Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Kişi Psixologiyası"

Kişilərin futbol sevgisi

Görəsən, niyə xüsusilə kişilərin həyatında futbol matçlarını seyr etmək, bir futbol komandasının tərəfdarı olmaq bu qədər əhəmiyyətlidir? Niyə kişilər futbolu fanatik olma dərəcəsində bu qədər çox sevib təqib etməyə çalışır, hətta bütün plan və proqramlarını matç saatlarına görə qururlar?

Azarkeşlik etdikləri komandanın qazanmalarından çox xoşbəxt olub, itirdiklərində depressiyaya girəcək qədər özlərini pis hiss edirlər?

Bu və digər sualların cavablarını idmansevərlərlə bərabər psixoloqlar illərdən bəri araşdırmaqdadır. Araşdırmalara görə xüsusilə kişilərin matç seyr etməsinin ən əhəmiyyətli səbəblərindən biri fikirlərini dağıtmasıdır. Futbol gərgin iş rejimindən, gündəlik həyatın gətirdiyi məsuliyyətlərdən qurtuluş vasitəsidir.

Eyni zamanda, kişi matçı seyr edərkən özünü komandanın, ya da bir oyunçunun yerinə qoyur. Yəni, özünü onunla eyniləşdirir. Azrkeşlik etdiyi oyunçunun, yaxud komandanın müvəffəqiyyətini öz uğuru kimi qəbul edir. Oyun bitdiyində əgər komandası qazanıbsa, hesabı soruşduğumuzda şəxsin “bacardıq” deməsini yəqin çoxları eşidib. Əslində “bacardıq” kişilərin özlərini komandaları ilə nə qədər eyniləşdirdiklərinin ən güclü dəlilidir. 

Necə ki, qadınlar aktrisa və modelləri özlərinə ideal seçərək onlara bənzəməyə çalışır, eləcə də kişilər futbolçuları özlərinə kumir hesab edirlər. Çünki futbolçu şəxsiyyətinin özü kişiyə şöhrət, güc, pul, rəqabət və dayanıqlılıq kimi hisslər gətirir və kişilərin özlərini daha yaxşı hiss etməsini təmin edir.

Psixologiyada bu məlumatları dəstəkləyən “İctimai şəxsiyyət nəzəriyyəsi”nə görə, özünə inamı olmayan şəxslər özlərini tək və təcrid edilmiş hiss edər, qayğılı hiss edərlər. İdman tərəfdarlığı “birlik”, “bərabərlik” və “bağlılıq” duyğularının kişilərdə yüksəlməsini təmin edir. Həmçinin depressiya riskini azaldır. Eyni zamanda futbol, kişiləri yeknəsəklikdən uzaqlaşdırır. Qadınların həyatı qədər rəngli və dolu olmayan həyatlarına həyəcan və coşğu qatmasına köməkçi olur.

Ayrıca futbol kişilərin içində basdırdıqları aqressiyanı sağlam şəkildə ortaya çıxarmasına fürsət verir. Kişilər xüsusilə matç seyr etdikləri an dünyadan əlaqələrini kəsə bilər, heç kimin düşüncələrinə, söylədiklərinə əhəmiyyət verməzlər.

Kişilər üçün futbol seyr etmək bir növ ictimailəşmə, ünsiyyət formasıdır. Bu zaman azarkeşin içində hər cür strategiya və taktika olur və beyni işlədir. Kişilər üçün futbol bir növ müalicədir. Hörmətlərini gücləndirən, aid olma duyğusunu yaşadan, həyəcan, coşğu və kef verib adrenalin ifraz edən müalicə. Həyatın stress, məsuliyyət və yeknəsəkliyindən qaçış fürsəti təmin edən vasitə sayıla bilər. Futbol yalnız bir oyun deyil, gerçək mənada kişilərə təqdim edilə bilən bir hədiyyədir. Bununla birlikdə, yenə də diqqət yetirməmiz lazım olan nöqtə isə hər şeydə olduğu kimi həyatımızda futbol taraftarlığında da həddindən artığa qaçmamaqdır. Yəni fanatikləşməmək.

Nəticədə həyatdakı bir çox şey kimi futbol da asılılığa səbəb ola bilər.

Kayzen.az

Go Back

Kişilər haqqında 10 fakt

Kişilər də ən az qadınlar qədər çətin varlıqlardır. Söhbət sevgi münasibətlərindən gedirsə, bu vəziyyət iki qat artır.
1. Hər kəs qadınların daha tez aşiq olduğunu düşünür. Lakin aparılan araşdırmalar sübut edib ki, kişilər qadınların düşündüyündən daha sürətlə aşiq olurlar.
2. Seksə başlayan tərəf hər zaman kişilər olmaq məcburiyyətində deyil. Buna görə də qadın ilk addımı atdıqda, bu, kişilərin çox xoşuna gəlir. Eyni zamanda, fərqli təcrübələr yaşamaq da onları başdan çıxarır.
3. Evli cütlüklər üzərində aparılan araşdırmalardan biri sübut edib ki, yenidən evlənmə şansları olsa, kişilərin 90%-i yenə eyni qadını seçər. Yəni münasibətlərdə bağlılıq yalnız qadınlara məxsus deyil. 
4. Kişilərin baxımlı qadınlardan təsirləndikləri bir həqiqətdir. Ancaq yataqdan yeni qalxan və gecə köynəyindəki halınız də onların ağlını başından ala bilər. Kişilər sizi ən təbii halınızla gördükdə özlərinə daha yaxın və son dərəcə cazibədar hiss edir. 
5. Düşünülənin əksinə olaraq, kişilər romantik qadınları seksual qadınlardan daha çox bəyənir. Eləcə də təbii gözəlliyi olan qadınları həddən artıq makiyajlı qadınlardan üstün tutur.
6. Aşiq olan kişi duyğularını paylaşır, sevgilisini güldürməyə çalışır, onu qucaqlayıb öpməkdən əsla çəkinmir. Qısası, sevgilisinə daha çox sevgi dolu davranır.
7. Kişilərin yataqda yalnız seks düşündükləri yanlışdır. Kişilər sevgililərini qucaqlamağı qadınların təxmin etdiklərindən daha çox sevirlər.
8. Kişilər münasibətdə ilk “səni sevirəm” deyən tərəf olmaqdan çəkinmirlər. Araşdırmalara görə, kişilərin 66 faizi bu mövzuda olduqca açıqdır.
9. Yalnız qadınlar deyil, kişilər də onlara kompliment deyilməsini çox sevirlər.
10. Kişilərin bir qadınla münasibəti ola-ola digər qadınları fiziki olaraq cazibədar hesab etmələri bir həqiqətdir. Ancaq bu vəziyyət onlarla yaxından maraqlandıqları mənasını vermir.

Kayzen.az

Go Back

Kişilərin bədən dili nə deyir?

Mütəxəssislər bildirir ki, kişiləri yaxşı müşahidə etməklə onların düşüncələrini oxumaq mümkündür. Tərəf müqabilinizin düşüncələrini anlamaq üçün sadəcə olaraq bəzi məqamlara diqqət yetirməniz kifayətdir. 

Yalan söyləyir
Burun və ya qulaqları oynayar. Bir kişi yalan söyləyərkən ifşa olunmaqdan qorxduğu üçün ürək döyüntüsü artır və burun, qulaq, alnında qan sürətlə dövr etməyə başlayır. Bu isə titrəyişə səbəb olur. Bu zaman ona doğrunu dedirtmək üçün dost maskanızı taxın. Sonra da günahlandırıcı rəftardan çox, maraqlı görünürmüş kimi suallarınızı ünvanlayın. Sanki əhəmiyyətsiz görünürmüş kimi davranın, əgər onu kifayət qədər dinləyəcək qədər səbrli olsanız, fikirləri dolaşacaq və doğrunu sizə söyləyəcək. 

Kişilər niyə aldadılır və aldadır? 
Kişilər nəsə etiraf etmək istəyir, üstəlik, bu, yaxşı bir şey deyil. Bu zaman dodaqları gərginləşir. Bir kişi bir şey söyləməkdən çəkindikdə ağzı gərilir və pis xəbəri vermək mövzusunda qərarsız olduğu üçün dodaqlarını bir-birinə sürtür. Kişilərin çoxu qadınların anlamayacağından qorxduğu üçün hər zaman nəyisə gizlədir. Bu zaman suallarınızı səmimi verin, bu, kişilərin etiraf etmələri üçün ab-havanı yumşaldır. «Gərgin görünürsən. Mənə söyləmək istədiyin bir şey var?» — deyə soruşun. Nə olursa olsun, sakit görünməyə çalışın. Bir kişinin danışarkən sizin verəcəyiniz reaksiyaya görə söyləyəcəklərini dəyişdirməməsi üçün neytral ifadəyə köklənin. 

Eqosu yaralanmış
Bu cür kişilər biləklərindən birini tutur. Saatını düzəldir kimi görünə bilər, amma bu, özünü etibarsız hiss etdiyinə bir işarədir. Özünü qorumağa çalışır, qollarına bədəninə qalxan edirmiş kimi davrandığına fikir verin. Bu zaman nəzərə alın ki, kişilər özlərini super qəhrəman kimi hiss etməyi sevir. Müdiri tərəfindən danlandığı və ya sizdən pis bir davranış gördüyü üçün özünə inamı sarsılır. Duyğuları zədələndikdə, yaxud müəyyən bir problemi həll etməyə çalışarkən kişilər özlərini gücsüz hiss edir. Mövzu haqqında düşünməsi və ya nəzarəti geri qazanması üçün ona bir az zaman verin. 

Əlaqəniz haqqında qərarsızdır
Bu cür kişilərin əlləri davamlı məşğul görünür. Yaxınlaşmaqdan çəkinir və əllərini məşğul etməklə sizə toxunmaqdan qaçır. Qərarını verənə qədər fiziki məsafə yaratmaq, ümumiyyətlə, kişilərin duyğularını götür-qoy etmələri üçün istifadə etdikləri davranış formasıdır. Bu zaman onun üzərinə gedin. «Bir-birimizə qarşı açıq olmağı sevirəm, amma mənə söyləmədiyin bir şey olduğunu hiss edirəm», — deyin. Əgər əvvəldən özünü müdafiəyə başlasa, “hər nədirsə mən öhdəsindən gələ bilərəm”, – söyləyin. Söylədiklərinin sizi əsəbləşdirməyəcəyinə əmin olduqda, özünü ifadə etməkdən çəkinməyəcək və doğrunu danışmağa başlayacaq.

Kayzen.az

Go Back

Kişilərin yalanları

Həyatda hər birimiz bir dəfə də olsa, yalan danışmışıq. Bəziləri kimsəyə ziyanı olmayan yalanlar olsa da, bəziləri həqiqi yalanlar olub. Xüsusilə qarşı cinslə olan münasibətlərimizdə bu münasibəti qorumaq və davam etdirmək üçün kiçik yalanlar söyləyə bilirik. 
Görəsən, qadınlar daha çox yalan deyir ya kişilər? Bu sualın cavabı mübahisəlidir. Ya da kişilər hansı yalanları deyir deyə bir sual verək. Bəlkə bu yalanları bilmək münasibətlərinizdə köməkçi olar. Bu da kişilərin daha çox dedikləri yalanlar. 

Üç dəqiqə qaldı
Kişilər üçün zaman anlayışı sadəcə sizi gözləyəndə yavaş olar. Əks təqdirdə onlar üçün saat problemi yoxdur. Siz onu hər hansı bir yerdə gözləyin, o harada olursa olsun, əmin olun ki, zəng etdiyinizdə 3 dəqiqə qaldığını deyəcəkdir. Özləri isə gözləməkdən xoşları gəlməz. Buna görə də danışarlar. Ancaq özü gözlətdirərsə “Nə olub ki, tıxacda qalmışdım” deyər. 

Dəyişəcəyəm
Münasibətinizdə problemlər yaşaya bilər, hətta ayrıla bilərsiniz. Kişilər barışmaq istədikləri qadınlara bir çox vədlər verərlər. Dəyişəcəklərini, bir daha etməyəcəklərini söz verərlər. Ancaq söz verdikləri o dəyişmə heç vaxt gerçəkləşməz. Necə olsa, elə davam edəcəkdir və durumu qəbul etməsi lazım olan adam siz olacaqsınız.

Bilirəm təbii ki
Kişilər “bilirəm təbii ki” deyərək cavabladığı sualların yarısını bilirlər. Məsələn “ X-yerə getməyi bilirsən?” deyə soruşduğunuzda “bilmirəm” cavabını almağınız mümkün deyildir. Amma getdiyiniz zaman necə gedilməsini düşünəcək və birindən soruşmamaqda inad edəcəkdir. 

Oxumuşdum, amma xatırlamıram

Kişilər qarşılarındakı xanımla özünü bərabər və ya üstün görmək istəyər. Bu səbəbdən çox vaxt sizinlə yarışarlar. Elmi, mədəni, intellektual baxımdan sizdən üstün olmağa çalışarlar. «X-kitabı oxudunmu?» deyərək soruşduğun hər suala “Oxumuşdum, amma xatırlamıram.” cavabını verəcəklər. Oxumuşdum deyərək mədəni zənginliyini göstərərkən “amma xatırlamıram” deyərkən kitab haqqında verdiyiniz suallara cavab verməmək şansı əldə edərlər. Eyni şey filmlər üçündə keçərlidir. 
Ən çox səni sevdim
Qadınlar da kişilər kimi sevgililərinin, həyat yoldaşlarının ilk məhəbbəti olmaq istəyərlər. Buna görə tez-tez “Kimi çox sevdin, mənimi?” kimi suallar yönəldərlər kişilərə. “Xeyr, sevgilim, bir Şəhla var idi, onu dəlicəsinə sevirdim.” deyən bir kişi ilə qarşılaşmaq qeyri-mümkündür. Sizdən əvvəl başqasını çox sevmiş olsalar da, “Təbii ki, ən çox səni sevdim, sevgilim.” deyəcəklər. 

Beş il sonra mən
Kişilər hər zaman gələcəklərinin çox parlaq olacağına inanarlar. Zəkalarına və qabiliyyətlərinə güvənən kişilərə görə həyat o qədər də çətin deyildir. Evlilikdən, işdən, puldan bəhs etdiyiniz zaman verəcəyi cavab mütləq «Beş il sonra ehh mən haralarda olacam.» tərzdə olacaqdır. İş burasındadır ki, beş il sonra da dəyişən bir şey olmur.

Kayzen.az

Go Back

Qadınların kişilərdən gözlədiyi davranışlar

Təxmin edilməyən addımlar
Təbii ki, bu, hər gün onunla başqa bir ölkədə olmalı, ya da eyvanının altında serenada oxumalı olduğunuz anlamına gəlmir. Spontan davranışlarınızı kiçik şeylər üzərində qurun. Məsələn, bir gün yolda gedərkən, “gəl, yeməyə gedək” demək də onu xoşbəxt edəcək. Qadınlar kişilərin növbəti addım olaraq nə edəcəyini bilməyəndə daha çox həyəcanlanırlar. 
Bir az təkid edin
Əgər bir qadın sizə “yox” deyirsə, əslində “yox” demir. Amma, “hə” də demir. Belə hallarda etməli olduğunuz onu razı salmağa çalışmaq, cavabının qəti “hə” olmasına nail olmaqdır. Həddi aşmamağa çalışın. 
İnanc
Xüsusilə özünə inanmadığı zamanlarda ona inanan bir kişi hər qadının diqqətini çəkir. Yeni bir işə başlayırsa, ona bunu bacaracağını deyin. Bunu sadəcə dildə söyləməyin. Ona həqiqətən inanın və dəstək olun. 
Hədiyyələr
Əgər qadınların sadəcə zinət əşyaları sevdiyini düşünürsünüzsə, tamamilə yanılırsınız. Sözarası sevdiyini dediyi hər hansı bir şeyi heç gözləmədiyi anda alıb gətirsəniz, daha xoşbəxt olacaq. Bu, sevdiyi bir çiçək, yaxud şokolad, şirniyyat da ola bilər. 
Yumor hissi
Alimlər gülməyin ən təbii afrodizyak olduğunu deyir. Onu güldürmək üçün zarafatlar edin. Təbii ki, həddinizi aşmadan. 
Diqqət
Çox da şitini çıxarmadan, gündüz yüz dəfə zəng etmədən, ya da gün ərzində tez-tez mesaj yazmadan da diqqətcil ola bilərsiniz. Günün sonunda səmimi şəkildə soruşacağınız “günün necə keçdi?” sualı işinizə yarayacaq. 
Pozitivlik
Duyğusal olaraq özünü yaxşı hiss etməyən bir qadın üçün motivasiyaedici cümlələr çox romantik ola bilər. Sadəcə gülümsəyin və onu hər şeyin yoluna düşəcəyinə inandırın. Gözəl duyğular özü ilə daha da gözəllərini gətirir. 
Dürüstlük
Qadınlar bu məsələdə çox həssasdırlar. Bir yerə getmək istəmədiyiniz zaman bəhanə uydurmaq yerinə “ora getmək istəmirəm, çünki bu gün başqa bir şey etmək istəyirəm” deyərək dürüst ola bilərsiniz. Hər zaman sözün düzünü danışın. 
Hörmət
Əgər hələ də qadınları kişilərdən daha gücsüz hesab edirsinizsə, demək, qadınlar haqqında heç bir şey bilmirsiniz. Ona layiq olduğu dəyəri verin və bunu etməkdən çəkinməyin. Münasibətdə xoşbəxtliyin açarı iki tərəfin də bir-birinə hörmətidir.

kayzen.az

 

Go Back

Kişilərin 7 böyük qorxusu

 
Onlar cazibədar, yaraşıqlı və güclüdür. Qadınları maraqlandıracaq qədər bacarıqlıdırlar. Belə halda kişilər nədən qorxurlar ki?

Cavabı sizi çaşdırmasın.
Bəzi zamanlar kökəldim və ya artıq çirkinləşdim deyə kişilər mənə baxmırlar deyə narahat oldunuzmu? İnanın ki, sizin belə həyəcanlarınızın olduğu kimi kişilərin də bir neçə rahatsız olduğu hallar vardır.

Kişilərin qorxduqları 7 şey... 

Keçəl qalma qorxusu

Bruse Üillis, Sean Connery bir çox qadın tərəfindən cazibədar qəbul edilsələr də ikisininin də ən böyük qorxusu keçəl olmalarıdır. Həkimlər artıq kişilərin çoxunun 20 yaşından sonra saçlarının tökülməsinin qaçılmaz olduğunu qeyd etmişlər. Bunun səbəbini kişilərdə testesteron səviyyəsinin yüksək olması ilə bağlayırlar. Əgər sizin sevdiyiniz kişidə belə bir problem varsa, diqqətli olun ki, bu mövzuda onu yaralamayın, deyin ki, siz onun saçının bu halını daha çox bəyənirsiniz. smile 

Pul qazana bilməmək qorxusu

Hər bir qadın kişisinin bacarıqlı, xarakterli, güclü olmasını istər. Pul məsələsində məlumdur ki, kişilər qadınlardan daha çox qazanclı olmağa can atarlar. Xanımlarının onlardan daha çox pul qazanmasından narahat olarlar. Əgər belə bir hal varsa, pulun sizin üçün önəmli olmadığını, onun daxili xasiyyətini sevdiyinizi dilə gətirin.

Kiçiklik qorxusu

Sirr olmadığı kimi kişilər cinsi orqanlarının boyuna xüsusi əhəmiyyət verirlər. Qadınların bu incə məsələdə kişilərə dəstək olmasının onların psixologiyasına müsbət təsiri olur. Qadınlar həyat yoldaşlarına onlarla bərabər olarkən "Çox gözəl bədənin var, bəyənirəm" deyə bilərsiniz. Əsla cinsi orqan barədə bir fikir yürütməyin.

Rəddedilmə qorxusu

Kişilərin qəribə xarakterləri olur. Bəziləri sırf rədd edilmə qorxusundan bəyəndiyi qadına yaxınlaşmazlar. Özlərində əksikliklər hiss edən kişilər qarşı cinsə yaxınlaşmağa cəsarət etmirlər. Belə hallarda qadın da kişidən xoşlanıbsa, ona yaxınlaşması üçün yardım etməlidir. Ona bəyəndiyinizi bildirən siqnallar ötürməlisiniz. fellow 

Çox tüklü olmaq

Tutaq ki, tətildəsiniz və bir neçə gündür gördüyünüz çox yaraşıqlı bir kişi ilə indi də çimərlikdə rastlaşdınız. Köynəyini çıxartdıqda onun bədəninin qorilla bədəni kimi tüklü  olduğunu görürsünüz. Artıq belə durumda onu bəyənməyə davam edib-etməyəcəyinizə siz qərar verirsiniz. Amma bəzi qadınlar belə tüklü kişilərdən xoşlandığı halda bəziləri nifrət edirlər. Əgər onun bu halından məmnunsunuzsa, tanış olmağa davam edə bilərsiniz.

Ailənizlə tanış olma qorxusu

Kişilərə görə sizin ailəniz sizə sahib olan, sizin həyatınız haqqında qərar verən hakim insanlardır. Bu səbədən ailənizlə tanış olmaq söhbəti meydana çıxdıqda bir səbəb tapıb uzadırlar. Belə halda ailənizin ona inandığını və tanışlığa gələrsə, daha çox sevinəcəklərini söyləyin.

Bağlanma qorxusu

Bir kişi üçün öz-özünü kontrol etməsi çox mühümdür. Və bir kişi bir qadına təmamilə aşiq olduqda "Tanrım, kontrolumu itirdim, gücsüzləşdim" deyə düşünür. Hissləri o qədər coşqulu olur ki, həyatının tək mənasını sizi xoşbəxt etməkdə görür. Sizi itirməkdən də qorxar. Belə halda O, sizə "Sənə olan məhəbbətim məni də qorxutmaya başladı" deyə bilər. Sizin cavablarınızdan çox şey asılıdır. Məsələn, ona belə deyin. "Əzizim, bu hisslərin çox normaldır. Mənə qorxularını etiraf etdiyin üçün çox cəsursan."

qadin.net

Go Back

Kişilər niyə susur?

Kişilər bəzən "Susmaq-qızıldır' xalq deyiminin dəyərini anlayırlar. Psixoloqların fikrincə, kişilər
qadınlarla aranı pozmamaq üçün susduqları zamanlar olur. Qadınlar hardan bilsin ki, bu susqunluq onun qəlbinin sakitliyi üçündür. Kişilər isə öz sirlərini gizlətməyə çalışırlar.
Sirr 1
Qonşu mənzildəki xanım həqiqətən çox gözəldir. 
Bu о demək deyil ki, kişi onun yanına getmək istəyir. Siz soruşsanız ki, "Qonşu mənzildəki xanım gözəldir?", cavab isə "Kim? Qonşu mənzildəki xanım? Men heç fikir verməmişəm" olacaq. Kişilər bu cürdür - onlar ətrafda cazibədar qadın görən kimi avtomatik baxırlar.
Sirr 2
Bəzən "Mən futbola gedirəm" ifadəsi "Sənin əlindən bir az dincəlmək istəyirəm" deməkdir.
Çox zaman futbola (digər idman oyunlarına) getmək kişilərin öz yarının əlindən dincəlmək bəhanəsidir. Əlbəttə heç bir ağıllı kişi deməz ki, "Əzizim, səndən yo­ruldum, istəyirəm dostlarım ilə vaxt keçirim". Odur ki, özlərini idman həvəskarı ki­mi göstərirlər. 
Sirr 3
Bütün öhdəliklər onları cəsarətli olmaqdan məhrum edir.
Nadir kişi tapılar ki, öz arzu­sunun qadını ilə tanış olan ilk gündəncə toy və evin planı haqda fikirləşməyə başlasın. Əksəriyyətinə ay­larla, hətta illərlə vaxt lazım olur ki, sevdiyi xanım ona evlənmə təklifini gözlədiyi haqda fikirləşsin.
Sirr 4
Bərabər hüquqluluq - bu yaxşıdır, lakin kişi daha çox qazanmalıdır.
"Qazanc gətirən" fikri illərlə kişilər üzərində qalmış bir fikirdir. Onlar daşıyıb gətirir, qadın isə yemək hazırlayır. Qadın da kişi kimi çox qazanc gətirmək istəyəndə ai­lədə münasibət dəyişir, la­kin heç bir kişi "mətbəxdə olmaq" istəməz. 
Sirr 5
Əslində ev işləri onların xoşuna gəlir.
Kişilər çox zaman qadınların evdə "kişi işi" saydıqları işləri (divara mismar vurmaq, mətbəxdə su kranını düzəltmək) əslində isə görməkdən imtina edirlər. On­ların ev işlərindən xoşları gəlir. Onlar üstünlüklərinin daxili təəssüratı baxımından "mənsiz burda heç nə işləmir, heç nə düzəlmir" fikirləşirlər. Bəs niyə bunu qadından gizlədirlər? Bəlkə ona görə ki, bütün bu işlər onlar üçün əlverişsiz vaxtda deyilir 
Sirr 6
Ilbəil onlar öz yarılarını çox sevirlər.
Kişilərin emosional yüksəlişi mərhələli baş verir və 40-50 yaşda pik vəziyyətinə çatır. Əksər kişilər də psixoloqların bu fikrilə razılaşırlar. İlbəil kişilər öz yarılarının təbiətində əvvəllər məlum olmayan yeniliklərini aşkar edirlər. Yaşlaşdıqca daxili qiymətqoyma baş verir və kişilər yarılarında əvvəllər diqqət yetirmədikləri keyfiyyətləri qiymətləndirməyə başlayırlar. Lakin onların heç biri öz qadınlarına de­məz ki, "Əzizim, mən səni günbəgün çox sevirəm". Çünki qadın elə başa düşər ki, "əvvəllər o, məni bəyəm az sevirdi?". Onun hissiyat gücünün yox, təbiətinin dəyişdiyini izah etməkdənsə, ən yaxşısı susmaqdır.
Sirr 7
Bəzən onlar qadınların nə barədə danışdığını başa düşmürlər.
Bu kişi sirlərinin ən qorxulusundan biridir. O gecəyarısı mətbəxdə həyat yolda­şının təntənəli nitqindən nə-isə bir şey başa düşdüyünü boynuna almaq iqtidarındadır. Ən yaxşı halda "Bəli, bəli, hər şeyi başa düşdüm", "Əlbəttə, əzizim, sən düz dəyirsən" demək yaxşı olardı. Nəinki təkrar nəisə soruşub, onun da cavabını 15 dəqiqə dinləmək.
Sirr 8
Onlar sükan arxasında qadınlardan qorxurlar. 
Qadın sükan arxasında, ki­şilər isə arxada oturanda, onlar daxildə qorxaq oğla­na dönürlər. Lakin onlar bu haqda heç vaxt boynuna almırlar, onların dodaqlarından heç bir kəlmə də çıxmayacaq. Suret 30 km/saatı ötərsə, kişi deyəcək ki, "Əzizim, mənə elə gəlir ki, biz çox sürətli gedirik", şübhə etməyin - o, qorxub. 
Sirr 9
Kişilər gizlin arzu edirlər ki, onların 25 yaşı olsun. 
Bunu isə heç vaxt boyunla­rına almırlar. İstəyirlər ki, onların 25, ən uzağı 30 yaşı olsun.
Sirr 10
Ona asudəlik verin - o, sizə əbədilik bəxş edəcək.
Pis fikirlərsiz və ürəkdən kişi asudəliyinə hörmət edən qadın onun ürəyinə olan və əbədi yanında olması üçün açarı əldə etməyə böyük şansdır. Kişinin hər addımını izləyən qısqanc qadın ro­lunu oynamaqdan vaz ke­çin. Qoyun özü özlüyündə olsun, dostları ilə yeyib-içməyə getsin, tək dincəlsin.

kayzen.az

Go Back

Kişi stilində kobud səhvlər

Son moda tendensiyalarının dalınca getmək qadınlara yaraşar.Hər yeni çıxan geyim,aksessuarlarla oynamaq kişilərin bəxtinə yazılmayıb. Neyləyək, hamısı zəmanədəndir...
Çox rəng.Maksimum 3 rənglə kifayətlənin. Şalvar boz, köynək qırmızı, ayaqqabı qəhvəyi, palto da qonur olanda çox pis olar,əzizlərim.Çalışın alabəzək tutuquşuya dönməyin. 
Çoxtəbəqəlilik.Bunu həm qocalar,həm gənc oğlanlar,həm də yekə kişilər edir.Az qalırlar şkafda nə varsa,hamısını geysinlər. Futbolka, köynək, sviter, jiletka, sonra da pencək. Hamısı da bir-birinin altından çıxır.Soyuqdursa,get isti kurtka al,daha niyə özünü pis göstərirsən? 
Köhnə ayaqqab. Əgər əşya öz ideal görünüşünü itiribsə,onu tullamaqdan çəkinmə.Çoxları köhnə,rahat,ayağa öyrəşmiş ayaqqabılarına elə öyrəşir ki,onları atmaq istəmir. 
Aksessuarların yanlış seçimi. Ay kişilər,yadda saxlayın ki, qalstuk, zaponka, portfel, qayış(kəmər), saat bizim haqqımızda çox şeyi deyir, çalışın ona fikir verin. Yalnız bir aksessuar parlaq rəngdə(və ya kostyumun fonunda seçilə) ola bilər.Paltarda və aksessuarda müxtəlif şəkil və naxışların olması da yolverilməzdir. Özü də aksessuarlar lap çox olmamalıdır,yoxsa qaraçı baronuna oxşayarsınız. 
Odekolonun çox iyi.Bəzən yaxşı ətir saçmaq istədiklərinə görə kişlər bütün flakonu üstlərinə əndərirlər.Guya ki,onda ətur çox qalır.Bununla həm paltarı xarab edir,həm də ətrafdakıları əsəbiləşdirirlər. 
Şalvarın yanlış ölçüsü.Adam bəzən öz-özünə sual verir ki,kişilərin gözü var ya yox?Ya şalvarlar döşəməni süpürür,ya da dizə çatmır.Çalışın ki,gözgüdə özünüzə baxın. 
Hündür bel.Bəzən də şalvarı yuxarı çəkir,göyün yeddinci qatına qoyurlar.Başa düşmürlər ki,onda klouna oxşayırlar. 
Divaysları kəmərdə gəzdirmək.Kəmərə mobil telefon,kiçik çanta,pulqabı taxmaq ciddi adama yaraşmır. 
Boyunun dibində papaq.Bir də görürsən papağı bərk-bərk boyunlarına dürtürlər və ya qulaqlar iri papaqdan kənara çıxır.... 
Uyuşmayanı uyuşdurmaq.Dəri kurtka+idman şalvarı,palto+krossovka.Yenə də nümunə görmək istəyirsinizsə,küçəyə çıxın,görəcəksiniz... 
Sandaliya və nəleyinlərlə(şəp-şəp) corab geymək. Daha sözüm yoxdur:-):-):-):-):-)

kayzen.az

Go Back

Qisqancliq hissi ne dərəcədə normaldı?

Bəzi tədqiqatların nəticələrinə əsasən qisqanc insanlar 10-15 il daha az yaşayır. Adətən onlar hipertoniya, ürək-damar xəstəliklərindən əziyyət çəkir və təxminən 60-65 yaşında vəfat edirlər. İstisnalar isə azdır. Qısqanclığın həddi müxtəlifdir. Belə ki, sivil ölkələrdə yaşayan insanlarda qısqancların sayı çoxdur. İnkişaf etməmiş ölkələrdə isə seksual inama əhəmiyyət vermirlər.
Qadınlar kişilərə nisbətən daha qısqanc olurlar. Kişilərdə bu hiss ağır və qətidir. Lakin onlar iki dəfə artıq xəyanət edirlər. Sosioloqların araşdırmalarına əsasən hər 5-ci ailə qısqanclığa görə dağılır. Qısqanclıqdan boğaza yığılan partnyor (adətən qadın) həlledici dava taparaq ailəni tərk edir, hətta əsl səbəb olan qısqanclıq arxa planda qalır. Qısqanclıq çoxlu sayda zorakılıq, hətta ölüm hadisələri törədir. Minlərlə insan qısqanclıqdan əziyyət çəkir. Müasir “Otello”lar isə tam normal və sağlam insanlardır. Uzun illər hesab olunurdu ki, seksual inamsızlıqdan törədilən ölüm hadisələrini alkoqol və ya xəstə insanlar edir.
Son araşdırmalar göstərdi ki, qısqanclığa görə cinayət törədənlərin yalnız 25 %-i alkoqol və ya psixoloji xəstələrdir. Bütün bədbəxtliklərə görə qısqanclığı günahlandırmaq lazım deyil. Məhz o, hisslərə kəskinlik, cazibə bəxş edir, həmçinin sevgini sönməyə qoymur. Əgər belədirsə, qısqanclıqla mübarizə aparmağa dəyərmi? Qısqanclıq uşaqlıqda yaranır. Əsəs səbəbi də uşaqlıq illərində axtarmaq lazımdır.

Ailəyə ikinci uşağın gəlməsilə qısqanclıq hisslərinin ilkin əlamətləi hiss olunmağa başlayır. Əgər ilk uşaq valideyn qayğısının olmamasını hiss etsə qısqanclıq daha da güclənir. Daha sonralar isə bu hiss tək seksual partnyora yönəlməyəcək. Əgər valideynlər ayrılsa, körpə qorxacaq ki, anası onu atası kimi tək qoyub gedəcək. Məhz buna görə də uşaqlar əksər hallada analarını başqa kişilərə qısqanır və düşünülər ki, həmin kişi analarını onların əlindən alacaq. Bu cür psixologiyalı uşaqlara ikiqat diqqət və qayğı tələb olunur. Ümumiyyətlə körpəlikdə az qayğı görən, nadir hallarda qucağa götürülən uşaqlarda qorxu hissi olur -yaxınlarını itirmək qorxusu. Adətən özlərinə qiymət verməyən insanlar da sevdiyini itirməkdən qorxur və güclü qısqanclıq hisslərinə sahib olur. Bununla bahəm bütün münasibətlərdə özünə əmin olan qisqanc insanlar da az deyil.
Qısqanclığı gücləndirən faktorlar da var. Kişilərdə bu ilk növbədə alkoqolizm, reproduktiv sistemlə bağlı problemlərdir. Qadınlarda isə seksual cəhətdən təmin olunmamaq, övladsızlıq, hamiləlik və ginekoloji problemlərlə əlaqədardır. Patoloji qısqanclar ruhi xəstələr də ola bilər. Belə bir fikir var ki, patoloji qısqanclıq – baş verənlərə və ya təsəvvür olunanlara həddini aşmış reaksiya deyil, emosional ehtirasa çətin adaptasiya ilə bağlıdır. Bəzi nəticələrə əsaən isə 15-20% insanlarda qısqanclığın patoloji forması psixoz simptomları ilə oxşardır. Lakin elə insanlar var ki, onlar qəti şəkildə qısqanmırlar (onlar 3-5%-dir). Bu da digər həddir. Səbəb isə - emosional soyuqluğun həddindən çox olmasıdır. Laqeydlərin əksəriyyətini kişilər təşkil edir. Dahilərdən biri deyib ki, “qadınlar nadir hallarda qısqanclığı bağışlayır, onun olmamasını isə heç vaxt bağışlamır”. Qısqanclıq münasibətlərə istilik bəxş edə bildiyi qədər gərəklidir. Hətta az həyat təcrübəsi olan qadınlar da bilir ki, qısqanmayan kişini əldə saxlamaq çətindir. Əgər kişiyə qısqanmaq üçün şərait yaratmasan o elə zənn edəcək ki, başqa kişilər onun qadınına diqqət yetirmir. 

Bununla bərabər o inanmalıdır ki, onun qadını seviləndir, arzuolunandır, lakin tək ona qismət olub, çünki o hamıdan yaxşıdır. Qeyd edək ki, kişi təbiətən qısqanc olmadıqda bu üsul keçərlidir. Bəzi kişilərlə vəziyyət çətindir. Şüşədən qısqanclıq cinini buraxacaqsınız və onu geri qaytarmaq çox çətin olacaq. Yüngül qısqandırma siyasəti əsl cəhənnəmə çevriləcək.
Bu cür insanlara fərqli yanaşma tərzi mövcuddur. Məsələn: cavab olaraq qısqanmağa başlamaq, hətta onu özündən bir neçə dəfə artıq qısqanmaq. Məsləhət görmədiyimiz isə qısqanclığı içinizdə boğmaqdır. İnsan sevdiyi zaman qısqanır. Bu təbii haldır. Sahib olma hissi isə buna aid deyil. Mənim arvadımdır, fincanımdır, mebelimdir və s. Bu fərqli hissdir. İstənilən halda yadda saxlayın ki, qısqanclıq hissi münasibətlərə istilik bəxş etdiyi səviyyədə gözəldir. Həyatınıza zəhər qatırsa bu artıq normal deyil.

legend.az

Go Back

Kişilər qadınlarda nəyi sevir? – 13 ÖZƏLLİK

 

Kişilərin diqqətini çəkən bəzi şeylər çox açıqdır, hər kəs tərəfindən bilinir, amma bəziləri qapalı saxlanılır, fərqinə varmaq isə çox çətindir. Bunları kəşf etməyə hazırsınızmı? Əgər kişini daha yaxşı anlamaq istəyirsinizsə, bu yazı tam sizə görədir. Aile.lent.az kişilərin qadınlarda sevdiyi, ilk gözlərinə sataşan 13 nəsnəni təqdim edir.

 

Saçlar

 

Unutmayın ki, kişilər bir qızı gördüklərində gözləri o qızın üzünə kilidlənir və bu zaman onun xoş bir qadın olub-olmadığına qərar verirlər. Bəs kişi arxadan görsə, necə? Bəzi kişilər bir qadını arxadan görərkən belə, onun xoş biri olub-olmadığına qərar verə bildiklərini deyilər. Necə? Təbii ki, xanımın saçlarından. Bir xanımın saçları onun özünü ifadə etmə tərzi və özünə necə dəyər verdiyinin göstəricisidir. Hər zaman saçlarına baxım etməli, onların parıldadığına əmin olmalısınız. Saçlarınız hər zaman ipək kimi təmiz və xoş olmalıdır.

 

 

Özünə güvənən duruş

 

Əgər bir qadın başını dik tutursa, qələbəlikdə belə, fərq edilir və bu mesajı verir: “Mən özümə güvənən xanımam, cazibədar olduğumun fərqindəyəm. Mən sənin tanış olmaq istədiyin və xoşlandığın bir qadınam”.

 

Yaxın çevrə

 

Boş zamanlarınızı keçirdiyiniz dostların üzərinizdə əslində böyük təsiri var. Əgər bir kişinin bir qızdan xoşu gəlsə belə, o qızın kobud, səsli-küylü və mız-mız rəfiqələri varsa, qətiyyən onunla tanış olmayacaq. Tam əksi, əgər çox yaxşı ətrafı varsa, o kişi mütləq gəlib tanış olacaq. Bu, kişilərin ən çox diqqətini çəkən özəlliklərdən biridir.

 

Dodaqlar

 

Öpüşməyin insanı rahatlatdığını və stressi yox etdiyini hər kəs bilir. Son zamanlarda aparılan araşdırmalar göstərir ki, insanlar ömürlərinin təxminən 3 saatını öpüşərək keçirirlər. Kişilərin gözünə sataşan ilk yerlərdən biri də dodaqlardır. Dodaqlarınız hər zaman parıltılı və cazibədar olmalıdır.

 

Möhtəşəm rəqs

 

Əgər bir qadın rəqs edə bilirsə, kişilərə bu mesajı verir: “Bədənimə güvənim sonsuzdur. Möhtəşəm zaman necə keçirilir bilirəm” Belə qızın fərqinə varmamaq mümkünsüzdür. Ancaq təkəbbürlü olmayın, hər zaman içdən, səmimi davranın!

 

Yanınızdan ayırmadığınız əşyalar

 

Əl çantanız və içində daşıdığınız əşyalar şəxsiyyətinizlə bağlı çox ipucu verir. İçərisinə çoxlu makiyaj ləvazimatı qoyduğunuz çanta baxımlı olduğunuz mesajını verir. Telefon qapağı da fərqli və rəngarəng olmalıdır. Çanta daşımayan qadın heç vaxt kişilər tərəfindən xoş qarşılanmır. Yanında kiçik diş pastası və dezodorant daşıyan biri hər şeyə hazırdır mesajını verir.

 

Təbii ki, gülüş

 

Bir kişi hər zaman gözəl gülüşü uzaqdan da görər. Amma o gülüşün səmimi olmasına, dişlərinizin hər zaman ağ və təmiz olmasına diqqət edin.

 

 

Hündürdaban

 

Hər zaman hündürdaban geyinmək məcburiyyətində deyilsiniz, amma unutmayın ki, əgər elə ayaqqabı geyinmisinizsə, o gün bütün gözlər sizin üzərinizdə olacaq. Dikdaban ayaqqabı qadının nə qədər cazibədar və güclü biri olduğunun simvoludur. Həftədə iki gün geyinməlisiniz.

 

Yeriş

 

Necə yeriməniz sizinlə bağlı çox mesaj verir. Stil sahibi və böyük bir məqsədiniz varmış kimi yeriməlisiniz. Hər zaman podiumda yeriyirmiş kimi gəzin. Unutmayın ki, kişi kimi addımlar atan xanım heç kimin diqqətini çəkməz. Əksinə, bu hal kişiləri itələyir.

 

Davranış

 

Heç şübhəsiz ki, bir kişinin qadında önəm verdiyi özəlliklərdən biri də onun davranışıdır. Bir qadın şahzadələr kimi gözəl və xoş ola bilər, amma pis davranışı, xasiyyəti varsa, kişilər ildırım sürətilə ondan uzaqlaşar. O halda davranışınızı xoş və səmimi qurmalısınız.

 

Özünüzə xas dəb

 

Geyimləriniz bütünlüklə sizə xas olmalıdır. Kişilərin özünə xas və qəribə, maraqlı geyinən qadınlardan xoşları gəlir.

 

Mükəmməl bədən xətləri

 

Kişilərin özünə güvənən qadınlardan xoşları gəlir. Geyimlərinizlə özünüzə güvəndiyinizi isbat edin. Dar şalvar və dəri pencəklər hər zaman kişilərin diqqətini çəkir. Bədəninizi geyimlərlə açığa çıxarmaqdan qorxmayın.

 

Gözəl ayaqlar

 

Kişilər sizin ayaqlarınızı da görmək istəyərlər. Pedikür etməyi unutmayın, barmaqlarınızın xoş görünməsinə çalışın, çünki kişilərin gözü mütləq ayaq dırnaqlarınıza sataşacaq. Heç kim çatlamış göbələkli ayaq görməkdən xoşlanmaz.

aile.lent.az

 

Go Back

CİNSİ AZĞINLIQ- PARAFİLİYA

 

Son zamanlar ölkədə artan zorakılıq halları hamını narahat edir. Bəzən gün ərzində 2-3 zorlama, təcavüz hadisəsi baş verir. İnsanlar qohum, bacı, doğma, yad düşünmədən öz nəfslərinin qurbanına çevrilirlər. Psixiatriyada bu hal cinsi azğınlıq – parafili adlanır ki, bu da uzun müddətli müalicə tələb edən ağır bir xəstəlikdir.

ABŞ-da aparılan araşdırmalar zamanı müəyyən edilib ki, hər 10 min adamdan 300-ü cinsi azğınlıq xəstəliyindən əziyyət çəkir. 

Cinsi azğınlıq təkrarlanan və adama kədər verən xüsusi cinsi fantaziyalar, sıx cinsi impulslar və tətbiqlərlə xarakterizə edilən cinsi pozuntulardır. Fantaziyanın təsirləri və onun davranışlarda nümayişi xəstənin bütün həyatını zəbt edir.

 

Cinsi azğınlıq kişi xəstəliyidir və 50 faiz xəstələrdə əlamətlər 18 yaşından əvvəl özünü göstərməyə başlayır. Parafilik davranışların meydana gəlməsi 15-25 yaşlarında pik nöqtəyə çatır, şəxsin və ətrafındakıların həyatını təhlükə altına alır.

 

Psixiatr İkram Rüstəmov xəstəliyin əlamətləri barədə Aile.lent.az-a danışıb. O bildirib ki, klassik psixoanalitik modeldə heteroseksual uyğunlaşma üçün normal inkişaf müddətini tamamlaya bilməyən şəxslərə parafilik xəstə deyilir: “Bu gün cəmiyyətdə cinsi azğınlığın bir çox əlamətləri müşahidə edilir. Bunlar nümayişçilik, fetişizm, fortçuluq, pedofiliya, mazoxizm, sadizm, voyerizm və transvestik fetişizmdir. Qeyd edim ki, bütün əlamətlər ən çox kişilərdə özünü göstərir. Qadınlarda 50 xəstədən birində azacıq ola bilər. Cinsi azğınlığın nümayişçilik əlamətini daşıyan insanlar özlərini, hisslərini nümayiş etdirməklə həzz alırlar. Nümayişçi soyunmaqdan zövq alar və beləcə, cinsi doyuma çata bilər. Bu hal ən az 6 ay müddətində davam edir və təkraredici şəkildə ortaya çıxırsa, xəstənin vəziyyəti xronikiləşir, ağırlaşır. Kişi bu hisslərlə yaşayır. Bu hisslər bütün duyğuları üstələyir. Ümumiyyətlə, bütün cinsi azğınlıq davranışları 6 ay müddətində davam edirsə, bu, artıq xəstəlik deməkdir. Və bütün davranışlar şəxsin öz həyatına böyük təsir edir”.

 

Cinsi azğınlığın ikinci əlaməti fetişizmdir. Fetişizm şüuraltı qayğılardan qaçmaq üçün cinsi impulsları uyğun olmayan obyektlərə köçürmə səyidir. Bu da kişilərdə özünü göstərir. Tarixdə bu günə qədər heç bir qadında fetişizm müşahidə edilməyib. Fetişizm zamanı cinsi fokuslanma insan bədəni ilə yaxından əlaqəli obyektlərə (ayaqqabı, əlcək, corab, başmaq və s.) yönəlir. Ümumiyyətlə, bu duyğu uşaqlıq dövründə yaransa da, yetkinlik dövründə ortaya çıxır və xronikiləşir. Fetişizm dəhşətli pozuntudur. Bu zaman fetişin duyğuları bədənin bir hissəsinə (sinə, omba, göz, saçlar və s.), bir geyimə (köynək, büstqalter, corab və s.), bir cismə (çətir, ləl-cəvahirat və s.), bir fiziki xüsusiyyətə (zənci qadınlar, qırmızı saçlar və s.), bir şikəstliyə (axsaq ayaq, kəsilmiş bir üzvün qalan parçası və s.) istiqamətlənə bilər.

 

Psixiatrın sözlərinə görə, fetişizm ağır duyğu olsa da, belə insanlar zərərsizdir və onlar çox zaman evlənməyi düşünmürlər.

Müsahibimiz metro və ictimai nəqliyyatda baş verən kiçik təcavüz hallarına da aydınlıq gətirdi: “Tez-tez sosial şəbəkələrdə bu halla bağlı videolara rast gəlirik. Metro və ictimai nəqliyyatda basabas zamanı baş verən təcavüzlər - sürtünmə, əl hərəkətləri cinsi azğınlığın fortçuluk əlamətidir. Belə insanların cinsi həyatı passiv olduğu üçün onların tək təmin olma yolu sürtünmədir. Yəni onlar öz hisslərini bundan ala bilirlər”.

 

Uşaqlara qarşı baş verən cinsi istismar halları isə pedofiliyadır. Pedofillər ancaq uşaqlara qarşı maraq hiss edirlər. Bu hiss qadınlarda da ara-sıra müşahidə edilsə də, əsasən kişilərdə müşahidə edilir. Pedofillər adətən 13 yaşından kiçik uşaqlara üstünlük verirlər.  Pedofillərin 95 faizi heteroseksual insanlardır. Və uşaqlara qarşı cinsi istismar hadisələrinin 50 faizində pedofil spirtli içki qəbul etmiş halda olur. 

 

Cinsi azğınlığın növbəti əlaməti mazoxizimdir: “Mazoxist insanlar döyülən, alçaldılan zaman cinsi hisslərin pik nöqtəsini yaşaya bilir. Mazoxistin zövq alması üçün qurban olması lazımdır. Mazoxist insanlarda ağrının cinsi təminatı ödəməsi kimi təcrübələr vardır. Və 30 faiz mazoxistlərdə sadist hisslər də görülür. Sadizm qarşısındakı insanı vurmaqla, alçaltmaqla hisslərin pik həddini yaşamaq deməkdir. Sadist işgəncə verər və yaratdığı ağrılardan həzz alar. Qurbanın qışqırığı ona həzz verər. Sadizm çox zaman cinayətə qədər gedib çıxa bilir. Sadist verdiyi əzabdan həzz aldığı üçün qarşısındakını öldürə biləcəyini düşünə bilmir”. 

 

Bəzən yolda, küçədə qısa geyimli, cazibəli xanımlar kişilərin baxışları və ya atmacaları ilə də qarşılaşırlar. Müsahibimiz bildirir ki, bu, cinsi azğınlıq xəstəliyinin rentgençilik növüdür. Belə ki, rentgençi cinsi azğınlar gözləri ilə qarşısındakı insanları soyundurub-geyindirir və bununla cinsi təminatlarını ödəyə bilirlər.

 

İkram Rüstəmovun sözlərinə görə, cinsi azğınlıq xəstəliyi uşaqlıqdan formalaşır. Burada valideynin rolu olduğu qədər uşağın yetişdiyi cəmiyyətin, məktəbin, ətrafdakı insanların da böyük rolu var: “Uşağın götürmə, təqlid qabiliyyəti böyük olduğu üçün ətrafında nə görürsə, götürür, bu, zamanla şüuraltında böyüyür və bir müddətdən sonra özünü büruzə verir. Düzdür, bu, psixoloji xəstəlikdir. Amma uşaqları fərqinə varmadan biz özümüz xəstələndiririk. Ana, atanın qeyri-etik davranışları, müəllimlərin geyimi, davranışı, dostların davranışı, onlardan böyük olanların davranışı zəif uşaq psixologiyasını zədələyir. Qısası, bu gün baş verən təcavüz hadisələrinin baş qəhrəmanını elə özünüz yetişdirirsiniz. Uşaqlar doğulduqları ailənin, yaşadıqları cəmiyyətin güzgüsüdür”.

Go Back

Kişilər bu xüsusiyyətləri sevmir

Kişilər və qadınlar həmişə fərqli dünyanın adamları kimi davransalar da, əslində bir-birindən heç qopmayacaqlarını yaxşı bilirlər.
Buna görə yaşanan söz-söhbətdə günahı qarşı tərəfin üstünə atmaq yerinə ortaq bir məxrəcə gəlmək üçün çalışmaq lazımdır.

Yüksək enerji , bitmək bilməyən arzular
Qadın və kişinin enerjisi fərqli olur. Kişi seksdən sonra yatmaq istəyir, qadının zövqü isə davam edir, sanki partlayacaq vulkan kimi olurlar. Gün boyu o enerji onlarda müşahidə olunur. Bütün günü bazarlıq edəndən sonra axşam da gedib rəqs etmək istəyirlər. Halbuki bir kişi qadının bitmək bilməyən bu istəkləri qarşısında ölə bilər. Ona görə bir gün içində 4 planınız olsa belə, bunu yoldaşınıza deməyin. Bir az da insaflı olun.
 
Güclü hafizə
Qadınların hafizələri daha güclüdür. Xüsusən də sevgilisi ilə vaxtilə yaşadığı mübahisəni detallarına kimi xatırlamaqda ustaddır. Qadınlarda üç il əvvəlki hadisəni kişinin üzünə vurub onu şok etmək bacarığı var. Bunun səbəbi isə qadınların psixoloji olaraq həssas olmalarıdır. Buna görə məsələni vaxtında həll edib içinizdəki intiqam hisslərini atın.
 
Alış-veriş sevgisi
Sanki bir qadının ilk müalicə üsulu alış-verişdir. Onlar alış-veriş zamanı canlanır, sevgilisi isə dəhşət keçirir. Əgər sevgilinizin sizdən nifrət etməsini istəmirsizsə, alış-verişə onsuz gedin. "Sənin də firkin vacibdir", - deyə təkid etməyin.  
 
Bitməyən maraq və suallar
Kişilərin heç bir şey danışmadan bir an əvvəl yatağa atılıb sekslə məşğul olmaq istəmələri bir həqiqətdir. Ancaq qadınlar yenə soruşar, əvvəlki münasibətləri ilə maraqlanarlar. Heç bir kişinin keçmişdə yaşadıqlarının açığa çıxmasından xoşu gəlməz. Sətiraltı danışıqlarda suallarınıza cavab tapmağa çalışın.
 
Pis sürücülük
Kişilərin əlində olsa, qadınların maşın sürməsini "boykot" edərlər. Ancaq qəbul edək ki, qadınlar bir əlində telefon ola-ola, ya da makiyaj yeniləyərək maşın sürməkdə mahirdilər.
 
Daha uzun həyat
Statistikaya görə, qadınlar kişilərdən 15 il daha çox yaşayır. Bunu bilən kişilər bundan maksimum faydalanmağa çalışırlar.
 
İynələyici sözlər
Qadınlar heç vaxt  hansısa bir məsələ haqqında dəqiq , birbaşa cümlə qurmazlar. Bunun yerinə ortaya söz atar, kişini tapmaca tapmaq məcburiyyətində qoyarlar. Sözü fırlatmayın, kişilərin beyni bunun üçün çalışmaz. Demək istədiyinizi birbaşa deyin.
 
Təşkilatçı bacarığı
Qadınlar kişilərin nələrdən xoşlandığını, nələrə sevinəcəyini yaxşı bilirlər. Kişilər isə bununla bağlı heç bir fikirdə olmurlar. Buna görə xüsusi günlərinizdə kişiyə  əskik davranır kimi yanaşmayın. "Mən daha yaxşı edirəm", - deyə onu incitməyin. Zaman verib səbrli olun. Hər hədiyyəsini dəyərləndirin.
 
Məsuliyyət sevdası
Ata olmaqdan belə, qorxan kişi üçün həmişə ondan məsuliyyətli olmasını tələb edən bir qadın arxasına baxmadan qaçma hissi oyadır.

lent.az

Go Back

Kişilər ağlamaz

 

Dövrümüzdə belə bir qəribə tendensiya mövcuddur. Özünü narahat edən hər bir məsələ səbəbilə məyus olan oğlan uşaqlarına “ağlama, kişilər ağlamaz”, “məgər sən qızsan ağlayırsan?” deyilir. Oğlanlar bu kəlmələri gah anadan, gah atadan, gah nənə-babadan, gah müəllimələrindən, gah da ətrafdakı tanıdığı və tanımadığı insanlardan eşidir və düşünür ki, əgər bu qədər insan “kişi ağlamaz” deyirsə, deməli ağlamaz və tədricən ağlamağı tərgidir. Uşağın içinə yığılıb qalmış mənfi hisslər bir çox hallarda özünü aqressiya şəklində büruzə verir. Bu dəfə də uşaq “tərslikdə”, “dalaşqanlıqda”, “pis uşaq” olmaqda günahlandırılır. Nəticə etibarilə isə cəzalandırılır. Ağlamaqdan və mənfi hisslərini büruzə verməkdən tamamilə məhrum olmuş oğlan uşaqları daim saatlı bombanı xatırladır. Yeniyetməlik dövründə isə bu vəziyyət kulminativ nöqtəyə çata bilər. İllərlə hisslərini büruzə vermədiyi üçün daxilində yığılıb qalmış mənfi emosiyalar bu dəfə də “yeniyetməlik böhranı” şəklində üzə çıxa bilər. Lakin bu halda vəziyyət daha da qəlizləşir. Çünki yeniyetmələr artıq özünü azad, müstəqil fərdlər hesab edir və tərbiyə prosesi çətinləşir. Ailədə heç kəsin onu başa düşmədiyini fikirləşən zavallı oğlanlar təbii şəkildə onu “başa düşən” həmyaşıdlarına meyl edir. Bir vaxtlar valideynlərini ideal hesab edən uşağın gözündə valideynlərin nüfuzu düşməyə başlayır.

 

Zamanla cəmiyyət anasının və həyat yoldaşının göz yaşlarına biganə qalan kişilərlə dolmağa başlayır. Çünki bir zaman onun da hisslərinə laqeydlik göstərilmiş, göz yaşlarına və onu incidən səbəblərə səthi yanaşılmış və ona hisslərini ağlamaqla biruzə verməyin yaxşı iş olmadığı izah edilmişdi. Hələ üstəlik ona nümunə olan babalarının, atasının, əmilərinin və dayılarının ağlamasını görməmişdi. Gördüyünü götürən oğlan ailə quracaq qədər yetkin yaşa çatdıqda belə təqsirləndirilməyə davam edir, onu çəkinmədən soyuqluda, “daş ürəklilikdə”, qadınlara qarşı biganə olmaqda günahlandırırlar. Həyatında baş verənlərin kökündə nəyin durduğunu bilməyən oğlan özünü problemli sayaraq ən yaxşı halda, ya Rəbbinə üzünü tutaraq “Allahım, məni bu sıxıntıdan qurtar” deyərək gizlin-gizlin göz yaşı tökür və ya səbəb olaraq onun psixoloji durumuna müdaxilə edəcək mütəxəssisə müraciət edir və başına gələnləri danışarkən o ki var ağlayır. Ağladıqca illərdir içinə yığılıb qalan mənfi emosiyalar boşalmağa başlayır. Gəncin qəlbi yumşalır. Ona əzab verən hisslərdən qurtulduqca başqalarının hisslərinə qarşı diqqətli olmağa başlayır. Amma bunun əslində niyə baş verdiyindən xəbərsiz olur.

 

Və bir gün onun oğlan övladı dünyaya gəlir. Ətrafdakıların nə dediyini qavramağa başladığı ilk günlərdən atası ona kişiliyin “qızıl qaydasını” öyrədir: “Bax, oğlum, kişilər ağlamaz…”

 təbiivalideyinlik.az

 

Qeyd: Böyüyüb müəyyən yaş həddinə çatmış oğlan uşaqlarına “kişilər ağlamaz” prinsipinin aşılanmasında bir qəbahət yoxdur. Əsas məsələ, uşağın ağlamağa ehtiyac duyduğu dövrlərdə bunu məhdudlaşdırmamaqdır. (tebiivalideynlik.az)

Go Back

Kişilər niyə unudur

Araşdırmalar nəticəsində kişilərin niyə hər şeyi daha tez unutduğu məlum oldu. Səbəbi; qadınlıq hormonu olaraq bilinən estrogenin yaddaş qoruyucu özəlliyindədir.

Dushunce.az saytı Türkiyə mətbuatına istinadən məlumat verir ki, mərkəzi ABŞda olan kommersiya məqsədi güdməyən Mayo Clinic şirkətinin araşdırması qadınlıq hormonu estrogenin qadınların yaddaşını daha yaxşı qoruduğunu göstərdi.

Araşdırmaya 30-95 yaşında 1246 yetişkin qatıldı. İştirakçıların 30 yaşından etibarən yavaş-yavaş, 60 yaşından sonra isə sürətlə kiçilən beynin yaddaşa bağlı bölgəsinin həcmi araşdırıldı. 

Kişilərin yaddaşının 40 yaşından sonra qadınlara nisbətdə daha tez zəiflədiyini açıqlayan elm adamları, 60 yaşından sonra isə sözü gedən beyin bölgəsinin həcminin kişilərdə daha kiçik olduğunu təsdiq etdi. 

Alimlər estrogen hormonunun yaddaşın qorunmasında köməkçi rol oynadığına diqqəti çəkdi. Bununla yanaşı Alzheimer xəstəliyi ilə əlaqəli olduğu düşünülən beyindəki amiloid zülallarının həddindən artıq toplanmasını də araşdıran elm adamları qadın və kişidə bu zülalın miqdarında fərq olmadığını, ümumiyyətlə amiloid səviyyəsinin 70 yaşından sonra artdığını sübut etdi.

Tərcümə etdi: Aytən Eminova

Məqalədən istifadə zamanı dushunce.az saytına istinad mütləqdir!

Go Back

Şiddətə meyilli kişilərin ortaq xüsusiyyəti

Kişilərin üstünlük təşkil etdiyi cəmiyyətdə qadına şiddət daha çoxdur.

Bu cür kütlələrin ən təməl xüsusiyyətlərindən biri kişinin qadından üstün olduğunun qəbul edilməsi və qadının hər şəraitdə həyat yoldaşına sorğu-sualsız tabe olmasının tələb olunmasıdır. Yenə eyni tip cəmiyyətlərdə qadınların kişilərə nisbətdə şiddətə məruz qalma ehtimalları daha yüksəkdir.

Şiddətə, aşağı gəlir səviyyəsi, təhsilsizlər yox, hər gəlir səviyyəsinə malik olan, hər ixtisasa, hər yaşda qadınlar da məruz qalmaqdadır.

-Özünü qəbul etmə, özünə hörmət, özünə güvənmə problemləri vardır.
-Tərkedilmə, itkilər, asılılıq, güvən duyğusunda azalma, məhrəmiyyət ilə əlaqədar problemlər yaşamaqdadır.
-Sükunətini asanlıqla poza bilir.

-İstismar və şiddətin olduğu ailələrdə böyüyüblər.

-Özləri ilə bağlı inkarçı, aşağılayıcı, iddiaçı və yalanlarla dolu bir münasibətləri vardır.

-Empatiya qurmaq qabiliyyətləri çox zəifdir.

-Özlərini qoruyucu və dolanışıq təmin olaraq gördükləri üçün "xüsusi"diqqətə haqları olduğuna inanırlar. Özlərini özəl biri olaraq nümayiş etdirirlər.

-Əksərən narkotik maddən asılıqları vardır.

-Anormal dərəcədə qısqancdırlar. Birlikdə olduqları xanımın həmişə yanlarında olmasını istəyir, ya da hara gedirsə getsin bundan xəbərdar olmaq istəyirlər.

Şiddətin öyrənilmiş davranış olduğunu unutmaq olmaz. Şiddətə meyilli kişini tanımaq, şübhəsiz faydalıdır. Ancaq əsil fayda, şiddəti bəsləyən, körükləyən ictimai faktları doğru diaqnoz edib, onların üzərinə qətiyyətlə getməkdir.
Daha ətraflı:http://atvxeber.az/news/interesting/16368-siddete-meyilli-kisilerin-ortaq-xususiyyeti
Atvxeber.az saytında yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi vacibidir.

atvxeber.az

Go Back

Qız ataları bunları bilməlidi

                                

Bu yazı övladları ilə isti münasibət qurmaq istəyən qız ataları üçündür. Hər bir sevən ata başa düşür ki, uşaqla isti münasibət üçün onu başa düşmək və onunla dost olmaq lazımdır. Bu siyahı sizə kömək edəcək.

1. Ona sizin sevginiz lazımdır

Qızınıza sevginizi göstəriməyə çalışın. Onun buna pul və hədiyyədən daha çox ehtiyac duyur. Ünsiyyətin çatışmazlığını bunlarla əvəz etmək olmaz. Həyatda heç kim ona sizin veəcəyiniz güvən hissini verməyəcək. O böyüyəcək, səhvlər edəcək, sizi əsəbləşdirəcək, bəzən hətta kobud olacaq. Bütün bunlara baxmayaraq heç vaxt sevginizi ondan əksik etməyin.

2. Onun həyat yoldaşı seçimi sizdən asılıdır

Sizin qızınıza münasibətiniz onun gələcək yoldaşını seçimini müəyyən edir. Əgər siz yaxşı ata olsanız, o, sizə oxşar oğlan axtaracaq. Əks halda seçim etmək və ailə qurmaq onun üçün çox çətin olacaq. Sağlam ailələrdə qız uşaqları tez-tez deyir: ” mən böyüyəcəm, atama ərə gedəcəm”. Bu yaxşı göstəricidir. Özünüzü yaxşı aparın.

3. Onun dinlədiyi musiqini dinləyin

Qızlar yeniyetmə çağına çatdıqda müasir musiqilərə maraq göstərir. Bu musiqidə onun nə xoşuna gəldiyinə diqqət edin. Dəbdə olan musiqi qruplarının konsertinə qızınızla birgə gedin. Maşında gedərkən onun dinlədiyi mahnını çevirməyin. Unutmayın ki, maşınla gəzinti bitəcək, ancaq küskünlük qalacaq.

4. Qızınız anasına necə münasibət bəslədiyinizə diqqət yetirir

Bu siyahıda ən vacib məsələdir. Siz yalnız bu məsləhətə əməl edərək qızınızla əla münasibət qura bilərsiniz. Məsləhət sadədir: uşaqlara onların anasına və ailənizə dəyər verdiyinizi göstərin. Uşaqlarla məşğul olarkən, şəxsi həyatınızı da unutmayın. Yoldaşınızla uşaqlarsız teatra, kinoya, restorana gedin. Uşaqlara yoldaşınızın həyatınızda necə vacib rol oynadığını nümayiş etdirin. Bu həm də uşaqlarınızın öz gələcək ailəsinə də münasibəti formalaşdırır.

5. Qızınız yetkinlik yaşına çatdıqda ondan uzaqlaşmayın

Qız uşaqlarında 11 ilə 15 yaş arası çətin yaş dövrü başlayır. Bu dövrdə həm xarici görünüşcə, həm də xasiyyətcə kobudlaşacaq. Bu çətin dövrdə onunla emosional əlaqəni kəsməyin. Problemləri, maraqları, məşğuliyyətləri ilə maraqlanın. Sizə müraciət etdiyi istənilən mövzuda kömək etməyə çalışın.

6. Onunla bərabər idmanla məşğul olun, bu, xarakteri möhkəmlədir

Qız uşağının sağlam və güclü qadın kimi formalaşması üçün idmanı sevməlidir. Birlikdə səhər idmanı edin, gəzintiyə çıxın, velosiped sürün. Qızlar zəif böyüməməlidir. İdmanla möhkəmləndikdə həm ürək, həm də xarakter möhkəmliyi əldə edəcək.

7. Tez-tez balaca bayram tədbirləri təşkil edin

Uşaqlıq illəri qızınızın yaddaşında ən yaxşı illər kimi qalmalıdır. Bunu isə kiçik sevinc və hadisələrlə edə bilərsiniz. Məsələn, qızınızın 10 yaşını evdə yemək masası ətrafında deyil, 3-4 günlük səyahətlə qeyd edin. Qoyun, o, özü gedəcəyiniz yerlərin siyahısını tutsun. Yolda ona gündəlik yazmağı təklif edin. Çəkdirdiyiniz şəkilləri toplayaraq albom düzəltməyi unutmayın.

Həftə sonlarını şəhərin maraqlı yerlərinə gəzinti təşkil edə bilərsiniz. Birlikdə keçirdiyiniz günlərdən xatirələr toplamağı da yaddan çıxarmayın.

8. Ona həyatda bəxş etməyi öyrədin, almağı deyil

Uşaqlar bir qədər böyüdükdən sonra dünyanın təkcə onlara aid olmadığını kəşf edirlər. Başa düşürlər ki, əlində olan tortu bacı qardaşları ilə bölməlidir. Ona izah edin ki, əgər biz insanlara kömək etsək, dünya daha yaxşı olacaq. Təkcə özü haqqında düşünmək, yalnız özünü sevmək olmaz. Haqsız olduqda isə üzr istəməyi öyrədin.

9. Həyatının ən vacib məqamlarında yanında olun

Məlumdur ki, əksər atalar işləyir, öz karyerası ilə məşğuldurlar, boş vaxtları demək olar olmur. Bütün hallarda qızınızın həyatının ən vacib vaxtlarında yanında olmağa çalışın. Məslən, musiqi məktəbində konsert və ya rəsm əsərlərinin sərgisində. Nəticədən asılı olmayaraq onu tərifləyin. Hətta sizi futbol oyununa dəvət etsələr belə, nəzərə alın ki, futbol matçı hələ çox olacaq ancaq qızınızın uşaqlığı bir daha olmayacaq.

10. Evdə olarkən mobil telefonu söndürün

Ataların əksəriyyətin əsas səhvi evə gəldikdən sonra da evdə ” olmamalarıdır”. Evə gəldikdən sonra mobil telefonla danışır, tvitter və ya feysbukda yazışırlar. Övladınız isə sizdən diqqət gözləyir. Evə daxil olan kimi telefonu söndürün, onunla oynayın və ya kitab oxuyun. Unutmayın ki, bir qədər sonra ona diqqət ayrılmayan evdə olmaq istəməyəcək.

11. Saç hörməyi öyrənin.

Əlbəttə ki, uşağın saçını daramaq, hörmək ananın işidir. Anca qata kimi saç hörməyi hər ehtimala qarşı öyrənməlisiniz. Bəlkə ikilikdə səfərə çıxdınız. Həm bu qızınız üçün nümumə ola bilər: kişi tək güclü deyil, həm də qayğıkeş ola bilər.

12. Qızınızla ikilikdə harasa gedin

Heç olmasa ildə bir dəfə qızınızı təklikdə görüşə dəvət edin. Onunla teatr, kino və ya restorana gedin. Belə görüşlər kişi qadınla necə rəftar etməli olduğunu göstərəcək.

13. Ona izah edin ki, xarici gözəllik hələ hər şey demək deyil

Psixoloqlar hesab edir ki, məhz ata qızına izah etməlidir ki, daxili gözəllik xarici gözəllikdən üstündür, onun xarakteri, qəlbi, özünə qiyməti həyatda düzgün yol tapmağa kömək edəcəkdir. Bu dövrdə sağlam düşüncəli qız böyütmək asan deyil, ancaq mümkündür.

14. Uşaqlığın qədrini bilin

Həyat bir göz qırpımında keçib gedir. Elə bir insan var ki, onun sizə ehtiyacı var və o sizi ata adlandırır. Atalığınızdan zövq alın, övladlarınızın uşaqlığını əldən verməyin.

15. Qızınızdan üzr istəməkdən utanmayın

Atalar qızları üçün hər şey edir, ancaq onlar mələk deyillər. Ataların da haqsız sözləri olur, söz verib əməl etmədiyi sözləri olur. Bu hallarda qızınızdan üzr istəməyə utanmayın. Bu hərəkət sizi ata mövqeyindən salmayacaq, əksinə siz insan kimi övladınızın gözündə yüksələcək və yaxşı nümunə olacaqsınız.

xanim.net

Go Back

Neçə tip kişi var?

Rusiyada bu yaxınlarda maraqlı bir araşdırma aparılıb. Belə ki, güclü cinsin nümayəndələrinin tipləri  müəyyənləşdirilib. Məlum olub ki, ailə həyatına uyğun ancaq iki kişi tipi yararlıdır. Rusiyada yaşayan 4 tip kişilərdən, cəmi iki tipi ailə həyatına uyğundur. Lakin, mənsubiyyətləri və sıraları az olduğundan, onlara bir tapıntı kimi çox nadir hallarda rast gəlinir.

Statistikaya görə, orta təbəqədə olan adaxlılardan evlənmək istəyən kişilər 30 yaş həddindədirlər. Övlad sahibi olmaq fikrinə isə daha gec 40 yaşında düşürlər. Onlar hesab edirlər ki, uşağın doğulması, vaxtından əvvəl olan yersiz qərardır və əmindirlər ki, əvvəlcə tam olaraq ayaqları üstündə bərk durmalıdırlar. Belə kişilər öz vaxtlarının və vəsaitlərinin çoxunu zahiri görünüşlərinə sərf edirlər.

Ən çox saylı olanlar, əsl kişi, centelmen olanlardır. Belə adaxlılar Avropada, təxminən 34 faizdir. Rusiyada 36 faiz. Onlar hər bir işə canla-başla yanaşır və özlərini hər yerə çatdıra bilirlər. Belə kişilər üçün, ailə və iş yeri eyni əhəmiyyət kəsb edir. Dostlarla, hobbilərlə həyatları zəngindir. Özlərinə isə demək olar vaxt ayıra bilmirlər, daha doğrusu vaxt qalmır.

Eqossentriklər – saylarına görə ikinci yerdədilər. Rusiyada 25 faiz, Niderlandda 43, Almaniyada isə 48 faiz kişilər bu kateqoriyaya aiddir. Ailə həyatına meylli olmayan kişilərdən söhbət gedirsə tam yerinə düşmüş olar. Belə kişilər çox nadir şöhrətpərəstdirlər və özlərinə diqqəti cəlb etmək üçün əllərindən gələni edirlər. Onlar üçün ön planda həmişə yaxşı aylığı olan və stabil iş yeri durur, mükəmməl fiziki forma istisna olmamaq şərtilə…

Məsuliyyətli və iltizamlılar üçüncü kateqoriyaya aid olanlardır. Onlar Rusiyada 22 faiz, Avropada təxminən 26 faiz təşkil edirlər. Bu mənsubiyyətli kişilər ideal ailə başçılarıdır. Dostlar, hobbi, əyləncə bu insanlarda arxa plandadır. Onlar asudə vaxtlarını öz evlərində, ailəsi ilə birlikdə keçirirlər.

Ən maraqlı və heyrətləndirən bir fakt da var. Çox qeyri-adi “0 məsuliyyət” hisslərinə malik olan kişilər. Belələri ambisiyalardan uzaq, məsuliyyətsiz, bugünkü günlə yaşayan və özlərini, necə deyərlər, hər hansı çətinliklə yükləməyənlərdir. Ələlxüsus da, qadınların qarşısında. Onların həyatları əyləncədən və passiv istirahətdən ibarətdir və ailə həyatını olduqca gec qururlar. Rusiyada təqribən 16 faiz kişilər belə kateqoriyadandırlar.

Rusiya Elmlər Akademiyasının aparıcı elmi xadimi, etnologiya və antropologiya institutunun professoru İqor Kon əmindir ki, zəmanəmizin tələbləri zərif cinsin nümayəndələrini biznesə, istehsalata və siyasətə yönəldir. Nəticədə, qadınlar özlərində kişilərə məxsus xüsusiyyətləri cəmləşdirmək iqtidarındadırlar və təəssüflər olsun ki, bəzi kişilər isə öz mənsubiyyətlərini itirərək qadınların əhəmiyyət kəsb edən cizgilərinə meyl edirlər. Bu da, sözsüz ki, öz növbəsində dünya miqyaslı qlobal bir problemə çevrilə bilər! Ancaq, professorun fikrincə, belə tendensiyanın heç bir zəruriyyəti yoxdur. Təki belə olsun. Yaşayarıq, görərik…

xanim.net

Go Back

Kişilər nə üçün evlənmək istəmirlər?

Artıq erkən yaşlardan başlayaraq hər bir qadın qar kimi ağ gəlinlik libası, ağ atlı şahzadə, möhkəm ailə haqqında xəyallar qurur. Lakin bəzən xanımlar istədikləri adam ilə rastlaşdıqdan, yaxın münasibətlər qurduqdan sonra məyus olurlar, çünki onların xəyalındakı insan ailə qurmağa heç tələsmir.

Münasibətlər yaxşı formalaşsa da, sevgi və qarşılıqlı anlaşma hissi olsa da, kişi subaylığın daşını atmaq istəmir. Kişilər nə üçün nikahdan qorxurlar?

  • Azadlıq. Çox kişilər üçün “qanuni nikah” qəfəslə assosiasiya edilir. Kişilər öz azadlıqlarını itirməkdən qorxur və öhdəliksiz münasibət saxlamağa üstünlük verirlər.
  • Məsuliyyət. Nikah – hər iki tərəf üçün çox məsuliyyətli bir addımdır. Qadınlar bu məsuliyyəti qürur və hörmət hissi ilə qəbul etdikləri zaman, kişilər bu addımı atarkən çox düşünürlər. Həyat bizə müxtəlif sürprizlər təqdim edir, buna görə ailə həyatını güclü kişi ilə qurmaq lazımdır. Əgər yolunuzun başlanğıcında o artıq özünə şübhə edirsə, bu zaman yolu davam etməyə dəyərmi?
  • Maddi çatışmazlıq. Kişi üçün sabit maliyyə durumunda olmaq çox əhəmiyyətlidir. Əgər onda əminlik yoxdursa, bu zaman ondan romantik təkliflər gözləməyin.
  • Valideynlərin fikri. Tez-tez olur ki, sevgililərin münasibətlərinə valideynlər, bəzən isə dostlar qarışırlar. Bir qayda olaraq, bu oğullarının sevgilisinə şəxsi antipatiya və ya mənzil məsələsi ilə əlaqəlidir.
  • Keçmiş təcrübə. Əgər kişi ailəli olubsa və bu təcrübə onun üçün uğursuz nəticələnibsə, bu zaman o çox çətin rəsmi münasibətlərə başlayacaq. Ona keçmiş itkidən və neqativ xatirələrdən qurtulmaq üçün vaxt lazımdır.
  • Qorxu. Öz xarici kişiliyinə və gücünə baxmayaraq, bəzi kişilər nikah qarşısında müəyyən fobiyalara malikdirlər. Bəziləri rədd edilməkdən, digərləri mövcud həyat tərzini dağıtmaqdan qorxurlar. Bəzi kişilər isə gələcəkdə daha yaxşı qadına rast gəlmələri haqqında düşünürlər.
  • Uşaqları sevmir. Kişilərin evlənməmələrinin daha bir səbəbi onların uşaq sahib olmaq istəməmələridir. Həris subay kişi üçün bu çox ciddi məqamdır. Lakin təcrübə göstərir ki, belə kişilərin 85% öz övladlarını hər cür nazlayan və çox istəyən ata olurlar.
  • Xəsislik. Ailə yalnız məsuliyyət deyil, həm də daimi maddi xərclərdir. Buna görə bəzi kişilər evlənməyə riyazi hesablama ilə yaxınlaşırlar. Gələcəkdə hər qəpiyə görə hesabat verən birisi olmamaq üçün belə kişidən ayrılmanız daha yaxşıdır. Xəsis kişi ilə qurulan nikah uğursuzluğa məhkum edilmişdir.

xanim.net

Go Back

Kişilərin futbol sevgisi

Psixoloqların illərdi apardığı araşdırma:

Xüsusilə kişilərin həyatında futbol matçlarını seyr etmək, bir futbol komandasının tərəfdarı olmaq niyə bu qədər əhəmiyyətlidir?

Niyə kişilər futbolu fanatik olma dərəcəsində bu qədər çox sevib təqib etməyə çalışır, hətta bütün plan və proqramlarını matç saatlarına görə qururlar?

Azarkeşlik etdikləri komandanın qazanmalarından çox xoşbəxt olub, itirdiklərində depressiyaya girəcək qədər özlərini pis hiss edirlər?

Bu və digər sualların cavablarını idmansevərlərlə bərabər psixoloqlar illərdən bəri araşdırmaqdadır. Araşdırmalara görə xüsusilə kişilərin matç seyr etməsinin ən əhəmiyyətli səbəblərindən biri fikirlərini dağıtmasıdır. Futbol gərgin iş rejimindən, gündəlik həyatın gətirdiyi məsuliyyətlərdən qurtuluş vasitəsidir.

Eyni zamanda, kişi matçı seyr edərkən özünü komandanın, ya da bir oyunçunun yerinə qoyur. Yəni, özünü onunla eyniləşdirir. Azrkeşlik etdiyi oyunçunun, yaxud komandanın müvəffəqiyyətini öz uğuru kimi qəbul edir. Oyun bitdiyində əgər komandası qazanıbsa, hesabı soruşduğumuzda şəxsin “bacardıq” deməsini yəqin çoxları eşidib. Əslində “bacardıq” kişilərin özlərini komandaları ilə nə qədər eyniləşdirdiklərinin ən güclü dəlilidir.

Necə ki, qadınlar aktrisa və modelləri özlərinə ideal seçərək onlara bənzəməyə çalışır, eləcə də kişilər futbolçuları özlərinə kumir hesab edirlər. Çünki futbolçu şəxsiyyətinin özü kişiyə şöhrət, güc, pul, rəqabət və dayanıqlılıq kimi hisslər gətirir və kişilərin özlərini daha yaxşı hiss etməsini təmin edir.

Psixologiyada bu məlumatları dəstəkləyən “İctimai şəxsiyyət nəzəriyyəsi”nə görə, özünə inamı olmayan şəxslər özlərini tək və təcrid edilmiş hiss edər, qayğılı hiss edərlər. İdman tərəfdarlığı “birlik”, “bərabərlik” və “bağlılıq” duyğularının kişilərdə yüksəlməsini təmin edir. Həmçinin depressiya riskini azaldır. Eyni zamanda futbol, kişiləri yeknəsəklikdən uzaqlaşdırır. Qadınların həyatı qədər rəngli və dolu olmayan həyatlarına həyəcan və coşğu qatmasına köməkçi olur.

Ayrıca futbol kişilərin içində basdırdıqları aqressiyanı sağlam şəkildə ortaya çıxarmasına fürsət verir. Kişilər xüsusilə matç seyr etdikləri an dünyadan əlaqələrini kəsə bilər, heç kimin düşüncələrinə, söylədiklərinə əhəmiyyət verməzlər.

Kişilər üçün futbol seyr etmək bir növ ictimailəşmə, ünsiyyət formasıdır. Bu zaman azarkeşin içində hər cür strategiya və taktika olur və beyni işlədir. Kişilər üçün futbol bir növ müalicədir. Hörmətlərini gücləndirən, aid olma duyğusunu yaşadan, həyəcan, coşğu və kef verib adrenalin ifraz edən müalicə. Həyatın stress, məsuliyyət və yeknəsəkliyindən qaçış fürsəti təmin edən vasitə sayıla bilər. Futbol yalnız bir oyun deyil, gerçək mənada kişilərə təqdim edilə bilən bir hədiyyədir. Bununla birlikdə, yenə də diqqət yetirməmiz lazım olan nöqtə isə hər şeydə olduğu kimi həyatımızda futbol taraftarlığında da həddindən artığa qaçmamaqdır. Yəni fanatikləşməmək.

Nəticədə həyatdakı bir çox şey kimi futbol da asılılığa səbəb ola bilər. 

tibb.az

Go Back

Kişilər hislərini niyə gizlədir?

Mütəxəssislər müasir kişilərin hisslərini gizlətməsinin bir neçə səbəblərini açıqlayıb. 

Kişilərin hisslərini açıq şəkildə etiraf etməməyinin əsas səbəbi bir qadına tam bağlanıb, azadlığını itirmək istəməməsidir. Bundan başqa müasir kişilər üçün tanışlıq və seçimlər çoxdur. Kişi fikrini dəyişə bilər ehtimalını düşünür və sevgisini tam hiss etdirmir. Təbii ki, bütün kişilər belə deyil. Əsl sevgini gizlətmək qeyri-mümkündür.

Kişilər hər şeyi qapalı edir. Hissləri də bu kateqoriyaya daxildir.

Kişilər qadınlar tərəfindən  rədd edilməyə alışıblar. Bu səbəblə də, hisslərini dilə gətirmir və qorxurlar. Başlanğıcda kişilər məntiqli olur və duyğysallığa qapılmır. Duyğusal olmağı zəiflik hesab edirlər. Çərşənbə axşamı öz-özünə “Ona çərşənbə günü zəng edəcəyimi düşnürəm” deyir. Bir çox kişilərin qadının ona çərşənbə günü deyil, başqa bir gün ethyacı olduğunu ağlına gətirmir. Elə isə niyə belə davranırlar? Bunu, “özlərini qorumaq və vəziyyəti nəzərət altında saxlamaq üçün edirlər”.

Kişilərin niyə olduqlarından daha sərt davranır? Kişilərin görüşdüyü başqa qadınlar olmasa da, qadınların kişilərin başqa seçimləri olduğunu düşünməyini istəyir. Bu səbəbdən də hərəkətlərini şişirdirlər. Çünki özlərini daha cəbledici göstərmək istəyirlər. Bu halda qadınların onları daha yaraşıqlı və cəbldici gördüyünü fikirləşirlər. 

Kişilər bir qadının onun üzərində nəzarət etməyinə nifrət edir. 

Başlanğıcda qıza tez-tez mesaj yazıb zəng edə bilər.  Çünki qıza qarşı hisslərini göstərməyin ən yaxşı yolu budur. 

Kişilər də qadınlar qədər duyğusal olur. Bunu göstərməmələrinin səbəbi isə insanların onlardan belə hərəkət gözləmədiyini düşünmələdir. Bir kişi kimi özünə nəzarət etməyi bacaran görünməlidirlər. 

Qadının diqqət göstərməməsi kişiləri qorxuda bilər.  Qadınlar bəzi davranışları ilə əzə bilərlər. Lakin bunun fərqində olmazlar. Qəflətən kişini tərk edib gedən qadın… kişini dərin kədərə bürüyər. 

Kişilər bir qadını həqiqətən də çox bəyənibsə, bunu ciddi-cəhdlə gizlətməyə çalışır. Çox az kişi hisslərini etiraf edir və ya qadın qarşısında ağlaya bilir. 

Kişilər hesab edir ki, qadınlar qüsursuz bir insanla münasibət qurmaq istəyir. Qadınların kişiləri bəyənməsini istəyirlər. Lakin bunu açıq şəkildə hiss etmələrini istəmirlər. Hər dəfə diqqət göstərilsə, qadınların onlara şans verməyəcəyini düşünürlər. 

Münasibətlər qaydasına düşdükdən sonra qadına tez-tez zəng edib maraqlanmamağının əsas səbəbi onun diqqətini öz üzrəində hiss etməyi istəməsidir. Heç bir kişi ümidsiz görünmək istəməz. 

Kişilər bunu qadının xoşuna gəlmək üçün edir. Kişilər qadınların pis və avara oğlanlardan xoşu gəldiyini düşündüyü üçün diqqətsiz davranırlar. 

Zəif görünən qadından hər bir kişi öz məqsədi üçün istifadə edəcək. Eləcə də kişilər çox açıq və səmimi davrandıqları halda qadınların ondan istifadə edəcəyini düşünür.

kayzen.az 

Go Back

20 nəticə göstərilir