Düşüncə Jurnalı

header photo

G- Yuxu Yozumları

24-11-2013

GAVALI: Yuxuda Gavalı nədir? – Yetişməmiş gavalı – narahatlıqlar sizdən yan keçəcək, yetişmiş gavalı – ötəri sevinclər, gavalı yeyirsinizsə – ötəri həvəslərə qatılmısınız, yığmaq – arzularınız yerinə yetəcək, amma sizi sevindirməyəcək, bunların içində çürümüş gavalılar varsa – gözləntiləriniz hədər olacaq deməkdir, çünki tək əldən səs çıxmaz, özünüzüə ömür yoldaşı axtarın.

GECƏ: Yuxuda səssiz gecə sizi əhatə edirsə, işlərinizin ağır keçəcəyini nəzərdə fikirləşə bilərsiniz. Yuxuda gecə sona yaxınlaşırsa, çarəsiz görünən işləriniz aydın həllini tapacaq. Belə yuxudan sonra yaxşılığa doğru dəyişiklik gözlənilir.

Gecə - yaxşılıq və pislik əlamətidir.Yuxuda gecə kiminsə səsini eşitmək o deməkdir ki, gələcəkdə Yer üzünə bəlkə də Allah tərəfindən göndərilən insan gələcək.Belə yuxunu görən insan ekstrasenslik qabiliyyətinə malikdir: o insana keçmiş, gələcəkdən xəbər verə, insanlara şəfa verə bilər. Gecə kiminsə obrazını görmək – bu yaxınlarda etdiyiniz hərəkətdən peşman olacaqsınız. Yuxuda qaranlıq, ulduzsuz gecə görmüsünüzsə, belə yuxu yaşadığınız ölkədə düzgün siyasətin aparılmadığına işarədir.Yuxuda aydın, ulduzlu gecə görmək – yaxşı əlamətdir.Belə yuxu gələcəkdə xoşbəxt həyat, və insanların Günəş sisteminin bütün planetlərini öyrənəcəklərinə işarədir. Yuxuda səmada parlayan obyektlər görmək – gələcəkdə yeni planetlərin kəşf olunacağı və bu planetlərin canlı varlıqları iə əlaqələrin qurulacağına işarədir.Yuxuda soyuq gecə görmüsünüzsə, belə yuxu bizim planetdə günəşin istisi və işığının çatmayacağı dövrün gələcəyinə işarədir.Yuxuda gecənin gəlməsini gözləmək o deməkdir ki, gələcəkdə qəddar bir insanla qarşılaşacaqsınız. Ola bilsin ki, bu, qulyabanı və ya xortdandır. Buna görə də bu insandan qorunmaq lazımdır. Bu yuxu Yerə qara qüvvələrin gələcəyi zamanın yetişəcəyinə işarədir. Bu dövrdə insanları Pislik idarə edəcək, insanların bütün nöqsan, qüsurları çoxalacaq.

GECƏ KÖYNƏYİ: Yuxuda özünüzü gecə köynəyində görmüsünüzsə, bir az kefsiz olacaqsınız. Başqalarını belə paltarda görsəniz xoşagəlməz xabərlər alacaqsınız. İşləriniz də bir müddət ləngiyəcək.

GEORGİN: Yuxuda təzə, aydın georginlər görmək xoş tale deməkdir.

GEYİNMƏK: Yuxuda nə isə sizə geyinməyə mane olursa, bu, həyatda pis insanların məşğuliyyətinizə mane olaraq sizə əzab verəcəklərinə işarədir. Vağzala tələsərək vaxtında geyinə bilmirsinizsə, başqa insanların yüngül hərəkəti sizi qıcıqlandıracaq. Belə yuxu hər bir insanın həyatda özünə güvənməsi və uğur əldə etmək üçün böyük inamla fəaliyyət göstərməsi üçün bir işarədir.

GİCİTKAN: Yuxuda gicitkənlərin arasında qorxmadan gəzirsinizsə, real həyatda uğur əldə edəcəksiniz. Əgər gicitkən sizi yandırıbsa, siz özünüzdən razı qalmayacaqsınız və başqalarını bədbəxt edəcəksiniz. Gənc qadın yuxuda gicitkən kolluqları arasında gəzirsə, bu real həyatds onun müxtəlif kişilərdən evlilik təklifi alacağına və seçim etməkdə çətinlik çəkəcəyinə işarədir. Yuxuda gicitkən görmək səfeh əlamətdir: sözəbaxmayan uşaqlar və maddi çətinlik deməkdir.

GİL: Gil görmək pulla bağlı çətinliklərdən xəbər verir. Əgər yuxuda gilli sahildə çala qazırsınızsa, həqiqətdə düşmənlərinizin sizə qarşı hücuma keçməyə hazır olduğuna işarədir. Torpaq qazmaq və gözlənilmədən gilin üstünə çıxmaq sizin yeni maraqlı işinizə maneələrin olduğuna işarədir. Qadınlar üçün bu yuxu xüsusilə uğursuzluq əlamətidir – səhv addımlar, öz hərəkətlərini düzgün qiymətləndirməmə və son nəticədə sevgi və işlərdə uğursuzluq.

GİLƏMEYVƏ: İşlərdə uğurlara işarədir.

GİMNAST: Yuxuda gimnast görmək o deməkdir ki, sizi işlərinizdə uğursuzluqlar gözləyir, bu yuxu ticarətlə məşğul olan insanlar üçün xüsusilə xoşagəlməzdir.

GİTARA: Yuxuda əlində gitara olmaq və yaxud gitara çalmaq yaxşı əlamətdir. Siz gözlənilmədən maraqlı mühitə düşəcəksiniz və orada öz böyük sevginizi tapacaqsınız. Əgər gənc adam sınıq simlərlə gitara görübsə, onun nəşəli sevgisi qəm və göz yaşları ilə bitəcək. Yuxuda gitara səsi eşitmək o deməkdir ki, yuxunu görən adam üçün təhlükə doğuran sünilik, riyakarlıq gözlənilir. Gitara haqqında yuxu yüngül maraq və həvəslərə qarşı ehtiyatlı olmağı xəbərdarlıq edir.

GÖBƏLƏK: Yuxuda göbələk görmək qeyri-sağlam istək və cəhdlərə işarədir. Bu, məhkəmə iddialarına və yalançı həzlərə işarədir. Göbələk yemək alçaldıcı və utandırıcı sevgi əlamətidir. Gənc qadına belə yuxu gələcəkdə öz mülkünə etinasızlıqdan xəbər verir.

GÖL: Gənc qadın yuxuda gölün çirkli sularında yalqızdırsa, bu, bir çox dəyişikliklərə işarədir; o, tezliklə keçmişdə etdiyi dəliliklərdən, ağılsız hərəkətlərdən peşman olacaq və yaxşı işlərə can atacaq. Qayığı su basırsa, lakin qadın səylə bundan qurtularaq məkana çatırsa, bu o deməkdir ki, o, yalan məsləklərin təsiri altındadır, lakin gec də olsa bunu dəyişərək şərəf və hörmət qazanacaq. Bu yuxu həmçinin, yaxınların xəstəliyinə işarədir. Qadın yuxuda qayıqda olan gənc cütlüyün həyatını riskə ataraq göldə fəlakətlə üzləşdiyini müşahidə edirsə, bu o deməkdir ki, dostlarından biri ona qarşı çirkin hərəkət etsə də, sonda onun iltifatını qazana biləcək. Yuxuda sakit və təmiz göldə dostlarınızla üzmüsünüzsə, bu o deməkdir ki, sizi xoşbəxtlik və zənginlik gözləyir. Sərt daşlar və quru ağaclarla əhatə olunmuş çirkli göl planlarınızın kədərli sonuna işarədir. Gözəl, yaşıl sahilli çirkli göl mənəvi gücünüz ehtirasınız üzərində qalib gələcək və enerjinizi təhlükəsiz və etibarlı istiqamətə yönəldəcək. Göl təmizdirsə və az bitkilərlə əhatə olunubsa bu o deməkdir ki, təminatlı yaşayışınız əxlaqsız hərəkətləriniz ucbatından məhv olacaq. Gölün təmiz suyunda öz əksini görmək sizi sevinc və sevimli dostlar gözlədiyinə işarədir. Suda əks olunan ağac yarpağı görmək xoşbəxtlik və sevgidən doğan sevincə işarədir.

GÖLMƏÇƏ: Yuxuda təmiz sulu gölməçəyə girmisinizsə, sizi xoşagəlməz hadisələr gözləyir, lakin çox yaxında onları yaxşı şeylər əvəz edəcək. Yuxuda çirkli gölməçəyə ayağınızı vurmusunuzsa, xoşagəlməz hadisələr sizi dəfələrlə müşayiət edəcək. Gölməçəyə girərək ayağını islatmaq o deməkdir ki, bugünkü sevinciniz kədərlə nəticələnəcək.

Go Back

Şərh yazmaq funksiyası bu məqalə üçün ləğv edildi.