Düşüncə Jurnalı

header photo

R- Yuxu Yozumları

RAHİB: Yuxuda rahibə diqqətlə baxırsınızsa, bu, ailədə ixtilaf və xoşagəlməz iş səyahətlərinə işarədir. Gənc qadın üçün belə yuxu yalan və böhtanların ona qarşı istifadə olunacağına işarədir. Yuxuda özünü monax obrazında görmək yaxınların itkisi və xəstəliyə işarədir.

Rahib- təmizlik, şövqsüzlük, asketizm, mövhumatçılıq rəmzidir.Ağ paltarlı rahib görmək o deməkdir ki, şimal əraziləri ümumi kilsə rəhbərinin seçilməsi ilə birləşdiriləcək. Rahibi sərxoş görmək ümumi zənginlik və sevincə işarədir. Zəngi vuran rahib görmək – həyəcanlı hadisələr, dəyişikliklər, hakimiyyətlə bağlı qəfil fəlakət rəmzidir. Müharibəyə gedən silahlı rahiblər görmək – cinayətin artması, cinayətə görə cəzasız qalmaya işarədir ki, bu da bütün bəşəriyyətin silahlanmasına gətirib çıxaracaq. Lal rahib görmək – dinə qarşı münasibətdə vandalizm, dini abidələr və müqəddəs yerlərin dağıdılmasına işarədir.Rahiblərə divan tutma həyat prinsiplərinin dəyişilməsi, bütün baş vermiş hadisələrə marağın itməsinə gətirib çıxaran ağır zərbələrə işarədir. Rahibin saç kəsdirmə mərasimini (rahibliyə girmə) görmək insanlar bütün müharibələrə son qoyduqdan sonra Yer üzündə yaranacaq zənginlik və bolluq, firavana işarədir.

RAHİBƏ: Dinlə məşğul olan adam yuxuda rahibə görürsə, bu o deməkdir ki, maddi sevinc mənəvi maraqlara mane olacaq. Qadın yuxuda rahibə görübsə, bu, dul olmağa və sevgili ilə ayrılığa işarədir. Yuxuda qadın özünü rahibə kimi görürsə, bu öz vəziyyətindən narazı qalmağa işarədir. Yuxuda ölü rahibə görmək kədərə işarədir. Ola bilsin, siz sevdiyiniz adamın etibarsızlığını görəsiniz.

RUH: Yuxuda öz ruhunu görmək dindar olmanıza işarədir. Bir işi görməzdən əvvəl bir qədər fikirləşirsiniz. Ətrafdakılar sizi təmiz, alicənab, mərhəmətli və dindar adam kimi tanıyacaqlar. Yuxuda ruhunuzun bədəninizdən ayrıldığını görmək ölümə və xəstəliyə işarədir. Sizin ruhunuz cismin ölümündən sonra başqa simada yerə qayıdacaq çox az ruhlardan olacaq. Əgər yuxuda hansısa insanını ruhununu bədənindən ayrıldığını görmüsünüzsə, tezliklə yaxın adamınızın ölümü və ya ağır xəstəliyi barədə xəbər eşidəcəksiniz. Yuxuda ruhunuzun xilas olmasını istəmək həyatınızda elə vəziyyət yaranacaq ki, siz Allahdan kömək istəyəcəksiniz. Yalnız bundan sonra siz sülh və harmoniya tapa biləcəksiniz.

RÜSVAYÇILIQ: 

Yuxuda uşaqların və dostların rüsvayçı hərəkətindən utanmaq gələcəkdə ümidlərinizin puç olacağına işarədir. Həyəcan ürəyinizi üzəcək. Yuxuda rüsvayçılıq, gözdən düşmə həyatda öz adınızı, etibarınızı təhlükədə qoyaraq mənəvi qaydalara etinasız yanaşacağınıza işarədir. Bundan əlavə, düşmənləriniz sizə əyri baxacaq.

RƏİS: 

Yuxuda rəislə münasibətlər iki cür yozula bilər:1. İşlə əlaqəsi olmayan, sizin üçün dəyərli insan, məsələn, həyat yoldaşınız, doğma qardaşınız və ya bacınız, valideynlərinizdən biri və ya yaxın dostunuz sizin rəisiniz olacaq.Yuxuda qeyri-iş əhatənizdən kimsə rəisiniz olubsa, bu o deməkdir ki, siz onun sizə hədsiz təzyiq göstərdiyini və həyatınızı idarə etdiyini hesab edirsiniz. Bu insanla aranızda onun sizə hakimlik etməsinə gətirib çıxaran münasibətlər yaranır.Bu yuxunun görüldüyü yer iş yeri və yaxud da uydurulmuş bir yer ola bilər. Siz və müdirinizin işlədiyi yeri görmək onun tərəfdən lazımsız şəkildə nəzarət olunacağınıza işarədir.2. Digər versiyaya nəzər yetirək: sizin müdiriniz həmin sahədən tamamilə uzaq qardaş, bacı, həyat yoldaşı və yaxud başqası olur.Əgər müdiriniz şəxsi həyatınıza yaxın insan kimi giribsə, bu o deməkdir ki, öz işinizi qiymətləndirməyin vaxtı gəlib: bir çox ailələri dağıdan əməksevərlik. Yuxuda müdiriniz adi iş əhatəsindədirsə, bu o deməkdir ki, hansısa səbəbə görə siz işdə stress vəziyyətindəsiniz. Ümumilikdə götürsək, öz işiniz haqqında yuxu görmək – bu pul qazandığınıza və yaxud vaxtında işin öhdəsindən gələ bilmirsiniz

RƏNG: 

Bir qayda olaraq, biz rəngli yuxular görürük. Əgər hansısa rəng yuxuda qeyri-adi tərzdə daha çox görülübsə, bu yuxunu ətraflı şəkildə nəzərdən keçirmək lazımdır. Bir çox rənglərlə ənənəvi olaraq müəyyən hiss və emosiyalar bağlıdır və onların bir çoxunun təbiəti arxetip olmaqla Yunqun nəzəriyyəsi ilə bağlıdır.Lakin birmənalı şərhlə məhdudlaşmaq olmaz: rəngin rəmzi onun hüdudlarından kənara çıxır və rəngi qəbul etməyiniz, onunla bağlı vəziyyətdən asılıdır. Yunqun xarakteristikası sizə uyğun gəlmirsə, azad assosiasiya metodunu seçin. Rəng: Müsbət cəhət – mənfi cəhət. Göy,mavi: alicənablıq, sakitlik- depressiya. Qara: hakimiyyət- ölüm və ya matəm. Qəhvəyi: torpaq, təbiət. Boz- bitərəf – ehtirassızlıq, ölüm. Yaşıl: məhsuldarlıq, yenilənmə, zənginlik –xəsislik, paxıllıq. Qırmızı: özünü qurbanvermə, seksuallıq – şəhvət, qadağalı cinsi əlaqə, alçalma, fiziki əlillik. Narıncı: əyləncə, dəyişikliklər – məcburi dəyişikliklər,dağıdıcılıq. Bənövşəyi: əzəmət, böyüklük, müsbət fərdi yüksəliş – Sarı: işıqlanma – qorxaqlıq, xəstəlik.Ağ: təmizlik, sağlamlıq, dini ayin- boşluq.

RƏNGSAZ: 

Yuxuda rəngsazların işini müşahidə etmək o deməkdir ki, planlaşdırdığınız yeniliklər sizə məmnunluq hissi verəcək, özünüzə inam və gücü artıracaq. Yuxuda rəngsaz olmaq həyatınızda gizli şeylərin çox olduğuna, dostlarla ünsiyyət qurmaq və yeni tanışlıqlara meylli olmadığınızdan xəbər verir. Yuxuda rəngsaz görmək o deməkdir ki, sizə heyran olan pərəstişkarınız olacaq, lakin o, bunu sizə deməyə, ürəyini açmağa cəsarət etməyəcək. İşə rəngsazlardan ibarət işçi qrupu götürmək o deməkdir ki, məşhurluğun zirvəsində olacaqsınız, bir çoxları ətrafınızda dolanaraq sizə yaltaqlanacaqlar.

RƏQS:

Rəqslər insana möhkəm psixoloji və mənəvi rahatlıq verir. Bir çox primitiv mədəniyyətlərdə rəqs müqəddəs təsirlərə aid olur və eyni zamanda yaxşı rahatlıq və istirahət metodu hesab olunur. Otuz əsrdən çox bir dövrdə dini bütlər qarşısında ritual rəqslər tərifləmə və ilahi prinsiplərə pərəstiş rəmzi olub. Bir qayda olaraq, belə rəqslər Allah sitayiş və onun xeyir-duasını almaq üçün ifa edilirdi.Müasir mədəniyyətdə rəqslər əyləncə sahəsinə aid edilir və iki əks cinsin nümayənədləri arasında oynanılan dindən uzaq bi əlamət kimi qiymətləndirilir.Biz rəqs edərək özünəməxsus şəkildə gələcəkdə xoşbəxt münasibətlərə ümidimizi ifadə edirik. Bununla bağlı bir çoxları üçün rəqs seksual məna kəsb edir. Yuxuda tək yoxsa kiminləsə rəqs edirsiniz? Bu onunla bağlı ola bilər ki, sizin üçün rəqs daha dərin məna kəsb edir.Bir çox insanlardan “necə istəyirəm elə də rəqs edirəm” ifadəsini eşitmək olar ki, bu da həmin insanın ətraf mühitə nümayişanə fikirlərini ifadə edir. Yuxuda tərəf müqabilinizlə oynayırsınızsa, bu onu göstərir ki, çoxluqda özünüzü narahat hiss edirsiniz. Burada hansı rəqsi oyandığınız və nə geyindiyinizi nəzərə almaq lazımdır. Sizin üçün başqaları rəqs edir? Bu anda sizin həmin insanlara münasibətiniz əks olunur. İkisindən biri: ya bu insana qarşı ehtiraslısınız, ya da əksinə. Bu cür yuxular öz açıq-saçıqlığı ilə yuxu görən adamı heyrətə gətirir. Özünüz rəqs etdiyiniz halda müəyyən edin ki, həqiqətən təklikdə rəqs edirsiniz yoxsa sanki sizinlə birlikdə tərəf müqabiliniz də fırlanır? Ola bilsin ki, sizə elə gəlir ki, digərləri sizin nüfuzunuzu tanımırlar və sizinlə qarşılıqlı münasibətlərdə öz öhdəliklərini yerinə yetirmirlər. Rəqs və musiqi bir-birinə uyğun gəlmirsə və ya rəqsdə musiqisiz rəqs edirsinizsə, ola bilsin ki, siz həyatınızın hansısa tərəfini və münasibətlərinizi şübhə altına qoyursunuz. Başqaları sizin üçün rəqs edirlərsə, buna aydınlıq gətirin: rəqs seksualdır yoxsa o daha çox mərasim xarakteri daşıyaraq çıxışlara oxşayır? Nə üçün?

Go Back

Şərh yazmaq funksiyası bu məqalə üçün ləğv edildi.