən şəxsə bu yuxu Antixristlə görüşə işarədir.Yuxuda hamilə kişi görmək – o deməkdir ki, illərdir ki, sözü gedən söhbət –yəni kişinin hamilə olaraq uşaq doğması gələcəkdə həqiqətə çevriləcək.Ola bilsin ki, bu qara qüvvələrin maneəçiliyi olmadan baş verəcək və bu fakt kişi və doğduğu uşağı bütün dünyada məşhur edəcək.Yuxuda şikəst uşaq görmüsünüzsə, belə yuxu bütün bəşəriyyətə atmosfer çirklənməsi təhlükəsi barədə xəbərdarlıq edir. Belə yuxunu görən insan köməyinə ehtiyacı olduğu insanla görüşəcək.Yuxuda əxlaqsız bir qadının əlində uşaq görmək – Yer çox böyük təhlükə altındadır. Gələcəkdə SPİD bütün dünyanı əhatə edərək insanlara yoluxacaq. Lakin bu bədbəxt vəziyyətin çarəsi tapılmadığı zaman bu dəhşət xəstəliyə çarə tapan insan peyda olacaq. Yuxuda əl-ayağı olmayan uşaq görmək cəmiyyətin real təhlükə altında olacağına işarədir.Ətraf mühit çox çirkləndiyinə görə, fiziki qüsurlu və həmçinin psixi çatışmazlıqları olan çoxlu uşaqlar dünyaya gələcək. Yuxuda sağlam, gülümsəyən uçaq görmək –xoşbəxt əlamətdir.Yer üzündə sevgi ilə idarə olunan xoşbəxt məqamlar başlayacaq. İnsanlar aclıq, müharibə və yoxsulluqdan qorxmayacaq və dünyaya çoxlu sağlam, gözəl uşaqlar gətirəcəklər. Yuxuda qaçan uşaq görmək – yenilik və yeni bəşəriyyət əlamətidir.Yuxuda uşaq ilanı əzib və ya boğubsa, bu bəşəriyyətin nüvə müharibəsi təhlükəsindən azad olmaq yolunu tapacağına işarədir. Yuxuda ağlayan uşaq görmək gələcəkdə təhlükəyə məruz qalacağınıza işarədir.Yuxuda öz uşağını axtarmaq – itirilmiş ümidlərin yaranmasına işarədir. Yuxuda gül dərən uşaq görmək mənəvi işıqlanmaya işarədir. Yuxuda əlində körpə uşaq saxlamaq çətin vəziyyətdən çıxmağa cəhd göstərmək kimi yozulur.

UŞAQLAR: Yuxuda qəşəng uşaqlar görmək çiçəklənmə, xoşbəxtlik və rifaha işarədir. Ana yuxuda uşağını yüngül xəstə görürsə,bu o deməkdir ki, onun həmişə möhkəm sağlamlığı olacaq, lakin onu övladı ilə bağlı digər kiçik xoşagəlməz hallar narahat edəcək. Öz uşağını yuxuda ağır xəstə və ölü görmək o deməkdir ki, qorxmaq üçün əsas var və onu sağlamlığı ilə bağlı təhlükə gözlənilir. Yuxuda ölü uşaq görmək yaxın gələcəkdə narahatlıq və kədərə işarədir. Yuxuda nədənsə kədərlənmiş, ağlayan uşaqlar görmək gələcəkdə xoşagəlməz hallar, həyəcanlı hisslər və dostlarınızın qeyri-səmimiliyinə işarədir. Uşaqlarla oynamaq o deməkdir ki, siz bütün ticari və sevgi işlərində məqsədinizə nail olacaqsınız.

—–

Uşaqlar – xüsusi diqqət tələb edən obrazdır, çünki bu obraz fikirlərimiz və həyəcanlarımızı özündə əks etdirir. Uşaqlar həmişə qorxmağa dəyəcək şeylərdən qorxurlar.Onlarda ədalətlilik hissləri güclü olur, onlar yaxşı və pisi çox gözəl ayırmağı bacarırlar. Onlar qarşılarındakı insana sevgi və nifrətlərini açıq, səmimi olaraq bildirirlər. Yuxuda uşaqla dostluq etmisiniz? Bunun şərhi birmənalı deyil. Əgər yuxuda gördüyünüz uşaq real həyatda da varsa, ola bilsin ki, bu sizin arzu və istəklərinizin sadəcə əksidir. Yozmanın əsas elementi – özünüzü necə aparırsınız və bu uşaqla hansı əlaqələriniz var. Yuxuda valideyn olmusunuzsa və öz uşaqlarınızı görmüsünüzsə, şübhəsiz ki, bu arzuları həyata keçirmə istəyinizdir. Yuxu eyni zamanda valideynləriniz və sizin üçün mühüm olan digər insanlarla yola getmədiyinizə işarədir.Bundan əlavə, özünü valideyn görmək real həyatda kiməsə təsir göstərmək istədiyinizə işarədir. Məsələn, sizin əhatə dairənizdən hər hansı bir nüfuzlu şəxslə münasibətlər pozulub və bu münasibətləri geri qaytarmaq istəyirsiniz. Bizim əksəriyyətimiz valideynlərimizin üzərimizdə hakimiyyətini görmüşük və böyüyərək həmin hərəkətləri təkrar etmək istəyirik. Yuxuda uşaqlıqda olduğu kimi paltardəyişmə işində oynamısınızsa, həmkarlarınız isə adi böyük insanlardırsa, bu yuxu real həyatda həmkarlarınızın sizdən daha nüfuzlu olduğuna işarədir.

—–

Yuxuda çoxlu uşaq görmək sizdən əlavə vaxt və səy tələb edəcək çoxlu sayda xırda problemləri həll etməli olacağınıza işarədir. Ola bilər, belə yuxu planetdə doğumun səviyyəsinin artacağından xəbər verir. Yuxuda özünü uşaq görmək real həyatda özünüzü yaxşı aparmadığınız deməkdir. Sizin uşaqcasına hərəkətlərini yersidir və ətrafınızdakı adamları sizdən küsdürür. Ağlayan uşaq görmək dünyəvi təhlükədən xəbər verir. Kişilərin müharibəyə gedəcəkləri, qadınların özlərinə xas olmayan işlərlə məşğul olacaqları, uşaqların çoxlu göz yaşı axıdacaqları vaxt gələcək. Belə yuxu yuxu görənin uşaqları və onun yaxın qohumlarının uşaqları üçün fəlakətə işarədir. Əlil uşaqlar görmək ziyanlı vərdişlərinizin nəinki öz sağlamlığınıza, həm də ətrafınızdakı adamların səhhətinə ciddi ziyan vuracağı deməkdir. Bəzən belə yuxu planetdəki ekoloji fəlakətə işarədir. Yuxuda öz uşaqlarının görmək sizin öz ev adamlarınıza diqqət göstərməniz lazımdır. Sizin öz hərəkət və sözlərinizlə onları möhkəm küsdürdüyünüz tamamilə mümkündür. Uşaqları axtarmaq pis əlamətdir. Bəzi xırda qarışıqlıq üzündən yaranmış vəziyyətdən çıxış yholu tapa bilməyəcəksiniz. Yuxuda uşaqlarla oynamaq real həyatda ürəyinizcə iş axtardığınıza, lakin bir müddət son qüvvənizi əlinizdən alan sevmədiyiniz köhnə işinizlə vaxt keçirməli olacağınıza işarədir.

UÇURUM: Pis və acı xəbərlər alabiləcəyinizi işarət edər. Uçuruma düştüyünü görmək, evliliyinizin pisə gedəcəyinə yozulur.

UÇURTMA: Röyada uçurtma, heç gözlədiyiniz bir zamanda, heç gözləmədiyiniz yerdən xəbərlər alacağınıza yozulur. Bir yerdə duran uçurtmalar, hənüz yola çıxmamış xəbər deməkdir. Uçurtma uçurmaq çevrəsindəki insanları etkiləyəcək, etibar qazanacaq anlamındadır. Uçurtmanın yerə düştüyünü görmək yalan xəbərə yozulur.

UD: Röyada ud çalmaq keçmişdə yaşadığınız hadisələrin yaddaşınızdan çıxmadığına yozulur.

UĞURBÖCƏYİ: Röyada uğurböcəyini uçarkən görmək, çox gözəl, sevindirici bir xəbər almaq deməkdir. Uğur böcəyinin üstünə qonduğunu görmək problemləriniz həllini tapacaq və xoşbəxt olacaqsınız. Uğurböcəyini öldürmək uğursuzluğa yozulur.

ULAMAQ: Röyada ulama səsi duymaq, çox pis bir xəstəliyə tutularaq, sıxıntılı günlər keçirəcəksiniz deməktir.

UN: Röyada un çox pul qazanmaq və zəngin varlı olmaq deməkdir. Un dolu çuvallar görmək, heç əmək vermədən zəngin varlı olmaq deməkdir. Üstü başı una bulandığını görmək istədiyiniz şeylərə sahib olacağınıza yozulur.

 

 

Go Back

Ü- Yuxu Yozumları

06-03-2014

ÜMİDSİZLİK, MƏYUSLUQ: Yuxuda məyus olmaq o deməkdir ki, iş həyatınızda çoxlu ağır, xoşagəlməz hadisələr olacaq. Başqalarını məyus görmək qohum və ya dostlardan kiminsə müsibətli vəziyyətinə işarədir.

ÜMUMİ YUXULAR: Bu kateroqiyaya aid olan iki növ yuxu var; birgə və üst-üstə düşən. Hər halda iki və daha çox şəxs oxşar adamları görürlər. Onlar arasında fərq yuxunu necə görməkdədir. Birgə yuxularda yuxunu görənlər inkubasiya yolu ilə eyni yuxunu yaşamaq istəyini özlərində inkişaf etdirirlər. Təsadüfi (üst-üstə düşən) yuxular isə bundan fərqlidir. Yatmağa gedən adamlar yuxuda oxşar şeylər görsələr də bir-birlərindən xəbərsiz olurlar. Dostlar bir yerə yığışaraq birgə yuxularını müzakirə etməsi və öz təəssüratlarını müqayisə etməsi maraqlı olardı. Üst-üstə düşən yuxular müxtəlif insanlar tərəfindən təsadüfən görülür.Dostunuza hansısa yuxunu danışanda birdən məlum olur ki, o da həmin yuxunu görüb. Bu həqiqətən də nadir və qəribə hadisədir.

ÜRƏYİ GETMƏ: Yuxuda ürəyi getmə ailənizdə mümkün xəstəlik və xoşagəlməz xəbərlərə işarədir. Yuxunu gənc qadın görübsə, bu o deməkdir ki, səhlənkarlığı ucbatından ümidsizliyə qapılacaq.

ÜSKÜK OYMAQ: Yuxuda oymaqdan istifadə etmisinizsə, bu o deməkdir ki, tezliklə başqa insanları sevindirəcəksiniz. Qadının əlində üskük görmüsünüzsə, bu, o deməkdir ki, hansısa ciddi addım atacaqsınız. Yuxuda oymaq itirmək kədər və ehtiyaca işarədir. Yuxuda köhnə, işlənmiş oymaq görmüsünüzsə, bu o deməkdir ki, yaxın gələcəkdə çox vacib olan bir işdə ağılsız davranacaqsınız. Yuxuda yeni oymaq almısınızsa və ya hədiyyə veriblərsə,bu, tezliklə əhatənizdə olan insanlarla ünsiyyət, sevinc və məmnunluq hissləri gözlənilir. Yuxuda barmağınıza oymaq keçirmək istəyirsinizsə və deşiyi bağlıdırsa, bu, sizi ciddi xoşagəlməz hadisələrin gözlədiyinə işarədir, lakin dostlarınız sizə çətin vəziyyətdən çıxmağa kömək edəcəklər.

ÜZ: Yuxuda məhzun baxışlı, gözəl, açıq üz görmək o deməkdir ki, siz çox yaxında gözəl əyləncələrdə iştirak edə bilərsiniz. Lakin eybəcər, qaraqabaq və acıqlı üz görmək xoşgəlməz hadisələrə işarədir. Yuxuda üzünüzə baxaraq onun əsrarəngiz rəngindən zövq alırsınızsa, bu, uğur və gözlənilməz xoş hadisələrə işarədir. O qədər də yaxşı olmayan üz rəngi qəm, qüssəyə işarədir. Yuxuda kiminsə üzündə qalın, xoşagəlməyən dodaq görmək tələsik və düşünülməmiş qərarlara işarədir. Xoş gülümsəyən dolu dodaqlar münasibətlərdə harmoniya və evdə bolluğa işarədir. Sevgililər üçün bu yuxu qarşılıqlı məhəbbətə işarədir. Nazik dodaqlar o deməkdir ki, sizi asanlıqla çıxış yolu tapacağınız çətin vəziyyət gözləyir. Şişmiş, soyuq dəymiş dodaqlar qeyri-sağlam arzular, yaxınlarınızdan kiminsə xəstəliyinə işarədir. Yuxuda öz üzünüzü və tanımadığınız adamın üzünü görmüsünüzsə, bu, sizin üçün iztiraba işarədir. Yuxuda güzgüdə öz əksini görmək real həyatda özünüzdən narazılığa işarədir.

ÜZÜK: Yuxuda üzük hadisələr dairəsini, həll olunmamış problemləri, bağlılığı, andı, sədaqəti simvilizə edir. Yuxuda sevdiyiniz adamın barmağına üzük taxmaq öz hiss və vədlərinizə sadiqliyi göstərir. Tanımadığınız şəxs tərəfindən barmağınıza nişan üzüyünün taxılması sizi çoxdan narahat edən problemlərin həllində gözlənilməz köməkdən xəbər verir. Yuxuda heç cür barmağınıza uyğun üzük tapmamaq həyatda heç kimə qarşı qəlbən bağlılıq hiss etməməniz deməkdir. Yuxuda üzüyün barmaqdan düşməsi pis əlamətdir. Real həyatda siz öz vədinizi və sədaqət andınızı pozmusunuz, ona görə də tale sizə həyat sınağı hazırlayıb.

Üzüyünün daşının düşdüyünü görən kimsənin uşağı olar yaxud malından bir şeyi itirər. Üzüyün qırılması , xanımının boşanmasına işarədir. Üzük, bir ev və ya bir heyvani satın almağa işarədir. Yuxuda görülən üzük əgər qızıldan olursa kişi üçün zillət və məşəqqətdir . Dəmirdən bir üzük taxdığını görən kimsə , çətinlik və məşəqqətdən sonra xeyirə nail olar. Üzük qızıldan və qaşı da varsa bu yuxu yaxşı və xoşdur. Üzüyün qaşı olmazsa , özündə mənfəəti olmayan işlərə işarədir. Bir kimsə gümüşdən bir üzük taxıldığını və hökmünü, murad etdiyi şəkildə yerinə yetirdiyini və etdiyini görsə , o kimsələr səltənətə çatarlar. Üzüyünün qaşının sallandığını görən kimsə mövqesindən alınır , Vəzifədə olan bir kimsə üzüyünü çıxarıldığını görsə tutduğu vəzifədən alinir , yaxud mülkü əlindən gedər, ya da xanımını boşayar . Qadın üçün bu yuxu, ərinin yaxud özünün çox yaxını olan bir kimsənin ölümünə işarədir. Bir kimsə üzüyünü halqasının qırılıb düşdüyünü və daşı qaldığını görsə, səltənəti gedər və şöhrət qalar. Əgər üzüyünü dar oldugunu görsə, Zülümkar bir qadından əziyyət cəkmiş olar. Yaxud özündə çətinlik və məşəqqət olan bir şeyə malik olar. Əgər yuxuda əmanət üzük alsa , o kimsə davamı olmayan bir şeyə malik olar. naxışlı bir üzük tapdığını görən kimsə , ev , heyvan və mülk sahibi olub xanım kimi yaşamağa nail olar. Üzüklərin küçədə satıldığını görsə , o kimsə xalqın rəislərinin evini mülkünü satın alar . Subay olan kimsə yuxuda üzük taxıldığını görsə, zəngin bir qızla evlənir. Üzük qızıl olsa alacağı xanım maliyyəli bir xanım olar. Üzüyün qaşını görmək uşaq deməkdir. Əgər üzük ləl-cəvahiratlar olursa təbir mövqe və pul ilə səltənət və dövlətə, çox mala, şöhrətə , izzət və şərəfə işarədir. Üzüyün qaşı muncuqdan olursa , səltənət zəif olduğuna işarədir. Üzüyün yaşıl yaqutdan oldugunu görən kimsənin, mömin, alim, ağıllı və anlayışlı bir uşağı dünyaya gəlir. Agaç parçasından üzük, münafiq bir qadındır . Peyğəmbərimiz ( SAV )-dən və ya alim bir kimsədən gümüş üzüyün almaq , elmə nail olmağa və müjdədir. Əgər alınan üzük qızıldan dönüb gümüş olursa , onda əsla xeyir yoxdur. Üzüyün dəmirdən olmasından da xeyir yoxdur. Misdən də xeyir yoxdur. Dişi qabardılmış və içi doldurulmuş üzüklər hiylə və aldatmağa işarədir. Yaxud böyük bir şeyi ya çox mənfəəti istəməyə işarədir. Qalay üzük, özünü zəif olan bir qüvvədir. Bir kimsə üzüyünü şiddetlicə çıxarıldığını görsə o kimsənin dövləti yaxud üzüyün nisbət edildiyi şey ondan gedər. Üzüyünün itdiyini görən kimsə malik oldugu şeydə pis gördüyü bir şey meydana gəlir və ona sabir edər. Yuxuda üzük görmək, mövqe, mal, zənginlik , dolanışıq , bolluq və bərəkətə işarədir.

 

 

 

 

Go Back

V- Yuxu Yozumları

05-03-2014

VADİ, DƏRƏ: Yuxuda gözəl, yaşıl dərədə gəzmək işlərin uğurlu gedəcəyinə işarədir. Sevgililər üçün bu yuxu həmrəylik rəmzidir. Darıxdırıcı bir vadidə gəzmək hər şeyin pisləşəcəyinə işarədir. Bataqlıq xəstəliyə işarədir.

VAHƏ: Düşünmədiyiniz hərəkətləri edirsiniz. Vahə- məhsuldarlıq və bolluq əlamətidir. Buz kütlələri arasında vahə görmək – bu şimalda həyat tərzinin yaxşılaşacağına işarədir. Bolluq, firavanlığın dekabrdan fevrala qədər olacaq.Vahədə çoxlu müxtəlif vəhşi heyvanlar görmək o deməkdir ki, zəngin təbii ehtiyatlara malik olan cənub ölkələrindən biri bir sıra inkişaf etmiş ölkələrin maraq obyektinə çevriləcək. Vahənin üzərində boz buludlar görmək o deməkdir ki, Yer günəş ətrafında tam dövrünü başa çatdıracaq. Vahə axtaran hərbçilər görmək – xeyirdən çox ziyan gətirən torpaq resurslarından istifadəyə yeni vergilər qoyulacaq.

VAMPİR: Yuxuda vampir görmək dəhşətli olaylardan, çoxlu əzab və qan gətirəcək fəlakətli hadisələrdən xəbər verir. Vampirin sizə hücum etməsi sizi taleyin ağır zərbəsinin göpzləməsi deməkdir, ola bilsin ki, sizə yaxın və əziz olan adamı itirəsiniz. Vampirə çevrildiyinizi görmək ehtiyatlı olmamanız və ya həddindən artıq özünüzə qürrələnməyiniz üzündən həyatınızı təhlükəyə atacaq, bundan yalnız möcüzə nəticəsində xilas ola biləcəksiniz. Qan içən vampir görməkdoğma adamın uzun və əzablı xəstəliyidir.

VANNA: Gənc adam yuxuda vanna qəbul edirsə, bu onun sevgilisi haqqında ürəyində keçirdiyi həyəcanlar və onun xoş rəftarını itirmək qorxusu deməkdir. Hamilə qadın üçün belə yuxu mümkün bədbəxt hadisədən xəbər verir, evli adam üçün etibarsızlıq, inamsızlıq əlamətidir. Əgər kimləsə yuyunmağa hazırlaşırsınızsa, siz həyatda pislik və şər atan insanlardan özünüzü qorumalısınız.Vannada çirkli su pis əlamətdir. Soyuq və təmiz su sevinc və yaxşı sağlamlıq əlamətidir. Ümumiyyətlə, belə yuxular ehtiyatlı olmaq, öz hərəkətləriniz haqqında düşünmək üçün xəbərdarlıq edir

VAZA: Yuxuda vaza görmək yaxşı əlamətdir.Ailə həyatında sizi xoş hadisələr gözləyir. Yuxuda hər hansı qabdan və yaxud fincandan su içmək sizə sevinc və gizli eşqin iztirablarını vəd edir. Sınıq vaza görmək tezliklə bədbəxt hadisə olacağına işarədir. Gənc qadına hədiyyə almaq (vaza) o deməkdir ki, o, ürəyində tutduğu arzusuna çatacaq.

Vaza yuxuda qəlbi rəmzi əks edirən qabdır. Yuxuda gözəl təmiz vaza görmək o deməkdir ki, sizi xoş təəssüsrat gözləyir, heç kim sizin rahatlığınızı poza bilməz, siz harmoniya tapa bilmisiniz və indi onu itirməmək vacibdir. Yuxuda vazanı sındırmaq çox pis əlamətdir, qəlb ağrısı və kədərdən xəbər verir, qəlbiniz kədər və qüssədən parçalanacq, lakin sizin nəyisə dəyişməyə gücünüz çatmayacq. İçərisində gül olan vaza özzünüz də bilmədən fəlakətə düşmüş adama yalnız onunla danışmaq və öz fikirlərinizi bölüşməklə kömək edəcəksiniz.

 

 

 

Go Back

A- Yuxu yozumları

29-11-2013

 ARI: Bir çox Balarısı görmək, tapmaq ya da almaq nemət və ganimettir. Balarısını öldürmək maldan zərərlə, Arı bəyi saleh bir insanla, Bir çox arı beyinə sahib olmaq – əgər ehilse-valiilikle, Arı şanı adamın yoldaşıyla təbir edilər. Arının başa ya da ələ qoyulması idarəçiliyə, Arı görmək cütçü üçün ucuzluq və bolluğa, digərləri üçün düşmənçiliyə, Arılar əsgər, arıbeyi isə onların komandirinə, Arını öldürmək düşməni kahretmeye, Bal mumu dərzi, Saraç və zanaat mütəxəssisi üçün xeyirli qazanca, digər insanlar üçün xəstəliyə, ARI şanı əldə etmək insan üçün məhsuldar işə və köməkçiyə; dövlət adamı üçün faydalı mülk və xeyirli tebaya, Arılar toplu halda bir məskunlaşma sahəsinə girər halda görmək oraya zərəri olacaq əsgərlərə; arıların bir nizam içində şəhərə girməsi – şəhər bilinirsə-nizamın qayıdacaq etməsinə, – bilinmirsə-Müsəlman əsgərlərin bir şəhəri fəth etməsinə, Arıların öz aralarındakı dolanışığı insanların dolanışığına, Eşşəkarısı görmək güclü bir adama, eşşək arasının bir kimsəyə soxması pis bir qadın üzndən kədərə düşməyə, Eşşəkarısı tutmaq ya da öldürmək xeyirli işə, eşekarılarının bir yerə girməsi düşmən istilasına, onları qovmaq təcavüzdən əmin olmağa dəlalət edər. Şandakı bal qadının malı, arılar isə ondan olan uşaqlardır. Arı kovanındaki pətəklərin hamısını çıxarmaq insanlara zülm etməyə, arılara yemək qədər bal qoyub geri qalanını almaq ədalətli iş görməyə; Sarı arı görmək zəhərli şeyləri yeməyə, memar və mühəndisə, davaçı dBərəkət, müvəffəqiyyət və xoşbəxtliyin xəbərçisidir.

Arı görmək, İş və şəxsi həyatınızda bir çox müvəffəqiyyətə imza atacağınızın xəbərçisidir. Ailənizlə xoşbəxt bir həyat sizi gözləyir deməkdir. Əgər arı soktuysa, bir yoldaşınız sizi xəyal qırıqlığına uğradacaq mənasını verər. Arı tutmaq, istəklərinizi reallaşması; arı öldürmək, gözlənilməyən bir xəbər; arı birliyi bir sirrin açıklanması.Çiçekler üzərində arı isə yaxın bir dostun xəbərsiz ziyarəti mənasını verər.Bərəkət, müvəffəqiyyət və xoşbəxtliyin xəbərçisidir. Arı görmək, İş və şəxsi həyatınızda bir çox müvəffəqiyyətə imza atacağınızın xəbərçisidir. Ailənizlə xoşbəxt bir həyat sizi gözləyir deməkdir. Əgər arı soktuysa, bir yoldaşınız sizi xəyal qırıqlığına uğradacaq mənasını verər. Arı tutmaq, istəklərinizi reallaşması; arı öldürmək, gözlənilməyən bir xəbər; arı birliyi bir sirrin açıklanması.Çiçekler üzərində arı isə yaxın bir dostun xəbərsiz ziyarəti mənasını verər.Yuxuda arı, puldur.


Arı sancması bolluğa işarədir. Kovanla arı isə zənginlikdir.Yuxuda ari görmək rizkla şərh olunar. Yuxusunda bir ari kovaninin başında tapıldığını və arıların şana girib çıxdıqlarını görmək dolanışıq çətinliyi çəkməyəcəyini, ruzisinin bol olduğuna dəlalət edər. Özünü bir arının soxduğunu görmək, qazancını qısqanan kəslərin olduğuna və özünə göz koyduklarina işarədir. Bir başqa rəvayətə görə: bal arısı görmək, gülər üzlü çalışqan, qazancı yerində xeyirli bir adamla təbir olunur. Bir rəvayətə görə bal arısı qazancla bərəkətlə; digər bir rəvayətə görə də faydalı və hər kəsi yaxşılığı ilə məmnun edən bir adamla təbir olunur.

Yuxusunda bir çox bal arısı tapdığını yaxud aldığını görən, nemət və qənimətə çatar. Kirmani’ye görə; yuxusunda bal arısı elm adamı, və bir rəvayətə görə də, hər kəsə mənfəəti toxunan və ticarətlə məşğul olan adamlara dəlalət edər. Arının özünü soxduğunu görən əziyyətlə halal mal qazanar.
Bal arısını öldürdüyünü görən malından zərərə uğrayar. Ari kovanindan bir sey çıxardığını görən, ev xalqı və tanışlarına zülm edər. Qabından bir sey çıxardığı zaman arılar üzərinə toplandığı halda ona əziyyət vermədikləri və onu sokmadiklarini görən, qohumlarının əleyhinə toplanmasına və lakin təcavüzləri olmayacağına, əgər toplanan arılar özünü sokarsa əleyhindəki kıyamdan zərər görəcəyinə, arıların hücumundan ötəri öldüyünü görmək o məmləkətdən çıxıb gedəcəyinə işarədir. Bir başqa rəvayətə görə: Yuxuda bal arisini görmək, onu bəsləyən kimsə üçün qorxu ilə birlikdə bolluğa və zənginliyə işarə edər. Fermerlər üçün yuxuda bal arısı görmək, xeyr, ucuzluq və bolluğa işarə edər. Cütçü olmayanlar üçün ari görmək, düşmənçiliyə işarə edər. Yuxuda görülən sari ari, hərb edici bir düşmən. Bəzən sari ari, memar və mühəndisə, yol kəsicilər, qazanc haram olan kimsəyə, dəyişik üsulla çalğı çalmağa dəlalət edər.
Bəzən onu görmək zəhərli şeyləri yeməyə və içməyə dəlalət edər Yuxuda sari arını görmək, döyüş və mübarizə edən, söyən, qorxunc, hərbdə təmkinli və ağılsız bir adamdır. Bir kimsə yuxuda bir kəndə və ya bir şəhərdə ya da bir məhəlləyə Sarı arılar girdiyini görsə, o kənd və ya o şəhər heybətli, praktik və şücaətli əsgərlərin girməsinə və açıqca xalq ilə müharibə etmələrinə dəlalət edər. Əsasıları da sari ari, qovucu qan tökən kəslərə, bəziləri isə arıların hamısı xeyirə dəlildir, bir kisim tabirciler, arılar mərhəmətsiz və şəfqətsiz kəslərdir, dedilər. San ari pis bir kimsədir. Sari arının sancması, rəzil kəslərin sözü ilə xalqa əziyyət verməkdir, dedilər. Bir kimsə yuxuda bəzi sari arilarla məşğul olduğunu görsə, qiyməti olmayan alçaq, əsassız və xalqın səfillər ilə məşğul olar.Bərəkət, müvəffəqiyyət və xoşbəxtliyin xəbərçisidir. İş və şəxsi həyatınızda bir çox müvəffəqiyyətə imza atacaqsınız. Sevimli uşaqlarınız və yoldaşınızla xoşbəxt bir həyat sizi gözləyir. Əgər arı soktuysa, bu bir yoldaşınız tərəfindən xəyal qırıqlığına uğrayacağınız mənasını verər.Bərəkət, müvəffəqiyyət və xoşbəxtliyin xəbərçisidir. İş və şəxsi həyatınızda bir çox müvəffəqiyyətə imza atacaqsınız. Sevimli uşaqlarınız və yoldaşınızla xoşbəxt bir həyat sizi gözləyir.

AĞLAMAQ: Yuxuda ağlamaq sevineceğinizin işarəsidir.Ağlamaq ruhun safına işarədir.Aglamak sevinclə şərh olunar. Axıdılan gozyasi yanaqlarınızı yakiyorsa sevineceksiniz, üsütüyorsa kədərlənəcəksən. Yuxuda bagirmayarak ağladığını görmək, dərd və gamdan xilas olmaqdır. Yuxuda ağladığını görmək böyük ehtimalla gerçək həyatda qarşılaşdığınız mənfi vəziyyətlərin, duyğularınız üzərindəki mənfi təsirini simvollaşdırma edər. Ağladığını görmək eyni zamanda qorxularını və xəyal qırıqlıqlarını üzərindən atmaq, romantik tarazlığı yenidən təmin etmək üçün istifadə edilən bir üsuldur. Eynilə oyanıq həyatda olduğu kimi yuxunda ağlamaq yaxşıdır.
Qışqıraraq ağladığını görmək, o yer xalqı üçün müsibət gələcəyinə şərh olunar. Aglamadigi halda gözlərindən yas axdığını görmək, muradına çatmaqdır. Ağladığını və lakin gözlərindən yas axmadığını görənin, gözlədiyi şey, ümid etdiyi sey əlinə keçməz. Ağladığını və gözündən yas yerinə qan axdığını görmək, əlindən qaçırdığı fürsətə peşman olduğuna və günahlarından tövbəyə dəlalət edər.
Yuxuda tanıdığı bir insanin vəfat edərək buna ağladığını görmək, gördüyü kimi çıxmağa, ölüm üzündən müsibətə, kədərə və xalqın günahlandırmasına dəlildir. Xalqın bir böyük üçün ağladıqlarını və paltarlarını yirttiklarini görmək, o adamın pislik edəcəyinə dəlalət edər. Yuxuda öldüyünü və cənazəsinin arxasından xalqın səssizcə ağladıqlarını görmək, dövlət böyüyü tərəfindən hər kəsin sevineceklerine işarədir. “Yuxuda ağladığını görən”, böyük bir sevincə və feraha çatar. Eger aglamak, qışqırmaq və ah, vah ilə olur isə, bir müsibətə işarədir. Yuxusunda ağladığını görən kimsə çox sevinir.
Gözləri yas ilə dolu olduğu halda çölə axmadığını görən, halal mal və pul qazanar. Soyuq gözyaşı, qəm və kədərdən xilas olmağa; sicak göz yasi isə kədərə dəlalət edər. Sag gözünün yaşı axıb sol gözünə girdiyini görən, yaxınlarına qovuşar. Ağladığını və sonra güldüyünü görənin əcəli yaxınlaşmışdır. Yuxuda ağlamağın ən yaxşısı qışqırıb çağırmada ağlamaqdır. Bunu mindən çox təcrübə etdim və hər birində ancaq yaxşılıq və xeyir gördüm.
Bir başqa rəvayətə görə: Yuxuda yüksək səslə qışqıraraq və ya əlini üzünə vuraraq, üstünü başını cıraraq aglamak, yuxu sahibinin gerçəkdə bu şəkildə ağlamasına işarə edər. Eger Allahu Təala qorxusundan, günahını xatırlayıb peşman olmaqdan ya da ‘Quran’ dinləməkdən ötəri aglaniyorsa, o zaman yuxu sahibinin sevinmesine, kədər və kədərim getməsinə işarə edər. Səssiz aglamak, Allahu təaladan qorxmağa, Allahu Təala tərəfindən rəhmətin enməsinə, möhtac olan kəslər üçün yağış yağmasına dəlalət edər.


AYRILIQ: Ayrılıq tərk etmə, evlilik, dostluq, karyera və ya keçidə işarə ola bilər. Bir çox hallarda problemlərin həllində fərdin təhtəlşüur impulsları şüurlu Eqo-dan daha yetkin olur. Ayrılmaq – təcrid olunmaq, atılmaq və ya birgə işləri dayandırmaq deyil. Yuxunun personajları əməkdaşlığa daha meylli ola bilər, ona görə ki, məhz bizim təhtəlşüurumuz onların hərəkətini idarə edir.

AYI: Ayı müxtəlif işlərdə qeyri-müəyyən rəqabətə işarədir. Ayını öldürmək çətin vəziyyətdən çıxış yoluna işarədir. Gənc qadın yuxuda ayı görübsə, güclü rəqibi meydana çıxacaq, ya da onu hansısa uğursuzluq gözləyir.
Yuxuda ayı görmək – mədəniyyət və milli ənənələrin xüsusiyyətlərini özündə əks etdirir. Amerikalıların əksəriyyəti ayını yaxşı yoldaş kimi hesab etmirlər – onlar üçün bu heyvanlar pis əlamətdir.Lakin Amerika hindularının ənənələrində bu qəbul olunmur.Hindularda ayı müdriklik və biliklərə malik ata və ya baba rəmzi hesab olunur.


AYAQ: Yuxuda gözəl qadın ayaqları xoşunuza gəlibsə, bu o deməkdir ki, ağlınızı itirərək yaraşıqlı bir adamla nalayiq, yüngül hərəkətlərə qapılacaqsınız. Eybəcər ayaqlar görmək faydasız məşğuliyyət və qıcıqlandırıcı yoldaşlara işarədir. Yaralı ayaq itkiyə işarədir. Yuxuda küt ayaqlar görmək o deməkdir ki, özünüzü dostlarınız qarşısında saxta vəziyyətə salacaqsınız. Yuxuda ayaqlarınızda yara varsa, bu, başqalarına kömək etməklə bağlı gəlirlərinizin azalacağına işarədir. Yaralı ayaq itkiyə işarədir. Yuxuda üç və daha çox ayağınızın olduğunu görmüsünüzsə, bu, real həyatda işdə, əməldə deyil, sözdə zirək olduğunuza işarədir. Yuxuda ayaqlarınız sözünüzə baxmırsa, sizi yoxsulluq gözləyir. Yuxuda ayaqlarınız kəsilibsə, siz dostlarınızı itirəcəksiniz və ailə üzvlərinizin müstəbid təsirinə məruz qalmaq həyatınızı dözülməz edəcək. Gənc qadın yuxuda öz ayaqlarına vurulubsa, bu o deməkdir ki, onun ağılsız məğrurluğu sevdiyi insanı özündən uzaqlaşdıracaq. Yuxuda ayaqlarını tüklü görübsə, gələcəkdə ərinə əmrlər verəcək. Yuxuda ayaqlarınız yaxşı formada, qəşəngdirsə, bu, xoşbəxt gələcək və sədaqətli dostlara işarədir. Yuxuda, sadəcə, öz ayaqlarını görmək məyusluğa işarədir. Belə yuxu böyük səylə həyat mövqeyinizi təsdiq etmək üçün xəbərdarlıq edir. Yuxuda ayaqlarınız qızarıb və şişibsə, xoşagəlməz hadisələr gözlənilir; ola bilsin, rüsvayçılıq və alçalma, işlərdə gözlənilməz dəyişikliklər, ailədə mübahisələr və s.
Yuxuda insanın ayaqları axsaqdırsa və ya iflic olubsa – bu,düşmənin məğlub olacağına işarədir.


AY: Yuxuda bütöv ay görmək sevgidə və işdə uğura işarədir. Sirli və fövqəltəbii böyük ay uğursuz sevgi münasibətləri və evdaxili mübahisələrə işarədir. Ay tutulması epidemiya və yoluxucu xəstəliyə işarədir. Təzə ay görmək gələcəkdə rifahın artması və evlilikdə ürəyə yaxın həyat yoldaşına işarədir. Cavan qadın yuxuda öz taleyini öyrənmək üçün aya müraciət edirsə, bu, taleyin ona çoxdan gözlənilən hədiyyəsinə işarədir. Yuxuda iki ay görmək o deməkdir ki, həmin yuxunu görən adam öz xəsisliyi, xudbinliyi ucbatından sevgisini itirir. O, ayın tutqunlaşdığını görübsə, bu o deməkdir ki, xoşbəxtliyinin ən uca zirvəsində qadın nəzakətinin olmadığını aşkar edəcək. Yuxuda qırmızı ay görmək müharibə və çəkişmələrə işarədir: qadın həyat yoldaşının vətəni qorumaq üçün cəbhəyə getdiyini görəcək.

Ay – sirli hakimiyyət, gözlənilməzlik,sakitlik əlamətidir.Yuxuda bədrlənmiş ay görmək – zaman gələcək, Yerdə qara qüvvələr hökmranlıq edəcək. Belə yuxunu görən insan onun taleyinə əhəmiyyətli təsir edəcək falçı ilə görüşəcək. Yuxuda Aya baxmaq – yeniliklərə can atmağınıza işarədir. Ola bilsin ki, belə yuxu Aya tez-tez kosmik ekspedisiyalar Yer kürəsində yaşayan insanlar üçün əlçatan olacaq. Ayda tünd ləkələr hakimiyyət dəyişikliyinə işarədir.Yuxuda ay işığı görmək həyatda gözlənilməz maneələrlə qarşılaşacağınıza və onu çətinliklə aradan qaldıracağınıza işarədir.Yuxuda suda və ya güzgüdə Ayın əksini görmək hadisələrin gözlənilməz dəyişilməsinə işarədir.Yuxuda parçalanmış ay görmək mənəvi yorğunluq və həyat yolunu seçməkdə çətinlik çəkəcəyinizə işarədir.

Yuxuda bədrlənmiş ay pis əlamətdir. Belə yuxu Yer kürəsini yaxın vaxtlarda pis dövrün gözlədiyi deməkdir. Şeytan qüvvələri planetimizə enirlər: hakimiyyəti ələ keçirəcək və bütün dünyada həyatı dözülməz edəcək ifritələr, cadugərlər. Əgər al-qırmızı və ya qıpqırmız ay görmək Yerdə yüzlərlə həyatı məhv edəcək ekoloji fəlakətin başlanacağından xəbər verir. Fəlakət adamların göydə qanlı ay gördükləri vaxt baş verəcək, çünki məhz o, insanların təbiətə vurduqları ziyanın kədərli xatırlatması olacaq. Yuxuda Ayın üzərində tünd ləkələr görmək kosmosdan Yerə gələcək böyük təhlükədən xəbər verir. Ola bilsin ki, planet nəhəng meteoritlə toqquşacaq. Yuxuda ayın əksini suda müşahidə etmək gözləntilərinizin aldadıcı olması anlamına gəlir. Siz öz işinizdə ilk imkan ələ düşən kimi sizə kələk gələcək adama bel bağlayırsınız. Yuxuda Ay işığı görmək uzaq ölkələrə əyləncəli səfərdən xəbər verir. Səfər gözlənilməz və çox xoş olacaq. Yuxuda közərmiş Ay görmək pis əlamətdir. Belə yuxu Yerdə yeni dinin meydana gələcəyinə, onun adamların Allahdan üz çevirməsinə səbəb olacağına işarədir. Allah insanlara xəyanəti bağışlamır, ona görə də dünyanı müharibə, zorakılıq və talan gözləyir. Aya uçduğunuzu görmək kosmik ekspedisiyadan xəbər verir. Gələckdə bir çox planetlərdə adamların səfər edəcəkləri bir çox stansiyalar tikiləcək. Kosmik ekspedisiyalar tammailə adi və asan iş olacaq.

AVTOMOBİL: Yuxuda avtomobildə getmək sizin işlərinizdə fəal və uğurlu olmağınıza işarədir. Əgər siz avtomobil qəzasına uğramısınızsa,onda belə yuxudan sonra iştirak etmək istədiyiniz əyləncələrdən yaxşı təəssüratlar gözləməyə dəyməz. Yuxuda avtomobil qəzasından uğurla çıxmaq – yaxşı işarədir; siz rəqibinizlə qarşıdurmadan qalibiyyətlə çıxacaqsınız. Yuxuda maşın almaq da xoş əlamətdir, siz əvvəlki yaxşı vəziyyətinizi bərpa etməyə müvəffəq olacaqsınız, lakin maşın satmaq – taleyinizdə xoşagəlməz dəyişikliklərə işarədir. Maşın sürmək- itki, bəzən də xəstəliklərə işarədir. Sınıq maşın – bu da uğursuzluq əlamətidir.Yuxuda sadəcə avtomobil görmək – səyahət, taleyinizdə dəyişiklik, xoş səfərlər deməkdir. Əgər yuxuda avtomobilinizin itdiyini və yaxud oğurlandığını görmüsünüzsə, bu, gələcəyinizin asılı olduğu fikirlərinizin darmadağın edilməsinə işarədir. Avtomobildən düşmək – sizə məmnunluq hissi gətirəcək planların uğurla gerçəkləşməsinə işarədir.

Avtomobildə oturmaq – həyata keçməyəcək arzulara işarədir.Avtomobildə oturmaq –qısa yol əlamətidir.Avtomobillə əzilmək- işlə bağlı nə isə baş verəcək. Avtomobil sürmək – özünüzə çox əminsiniz.

Go Back

N- Yuxu Yozumları

26-11-2013

NEŞTƏR, İYNƏ: Əgər yuxuda sizi hər hansı bir həşərat yeyirsə, bu bədbəxtlik və pisliyə işarədir. Əgər gənc qadını yuxuda həşərat yeyirsə, onda onu dərin hüzn və kədər gözləyir, belə ki, o kişilərə çox etibar edir.
NİMDAR: Əmin-amanlığa, rahatlığa işarədir.
NAĞIL ETMƏ: Yuxuda nağıl dinləmək və ya nağıl söyləmək – ola bilsin ki, real həyatda siz yox, başqaları sizin həyatınızı idarə edir və sizin yerinizə seçim edir.Görünür ki,nağıl söyləyən sizə tanış deyil, lakin sizin həyatınızı idarə edən insanı təcəssüm etdirir. Yuxuda nağıl söyləyən, eyni zamanda müşahidəçi rolunda çıxış etmək real həyatda qərarların doğruluğuna inamsızlığınıza işarədir.
NAHAR: Yuxuda tək nahar edirsinizsə, bu o deməkdir ki, tezliklə həyat sizi vacib problemlər haqqında dərin düşünməyə vadar edəcək. Gənc qadın yuxuda sevgilisi ilə nahar edirsə, onunla mübahisədədir və ya tamamilə ayrılacaq. Əgər onların birgə yeməyi xoş şəraitdə keçirsə, belə yuxu münasibətlərin uğurlu inkişafına işarədir. Yuxuda nahara dəvət olunmaq həyatda insanların qonaqpərvərliyindən məmnun olacağınıza işarədir.

Nahar həmişə özündə maraqlı komponentlər əks etdirir. Bu, həssaslıq, şəxsi münasibətlər və ya sadəcə həyati zərurətlərdir. Naharın zəruri atributları dostluq atmosferi və yemək hazırlama metodudur.Ailənin stol ətrafında birgə nahar etməsi ailənin birlikdə vaxt keçirməsi üçün həmişə əhəmiyyətli olub. Məhz nahar süfrəsində bütün ailə bir yerə toplaşır ki, ümumi ünsiyyət qurulsun. Hətta sıx ünsiyyət qurmayan ailələr üçün nahar süfrəsi ailənin bütün üzvlərinin bir yerə yığılması üçün vacib yer olub.Yuxuda nahar süfrəsi ətrafında çoxdan dünyasını dəyişən və ya yalnız şəkildə gördüyünüz insanları görə bilərsiniz. Süfrə arxasında gördüyünüz adamlara diqqətlə nəzər yetirin, ola bilsin ki, kiminsə orada varlığı və ya yoxluğu sizə qeyri-adi və qəribə görünə bilər.Yeməklərə nəzər salın. Bəzi ailələrdə müəyyən yeməklər ailənin konkret bir üzvü və ya bütünlükdə ailə obrazı əlaqədar olur. Bu heç kimin xoşuna gəlməyən yemək, ekzotik yemək və.s ola bilər.Məğz ondan ibarətdir ki, müəyyən yeməklər ailə ənənələrinə mənsubluq rəmzinə çevrilir. Əlbəttə ki, yuxuda yeni bir yemək və ya qeyri-adi hazırlama metodunun nümayişi mümkündür. Əgər yuxuda ciyər görmüsünüzsə, ailədə kimin ciyər xəstəliyindən vəfat etdiyini xatırlayın.Yeməklə bağlı simvolik mənalar dərhal yaddaşlarda insanlarla əlaqəli müəyyən assosiasiya yaradır.Yuxunuza xoş dostluq şəraitində nahar giribmi? Bəlkə bu hansısa bayram münasibətilə təşkil olunan süfrədir? Stolun üstündə hansı yeməklər var? Nəfis, qeyri-adi yoxsa gündəlik yeməklər?

NAHAR ETMƏK: Təntənəli məclisə dəvət almaq; digərləri ilə nahar etmək- zənginliyə işarədir.

NAMƏLUM ŞƏXS: Yuxuda tanımadığınız adamlarla qəribə görüş – həyatda yaxşılığa doğru dəyişikliklərə işarədir – əgər bu adamlar xoşxasiyyət və gülərüzdürlərsə. Əgər yuxuda gördüyünüz adamın xarici görünüşü pisdirsə, onda sizi heç bir yaxşı şey gözləmir. Yuxuda özünü hansısa cəmiyyətdə, əhatədə yad hiss etmək sizi kədərləndirəcək qəribə hadisələrə işarədir. Yuxuda özünü tanımamaq sizə xoşbəxtlik gətirəcək hansısa qəribə hadisələrə işarədir.

NAR: (meyvələr) Yuxuda nar görmək yaxşı əlamətdir, öz qabiliyyət və istedadınızı mənəvi və fiziki sağlamlığınıza zərərli olan boş əyləncələrə deyil, səmərəli işlərə ayıracağınıza işarədir. Əgər sevgiliniz sizə nar verirsə, bu o deməkdir ki, xain və təhlükəli qadın cazibəsi sizi yoldan çıxara bilər. Lakin onların əsarətindən azad olmaq üçün daxili gücünüz yetəcək. Yuxuda nar yemək o deməkdir ki, siz kiminsə cazibəsinə uyacaqsınız.

NARAHATLIQ HİSS ETMƏK: Belə yuxu – yaxşı əlamətdir, təhlükəli vəziyyətdən sonra mənəvi cəhətdən rahatlama və uğur əlamətidir. Əgər yatan adam yuxuda çox vacib iş barədə narahatlıq keçirirsə, belə yuxu ona başqaları ilə münasibətdə xoşagəlməz proqnozlar verir.

 

Go Back

M- Yuxu Yozumları

26-11-2013

MEŞƏ, AĞAC: Meşə sözünü eşidəndə ağlımıza müxtəlif ifadələr gəlir: böyük, əzəmətli, müqəddəs, qorxulu, təhlükəli və fallik. Meşə məmnunluq, sərbəstlik və qorxu hisslərinə işarədir.Bu yuxuyozma üçün əsas anlardır. Əgər yuxuda baş verən hadisələrin hamısı meşədə cərəyan edibsə, buna adi- sakit və xeyirli (və ya əksinə) – qəmli hadisələr əlaməti kimi hesab etmək olar.Belə yuxular yuxunu görən adamın öz əhatəsini reallıqda necə qəbul etməsini göstərir.Yuxuda qabiliyyət, güc və müdriklik axtarışında meşəyə tək yollanmısınızsa, meşə bu cür vəziyyətdə təlim və axtarış xarakteri daşıyır.Meşəyə gizlənmək üçün gəlmisinizsə, ola bilsin ki, bu biznesin yorucu təsirindən və texnoloji inqilabdan getmək cəhdidir. Görünür sizin üçün sakitlik və mənəvi rahatlıq hiss etmək vacibdir. Cütlüklərin meşədə gəzintisini yuxuda görmək – buna Freydin psixoanaliz mövqeyindən baxmaq lazımdır.
MƏFTİLLİ ÇƏPƏR: Maneə,əngəllərə işarədir.
MODEL: Yuxuda model görmək ictimai işlərinizin cibinizi xeyli ziyana salacağına və peşmançılığa işarədir. Gənc qadın yuxuda modeldirsə və ya olmağa can atırsa, onu sevgi macərası və sevgilisinin eqoistliyi ucbatından peşmançılıqlar gözləyir.
MAĞARA: Əgər nə vaxtsa köhnə televiziya serialı “Kunq Fu”ya baxmalı olmusunuzsa, yəqin ki, ilk təəssürat epizodu yadınıza düşüb: Kuzneçik (Devid Kerre –dayn) mağaradadır; o tüstülənən kösövü tutur və öz dərisində pələng və əjdaha konturlarını yandırır. Bu üsulla daos monaxının mərasimləri başa çatır.Mağara dini ayin, mərasim məkanıdır. Mağaralar insanın ilk yaşadığı yer olub.Ona görə də yuxuda tez-tez mağaralarda yaşamağa həvəs göstəririk. İnisiasiya böyüyən zaman və yetkinlik yaşına keçid vaxtı “Mən”in təşəkkülünün ifadəsi üçün Yunq tərəfindən istifadə olunmuş termindir. Yunq belə hesab edirdi ki, insan bir neçə ayinlər keçməlidir, onlar isə məhz mağarada keçirilir.Əsrlər boyu mağaralar ətraf mühitin, dünyanın təhlükələrindən qaçış,xilas məkanı hesab olunub.Mağaralar insanların əsas yuxu obrazlarına çevrilməsə də, onların əvvəlki kimi öz məna və əhəmiyyəti var: ürəyimizə yaxən əşyalarla dolu balaca otaqlar, rahat yatq otaqları və kabinetlər, emalatxanalar; Bu cür bağlı məkanda siz maneələrlə üzləşə bilərsiniz, mütləq deyil ki, bu təhlükəli olsun.Lakin tamamilə realdır. Yuxuda mağaranı tərk etmisinizmi? Ola bilsin ki, siz dərhal dünya ilə vəhdət hiss edəcəksiniz. Sizin hiss etdiyiniz dinclik, əmin-amanlıq təbiətin sirləri ilə əlaqəlilik və kosmosa aidiyyatla bağlıdır.
MAĞAZA: Yuxuda öz mağazanızın yandığını görsəniz, bu, hansısa işə enerji və səylə başladığınıza və sizi xoş bir şeyin gözlədiyinə işarədir. Yuxuda univermaqdan mal almısınızsa, bu, dostlarınızın dəstəyi və öz səyləriniz hesabına işlərinizin tezliklə yüksək səviyyəyə qalxacağına işarədir. Yuxuda hansısa qadın üçün pambıq parçadan boz rəngdə əlcək almısınızsa, bu, qadın cinsinə qarşı münasibətinizin sizi çıxılmaz vəziyyətə salacağına işarədir. Əgər belə yuxunu qadın görübsə, bu, onun sevgilisinin onun haqqında çox da yüksək fikirdə olmadığına işarədir. Yuxuda özünü sərin və təmiz otaqda görmək rahat həyat tərzinə işarədir.
Əmtəə mağazası – zir-zibil, tör-töküntüyə işarədir.

Boş mağaza – xəbərlərə işarədir; boş mağaza – səyahət əlamətidir.
MAHNILAR EŞİTMƏK: Yuxuda məzəli mahnılar eşitmək işlərinizi inkişaf etdirmək imkanlarını əldə edəcəyinizə və xoşladığınız mühitdə şən əyləncələrdən zövq alacağınıza işarədir. Ən məzəli mahnı oxumaq böyük məmnunluqlardan sonra dəf edəcəyiniz çətinliklərə işarədir.
MAKA: Yuxuda maka görmək xoş məşğuliyyətlərə işarədir, lakin bütün bunlar sizin üçün qeyri-müəyyən və davamsız olacaq. Yuxuda makanı iyləmisinizsə, həqiqətdə siz yalanların qurbanına çevriləcəksiniz. Makanın hipnozverici təsiri maddi dünyanı arxada qoyaraq sizi sirli mühitə aparır, eyni zamanda “mən” adi yuxuda olduğu kimi bu müəmmalı reallıqları öyrənir.

Go Back

L- Yuxu Yozumları

26-11-2013

LABİRİNT: Yuxuda labirint real həyatda sizi tələ və ticari işlərdə qarışıq vəziyyətlərin gözlədiyinə işarədir. Ailə həyatınız dözülməz hala gələcək; uşaqlar sözünüzə baxmayacaq, həyat yoldaşınız isə pis xarakteri və sizə qarşı düzgün olmamağı ilə sizi təəccübləndirəcək.Yuxuda qaranlıqda labirintdə dolaşırsınızsa, bu, tezliklə keçəcək xəstəlik və xoşagəlməz hadisələrdən xəbər verir. Dəmiryol labirinti sizə gəlir gətirməyən uzun və yorucu səyahətə işarədir. Sizi sevindirəcək yeganə şey maraqlı insanlarla görüş olacaq.

Çaşqınlıqdan yaxa qurtara bilmirsiniz; çıxış yolu tapmaq – maneələri aradan qaldırmağa işarədir.

Labirintin dolaşıq gedişlərində azmaq pis əlamətdir. Belə yuxu həyatda sizin həyatınızdan razı olmadığınızdan xəbər verir. Sizə elə gəlir ki, siz öz həyatınızı yoluna qoymaq üçün yeni işlər görür, lakin əslində yerinizdə sayırsınız. Fəal olun, yoxsa həyat hiss olunmadan sizin yanınızdan keçib gedəcək. Yuxuda labirintdən çıxış yolunu tapa bilməmək real həyatda sizin üçün çox çətin dövr olduğu deməkdir. Siz qarşıda böyük kədər his edəcək və uzun müddət özünüzə gələ bilməyəcəksiniz. Ola bilsin ki, siz həyatınızın artıq başa çatdığı barədə fikır tərk etməyəcək. Lakin pərişan olmayın, çünki çəkdiyiniz bütün əzablara görə mükafatlandırılacaqsınız. Yuxuda labirintdən çıxış yolunu tapmaq yaaxın vaxtlarda həyatınızın yoluna düşəcəyi deməkdir. Başlıcası, daim öz əbədi yol yoldaşınız olan Cənab Allahı unutmadan müqəddəs məqsədlərə doğru gedin. Labirintdə kimisə axtarmaq, yaxın vaxtlarda bir zaman möhkəm incitdiyiniz adamın köməyi sizə lazım olacaq. Siz onunla əvvəlki münasibətləri bərpa etməyə çalışacaq, barışıq üsulalrı axtaracaq, lakin hər şeydən göründüyü kimi, bunu etmək çox çətin olacaq. Bəzən belə yuxu müqəddəs məqsədlərə doğru çox çətin yoldan xəbər verir.Öz planlarınızı qurarkən siz hətat onların həyata keçməsi üçün nə qədər vaxt və qüvvə lazım olması barədə heç düşünmürsünüz. Əgər yuxuda labirintdə gizlənirsinizsə, gələcəkdə öz işlərinizi çox dolaşdıracağınız deməkdir.Hətat ola bilsin ki, siz öz məqsədlərinizə çatmaq üçün cinayət belə törədə bilər, ona görə hətat ədalət məhkəməsindən qaçmaq üçün uzun müddət gizlənməli olarsınız. Bəzən belə yuxular çox sadxə səbəbdən yuxu sahibinin tənhalığından xəbər verir: o ətrafdakılarla ünsiyyətdən qaçır. Əgər labirintdə sizin arxanızca kabus qaçırsa, onda tezliklə bütün Yer üzünə çoxdan ölmüş dinozavrları xatırladan dəhşətli kabusun peyda olması məlum olacaq. Bu kabus çox təcvavüzkar olacaq və yer sakinlərinə çoxlu bədbəxtliklər gətircək, çüni onu planetimizə insanlığı cəzalandırmaq istəyən şər qüvvələr göndəriblər.

LABORANT: Yuxuda laboratoriyada işləyirsinizsə, bu, ətrafdakıların sizə qarşı hörmətinə işarədir. İstədiyinizə nail olacaqsınız. Yuxuda işə laborant götürmüsünüzsə, bu yuxu sizin sonda istənilən nəticəni verməyəcək işə çoxlu enerji sərf edəcəyinizə işarədir. Gənc qız yuxuda laboranta aşiq olduğunu görübsə, bu, xoşagəlməz söhbətlərə işarədir.

LABORATORİYA: Yuxuda laboratoriya görmək o deməkdir ki, öz qüvvənizi lazımi istiqamətə yönəldəcəksiniz. Gənc insanlara belə yuxu uğurlu peşə seçiminə işarədir. Yuxuda laboratoriyadasınızsa, sizi çoxdan bəri can atdığınız hörmət, nüfuz gözləyir. Yuxuda özünüzü laboratoriyada kimyagər kimi görmüsünüzsə, bu, sizin sonda istənilən nəticəni verməyəcək işə çoxlu enerji sərf edəcəyinizə işarədir. Laboratoriyada elmi təcrübələr aparmaq o deməkdir ki, yaxın günlərdə öz vəziyyətinizi yaxşılaşdırmaq üçün heç nə edə bilməyəcəksiniz. Yuxuda təcrübənin uğurla tamamlandığını görsəniz, işlər axıra qədər belə getməyəcək.

Xəstəlik əlamətidir.

LAK: Yuxuda dırnaqlarını lakla boyamaq o deməkdir ki, gözəl həyata can atmaq səmərəsizdir. Sizin belə həyatı yaşamaq üçün kifayət qədər pulunuz yoxdur. Gənc qız üçün belə yuxu sevgilisi ilə çox maraqlı gecəyə işarədir. Dırnaqdan lakı silmək o deməkdir ki, siz pis adamla tanış olacaqsınız. Yuxuda saçınıza lak vurursunuzsa, səyahətiniz uğursuz tamamlanacaq. Yuxuda lak almaq – gözlənilməz itkilərə işarədir.

LAL: Yuxuda lalla danışmaq bir çox qeyri-adi hadisələrə işarədir ki, bunun nəticəsində cəmiyyətdə özünüzə müvafiq mövqe tutacaqsınız. Yuxuda özünüzü lal görmüsünüzsə, bu bədbəxtlik və ədalətsiz zülmlərə işarədir. Həmçinin, ola bilsin, bu yuxu sizin insanlarla ünsiyyətinizə mane olan boşboğazlığınıza qarşı xəbərdarlıqdır.

LAMPA: Yuxuda yağla doldurulmuş lampa görmək məmnun qalacağınız iş fəallığına işarədir. Boş lampa depressiya, ümidsizlik və məyusluğa işarədir. İşıqlı, alışıb yanan lampa görmək layiq olduğunuz uğur və ailə xoşbəxtliyinə işarədir. Əgər lampa zəif işıq verirsə, real həyatda sizə qısqanclıq və həsəd, şübhələr əziyyət verəcək və bu hisslərinizi sizin bədbəxtliyinizə səbəb olan adama tökdükdən sonra rahatlanacaqsınız. Yanan lampanı əlindən yerə salmaq o deməkdir ki, real həyatda planlarınız uğursuzluğa düçar olacaq, arzularınız həyata keçməyəcək. Lampa yuxuda partlayırsa, əvvəlki dostlarınız sizin maraqlarınıza zərbə endirmək üçün düşmənlərinizlə birləşəcəklər. Sınıq lampa qohum və ya dostunuzun ölümünə işarədir. Yuxuda lampanı yandırmaq işlərinizdə sizə gəlir gətirəcək gəlirə işarədir. Lampa aparmaq o deməkdir ki, yuxuda öz fikirlərinizi başqalarının fikirlərindən üstün tutaraq müstəqil olacaqsınız. Lampada yanan işıq sönərsə və ya zəifləyərsə, sizi bədbəxt tale və ola bilsin ki, dost və qohumlarınızın ölümü gözləyir. Yuxuda bərk qorxmusunuzsa və yaxud lampanı pəncərədən atmısınızsa, düşmənləriniz sizi tələyə salacaqlar. Əgər paltarınız lampadan yanıbsa, siz simpatiya və mehribanlıq gözlədiyiniz yerdə alçalacaqsınız. Bundan başqa, ticari işləriniz xüsusilə uğursuz alınacaq.

LAQEYDLİK: Yuxuda dostunuza və ya başqasına laqeydsinizsə, bu o deməkdir ki, sevgi axtarışlarınız sizin qaraqabağlığınız və kəskin xoşagəlməz hərəkətlərinizə görə uğurla nəticələnməyəcək. Yuxuda sizə qarşı laqeyddirlərsə, real həyatda uğursuz qismətinizə təəssüflənmək üçün səbəbləriniz yaranacaq.

LAVA: Yuxuda yanar lava görmək o deməkdir ki, siz elə güclü sevəcəksiniz ki, bütün əvvəlki əlaqələrinizi unudacaqsınız. Yuxuda qızğın lava axınından xilas olduğunuzu görmüsünüzsə, çox yaxında pis xəbər alacaqsınız. Yaxın adamınızı itirə bilərsiniz. Soyumuş lava görmək müdhiş qalmaqalın iştirakçısı və ya fövqəladə hadisənin şahidi olacağınıza işarədir. Gənc adam belə yuxu görübsə, bu o deməkdir ki, boş şeylərə görə məyus olmağa dəyməz.

LAYNER: Yuxuda yelkənli layner görmək işlərinizin müsbət istiqamətə dəyişəcəyinə işarədir. Belə yuxu sevgililər üçün xoşbəxtliyə işarədir.

LAZER: Yuxuda lazer şüalarının köməyi ilə əməliyyat aparmaq – siz çox tez-tez dostlar və yaxınlarınızın dəstəyinə bel bağlayırsınız, buna görə də müstəqil qərar verməkdə çətinlik çəkirsiniz. Başqalarının məsləhətləri və köməyindən sui-istifadə etməyin. Lazeri dağıdıcı məqsədlərlə istifadə etmək – belə yuxu açıq ifadələr və emosiyalardan xəbərdar edir. Yuxuda lazer nişanlı silahdan istifadə etmisinizsə, həqiqətdə sizi gözləmədiyiniz adam tərəfindən yalan və hiylə gözləyir.

LENT: Yuxuda kiminsə paltarından asılan lent görmək yaxşı əlamətdir, sizi şən və yaxşı dostlar və ehtiyac içindən asanlıqla çıxma gözləyir. Qız yuxuda özünü lentlə bəzəyirsə, bu o deməkdir ki, uzun müddətdən bəri gözlədiyi evlilik təklifini alacaq; lakin yüngül xasiyyəti onun səhv etməsinə gətirib çıxara bilər. Əgər o, yuxuda başqa qızların lentlə bəzəndiyini görübsə, bu o deməkdir ki, onun gələcək ərinə göz qoyan rəqibləri meydan çıxacaq. Qız yuxuda lent alırsa, həyatı xoş və asan keçəcək. O, lentlərdən razı deyilsə, hirslənibsə, deməli, tezliklə yaxın dostlarının əhatəsində rəqibini aşkar edəcək.

LEYSAN: Yuxuda leysan görmüsünüzsə, bu o deməkdir ki, tezliklə böyük həyəcan keçirəcəksiniz.

LEZBİAN: Yuxuda lezbianla ünsiyyətdəsinizsə, bu yuxu dərhal yeni iş təklifləri alacağınıza işarədir. Yuxuda lezbian olmaq o deməkdir ki, bütün dostlarınız sizdən üz döndərəcək. Yuxuda öpüşən lezbianlar görmək sizin ciddi problem yaşayacağınıza və bundan məharətlə qurtulacağınıza işarədir. Gənc qız yuxuda özünü lezbian kimi görürsə, belə yuxu onun tənhalıqdan və kişi qayğısından uzaqda olduğuna, lakin vəziyyəti düzəldə bilmədiyinə işarədir. Yuxuda qızınızın lezbian olduğunu görmüsünüzsə, bu, real həyatda uşaqlarınıza kifayat qədər vaxt ayıra bilmədiyinizə və bundan məyus olacağınıza işarədir.

LİMON: Yuxuda enliyarpaqlı limon ağacına baxmaq sevdiyiniz adama qarşı qısqanclığa işarədir. Limon yemək alçalmaq və kədərə işarədir. Yaşıl limon yoluxucu xəstəliklərə işarədir. Yuxuda quru limon yemək evlilər üçün boşanma, sevgililər üçün münasibətlərin korlanmasına işarədir.

LİMONAD: Yuxuda limonad içirsinizsə, başqalarını razı salmaq üçün pul vəsaitinizi genişləndirmək planlarınızı təqdim etməklə digərləri ilə rəqabət aparacaqsınız və bütün bunlar sizin xərcləriniz bahasına başa gələcək.

LOMBARD: Yuxuda lombarda girmisinizsə, sizi kədər və itki gözləyir. Yuxuda əşyalarınızı lombarda qoymusunuzsa, bu o deməkdir ki, həyat yoldaşınızla və ya sevgilinizlə xoşagəlməz hallar və işlərdə məyusluq gözlənilir. Gənc qadın yuxuda lombarda gedirsə, o, ağılsız bir işdə günahkar olacaq. Çox güman ki, dostunun itirməyindən kədərlənəcək. Əşya geri almaq sizin itirilmiş mövqeyinizi yenidən qazanacağınıza işarədir. Yuxuda lombarda baxırsınızsa, bu o deməkdir ki, sizə olan etibara etinasız yanaşaraq təhlükədə olacaqsınız. Yaxşı adınızı qurban verərək xoşagəlməz işlərdə iştirak etməli olacaqsınız.

LOTEREYA: Yuxuda lotereyaya böyük maraq göstərdiyiniz görsəniz, bu gözəl bir səyahətə imkan yaradacaq iş quracağınıza işarədir. Yuxuda xoşbəxt lotereya bileti görmək birjada udacağınıza, lakin bunun sizə narahatlıq gətirəcəyinə işarədir.Yuxuda başqalarının udduğunu görmək tezliklə maraqlı və şən insanlarla əyləncədə olacağınıza işarədir. Yuxuda lotereyanı uduzmusunuzsa, pisniyyətli insanların qurbanına çevriləcəksiniz və depressiyaya düşəcəksiniz. Gənc qadın yuxuda lotereya görübsə, bu o deməkdir ki, onun yüngül hərəkətləri peşmançılıq və məyusluğa gətirib çıxaracaq və əri etibarlı olmayacaq. Yuxuda lotereya görmək mümkün yalan və tələyə düşçə ehtimalına işarədir. Qız üçün belə yuxu ümidlərinin boşa çıxacağına işarədir.

LÖVHƏ: Əgər qız özünü çürümüş taxtalar düzülmüş bulanıq axından keçirsə, bu o deməkdir ki, o, sevdiklərinin ona laqeydliyini və yaxud digər kədər və xoşagəlməz halları ciddi sarsıntı ilə qarşılayacaq. Məhkəm döşəmə üzərində gəzmək yaxşı əlamətdir, lakin belə yuxunu görən adam öz hərəkətlərində ehtiyatlı olmalıdır.

LUNATİK: Yuxuda özünüzü lunatik görmüsünüzsə, bu o deməkdir ki, həyatda hansısa şərti könülsüz olaraq qəbul edəcəksiniz və bu razılaşmanız sizə çoxlu qayğı gətirərək uğursuzluqla nəticələnəcək.

LƏLƏK: Yuxuda ətrafınıza düşən lələklər görmək o deməkdir ki, yüngül xoşagəlməz hadisələr olacaq. Qartal lələyi görmək o deməkdir ki, səyləriniz baş tutacaq. Yuxuda toyuq lələkləri görmüsünüzsə, bu, böyük peşmançılığa işarədir. Qaz və ya toyuq lələyi almaq, satmaq çiçəklənmə və xoşbəxtliyə işarədir. Qadın yuxuda yumşaq və və digər gözəl lələklər görübsə, bu, cəmiyyətdə onun şübhəli vasitələrlə uğur əldə edəcəyinə işarədir. Yuxuda ədəbiyyata meylli insanlar lələk görüblərsə – onları uğur gözləyir. Yuxuda qız lələyi şlyapasına qoyubsa, bu o deməkdir ki, o, çoxlarını özünə məftun etmək istəyir, onun uğuru isə gözəlliyi və cazibədarlığından asılı olacaq.

LƏVAZİMAT, QAŞIQ: Yuxuda qaşıq görmək və ya ondan istifadə etmək yaxşı əlamətdir, uğura işarədir. Ev işləri sizə sevinc və məmnunluq gətirəcək. Yuxuda qaşıq itirmisinizsə, bu o deməkdir ki, hansısa ağılsız bir işdə sizdən şübhələnəcəklər. Yuxuda qaşıq oğurlamaq o deməkdir ki, simicliyiniz və öcəşkənliyinizə görə töhmətə layiqsiniz. Yuxuda sınıq və çirkli qaşıqlar itki və bədbəxtliyə işarədir.

LAVANDA ÇİÇƏYİ: Anormal bəzi durumlarla qarşı-qarşıya qalına biləcəyinin bəlirtisi olaraq qəbul edilir. Lavanda çiçəyi qurusunu yastıq, yataq arasına qoymaq-qara sevda bəlirtisi kimi yozulur. Lavanda odekolonu isə müjdəyə yozulan röyalardan hesab edilir.

LAĞIM: Yuxuda lağıma düşdüyünü görən adam iş həyatından dolayı asanlıqla qurtara bilməyəcəyi bir duruma düşəcəkdir. Röyanı görən qadınsa, dostu onu aldadaraq pulunu əlindən alacaqdır.

LADİN ( şam ağacı növü): Röyasında ladin ağacı görən adam qısa zamanda muradına yetişəcəkdir.

LALƏ: Yuxuda lalələrlə bəzənmiş bir çəmənlik görmək-röya sahibi öz mühitində faydalı bir vəzifəyə təyin ediləcəksə də, bu vəzifə onun şəxsi rahatlığını və əmin-amanlığını pozacaqdır. Röyada lalə toplamaq-təhlükəli bir yoldaşlıqdan sonra vaxtında ayılıb işin fərqinə varacaq və bu təhlükəni aradan qaldıra biləcəksiniz.

LAF ATMAQ, (söz atmaq): Röyada birisinə, yaxud gənc bir qıza söz atmaq-acizliyə işarədir.

LACİVƏRD (səmavi rəng): Rəsmi bir toplantıya çağrılacaqsınız.

LEYLƏK: Röyada leylək görmək yolçuluğa, səfərə yozulur, eyni zamanda, toplantı və ortaqlığı sevən kimsələri ifadə edir. Qış aylarında leyləkləri bir yerə toplanmış görmək-oğurluğa və ya yol kəsməyə, düşmənlə savaşa, havanın soyuq olmağına, üzüntü və iztiraba içarədir. Leyləklərin dağınıq olduğunu görmək-səfərə çıxmaq istəyən, yaxud səfərə ərəfəsində olan adam üçün xeyrə əlamətdir. Röyada leylək görmək-evə qonaq gələcəyini də ifadə edir.

LEHİM: Röyada bir tənəkə lehimlədiyini görən adam başladığı işi uğurla sona çatdıracaqdır.

LEHİMÇİ (tənəkəçi): Röyada lehimçi-tənəkəçi görmək-qadının xəstələnəcəyinə işarədir.

LEŞ: Çox pis bir xəbər alacağına işarə sayılır.

LƏKƏ: Bir adamın yuxuda öz paltarında ləkə görməsi-üzüntüyə və kədərə; günəşdə ləkə görmək-qorxu və dəhşətə işarədir.

LİKÖR: Röyada bir toplantıda likör içdiyini görən adamın başına pis bir iş gələcək.

LİLİPUT: Səhnədə və ya başqa bir yerə liliput görmək-xeyrə yozulur, dərd-sərinizin yuxuda görülən balacaboy insanlar kimi xırda və əhəmiyyətsiz olduğunu göstərir. Röyada bir liliputa yardımda bulunmaq-əvvəllər kiməsə eləmiş olduğunuz yaxşılıq uzun zaman unudulmayacaq və bəlkə də ehtiyac duyduğunuz bir məqamda bunun əvəzini, mükafatını görəcəksiniz.

LİMAN: Yuxuda liman görmək-gələcəkdə çox məsud və xoş olaylara şahid olacaqsınız.

LİRƏ (pul): Röyada yoldan bir lirə tapmaq-uzun bir səfərə çıxılacaq deməkdir.
LOBYA: Röyada lobya görmək və ya lobya xörəyi yemək-hər sirrinizi dostlarınıza açır və bu səbəbdən də daima zərər görürsünüz.
LOBYA SALATI: Yuxuda lobya salatı yeyən adamın yaxın günlərdə əlindən pul gedəcəkdir.
LOVĞA: Yuxuda lovğa və ədabaz bir adam görən şəxs ətrafındakıların sevgisini və etibarını qazanacaq, çətinbir mübarizədən zəfərlə çıxacaq, sevgisi qarşılıqlı olacaq, sağlığı (səhhəti)düzələcəkdir.
LORD: Röyada bir lord, daha doğrusu, ingilis lordu görmək-fırıldağa düşəcəksiniz.
LÜĞƏT, SÖZLÜK: Röyada açıq lüğət kitabı görmək-əzmkar və diqqətli olmağınız sayəsində çoxlu pul qazanacağınıza işarədir. Bağlı lüğət kitabı-dostlarınızın haqqınızda söylədiyi gurultulu sözlərə və təriflərə uymamağın gərəkliyini ifadə edir.

 

Go Back

Q- Yuxu Yozumları

26-11-2013

QIZARMIŞ ÇÖRƏK: Yuxuda pendirlə qızarmış çörək yemək o deməkdir ki, işləriniz tezliklə qarışıq vəziyyətə düşəcək, çünki diqqətiniz və fikirləriniz bir hiyləgər qadına yönələcək, göylərdə uçacaqsınız. Siz qeyri-müəyyən xəyallar və nəticəsiz arzularla yaşayacaqsınız.

QARA MEBEL: Yuxuda qara taxtadan hazırlanmış mebel və ya digər əşyalar görmüsünüzsə, bu, evinizdə bir müddət narazılığın hökm sürəcəyinə işarədir.

QOBOY ( musiqi aləti): Artistizm istedadının olduğuna işarədir.

QADIN: Yuxuda qadın görmək ailə qurmağa işarədir, bəzənmiş, geyinmiş qadın – dedi-qodu, çəkişmə və gözlənilməz hadisələrdən xəbər verir.

Qadın yuxuda boyunbağı hədiyyə alıbsa, bu, o deməkdir ki, həyatda onu sevən əri və gözəl ocağı var. Boyunbağını itirmək o deməkdir ki, o erkən yaşda ağır itkidən kədərlənəcək. Yuxuda gözəl boyunbağı taxmaq əslində şübhə etdiyiniz yüksək şərəfə işarədir. Qadın üçün belə yuxu bir neçə qeyri-səmimi pərəstişkara işarədir.

QAZANC, GƏLİR ƏLDƏ ETMƏK: Gəlir haqqında yuxu yaxın gələcəkdə sizə real uğur gətirəcək.

QURUM, HİSS: Xoşbəxtlik əlamətidir

QİSAS İNTİQAM: Xoşbəxtlik əlamətidir.

QAŞIQ, LƏVAZİMAT: Yuxuda qaşıq görmək və ya ondan istifadə etmək yaxşı əlamətdir, uğura işarədir. Ev işləri sizə sevinc və məmnunluq gətirəcək. Yuxuda qaşıq itirmisinizsə, bu o deməkdir ki, hansısa ağılsız bir işdə sizdən şübhələnəcəklər. Yuxuda qaşıq oğurlamaq o deməkdir ki, simicliyiniz və öcəşkənliyinizə görə töhmətə layiqsiniz. Yuxuda sınıq və çirkli qaşıqlar itki və bədbəxtliyə işarədir.

QAYĞANAQ, OMLET: Yuxuda omlet hazırlamısınızsa, bu sizə qarşı istifadə olunacaq yalan və ikiüzlülüyə işarədir. Yuxuda omlet yemək etibar etdiyiniz adam tərəfindən aldadılacağınıza işarədir.

QAB: Yuxuda təmiz qab görmək xoşbəxtlik çağının başlanğıcına işarədir; nəhayət, tale sizin də üzünüzə güləcək. Çirkli qab pis gələcəyə işarədir. Yuxuda əlinizə qab almısınızsa, həqiqətdə uğur sizi hökmən tapacaq; qablar əlinizdən düşüb sınıbsa, uğurlu hadisələrin müddəti qısa olacaq. Yuxuda rəfdə işıq saçan qablarınızdan zövq almısınızsa, bu, imkanlı olduğunuza və yaxşı gəlirə işarədir. Gənc qadın gözəl qab-qacaq mağazasına giribsə və mallara heyran olubsa, onu yaxşı bir insanla xoşbəxt evlilik gözləyir. Səliqəsiz, boş rəfləri olan qab mağazası işlərdə dolaşıqlıq və ruh düşkünlüyünə işarədir.

Уuxuda qab görmək o deməkdir ki, sizi qəmli hadisələr gözləyir. Əgər yuxuda qabı su ilə doldurursunuzsa, bu, işlərinizdə uğur vəd edir. Belə yuxu iş adamına biznesdə uğur vəd edir. Yuxuda qab yumaq ədalətsizliyə işarədir. Ola bilsin ki, sizi təhqir etsinlər. Əgər siz bağ evinizdə böyük qab görürsünüzsə, sizi xoşbəxt həyat gözləyir, maddi problemlər yaşamayacaqsınız. Gənc qadın yuxuda qab rəngləyirsə, o, başqa qadına məxsus kişinin sevgisini qazanmağa nail olacaq.

QABAN, İNƏK: Yuxuda yağlı, əkə qaban görmək ticarət və işgüzar sahədə canlanmaya işarədir. Arıq, cılız qabanlar narahatlıq və qəmlənməyə işarədir. Yuxuda donuzun bala verdiyini görmək kəndlilər üçün bol məhsul və digərlərinə işlərində uğur deməkdir. Qabanların səsini eşitmək pis xəbərlərə işarədir. Bu yuxu kiminsə ölümünə görə kədərlənmə və yaxud hansısa vacib işin yerinə yetirilməsinə görə mükafatın alınmaması ilə bağlı məyusluğa işarədir. Yuxuda şəxsi donuzlarını yemləmək gələcəkdə mal-mülkünüzün artacağına işarədir. Qabanla ticarət etmək o deməkdir ki, real həyatda böyük səylər və enerjili iş sayəsində böyük bir mülkün sahibi olacaqsınız.

QABARMA: Yuxuda qabarma, yüksəlmə görmək (dəniz suyu) işlərinizin inkişafı üçün yaxşı şərait yaranacağına işarədir.

QAÇIŞ: Qaçış – ənənəvi sağlamlıq və uzunömürlülük rəmzidir.Yuxuda qaçış elementlərindən istifadə kişilik,mərdlik və xilaskarlıq əlamətidir.Yuxularınızda qaçırsınız və qorxu əsas hisslərə çevrilibsə,gecələr qaçırsınız və nəhayət ki, təhlükədən uzaqlaşırsınız ya da ki, həyatda ya həmişə büdrəyəcəksiniz, xilas olmaq istədiyiniz obyektlər daha da qorxunc olacaq.Son hadisədə yuxuya real həyatda başınıza gələn hadisələr prizmasından baxmağa çalışın və təzyiq göstərdiyiniz sahəyə diqqət yetirin. Bəzən bu mühüm problemin çox gözəl həlli ola bilər.

QAÇMAQ: Əgər yuxuda başqa insanların qrupuna qaçdığınızı görmüsünüzsə, bu o deməkdir ki, siz hansısa şən bayramda iştirak edəcəksiniz; bundan əlavə, siz tezliklə müəyyən edəcəksiniz ki, işləriniz yaxşı, uğurla gedir. Əgər yuxuda toqquşsanız, yaxud yıxılsanız, bu sizin iflasa uğrayacağınıza və öz adınızı, şöhrətinizi korlayacağınıza işarədir. Tək qaçmaq o deməkdir ki, siz öz dostlarınızı ötüb-keçərək cəmiyyətdə daha yüksək mövqe tutacaqsınız. Əgər yuxuda təhlükədən qaçırsınızsa, bu o deməkdir ki, sizi həyatda itki gözləyir və öz işlərinizi istədiyiniz şəkildə qaydaya sala bilməyəcəksiniz. Əgər yuxuda başqa insanların təhlükədən qaçdığını görmüsünüzsə, bu, dostlarınızdan birinin ölümünə, pis hadisəyə işarədir.

Uğurunuzu uğursuzluqlar əvəz edəcək.

QADIN AYAQQABISI: Yüngül qorxuya işarədir.

QADIN MÜHİTİ: Dedi-qoduya işarədir.

QADINLAR: Yuxuda qadınlar görmək intriqalardan xəbər verir. Qadınla mübahisə etmək o deməkdir ki, sizi aldadacaqlar və planlarınız korlanacaq. Yuxuda qarabuğdayı, mavigözlü, fındıqburun qız görmək sizin mübarizədən çəkilməyinizə və qələbə şansını itirəcəyinizə işarədir. Əgər qadının qızılı-şabalıdı, tünd-kürən və yaxud qırmızı-qəhvəyi saçları və dik burnu varsa, belə yuxu sizə əlavə çətinliklər və narahatlıqdan xəbər verir. Əgər o sarışındırsa, bu yuxu sizin yalnız xoş və arzuladığınız işlə məşğul olacağınıza işarədir.

QAĞAYI: Təmkinliyiniz, ağırlığınızla uzunömürlü olacaqsınız.

Go Back

G- Yuxu Yozumları

24-11-2013

GAVALI: Yuxuda Gavalı nədir? – Yetişməmiş gavalı – narahatlıqlar sizdən yan keçəcək, yetişmiş gavalı – ötəri sevinclər, gavalı yeyirsinizsə – ötəri həvəslərə qatılmısınız, yığmaq – arzularınız yerinə yetəcək, amma sizi sevindirməyəcək, bunların içində çürümüş gavalılar varsa – gözləntiləriniz hədər olacaq deməkdir, çünki tək əldən səs çıxmaz, özünüzüə ömür yoldaşı axtarın.

GECƏ: Yuxuda səssiz gecə sizi əhatə edirsə, işlərinizin ağır keçəcəyini nəzərdə fikirləşə bilərsiniz. Yuxuda gecə sona yaxınlaşırsa, çarəsiz görünən işləriniz aydın həllini tapacaq. Belə yuxudan sonra yaxşılığa doğru dəyişiklik gözlənilir.

Gecə - yaxşılıq və pislik əlamətidir.Yuxuda gecə kiminsə səsini eşitmək o deməkdir ki, gələcəkdə Yer üzünə bəlkə də Allah tərəfindən göndərilən insan gələcək.Belə yuxunu görən insan ekstrasenslik qabiliyyətinə malikdir: o insana keçmiş, gələcəkdən xəbər verə, insanlara şəfa verə bilər. Gecə kiminsə obrazını görmək – bu yaxınlarda etdiyiniz hərəkətdən peşman olacaqsınız. Yuxuda qaranlıq, ulduzsuz gecə görmüsünüzsə, belə yuxu yaşadığınız ölkədə düzgün siyasətin aparılmadığına işarədir.Yuxuda aydın, ulduzlu gecə görmək – yaxşı əlamətdir.Belə yuxu gələcəkdə xoşbəxt həyat, və insanların Günəş sisteminin bütün planetlərini öyrənəcəklərinə işarədir. Yuxuda səmada parlayan obyektlər görmək – gələcəkdə yeni planetlərin kəşf olunacağı və bu planetlərin canlı varlıqları iə əlaqələrin qurulacağına işarədir.Yuxuda soyuq gecə görmüsünüzsə, belə yuxu bizim planetdə günəşin istisi və işığının çatmayacağı dövrün gələcəyinə işarədir.Yuxuda gecənin gəlməsini gözləmək o deməkdir ki, gələcəkdə qəddar bir insanla qarşılaşacaqsınız. Ola bilsin ki, bu, qulyabanı və ya xortdandır. Buna görə də bu insandan qorunmaq lazımdır. Bu yuxu Yerə qara qüvvələrin gələcəyi zamanın yetişəcəyinə işarədir. Bu dövrdə insanları Pislik idarə edəcək, insanların bütün nöqsan, qüsurları çoxalacaq.

GECƏ KÖYNƏYİ: Yuxuda özünüzü gecə köynəyində görmüsünüzsə, bir az kefsiz olacaqsınız. Başqalarını belə paltarda görsəniz xoşagəlməz xabərlər alacaqsınız. İşləriniz də bir müddət ləngiyəcək.

GEORGİN: Yuxuda təzə, aydın georginlər görmək xoş tale deməkdir.

GEYİNMƏK: Yuxuda nə isə sizə geyinməyə mane olursa, bu, həyatda pis insanların məşğuliyyətinizə mane olaraq sizə əzab verəcəklərinə işarədir. Vağzala tələsərək vaxtında geyinə bilmirsinizsə, başqa insanların yüngül hərəkəti sizi qıcıqlandıracaq. Belə yuxu hər bir insanın həyatda özünə güvənməsi və uğur əldə etmək üçün böyük inamla fəaliyyət göstərməsi üçün bir işarədir.

GİCİTKAN: Yuxuda gicitkənlərin arasında qorxmadan gəzirsinizsə, real həyatda uğur əldə edəcəksiniz. Əgər gicitkən sizi yandırıbsa, siz özünüzdən razı qalmayacaqsınız və başqalarını bədbəxt edəcəksiniz. Gənc qadın yuxuda gicitkən kolluqları arasında gəzirsə, bu real həyatds onun müxtəlif kişilərdən evlilik təklifi alacağına və seçim etməkdə çətinlik çəkəcəyinə işarədir. Yuxuda gicitkən görmək səfeh əlamətdir: sözəbaxmayan uşaqlar və maddi çətinlik deməkdir.

GİL: Gil görmək pulla bağlı çətinliklərdən xəbər verir. Əgər yuxuda gilli sahildə çala qazırsınızsa, həqiqətdə düşmənlərinizin sizə qarşı hücuma keçməyə hazır olduğuna işarədir. Torpaq qazmaq və gözlənilmədən gilin üstünə çıxmaq sizin yeni maraqlı işinizə maneələrin olduğuna işarədir. Qadınlar üçün bu yuxu xüsusilə uğursuzluq əlamətidir – səhv addımlar, öz hərəkətlərini düzgün qiymətləndirməmə və son nəticədə sevgi və işlərdə uğursuzluq.

GİLƏMEYVƏ: İşlərdə uğurlara işarədir.

GİMNAST: Yuxuda gimnast görmək o deməkdir ki, sizi işlərinizdə uğursuzluqlar gözləyir, bu yuxu ticarətlə məşğul olan insanlar üçün xüsusilə xoşagəlməzdir.

GİTARA: Yuxuda əlində gitara olmaq və yaxud gitara çalmaq yaxşı əlamətdir. Siz gözlənilmədən maraqlı mühitə düşəcəksiniz və orada öz böyük sevginizi tapacaqsınız. Əgər gənc adam sınıq simlərlə gitara görübsə, onun nəşəli sevgisi qəm və göz yaşları ilə bitəcək. Yuxuda gitara səsi eşitmək o deməkdir ki, yuxunu görən adam üçün təhlükə doğuran sünilik, riyakarlıq gözlənilir. Gitara haqqında yuxu yüngül maraq və həvəslərə qarşı ehtiyatlı olmağı xəbərdarlıq edir.

GÖBƏLƏK: Yuxuda göbələk görmək qeyri-sağlam istək və cəhdlərə işarədir. Bu, məhkəmə iddialarına və yalançı həzlərə işarədir. Göbələk yemək alçaldıcı və utandırıcı sevgi əlamətidir. Gənc qadına belə yuxu gələcəkdə öz mülkünə etinasızlıqdan xəbər verir.

GÖL: Gənc qadın yuxuda gölün çirkli sularında yalqızdırsa, bu, bir çox dəyişikliklərə işarədir; o, tezliklə keçmişdə etdiyi dəliliklərdən, ağılsız hərəkətlərdən peşman olacaq və yaxşı işlərə can atacaq. Qayığı su basırsa, lakin qadın səylə bundan qurtularaq məkana çatırsa, bu o deməkdir ki, o, yalan məsləklərin təsiri altındadır, lakin gec də olsa bunu dəyişərək şərəf və hörmət qazanacaq. Bu yuxu həmçinin, yaxınların xəstəliyinə işarədir. Qadın yuxuda qayıqda olan gənc cütlüyün həyatını riskə ataraq göldə fəlakətlə üzləşdiyini müşahidə edirsə, bu o deməkdir ki, dostlarından biri ona qarşı çirkin hərəkət etsə də, sonda onun iltifatını qazana biləcək. Yuxuda sakit və təmiz göldə dostlarınızla üzmüsünüzsə, bu o deməkdir ki, sizi xoşbəxtlik və zənginlik gözləyir. Sərt daşlar və quru ağaclarla əhatə olunmuş çirkli göl planlarınızın kədərli sonuna işarədir. Gözəl, yaşıl sahilli çirkli göl mənəvi gücünüz ehtirasınız üzərində qalib gələcək və enerjinizi təhlükəsiz və etibarlı istiqamətə yönəldəcək. Göl təmizdirsə və az bitkilərlə əhatə olunubsa bu o deməkdir ki, təminatlı yaşayışınız əxlaqsız hərəkətləriniz ucbatından məhv olacaq. Gölün təmiz suyunda öz əksini görmək sizi sevinc və sevimli dostlar gözlədiyinə işarədir. Suda əks olunan ağac yarpağı görmək xoşbəxtlik və sevgidən doğan sevincə işarədir.

GÖLMƏÇƏ: Yuxuda təmiz sulu gölməçəyə girmisinizsə, sizi xoşagəlməz hadisələr gözləyir, lakin çox yaxında onları yaxşı şeylər əvəz edəcək. Yuxuda çirkli gölməçəyə ayağınızı vurmusunuzsa, xoşagəlməz hadisələr sizi dəfələrlə müşayiət edəcək. Gölməçəyə girərək ayağını islatmaq o deməkdir ki, bugünkü sevinciniz kədərlə nəticələnəcək.

Go Back

F- Yuxu Yozumları

23-11-2013

FABRİK: Fabrik görmək –yaxşı əlamətdir; Fabrik sahibi olmaq – rədd olunmuş sevgidən xəbər verir.

FİL: Fil müdriklik, güc, və bir hallarda qəddarlıq və qisas rəmzidir. Çiynində ulduzlar olan fil görmək Amerikada Respublikaçılar partiyasının hakimiyyətə gələcəyinə işarədir. Yuxuda ağ fil həyatda faydasız nailiyyətlər edəcəyinizə işarədir.

FIRÇA: Sizi qorxu gözləyir, ayaqqabı fırçası –yaxşı iş tapacaqsınız; diş fırçası –həyatdan zövq alacağınıza işarədir. Paltarı fırça ilə təmizləmək – sadəlövh olmayın.

FIRFIRA: Yuxuda hərəkətsiz fırfıra görmək durğunluq, apatiya, tezliklə keçməyəcək ruh düşkünlüyünə işarədir. Yuxuda fırfıra fırlanırsa, bu o deməkdir ki, yaxın vaxtlarda həyatınızda hadisələr elə sürətlə inkişaf edəcək ki, siz baş verənlər barədə düşünməyə imkan tapmayacaqsınız. Belə ritm sizdə çaşqınlıq və pərişanlıq ayaradacaq, lakin sonra anlama və sakitlik gələcək. Yuxuda fırfıranı işə salmaq həyatınızda dəyişikliyə ehtiyac hiss edəcəksiniz və bu mənəvi təkamül, mənvi iş olmalıdır.

FORMALI PALTAR: Formalı paltar haqqında yuxu – bir qayda olaraq özünü dərk etmək barədə yuxudur. Paltar vasitəsilə obraza uyğun gəlmək mədəniyyətin gizli qaydalarından biridir və çox vaxt qarderobumuzun bir hissəsini müəyyən rollar üçün formalı paltarlar təşkil edir. Belə yuxularda paltarın rəsmi olması və ya bir çox adamlarda eyni paltarın olması əhəmiyyət kəsb etmir. Əyninizdə formalı paltar varsa və digər insanlar da bu cür paltar geyinibsə, onda fikirləşin ki, yanınızda kim var və sizi nə birləşdirir? Siz formalı paltardasınızsa, başqaları isə deyilsə, bu o deməkdir ki, siz özünüzü başqalarına münasibətdə vicdanlı hesab edirsiniz, onlar isə sizi kifayət qədər qiymətləndirə bilmir. 24 yaşlı kişi öz yuxusunu danışır: Mən hərbi-dəniz donanmasında xidmət edirəm. Mən hazırlıq keçməmişəm.Gəmidə yeganə formalı paltarım yay üçün, ağ rəngli paltardır.Əhatəmdəki adamlar göy formalı paltardadır və gəmidə hamı lazım olduğu kimi hərəkət etmir. Bu adam- kollecin tələbəsi hərbi-dəniz donanmasında zabit rütbəsinin alınmasını götür-qoy edib. O, çox həyəcanlıdır, qərar verməkdə çətinlik çəkir. Yuxu onun narahatlığını əks etdirir və vəziyyəti təfərrüatı ilə öyrənməyin vacibliyini göstərir. Formalı paltar həmçinin hakimiyyət rəmzi ola bilər. Formalı paltar geyinən adama diqqət yetirin.

FOTOAPARAT: Əsas yeri fotoaparatların tutduğu yuxu əlavə məlumat almaq və gizli fikirləri tutmaq, hərəkəti ani olaraq dayandırmağa cəhdi əks etdirir. Siz hansısa müəyyən bir şeyi, yoxsa çox şeyi birdən çəkirsiniz? İnsanlar, məkan və obyektlərin şəklini çəkirsiniz? Boş vaxtınızda şəkil çəkərək zövq alırsınız yoxsa xüsusilə hansısa faktları saxlamaq üçün çəkirsiniz? Ola bilsin ki, həyatınız çox sürətlə irəliləyir və bəzi nüansları tuta bilmirsiniz.

FƏRASƏTSİZLİK: Yuxuda fərasətsiz olduğunuzu görmək işlərinizdə qarışıqlıq və arzuolunmaz qonağın gözlənilməz səfərinə işarədir. Gənc qadına bu yuxu gözlənilməz rəqibdən xəbər verir. Yuxuda sevgilinizi fərasətsiz görmək o deməkdir ki, sizi kədərləndirəcək.

FƏSƏLİ: Yuxuda fəsəli (blin) yemisinizsə, bu o deməkdir ki, işlərinizdə uğurlar gözlənilir. Yuxuda onları bişirmək sizin həyatda qənaətcil olmağınıza işarədir.

FOTOŞƏKİL: Yuxuda öz fotoşəklinə baxmaq pis əlamətdir. Belə yuxu öz işinizdıən heç bir zövq almamağınızdan, öz ailə həyatınızdan və hətta öz zahiri görünüşçünüzdən narazı olmağınıza işarədir. Sizə elə gəlir ki, sizi pis tale izləyir.Əgər bundan sonra da bu fikirlər sizdən əl çəkməsə, həyatınız hiss olunmadan və məqsədsiz keçib gedəcək. Yaxın adamınızın şəklinə baxmaq reallıqda bu adamın taleyilə bağlı ciddi narahatlıq keçirəcəksiniz. Yuxuda fotoşəkli cırmaq böyük bədbəxtliyə səbəb olacaq. Sizi faciəli xəbər gözləyir. Hər halda belə yuxu yaxın adamın itəcəyindən, onun tapılmayacağından xəbər verir. Yuxuda fotoşəkli itirmək öz işlərinizdə daha ehtiyatlı olmağınıza işarədir. Siz yaxşı hərəkət etmirsiniz, bəzən şərəf və vicdan kimi anlayışlar haqda tamamilə unudursunuz. Dayanın, çünki bütün dünya işlərilə bağlı axirətdə cavab verməli olacağıq. Yuxuda fotoşəkillə gələcək haqda bilmək üçün falçının yanına getmək sizin tez inanan, sadəlövh adam olduğunuza işarədir. Prinsip etibarilə bu, o qədər də pis cəhət deyil, lakin siz tez-tez öz sirrinizi lazımi adamlara etibar edirsiniz. Müdrik dindar adamlara öz niyyətlərini açmaq və məsləhət istəmək lazımdır.

FABRİK (ZAVOD): Cavan oğlanın özünü fabrikdə və ya zavodda işləyən görməsi-başqalarının öyrətməsi və təhriki ilə tutacağı işdən peşman olacağına işarədir. Gənc qadın üçün bu röya onun hədiyyə olaraq xoşuna gələn bir geyim əşyası alacağına; yaşlı adam üçün isə-öhdəsinə düşən işi yaxşı nəticəylə başa vuracağına yozulur.

FABRİK (ZAVOD) SAHİBİ: Yeni bir iş təşəbbüsündə olmaq anlamına gəlir.

FAİZ (SƏLƏM): Faiz (sələm) ödəmək-istəmədən günaha batacaqsınız. Faizlə (sələmlə) pul almaq-birisi tərəfindən öyrədilib yoldan çıxarılacaqsınız.

 

 

Go Back

E- Yuxu Yozumları

23-11-2013

EDAM: Yuxuda edam görmək o deməkdir ki, çox yaxında digərlərinin ehtiyatsızlığı ucbatından əziyyət çəkəcəksiniz. Yuxuda edam ediləcəyinizə az qaldığını görürsünüz və yalnız möcüzə sizi bu ölümdən xilas edə bilər – bu yuxu real həyatda düşmənlərinizi dəf edəcəyinizə və varlanacağınıza işarədir. Yuxuda edama baxmağa yığılmış camaat görmək düşmənlərinizin sizə qarşı səhv addımlarına işarədir.

EDAM KÖTÜYÜ: Edam kürsüsündə olmaq tezliklə törətdiyiniz əməllərə görə cavab verməli olacağınıza işarədir. Günahlara görə cəza olacaq. Ola bilsin belə yuxu həyatınızı hədələyən ciddi təhlükədən xəbər verir. Yuxuda edam kürsüsündə icra olunan edamı müşahidə etmək siz ixtiyarsız olaraq insanın zorakılıqla öldürülməsinin şahidi olacaqsınız, ən dəhşətlisi isə odur ki, siz törədilən cinayətə heç cür mane ola bilmirsiniz. Özünüzü danlamayın, çünki hər şey Alalhın əlindədir! Yuxuda eşafot qurmaq öz hərəkətlərinizlə yaxınlarınıza böyük ziyan vurmaq anlamına gəlir. Nə qədər ki, gec deyil, dayanın. Əks halda öz günahlarınıza görə Alalh qarşısında cavab verməli olacaqsınız! Yuxuda özünü eşafotda edam həyata keçirən cəllad kimi görmək pis əlamətdir. Belə yuxu öz iradənizlə çoxlu sayda insanın ölümünə bais olacaqsınız və bu sizə artıq ahıl yaşınızda məlum olacaq.

ELEKTROŞOK: Yuxuda elektroşok və digər enerji növləri bir qayda olaraq tabu sərhədini keçmək cəhdi ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, enerji qeyri-ənənəvi mənbələrdən çıxa bilər (məsələn, səsboğan qurğusu olan tapança, gərginlikli dəmir simdən hasar) və yuxunun digər personajı tərəfindən sizə qarşı yönəldilmiş güc proyeksiyası.Ola bilsin ki, elektroşokun iflic vəziyyətinə salan gücü və görünməz elektrik təbiəti sizə özünüzü iflic və hərəkət etmək iqtidarında ola bilməməyə məcbur edir. Sizin pozmaq istədiyiniz tabu (qadağa) tamamilə aydın ola bilər – məsələn,siz qadağan olunmuş yerə getmək istəyirsiniz və yaxud daha geniş danışsaq, siz çox avtoritarsız. Hər iki halda, enerjinin elektrik və ya digər növünün olması təkanverici hadisə sayılır.

EHTİYAT: Çətin vəziyyətlərə hazır olmağa işarədir.

EPİLEPSİYA: Lotereyada udmaq.

EŞŞƏK: Eşşək haqqında yuxu xoşagəlməz hadisələr və arzuolunan məqsədə çatmaqda bir çox maneələrə işarədir. Yüklənmiş eşşək böyük səbir tələb edən ağır işlərə işarədir: bu işlər uğurla başa çatacaq. Yuxuda sizi təqib edən eşşəkdən qorxaraq qaçırsınızsa, bu, ətrafınızda gəzən söz-söhbətlər və dedi-qodulara işarədir. Yuxuda eşşəyin ucadan səsini eşitmisinizsə, bu, kütləvi təhqirə məruz qalacağınıza işarədir. Belə yuxu hansısa əziyyətli işin başlanğıcına işarədir. Yuxuda eşşəyin üstündəsinizsə, yaxşı əlamətdir. Sizi maraqlı səyahətlər və yeni biliklər qazanmaq gözləyir. Başqalarını eşşəyin üstündə görmək o deməkdir ki, yaxınlarınızı çətin həyat gözləyir. Yuxuda eşşəyi qovursunuzsa, bu o deməkdir ki, tezliklə öz layiqli adınızı qoruyub-saxlamaq üçün bütün cəsarətinizi toplamalısınız. Yuxuda eşşək şıllaqlayırsa, bu yuxu gözünüzü açmalıdır: qanunsuz əlaqələriniz ucbatından qorxu və həyəcana işarədir. Yuxuda eşşəyin yedəyindən tutaraq onu əminliklə aparırsınızsa, bu yuxu çətin vəziyyətə düşəcəyinizə işarədir. Yuxuda uşaqların eşşəyin üstündə getdiklərini görmək yaxşı əlamətdir. Yuxuda ölü eşşək görmək səhv addımlara işarədir. Yuxuda eşşəyin üstündən yerə düşmüsünüzsə, bu uğursuzluq əlamətidir. Yuxuda eşşək südü içmək öz kaprizli istəklərinizə yol verəcəyinizə işarədir. Yuxuda başqasının eşşəyini öz həyətində görmək işlərdə böyük uğurlar və xeyirli evliliyə işarədir. Ağ eşşək təminatlı həyat və sevgidə uğura işarədir.

Yuxuda insan eşşək görübsə, onun oğlu olacaq.Yuxuda sizə eşşək əti veriblərsə sizə məxsus olmayan yad bir bir şey tapacaqsınız.

EV: Yuxuda öz evinizi tapa bilmirsinizsə, bu o deməkdir ki, siz insanların düzlüyünə öz inamınızı tamamilə itirəcəksiniz. Yuxuda evinizin olmadığını görmüsünüzsə, siz maliyyə itkiləri gözləyir. Gənc qadın yuxuda evdən gedibsə, bu pis əlamətdir. Bu onun xain adamalrın şər və böhtanı ilə əhatə olunacağına işarədir. Əgər yuxuda köhnə evinizə baş çəkmisinizsə, sizi yaxşı xəbərlər gözləyir. Yuxuda köhnə evi rahat və sevincli görmək uzun sürən xoşbəxtlik əlamətidir. Atılmış ev qəmli hadisələrə işarədir.

Yuxuda xoşbəxt və şən insanın evinə daxil olmusunuzsa – həyatda sizi tezliklə qəmli günlər gözləyir.

EV QUŞU: Yuxuda ev quşu görmək bədxərcliyə işarədir. Əgər gənc qız yuxuda ev quşunun dalınca qaçırsa bu o deməkdir ki, o, öz dəyərli vaxtını boş-boş əyləncələrə sərf edəcək.

EVLİLİK, NİGAH: Yuxuda qadın qoca, əldən düşmüş kişiyə ərə gedirsə, bu o deməkdir ki, xoşagəlməz hadisələr və xəstəliklər onu izləyəcək. Nikah mərasimi zamanı onun sevgilisi qara paltarda ona məzəmmətlə baxaraq yanından keçirsə, bu onun dostlarının soyuqlaşmasına işarədir. Yuxuda nikah mərasimi görmək sevinc və fərəh deməkdir, bir şərtlə ki, mərasimə gələn qonaqlar şən, əlvan paltarda olsunlar. Qonaqların qara paltarda olması qəm- qüssə əlamətidir. Toy zamanı bədbəxt hadisə görmək qəm və kədərdən xəbər verir. Əgər gənc qadın yuxuda özünü gəlin kimi, lakin bir qədər kədərli görürsə, bu onun sevgidə peşmançılıq çəkəcəyinə işarədir. 

Yuxusunda evlənən zəngin olar. Biri yuxunu görəni öpsə muradına çatacağına, bir qadınla görüşməsi böyük bir şəxsdən faydalanacağına, bir qızla görüşməsi isə; muradına çatacağını xəbər verər.

Allah (cc) tərəfindən gələcək bir köməyə; yüksək bir mövqeyə keçmək üçün sərf edilən səyə; borçlanmaya; kədər və kədərə; tanış bir qadınla evlənmək, o qadının ərindən mənfəət əldə etməyə, Tanımadığı bir qadınla evlənmək ev dəyişdirməyə, maksaddının hasil olmasına ya da vəfat etməyə , Ölmüş biriylə evlənmək, ümidini kəsdiyi bir şeyin reallaşmasına, Xəstə birinin evləndiyini görməsi vəfat etməsinə, Özünə nikah düşməyən biriylə evlənmək ailə üzvlərinin başına keçməyə, Dörd qadınla evlənmək Peyğəmbərimizin (s.ə.v.) qəbirini ziyarət etməyə dəlalət edər.

Yuxuda bir qadınla evləndiyiniz və özünün də bir və ya bir neçə xanımı olduğunu görən kimsə evləndiyi qadını görsə və ya tam ədədi tapmaq, o qadının gözəllik və endamin nisbətində xeyir, sərvət və dövlətə çatar. Eger qadını inkar və adı da özünə söylenmediyse, o qadın da özü üçün hazirlaniyorsa, o adamın və ya əli altında olan birinin öləcəyinə işarədir. Tanımadığı yasli bir adamin qızıyla Evləndiyiniz görən kimsə, çox xeyirə qovuşar. Bir qadın tanımadığı yasli bir adamla evləndiyini görsə, o qadın yenə çox xeyirə çatar. Eger xəstə isə yaxşılaşar. Yuxuda özünə haram olan və ölmüş bir qadınla evləndiyiniz görən kimsə, qohumlarım ziyarət edər. Eger o qadın sag isə, o şəxs qohumlarım ziyarət etməz. Yuxuda özünə haram olan bir qadınla evləndiyini görən kimsə, ailəsinin lideri olar.

Yuxuda evlənən zəngin olar deyə şərh olunar. Nikah məmuru, adamın həyatında rol oynayacaq bir adamı xəbər verir. Yuxuda evlənmək zənginliklə şərh olunar. Yuxuda gənc bir kimsə ilə evləndiyini görmək, çox yaxında zəngin olub bolluq və rifaha qovuşacağına işarədir. Evlənmək üçün söz kəsmək, böyük bir kimsədən mənfəət görəcəyinə dəlildir. Bir gənclə görüşüb evlənmə üçün qərar aldığını görən muradına nail olar. Evli olmayan bir qadına gizlicə bir söz söylədiyini görmək, o ka-dinla evlənmək istədiyini, evli bir qadınla evlənmək istədiyini və onu istettigini görmək, dünyada gözlədiklərini əldə edə bilməyəcəyini, bir qadınla evlənmək istəyib də onun da buna razı olduğunu görmək, muradına çatacağını işarədir. Orta yaşlı bir qadınla ev-lenmek istədiyini görmək, çox böyük zənginliyə dəlalət edər. Arvadından qeyri bir qadınla evləndiyini görmək o qadının gözəlliyi dərəcəsində zənginlik və mənfəətə, bil-medigi görmədiyi və adini belə eşitmədiyi bir qadınla evləndiyini görmək ya özünün və ya evində birinin öləcəyinə, özünü gü-veyi olmus görüb yoldaşını görmədiyini görmək, ölümə işarədir . Bir qoca qadınla və ya öz kiz qardaşı ilə evləndiyini görmək çox böyük xeyrə, ölmüş bir qadın ilə evləndiyini görmək və onunla zifafa girdiyini görmək işlərinin qarışmasına, həyatının pozulmasına dəlildir.Evləndiyi kişi və ya qadının başqa bir dindən olduğunu görmək günah sayılacaq bir işi edəcəyinə, yuxusunda bir fahi-se ilə evləndiyini görmək, əxlaqsız və xasiyyətsiz bir qadınla evlənəcəyini, evli bir qadının başqa bir kişilə evləndiyini görməsi bir co-çük doğurması ilə şərh olunar. Yuxuda evlənmək, Allahu Təala Həzrətləri tərəfindən meydan gələcək bir köməyə işarədir. Bəzən də evlənmək, əsarətə, borca, kədər və kədərə, təzminat verməyə və ya yüksək bir mövqeyə keçmək üçün işə işarədir.

Eger yuxuda tanıdığı bir xanımla evlənsə, o şəxsin onunla dolanışığını sagliyacagi sey haqqında çalışır. Eger tanımadığı bir qadınla evlənsə əcəlinin yakiastigina və bir evdən digər bir evə tasinacagina işarədir. Yuxuda evlənmək, şahidlər hüzurunda olsa Allahu Təalaya saleh bir əməl edəcəyinə dair söz verməyə işarədir. Eger nigah, adətlərə uyğun olaraq bazarda edilsə makaron və qədrini yücelecek bir şöhrətə çatmağa işarədir. Evlənmək sənətlə də təbir edilər. Bundan ötəri bir qadınla evləndiyini və o qadının öldüyünü görən kimsə, bir sənətlə məşğul olur. Və bunu edərkən də zəhmət, hüzn və kədər düşər. Bir kimsə yuxuda dörd qadınla evlənsə, Peyğəmbərimizin kabirini ziyarət edər. Yəhudi bir qadınla evləndiyini görən kimsə, bir sənət üçün çalışır və günah işləməyə cürət edər. Xristian bir qadınla evləndiyini görən kimsə, fitnəni tələb edən bir sənətə çalışır. Eger evləndiyi qadın atesperest isə, o qadın dinlə əlaqəsi olmayan bir sənətə işarədir. Yuxuda zina edən bir qadınla evləndiyini görən kimsənin, zina etdiyinə işarədir.

Yuxuda özünə müsəllət olan və ürək qıran bir qadınla evləndiyini görən kimsə, ağır bir yük altına girər. Yuxuda bir adam bir qadınla Evləndiyiniz və o qadını öz evinə apardığını görsə, o adam o qadının ərindən mal əldə edər. Eger qadınla evləndiyini və özünün də qadının evinə getdiyini görsə, qadının əvvəlki əri onunla yuxuda evlənən adamdan mal və xeyirə çatar. Yuxuda ölmüş bir qadınla evləndiyini görən kimsə, ümidini kəsdiyi bir məqsədinə qovuşar. Xəstə olan bir adam yuxuda evlənsə və evləndiyi qadını görməsə və adı da deyilməsə o adam ölər. Yuxuda anasını bir adamla evlendirdigini görən kimsə mülkünü satar. Hamilə olan qadın yuxuda evləndiyini görsə bir qız uşağı dünyaya gətirir. Gəlin kimi xalqa göstərilsə, bir uşaq dünyaya gətirir. Kişi uşağı olan qadın yuxuda evləndiyini görsə, uşağını evləndirir. Əri olmayan və ya evli bir qadın yuxuda evlənsə xeyirə çatar. Bir qadın yuxuda ölü olan bir şəxslə Evləndiyiniz görsə, o qadın fakiriesir və ətrafındakılar dağılar. Yuxuda ölü olan bir qadınla evləndiyini və onun yanına girdiyini görən kimsə, qaçırdığı və ümidini kəsmiş olduğu bir işinə qovuşar, işi də o qadının gözəlliyi nisbətində olar.

EYBƏCƏRLİK: Yuxuda bədəniniz narahatlığa və digər insanların narahatlığına səbəb olubsa,bu narahatlıqların heç bir əsası yoxdur. Bu cür yuxular heç də həmişə hansısa əsaslara malik olmur. Çox vaxt yuxular insanların sizin haqqınızda nə düşündüyü barədə zəhlətökən ideyalara işarədir. Bu yuxunu yozmaq üçün əsas məsələ sizin özünüzün eybəcər olmağınız barədə nəticə çıxarmağınız və ya əksinə, başqalarının sizin haqqınızda belə düşünməyidir. Əgər özünüz belə nəticəyə gəlmisinizsə, onda bu orqanizmdə baş verən hansısa hadisə ilə, məsələn hamiləliklə bağlı deyilmi? Hamilə olduğunuz zaman siz yuxuda ətrafdakılar və özünüzün artıq çəki aldığınız barədə fikirlərindən narahat ola bilərsiniz. Xarici görkəminizdəki digər dəyişikliklər siqaret, içki, narkotik qəbulu, seksual fəallığın artması və ya əvvəllər tabu kimi baxdığınız seksual təcrübədə iştirakla bağlı ola bilər. Bu yuxu ciddi müzakirə olunmalıdır, çünki bədənimizə qarşı hiss etdiyimiz hisslər özümüzü insan kimi necə qəbul etməyimizin vacib bir hissəsi kimi xidmət edir. Yuxuda vaxtaşırı eybəcər olduğumuzu görmək o deməkdir ki, şəxsi ləyaqət hissimizin sıxışdırıldığı, qida ilə bağlı pozuntulara yer verdiyimiz halların olub olmadığını düşünmək lazımdır.

EYNƏK: Yuxuda eynək görmüsünüzsə, deməli, həyatınızda tanımadığınız adamların səbəbkar olacağı xoşagəlməz dəyişikliklər baş verəcək. Yalançı insanlar sizin etibarınızdan sui-istifadə edəcəklər. Sınıq eynəklər o deməkdir ki, yaxın insanla ayrılıq sizi haram əyləncələrə sövq edəcək. Qoruyucu eynək görmək yaxınlığınızda olan çirkin, sarsaq insanların çoxluğuna qarşı xəbərdarlıq xarakteri daşıyır. Gənc qadın yuxuda qoruyucu eynək görübsə, bu, yalançı vədlərə boş yerə qulaq asdığına işarədir. Yuxuda eynək taxmaq zəhlətökən insanın sizi təngə gətirəcəyinə işarədir. Qız yuxuda sevgilisini eynəkdə görübsə, bu, labüd mübahisələr və ayrılıqlara işarədir.

EYVAN: Sevgililər üçün yuxuda eyvanda uzun müddət vidalaşma – qəti ayrılığa işarədir. Eyvan görmək – uzaqda olan dostlardan pis xəbərlər almağa işarədir.

EKİPAJ: Ekipaj görmək – kiçik həyəcanlara işarədir; minikdə getmək – azad həyat; miniklə birgə aşmaq – uğursuz qərar çoxlu həyəcan gətirəcək; hərəkət edən minik görmək – sevinc, təntənəyə işarədir; çoxlu ekipaj – ehtiyatlılığınızla zəngin olacaqsınız

EV QUŞLARI: Ev quşları – toyuq, ördək, hind quşu yumurtlayan ev quşlarını yuxuda görmək – cavan oğlan üçün yüksək mövqeyi olan birisiylə düşmənçilik etməkdən cəkinməyin vacibliyini göstərir. Orta yaşlılar üçün bu röya – təcrübəli hərəkət edərsə, işlərini genişləndirmək və inkişaf etdirmək baxımından əlinə yaxşı bir fürsət düşəcəyini xəbər verir. Heç evlənməmiş qadın belə bir yuxu görərsə, bir əkin-biçin adamı ilə evlənəcək və əkinçi həyatı yaşayacaqdır.

EV TİKMƏK: Yuxuda ev tikmək – röya sahibi torpaqla uğraşır, vaxtı xoş keçir, əlinə mal gələcək. Evini şüşədən tikilmiş görmək – röya sahibi yaxında vəfat edəcəkvə ya düşmən tələsinə, fitnəsinə məruz qalacaqdır.

EVLƏNMƏK: Röyada evlənən varlı olur. Birisi röya görəni öpsə, muradına çatacaq. Yuxuda bir qadınla görüşmək – böyük bir adamdan fayda görəcəksiniz. Bir qızla görüşmək – muradınız hasil olacaq.

EYŞ-İŞRƏT: Sıxıntıya əlamət sayılır.

EKZEMA: Dəri xəstəliyi ilə ilgili yuxular görmək – əlinizə az miqdarda da olsa, pul və mal gələcəyinə işarə sayılır.

ELAN: Qazetdə və ya dərgidə cap edilən elanları oxumaq – həyat tərzinizi düzəldəcəyinizə yozulur. Qəzetdəki bir elana cavab vermək – önəmli bir mövqeyə gətiriləcəyinizi bildirir. Röyada özünü elan hazırlayan görmək – calışdığınız iş yerində sizə düşmən münasibətdə olanların aktivliyi, fəaliyyəti zəifləyəcək. Yuxuda kücədə vurulmuş elanları, reklam və afişaları oxumaq – işlədiyiniz müəssisənin uzaq bir şöbəsinədəyişiləcəyinizi ifadə edir.

EŞQ ELANI: Röyada birisinə eşq elan etdiyini görülməsi – dostlarınızdan biri sizə böyük bir yaxşılıq edəcəkdir.

ELEKTRİK MONTYOR: Röyada elektrik mantyoru görmək – işlərinizin maşın sürətiylə inkişaf edib irəli gedəcəyinə işarədir.

ELEKSİR(DƏRMAN): Röyada eleksir qoxulamaq – xəstəliyə vəqəfil bəd xəbərə yozulur.

ELÇİ: Yüksək məqama və şan-şöhrətə çatacağınıza işarədir.

ENİŞ: Röyada hündür bir yerdən aşağı endiyini görən adam həyatda yüksələcək, önə-şöhrətə çatacaqdır,amma sağlamlığına da diqqət yetirməlidir.

ETİKET: Röyada etiket görən buyruq qulu bir adamdır.

ETİRAF: Röyada birinin gərcəkdə sirr kimi saxlanan bir şeyi etiraf etməsi – onun diqqətsizŞ, ehtiyatsız və tədbirsiz bir anlaşmayapacağı anlamına gəlir.

EHRAM: Böyük bir kədərdən sonra təkrar öz əski halınıza qayıdacağınıza işarədir.

EFİR: Röyada efir qoxulamaq xeyrə yozulur, pis xəbərə işarə sayılır.

EŞQ: Kişi yuxusunda sevgilisinin bir başqa aşiqini görərsə, sevgilisinin ona sadiq dost olduğuna yozulur. Ancaq qadın röyada öz sevgilisini görərsə, bu – onun rəqibinin mövcudluğuna işarədir, sevgilıisi əlindən alına bilər.

EŞİK (KANDAR): Bir sınaqdan, imtahandan uğurla çıxacağınıza və xoşbəxtliyə işarədir.

EŞŞƏK ARISI: Səfərə çıxmaq kimi açıqlanır.

Go Back

D- Yuxu Yozumları

23-11-2013

DAĞ: Dağlar böyüklük, əzəmət, təhlükə və müqəddəs torpaq əlamətidir. Dağları çox sevdiyinizə görə onları yuxuda görə bilərsiniz. Dağlar ürəyinizdə təbiətə, həyata sevgi və canlanma hisslərini yarada bilər. Hərdən ya öz seçiminiz, ya da anlaşılmaz şəraitlərə görə özünüzün dağı aşması vacibdir.Yürüşünüzdən qabaq kimlə görüşdüyünüz, nə üçün getdiyiniz və arzularınızın dağında nəyə rast gəlməyə ümid etdiyinizi xatırlayın.Uzun müddət dağ zirvəsi görmək yaxşı əlamət sayılıb.

DALĞA: Yuxuda dalğa görmək elm və təhsildə qərarlı addımlar atacağınıza işarədir (əgər dalğalar təmizdirsə). Əgər çirkli və fırtına zamanı sahilə atılan dalğalar görmüsünüzsə, bu o deməkdir ki, ciddi səhv edəcəksiniz.

DAM ÖRTÜYÜ: Yuxuda damda olmaq hədsiz uğura işarədir. Əgər qorxmusunuzsa və yıxıldığınızı fikirləşirsinizsə, deməli, real həyatda uğur əldə edərək öz mövqeyinizdə daimi olaraq qalmaqda çətinlik çəkəcəksiniz. Yuxuda uçuq dam görmüsünüzsə, sizi bədbəxt hadisə gözləyir. Yuxuda damda yatmısınızsa, həqiqətdə düşmənlərinizin axtarışlarından və yalançı dostlardan uzaqsınız. Sağlamlığınız möhkəm olacaq. Yuxuda dam tikmək uğur əlamətidir.

DAMCI: Yuxuda üstünüzə damcı düşübsə, bu o deməkdir ki, siz qızdırmadan əziyyət çəkəcəksiniz. Yuxuda otun üstündə günəş şüaları altında parlayan damcılar görmək zənginlik əlamətidir. Əgər yalnızsınızsa, tezliklə sizə gözəl toy qismət olacaq.


DAR AĞACI: Dostunun edam olunduğunu görmək o deməkdir ki, həyatda bədbəxtlik istəmirsinizsə, hansısa çətin iş barədə ciddi qərar qəbul etməlisiniz. Özünün dar ağacından asıldığını görmək o deməkdir ki, siz pis niyyətli, riyakar adamlardan əziyyət çəkəcəksiniz. Əgər cavan qadın yuxuda sevgilisinin dar ağacından asıldığını görürsə, bu onun prinsipsiz insanla ailə quracağına işarədir. Əgər dar ağacından hər cür vasitə ilə azad olmusunzsa – sizi xoş nailiyyətlər gözləyir. Yuxuda düşməninizi dar ağacından asırsınızsa – bu, bütün işlərdə uğura işarədir.

DARANMAQ: Yuxuda saçınızı darayırsınızsa, bu yuxu dostunuzun tezliklə xəstələnəcəyinə işarədir. Bu yuxu həmçinin köhnə dostluq əlaqələrinin pozulması və mülkiyyətin itirilməsinə işarədir.


DAŞQIN: Yuxuda şəhər və ya kəndin daşqınlara məruz qaldığını görmüsünüzsə, böyük bədbəxtliyə səbəb olan qəzaya işarədir. Daşqının apardığı insanları yuxuda görmək ağır itkilər və həyatı kədərli və mənasız edən dərin ümidsizliyə işarədir. Su basmış böyük ərazi görmək uzun mübarizədən sonra əldə olunan bolluq və rahatlığa işarədir.


DAXİLİ HƏYƏT: Bir çoxları yuxuda içərisində həyət olan evlər görürlər.Ola bilsin ki, bu sadəcə bizim memarlıqla bağlı zövqümüz və üstünlüklərimizin əksi ola bilər. Lakin bu yuxu çox vaxt yenilənmiş yaşayış yerlərinə qayıtmaq istəyimizi ifadə edə bilər. Daxili bazar həmçinin ana bətnini simvolizə edə bilər: bu halda yuxu həyat mənbəyinə qayıdışdan xəbər verir.Ananızın həyətlə bağlı vəziyyətə təsir imkanı da istisna deyil. Belə olan halda daxili həyət sizin üçün qayğınıza qalınan, lakin eyni zamanda işlərinizə qarışmağa hüququn olduğu bir yerə işarədir.


DAYI, ƏMİ: Əgər yuxuda dayınızı görmüsünüzsə, siz tezliklə kədərli xəbər eşidəcəksiniz. Dayınızı yorğun, qəmgin görmək o deməkdir ki, sizi xoşagəlməz hadisələr gözləyir. Dayını yuxuda ölü görmək o deməkdir ki, sizin təhlükəli düşmənləriniz var. Əgər yuxuda dayınızla aranızda anlaşılmazlıq varsa, bu, sizin ailənizdə xoşagəlməz münasibətlərə işarədir; lakin ola bilsin, bu yuxu yüngül xəstəlik əlaməti sayılsın.

DAYƏ: Yuxuda evinizə dayə dəvət olunubsa, bu yuxu xəstəlik və dostlara uğursuz baş çəkməyə işarədir. Yuxuda dayə evinizi tərk edirsə, bu, sağlamlıq və ailədə xoşbəxtliyə işarədir. Gənc qadın yuxuda özünü dayə kimi görürsə, bu o deməkdir ki, fədakarlığı hesabına insanların dərin hörmətini qazanacaq. Yuxuda qadın xəstəyə baxandırsa və xəstəni itirirsə, bu, həqiqətdə yalanın təsiri altına düşəcəyinə işarədir.


DAZ, KEÇƏL: Yuxuda keçəl adam görmək planlarınıza zərər yetirəcək fırıldaqçılara işarədir. Əgər ehtiyatlı olsanız, buna imkan verməyəcəksiniz. Yaşıl bitkiləri olmayan dağın “keçəl” yamacı aclıq və məyusluğa işarədir. Cavan qız yuxuda daz adam görübsə, bu o deməkdir ki, qeyri-səmimi təklifləri rədd etmək üçün qərarlı və ağıll olmalıdır. Tüksüz uşaq başı ailə səadəti və xoşbəxtliyə işarədir.


DELFİN: Yuxuda delfin görmək sizin yeni hökumətin təsiri altına düşmək meylinizdən xəbər verir. Bu, çox da yaxşı yuxu deyil.

DİBÇƏK: Yuxuda dibçək görmək – xoş, gözlənilməz hadisələr gözlənilir. Yuxuda dibçəyi sındırmaq –qorxu əlamətidir; yaşıl dibçək görmək – uzunömürlülüyə işarədir. Qurumuş dibçək – özünə yer tapa bilməməyə işarədir.

DİLƏNÇİ: Yuxuda özünü və ya dostunu dilənçi kimi görmək pis əlamətdir. Bu, yoxsulluq və qayğıya işarədir. Gənc qadın üçün belə yuxu onun həyat planlarına yersiz maneçilkdən xəbər verir. Yuxuda gördüyünüz dilənçi qoca və əldən düşmüşdürsə, belə yuxu iş adamlarına öz işini yaxşı təşkil etməyin vacib olduğundan xəbər verir. Yuxuda dilənçiyə sədəqə vermisinizsə, bu o deməkdir ki, həyatınızdakı real hadisələr az qala sizi məyusluğa uğratsın və onları dəyişmək vacibdir. Yuxuda sədəqə vermək istəmirsinizsə, bu, yaxşı əlamət sayılmır.


DİRİ-DİRİ BASDIRMA: Yuxuda özünün diri-diri basdırıldığını görmək o deməkdir ki, siz böyük səhv etməyə hazırlaşırsınız və düşmənləriniz bu səhvdən faydalanaraq sizi təhqir etməyə və xələl gətirməyə çalışacaqlar. Əgər qəbirdən çıxaraq xilas olmusunuzsa, böyük səylər nəticəsində düzgün yola uğurla çıxa bilərsiniz.


DIRMIQ: Yuxuda dırmıqla işləyirsinizsə, bu o deməkdir ki, digərlərinə tapşırdığınız iş özünüz bu işə nəzarət etməyənə qədər heç vaxt sona kimi tamamlanmayacaq. Sınıq dırmıqlar o deməkdir ki, xəstəlik və ya hansısa bədbəxt hadisə planlarınızın dağılmasına səbəb olacaq. Başqalarını dırmıqla işləyən görmək o deməkdir ki, kiminsə işinin xoşbəxt nəticəsi sizi sevindirəcək.


DIRNAQ: Yuxuda dırnaq görmək xırda mükafat üçün çox əmək sərf etməli olacağınıza işarədir. Yuxuda dırnaqlarını qaydaya salmaq o deməkdir ki, xeyirli bir işlə məşğul olacaqsınız. Yuxuda uzun və ya sınıq dırnaqlar görmək xəstəlik və işlərdə uğursuzluğa işarədir. Yuxuda çirkli dırnaqlar görmək o deməkdir ki, hadisələrin real vəziyyətinə tənqidi yanaşmasanız, sizi rüsvayçılıq və bu kimi pis şeylər gözləyir.


DİRSƏK: Yuxuda dirsək görmək o deməkdir ki, sizə gərgin iş təklif edəcəklər və buna görə siz mükafat alacaqsınız. Gənc qadın üçün belə yuxu ərə getmək üçün uğurlu imkanlara işarədir. Yuxuda çirklənmiş dirsəklər görmək gənc qızın ərə getmək üçün çox əla şansı əldən verəcəyinə işarədir.

 

Go Back

Ç- Yuxu Yozumları

22-11-2013

ÇARIQ: Yuxuda çarıq görmək yaxşı tanıdığınız bir məkana səyahət edəcəyinizə işarədir. Vətənə də səfər ola bilər. Yuxuda çarığı öz ayağınıza geyinmisinizsə, böyük zərərlər görəcəksiniz. Yuxuda çarıq düzəltmək ətrafdakıların sizə hörmət edəcəyinə və böyük nüfuza işarədir. Əgər çarıq ayağınızdan düşürsə və sizə yeriməyə mane olursa, bu sizin həyatda risk etməyi sevmədiyinizə işarədir. Yuxuda çarıq almaq həyatda təcrübəsizliyinizə görə böyük xoşagəlməz hallar yaşayacağınıza işarədir.


ÇAXIR: Yuxuda çaxır içirsinizsə, bu sizə sevinc və dostluq əlaqələri vəd edir. Çaxırla dolu şüşəni sındırmaq böyük dəbdəbəyə, bolluğa işarədir. Çaxırı bir qabdan başqasına tökmək məşhur yerlərə səyahət və müxtəlif əyləncələrə işarədir. Gənc qadın üçün yuxuda çaxır içmək yaxşı əlamətdir, o, varlı və mərd, alicənab bir insana ərə gedəcək. Yuxuda çaxır şüşələri və çəlləkləri ilə dolu zirzəmiyə düşmək xoş hadisələrə işarədir.

ÇAY: İnsan yuxuda çaya düşübsə və ağzına su dolubsa,vacib şəxsə çevriləcək. İnsan yuxuda boğulursa, lakin sonda qurtulursa, həyatda varlanacaq. İnsan yuxuda çaya paltarla giribsə, bu, real həyatda möhkəm olacağına işarədir. Yuxuda suya düşmüsünüzsə və axına əks istiqamətdə üzmüsünüzsə, bu real həyatda düşməninin ona yardım edəcəyi və qulluq göstərəcəyinə işarədir. Coşqun, dalğalı suda üzmək məhkəmə davasına işarədir. Çayda çimmək itkilərə işarədir. Çayı keçmək xoşagəlməz hadisələrə işarədir. Yuxuda çaydan çıxmaq xoş xəbərlərə işarədir. Çayın üzərində bənd tikmək çətin məqamlara işarədir. Çayda tısbağa tutmaq qəm, kədər əlamətidir.İlan tutmaq zənginliyə işarədir. Balıq – ürəyinizdə olan arzuların yerinə yetəcəyinə işarədir.İnsan yuxuda çaydan gil daşıyırsa, həyatda ev tikəcəyinə işarədir. Çaya baş vurmaq o deməkdir ki, o, qəm-kədərdən uzaq olacaq.

Çay içmək: seçilmiş mühit; dərman çayı içmək – yüngül naxoşluq əlamətidir.


ÇİBAN, YARA: Yuxuda qanlı, irinli çiban görmək yaxın gələcəkdə sizi xoşagəlməz hadisələrin gözlədiyinə işarədir. Ola bilsin, bu xoşagəlməz hadisələrdən biri dostların qeyri-səmimiliyidir ki, sizə çox böyük narahatlıq verir. Yuxuda alnınızda çiban görmüsünüzsə, bu, yaxınlarınızdan birinin xəstəliyinə işarədir.

ÇILPAQLIQ: Yuxuda özünü çılpaq görmək qalmaqal və ümumiyyətlə, pis işlərə işarədir. Başqalarını çılpaq görmək o deməkdir ki, düşmənləriniz sizi doğru yoldan çəkindirməyə çalışırlar. Xəstəlik uğurunuza mane ola bilər. Yuxuda qəflətən özünüzü çılpaq görmüsünüzsə və onu örtməyə çalışırsınızsa, bu o deməkdir ki, alicənab hissləriniz haram buyrulmuş istəklərinizlə ziddiyyət təşkil edir. Qadın yuxuda çılpaq bədənindən zövq alırsa, bu onun kişilərin hörmətini qazanacağına, lakin əldə saxlaya bilməyəcəyinə işarədir. Yuxuda qadın kişilərin təmiz suda çılpaq çimdiyini görübsə, bu, onun çoxlu pərəstişkarının olacağıan işarədir. Su çirklidirsə, qısqanc pərəstişkar onun haqqında xoşagəlməz şayiələrə səbəb olacaq.

Özünü çılpaq görmək: şikəstliyə işarədir; başqalarını çılpaq görmək – həyəcansız yaşayacaqsınız; çılpaq gəzmək – hiyləgər qohumlarınızın olduğuna işarədir.

Yuxuda çılpaq olmaq: mühüm hadisədir.Tez-tez insanlar yuxuda çılpaq olduqlarını və ya yalnız alt paltarında olduqlarından danışırlar. Belə yuxular özümüzə kənardan özünəəminlik təəssüratı bağışlayan, əslində isə zəifliyimizi göstərən bir amildir.Bu, bizim ətrafdakılardan gizlətdiyimiz zəiflikdir. Yuxuda özünüzü çılpaq və ya alt paltarında görmək o deməkdir ki, siz özünüzə tamamilə çılpaq olduğunuz barədə hesabat verirsiniz, başqaları isə buna tamamilə sakit yanaşırlar. Siz öz çılpaqlığınıza reaksiya verməyə başlayanda ətrafdakılar da onu hiss edirlər. Şübhəsiz ki, belə yuxu eksqibisionist və seksual çalarlara və arzular, xəyalların icrasına işarə ola bilər.


ÇINQIL: Yuxuda çınqıl görmək səmərəsiz layihələr və işlərə işarədir. Əgər yuxuda palçıqla qarışıq çınqıl görmüsünüzsə, bu sizə uğursuzluq və mülkiyyət itkisinə işarədir.


ÇİYİN: Yuxuda lüt çiyinlər görmüsünüzsə, bu o deməkdir ki, xoşbəxt dəyişikliklər sizi dünyaya yenidən baxmağa məcbur edəcək. Yuxuda çiyinləriniz çox arıqdırsa, sümükləri çıxıbsa, həyatda başqa insanların şıltaqlığından asılı olacaqsınız.

ÇİYƏLƏK: Yuxuda çiyələk görmək uğur və sevinc əlamətidir. Siz istədiyiniz arzuya çatacaqsınız. Yuxuda çiyələk yemək qarşılıqlı sevgi əlamətidir. Yuxuda çiyələk alıb-satmaq bol məhsul və xoşbəxtlik sayılır.
Xoş və lətif yeməyə, gözəl paltara və buruklukla birlikdə sevincə dəlalət edər.
Yuxuda çiyələk yemək eşqdə xoşbəxt olunacağına işarədir, könül həyatınızda xoşbəxtliklər yaşayacaqsınız deməkdir.
Mövsümündə görülsə sevincdir. Amma çiyələk yetkin və gözəl rəngli olmalıdır. Çiyələk qopararaq yeyən qadının uşağı gözəl olar. Subay biri çiyələk qoparsa bir müddət sonra qisməti açılar.

 

Go Back

20 nəticə göstərilir