Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Ailə psixologiyası"

Ölüm anlayışını uşağa necə izah etməli ?

 

Travma -normal həyat davam edərkən birdən-birə ortaya çıxan ,həyatın normal axışını və fəaliyyətini əngəlləyən ,qorxu ,dəhşət ,çarəsizlik duyğularına yol açan , insanın varlığını təhdid edən sarsıdıcı   hadisələr olaraq  izah edilə bilər.

Travma -zəlzələ, sel kimi təbii  fəlakətlər,müharibələr ,cinsi və ya fiziki təcavüzlər ,zorla qaçırılma ,nəqliyyat qəzaları,  fərdin  fiziki və ruhsal bütövlyünə yönəlmiş ,gerçək  bir ölüm ya da ölüm təhdidi olan hadisələri yaşaması  nəticəsində insanda yaratdığı  ruhi təsirlənməni ifadə edir.Təsadüfən reallaşmış travmatik hadisələrin yaratdığı  sarsıdıcı təsirlərdən qurtulmaq  bəzən mümkün olsada, bəzəndə insanların psixoloji dəstəyə ehtiyacı ola bilər.

Uşaqlarda ölüm anlayışı və yas

Uşaqların çoxu üçün ailədən  birinin ,yada dostlarından birinin ölməsi,yeni bir təcrübədir və uşaqlar  bu zamanı baş qarışdıran , yada qorxuducu olaraq görürlər.Onların reaksiyaları bir itki ilə əlaqəli keçmiş təcrübələrinə və  ölümün ətrafdakılar  tərəfindən qəbul edilmə  şəklinə görə dəyişəcəkdir.

Ölüm anlayışı uşaqların ən çox maraq duyduqları mövzulardan biridir.Ətrafında ölümlə əlaəqli söhbətləri eşidir, televiziyada ölüm xəbərlərini dinləyir ,müxtəlif ölümlərə şahidlik edir.Ölüm haqqında  çox kiçik yaşlardan etibarən  müxtəlif suallar soruşur.

İnkişaf dövrlərinə  görə ölüm anlayışı

0-2 yaş – 2 yaşından kiçik uşaqların ölümlə əlaqəli heç bir fikirləri yoxdur.2 yaşından sonra  tam olmasada ,ölümü anlamağa başlayırlar.Ancaq ölüm onlara uzun bir səyahət  kimi gəlir və ölən inanın geri gələcəyini düşünürlər.

3-5 - Məktəbəqədər  dövrdəki uşaqlar  çizgi film  qəhrəmanlarının öldüyünü  və təkrar həyata qayıtdıqlarını  gördükləri üçün  ölümün davamlı olmasına  inanmaya bilərlər.Ölümü geri qayıdıla bilən hadisə kimi başa düşə bilərlər. Ölümün bir insandan bir insana  keçdiyinə   və beləliklə, başqalarının və özünün də bundan ötrü ölə biləcəyinə  inana bilər və qorxa bilərlər.

6-10- Ölümün geri qayıdıla biləcək bir hadisə olmadığını anlayır, ancaq özünün və sevdiklərinin ölməyəcəyinə inanır. Xüsusilə, ölümün yaşlılara və  xəstələrə məxsus olduğunu zənn edir.Özünün ölə biləcəyəni qavraya bilmirlər.

11-13- 10 yaşından sonra uşaqlar ölüm anlayışını  daha konkret bir şəkildə anlamağa başlayırlar.Ölümün həyatın sonu olduğunu, hər kəsin başına gələ biləcəyini və geri qayıdışın olmadığını dərk edirlər.

14-18-Təhlükəli  vəziyyətlər nəticəsində ölə biləcəyini bilirlər.

Uşaqlara ölümü neə izah edə bilərik?

Uşaqlar ölüm hadisəsi ilə qarşılaşmadan əvvəl ,yaş dövrlərinə uyğun olaraq sağlıqlı bir şəkildə   ölüm anlayışının  inkişafına çalışılmalıdır. Uşaqların ölümü normal həyatın bir parçası olduğunu qəbul etmələrini təmin etmək lazımdır.

Həqiqət qısa müddətdə  söylənməlidir.

Uşaqla sakit bir şəkildə danşmalı və  dəstəkləyici olunmalıdır.

Sadəcə həqiqət söylənməlidir.Xəstəxanada , səyahətdə və s.  həqiqəti öyrəndiyində sizə olan güvəni itə bilər.

Uşaqların ölümlə əlaqəli düşüncələri  və duyğuları haqqında danışmasına icazə verilməlidir.

Uşağa kim deyəcək?Uşağa emosional olaraq ən yaxın olan insanın  söyləməsi daha yaxşı olar.

Ölümün həyatın sonu olduğu ,ölən insanın artıq geri qayıtmayacağını  sadə şəkildə izah etmək lazımdır.Ölən insanın bir daha bizimlə olmayacağını, onun artıq yemək yeməyəcəyini , nəfəs almayacağını ,qısacası bütün bədən reaksiyalarının  artıq olmadığını yaşına uyğun şəkildə  izah edilə bilər

Uşağa ölüm anlayışı izah edilərkən  həyatdakı ölümlərdən istifadə etmək olar.Həyatdakı hər canlının sonsuza qədər var olmadığını ,bitkilərin, heyvanların da doğulub ,böyüyüb,yaşlanıb  yox olduqları başa salına bilər/

6 yaşından kiçik uşaqların dini mövzuları başa düşmələri  çətindir.Xüsusilə, Allahın ölən insanı çox istədiyi üçün yanına aldığı deyilməməlidir. Belə bir açıqlama edildiyində ,uşaq  çox sevilən insanların öləcəyini duşünür və itirmək qorxusu yaşayır.

Uşağa emosional dəstəklə yanaşı ,fiziki olaraqda dəstək olmaq lazımdır.Onu qucaqlamaq,əllərini tutmaq ,yanında olmaq çox vacibdir.

Uşağın yaşadığı kədəri oyun oynama ,rəsm çəkmə, idman kimi  fəaliyyətlərlə  üzə vurmasını təmin etmək üçün şərait yaradılmalıdır.

Tərcümə etdi:Əhmədova Samirə (Narınc könüllü qrupunun üzvü)

Go Back

Çəki anormallığı yoxsa QQP

QQP(Qida qəbulu pozuntusu) dedikdə QQ (qida qəbulu) ilə bağlı psixoloji şərtlənmiş davranış pozuntuları başa düşülür. Bura ölümlə nəticələnə biləcək çəkinin qəsdən aşağı salınmasında, artıq çəkinin yaranmasına səbəb olan bir çox QQ pozuntuları aid edilir. Biz hər hansı insanda qida qəbulu pozuntusunun yarandığını kök görünə biləcəyi yaxud çəkisinin arta biləcəyi ilə bağlı olan əsassız qorxu; çəkini nəzarətdə saxlamağa həddindən artıq səy göstərmək, öz çəkisini yaxud QQ ilə bağlı pozuntunun olduğunu inkar etmək, obsessiya(təkrarlanan fikirlər), şəxsiyyətlər arası münasibətlərdə çətinliklər, iş, ailə həyatı və yaxud təhsillə bağlı problemlər, özünü insanlardan,  cəmiyyətdən təcridetmə, əhvalın pis olması, həyəcan, tez qıcıqlanma və s. kimi əlamətlər gördükdə deyə bilərik. QQP-nın əsas 2 növü vardır:

1.Anoreksiya

2.Bulimiya

Bulimiya- bu zaman pasient normadan artıq qida qəbul edir və sonra peşmançılıq hissi keçirdiyi üçün və yediklərinin artıq çəkiyə səbəb olmaması üçün onlardan süni şəkildə (qusma, dərmanlar, klisma,işlətmə vasitələri) qurtulmağa çalışır.

Əgər  bir insanda qida qəbulu ilə bağlı daima narahatçılıq keçirmək qidalanmaya, yeməyə ciddi   nəzarət varsa və ya həddindən artıq yemə istəyi varsa bu zaman Bulimiyadan danışmaq olar.

Bulimiyanın insanda yaratdığı ağır nəticələrə bunlar aiddi:

Mədə-bağırsaq problemləri;

Dişlərin çürüməsi;

Böyrək proplemləri;

Ürək çatışmazlığı;

Peptik xoralar;

Ölüm.

Bu problemlə üzləşən xətələrə ikl öncə onların heç də həddindən artıq kök vəya arıq olmadığını başa salmaq lazımdır. Əgər çəkiləri normadan çox olsa belə bunu onlara böyükdərək demək lazım deyil. " Səndən kökləri də var, sən heç də kök (arıq) deyilsən, sən özünü kök görə bilərsən, amma başqaları səni belə görmür, çünki sən kök deyilsən sadəcə özünü belə görürsən".

Belə insanlar getdikcə cəmiyyətdən uzaqlaşır, insanlar arasına çıxmağa utanırlar. Elə düşünürlə ki, hamı onlara baxıb güləcək, lağ edəcək.

Amma başa düşmürlərki onu sevənləri; dostları, ailəsi, yaxınları onları belə qəbul edir və sevirlər.

Belə hallarda insana ilk dəstəyi valideynləri verməlidir. Onlar öz övladlarını başa düşməli, ona dəstək olmalı, övladlarını dərhal həkimə və psixoloqa aparmalıdırlar. Övladları həqiqət çox kök vəya arıqdırsa onu təbeh etməməli, başqalarının yanında utandırmamalıdır, çünki bu insanda böyük psixoloji gərginlik yaradır və tədricən insanlardan elə öz valideynlərində də uzaqlaşmağına səbəb olur.Bütün işlətmə vasitələrini, qusmaya səbə olan dərmanları və digər təhlükə yarada biləcək dərmanları xəstədən gizlətmək lazımdır. Bulimiya və anoreksiya zamanı həm xəstəlikdən əziyyət çəkən şəxs həm də yaxınları səbirli olmalıdırlar.

 Məqalə müəllifi:Gərayzadə Elmira (Narınc könüllü qrupunun üzvü

Go Back

Keçmiş üçün darıxmaq

İnsan niyə darıxar və daha önəmlisi nə üçün darlxar? Almanca darıxmaq ( sehnsucht) bağımlılıq sözünü də ifadə edir.Darıxmaq bir əskikliyin varlığına işarə edər və bizi bu əskikliyi aradan qaldırmağa təşviq edər.

İnsan sevgiyə ac bir şəkildə dünyaya göz açar.Qısa müddətlər ərzində bu aclıq duyğusu doyurulmuş kimi olsa da bütün ömür boyunca davam edər.Həyatımız boyunca etdiyimiz hər bir seçim başqa bir şeyi həyatımızdan çıxarmaq deməkdir.Hər xatırlama itirilmiş bir şeyin varlığına işarə edər.Sanki nələrisə əskik və ya səhv etmişik kimi. “ Görəsən düz mü etdim?”, “Necə davranmalıydım?”, “ Nəyi qaçırdım?” tipli sualların sayı artmaya başlar.

Həsrət ruhumuzun doyurula bilməyən aclıq və susuzluğudur.Çox vaxt da həsrətini çəkdiyimiz şeyi əldə etməkdən daha doyurucudur həsrət çəkmək.Çünki həsrətin içində ümid etdiyimiz bütün ehtimallar vardır və hər şeyin əskiksiz bir şəkildə gərçəkləşməsini xəyal etmək mümkündür.

Depressiv insanlar, öz səhvlərini özünə bağışlaya bilməyənlər və duyğularının fərqində olmayanlar keçmişi düşünməkdən, daim keçmişə həsrət duymaqdan qurtula bilməzlər.Çünki hər hansı bir vəziyyətin yolunda olmadığını anlamanız üçün ilk növbədə onu tanımanız lazımdır.Müasir dövrdə insanın psixi narahatlıqları, eynən digər fiziki narahatlıqlarda olduğu kimi müalicə oluna bilər.Lakin çox insan bunu bilmir yaxud bilmək istəmir.Hətta yaşadıqlarının bir xəstəlik və narahatlıq olduğunu ağlına belə gətirmir.

Psixi problemlər içərisində geniş yayılmış problemlərdən biri keçmişi tərk edə bilməmək və daim keçmişin kölgəsində yaşamaqdır.Keçmişiylə yaşayan, keçmişin sıxıntı və kədərləri içərisində üzən, gələcəyə ümidlə baxa bilməyən şəxslərdə kədər, hüzün, bədbəxtlik duyğuları olduqca yüksəkdir.Bu vəziyyət getdikcə artarsa insanın ailəsiylə, dostlarıyla, iş yoldaşlarıyla münasibətləri pozulmağa başlayar və insan yaşamaqdan zövq almaz.Aşağıdakı hallar getdikcə artar:

- Keçmişi düşünməkdən əvvəllər zövq aldığınız işlərin çöxundan zövq almazsınız.

- Demək olar ki, hər gün yuxusuzluq hallarından əziyyət çəkir, uzun zaman yuxuya gedə bilmir, tez-tez oyanır, yuxunuzu ala bilmirsiniz.

- Qərar verməkdə çətinlik çəkir, mütəmadi qərarsızlıq halı yaşayırsınız.

- Çox yorğun, enerji itirmiş hiss edirsiniz.

- Keçmişdə olanlara görə daim özünüzü günahlandırırsınız.

Keçmişlə barışmayı öyrənmək, keçmişi olduğu kimi qəbul edib, səhvlərimizi özümüzə bağışlamaq lazımdır.Keçmiş üçün həddindən artıq darıxmaq insanı depressiya keçirməyə vadar edirsə, gələcək qayğılarını həddən artıq düşünmək də insanda panik ataklar yaradır.

 Tərcümə etdi: Ülfət Abbaszadə (Narınc könüllü qrupunun üzvü)

Go Back

Xüsusi qayğıya ehtiyacı olan uşaqlara necə davranmalı?

Bu uşaqlar 3-4 yaşlarında olanda fərqli olduqlarını hiss etməyə başlayar və 20li yaşlara qədər bu əngəli anlamağa, qavramağa, qəbul etməyə çalışarlar. Çox ağır əqli geriliyi olan uşaqlar bu fərqliliyi qavramaqda çətinlik çəkərlər.

Fərqliliklərini anlamağa başlayan uşaqların ilk verdikləri reaksiya qəzəbdir, çünki uşaq dərin bir əngəllənmə hissi yaşayar və bu da ciddi qəzəbə səbəb olar.  “Nə üçün beləyəm?” və ya “Niyə mən?” sualları uzun müddət beynini məşğul edər. Hər yeni mühitdə uşaq bu vəziyyətin yaratdığı çətinliklərlə yenidən başa çıxmaq məcburiyyətindədir. Yaşadığı hər bir pis təcrübə uşağın “mən”inin inkişafında pis izlər buraxır.

Bütün bu yaşananlarla birlikdə əngəlli və ya inkişaf geriliyi olan uşaqların çox sıx yaşadığı hislərin başında qüsurluluq inancı, özgüvən əskikliyi, qəzəb, depresiya və günahkarlıq gəlir.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlara sahib ailələrə məsləhətlər:

1. Ailələr uşağın sahib olduğu əngəlin bütün tibbi yönlərini bilməlidir.Uşağın var olan gerçəyi qəbul edə bilməsi üçün vəziyyəti əvvəlcə ana və ata bilməli və qəbul etməlidir.  

2. Ailələr uşaqlara gerçəkləşmələri mümkün olmayan vədlər verməməli, çünki bu onların inanclarını daha da itirmələrinə səbəb olar.

3. Mövcud olan və istifadə edilməsi mümkün olan bütün istiqamətlərini inkişaf etdirin.

4. Güvənini azaldacaq sözlərdən, yerinə yetirə bilməyəcəyi istəklərdən uzaq durun.

5. Uşağınızı başqaları ilə müqayisə etməyin, davranışlarına görə onu qınamayın.

6. Bacara bildiyi şeyləri mütləq görün və onu onları etməyə zorlamadan təşvəq edin. Həddindən artıq tərif də uşağın özünü pis hiss etrməsinə səbəb olar.

7. Həddindən artıq qoruyuculuqdan çəkinin, bu vəziyyət uşağın özgüvənini zədələyə bilər.

8. Ətrafdan gizlətməyin, mümkün olduğu qədər sosiallaşmasına şərait yaradın

9. Digər sizin kimi övladı olan valideyinlərlə görüşün, söhbət edin, bu sizi rahatladacaqdır.

 Tərcümə etdi:Lalə Fətəliyeva  (Narınc könüllü qrupunun üzvü)

Go Back

EŞİTMƏ QÜSURLU UŞAQLARDA REFLEKSOLOJİ İŞ

Bizi əhatə edən ətraf mühiti qulaqlarımızın köməyi ilə eşidirik.Alimlərin kəşfinə görə,qulaq insan yatarkən aktiv olan yeganə duyğu orqanıdır. Qulaqlar eşitmə orqanı olmaqla yanaşı həmdə bədənin müvazinətini saxlamaqa xidmət edir. Müvazinət orqanı vestibulyar aparatı tərəfindən bədənimizin vəziyyətinə nəzarət edilir.İnsan eşitmə orqanı olan qulaqlar vasitəsilə fərqli səsləri araşdırır. İnsanlar kifayət qədər geniş diapozonda olan səsləri (16 HS-dən 20 min HS-yə qədər)qavraya bilirlər.
Qulaqlar 3 hissədən ibarətdir:xarici;orta;daxili qulaq;
Xarici qulaq-qulaq seyvanı və xarici qulaq keçəcəyindən ibarətdir.
Orta qulaq-təbil pərdəsinin arxasında bir birilə bağlı üç kiçik sümükdən ibarətdir.
Daxili qulaq-kəllə boşluğuna girən gicgah sümüyünün içərisində yerləşir.
Uşağın inkaşafında eşitmənin rolu çox böyükdür.Uşaqlar böyüklərin nitqini eşidir,onu təqlid edərək müstəqil danışmağı öyrənir. Eşitmə həmçinin uşağın intellektual inkişafınada böyük təsir göstərir. Eşitmə ilə uşaq öz nitqinə nəzarət edir və onu başqalarının nitqi ilə müqasiyə edir.
-Uşağın eşitmə funksiyasının normal inkişaf prosesini bir neçə mərhələyə ayırmaq olar.
a) doğulandan sonra ilk saatlarda uşaq hər hansı bir sadə səsə reaksiya verir.;
b) 3 ayında uşaqlarda səsi ucalığına və tembrinə görə fərqləndirmə bacarığı formalaşır;
c) 10-11 ayında ritminə və intonasiyasına görə söz və ifadələri fərqləndirmək bacarığı formalaşır;
-Əgər körpədə aşağıda göstərilən hallar baş veribsə onda eşitmə qüsurunun olması ehtimalı xeyli artmış olur.
a) körpəyə damarlardan uzun müddət yüksək dozalı antibiotik terapiya olunması.
b) meningial qişaların zədələnməsinə səbəb olan virus infeksiyaları.
c) doğulduğu gündən 2 yaşına qədər ağır kəllə-beyin travma alması.
-6 aylığa qədər:
-səs-küyə oyanmırsa;
başını səs tərəfə çevirmirsə;
-6-12 ay arası:
qəribə səslər çıxarmırsa, ümumiyyətlə danışmırsa;
sadə komandalara reaksiya vermirse;
-18 ay-2 yaş arası:
-çağırılan tərəfə və ətrafdakı səslərə reaksiya vermirsə;
-səsin hardan gəldiyini çətinliklə müəyyən edirsə;
Bu əlamətlərdən hansısa biri uşağınızda varsa deməli onda eşitmə ilə bağlı problem var.
-Səbəbləri:
İnsan qulağı anotomik cəhətdən 3 şöbəyə (xarici,orta,daxili qulaq) bölünür.Hər bir şöbənin özünə məxsus funksiyaları və xəstəlikləri var .Karlıq və ağır eşitmə hər üç şöbədə baş verən xəstəlikdən qaynaqlana bilər.
-Simptomları:
Subyektiv şikayətlər isə eşitmənin pisləşməsindən, qulaqlarda səs- küy olmasından, müvazinətin pozulması və baş gicəllənməsindən ibarət olur.
-Diaqnostika:
Eşitmənin zəifləmə dərəcəsi -uşaq nə qədər pis eşidərsə bir belədə pis danışar. Eşitmə qüsurunun əmələ gəlmə zamanı - əgər eşitmə 3 yaşından pozulubsa uşaqda lüğət tələffüz və qrammatik quruluş çatışmazlığı olan nitqdə ola bilər. Əgər eşitmə məktəb yaşı dövründə pozulubsa onda belə uşaqda vurğusu aydın olmayan hecaların tələffüzü müşahidə edilir.Erkən yaş dövründə eşitmənin pozulması-nitqin çox ağır qüsurlarının yaranmasına səbəb olur.
Eşitmə itkisinin dərəcələri:
Bir adamın yaşadığı eşitmə itkisinin miqdarı yüngül, orta, irəli səviyyədə və ya ağır olaraq dərəcələndirilə bilir. Eşitmə testləri nə qədər səs eşitə bildiyimizi ölçür.Bir çox fərqli test növü vardır.Eşitmə itkisi desibel eşitmə səviyyəsi olaraq qiymətləndirilir.Eşitmə səviyyəsi saf ton səsləri və danışma səsləri üçün ölçülə və hər 2 qulaq ( 2 tərəfli) və hər 1 qulaq üçün ayrı- ayrı (tək tərəfli) ölçülə bilər.
Eşitmənin mərkəzi sinir mexanizmi:
Qulaq ilbizindən başlanğıc götürən eşitmə siniri, az sayda liflər saxlayır, eşitmə resoptarları kimi, səs tezliklərinə köklənmə dərəcəsinə görə fərqlənir.Hər 2 qulaqdan beyinə tərəf gələn eşitmə sinir lifləri arxa beyin nahiyyəsində ilkin eşitmə mərkəzi olan koxelyar nüvəyə daxil olur və coxlu şaxələr verir. Dorsal koxelyar neyronlar eşitmə siqnalları orta beyindəki eşitmə mərkəzinə dördtəpəli cizmin arxa qabarlarına və talamusa yollayır. Baş beynin böyük yarım kürələri qabığında gicgah nahiyyəsində bir ilkin eşitmə mərkəzi mövcuddur.
Refleksologiya nədir? -bu gün refleksologiya dəstəkləyici ya da tamamlayıcı müalicələr arasında yer tutmaqdadır. Reflekso terapiyanın faydaları M S S –dən yəni baş beyin və onurğa beyindən çıxan periferik sinir ucları bizim orqan və sistemlərimizin işini idarə edir və onların son nöqtələri və ucları bizim ovuc içi və ayaqımızın altındadır. Reflekso terapiya eşitmə qüsurlu uşaqlarda daha çox baş beyin mərkəzlərini işləyirik, çünki qavramanın mərkəzlərini artirmalıyiq. Eşitmənin mərkəzi olan gicgah payını və eşitmə orqanı olan qulaqları daha çox işləyirik. Bundan əlavə onurğa sinirlərini əzələ motorik sinirlərini işləyirik. Çünki orqanizmin fəaliyyətini maddələr mübadiləsini və mərkəzlərin fəaliyyətini müştərək halda artırmalıyıq ki, daha tez fayda görsün. Amma reflekso terapiyanın eşitmə qüsurlu uşaqlarda əsas işi baş beyin mərkəzini( alın gicgah ),eşitmə orqanı(qulaqlar),nitq mərkəzini və onurğa sinirlərini aktivləşdirməkdir
Terapiya müddəti: 2 yaşına qədər uşaqlarda -15 dəqiqə; 15 yaşa kimi insanlarda -30 dəqiqə; 15 yaşdan böyük insanlarda 50 dəqiqə. Amma bizim NARINC UŞAQ PSİXOLOGİYA mərkəzində eşitmə qüsurlu uşaqlarımızın böyük əksəryəti az yaşlı uşaqlar olduğu üçün biz daha çox 30 dəqiqəlik terapiya müddətini seçmişik. 30 dəqiqəlik terapiya müddətinin 20 dəqiqəsi ayaqla və 10 dəqiqəsini isə əllərlə məşğul oluruq.Eşitmə qüsurlu uşaqların qavramasındakı pozuntuya uyğun olaraq seanslar təyin edilir. Daha çox həftədə 6 gün 30 dəqiqə olaraq təyin edilir və eşitmə mərkəzi aktivləşdirici seansların sayı müntəzəm olaraq azalır. Eşitmə və nitq mərkəzi aktivləşdirildikdən sonra seanslar dayandırılır.
XÜLASƏ
İnsan eşitmə orqanı olan qulaqlar vasitəsilə fərqli səsləri araşdırır.İnsanlar kifayət qədər geniş diapozonda olan səsləri (16 HS-dən 20 min HS-yə qədər)qavraya bilirlər.
Qulaqlar 3 hissədən ibarətdir:xarici;orta;daxili qulaq;
Xarici qulaq-qulaq seyvanı və xarici qulaq keçəcəyindən ibarətdir.
Orta qulaq-təbil pərdəsinin arxasında bir birilə bağlı üç kiçik sümükdən ibarətdir.
Daxili qulaq-kəllə boşluğuna girən gicgah sümüyünün içərisində yerləşir.
Uşağın inkaşafında eşitmənin rolu çox böyükdür. Uşaq doğulandan 2 yaşa qədər səslərə reaksiya vermirsə,qəribə səslər cixarmırsa,başını səs tərəfə çevirmirsə onda uşaqda eşitmə ilə bağlı problem var.
Səbəbləri:
İnsan qulağı anotomik cəhətdən 3 şöbəyə (xarici,orta,daxili qulaq) bölünür.Hər bir şöbənin özünə məxsus funksiyaları və xəstəlikləri var.Karlıq və ağır eşitmə hər üç şöbədə baş verən xəstəlikdən qaynaqlana bilər.
Eşitmə itkisinin dərəcələri:
Bir adamın yaşadığı eşitmə itkisinin miqdarı yüngül, orta, irəli səviyyədə və ya ağır olaraq dərəcələndirilə bilir.Eşitmə testləri nə qədər səs eşitə bildiyimizi ölçür..Eşitmə itkisi desibel eşitmə səviyyəsi olaraq qiymətləndirilir.Eşitmə səviyyəsi saf ton səsləri və danışma səsləri üçün ölçülə və hər 2 qulaq ( 2 tərəfli) və hər 1 qulaq üçün ayrı- ayrı (tək tərəfli) ölçülə bilər.
Refleksologiya nədir? -bu gün refleksologiya dəstəkləyici ya da tamamlayıcı müalicələr arasında yer tutmaqdadır. Reflekso terapiyanın faydaları M S S –dən yəni baş beyin və onurğa beyindən çıxan periferik sinir ucları bizim orqan və sistemlərimizin işini idarə edir və onların son nöqtələri və ucları bizim ovuc içi və ayaqımızın altındadır.Reflekso terapiya eşitmə qüsurlu uşaqlarda daha çox baş beyin mərkəzlərini işləyirik, çünki qavramanın mərkəzlərini artirmalıyiq.Eşitmənin mərkəzi olan gicgah payını və eşitmə orqanı olan qulaqları daha çox işləyirik.Bundan əlavə onurğa sinirlərini əzələ motorik sinirlərini işləyirik.
Terapiya müddəti: 2 yaşına qədər uşaqlarda -15 dəqiqə; 15 yaşa kimi insanlarda -30 dəqiqə; 15 yaşdan böyük insanlarda 50 dəqiqə. Amma bizim NARINC UŞAQ PSİXOLOGİYA mərkəzində eşitmə qüsurlu uşaqlarımızın böyük əksəryəti az yaşlı uşaqlar olduğu üçün biz daha çox 30 dəqiqəlik terapiya müddətini seçmişik. Daha çox həftədə 6 gün 30 dəqiqə olaraq təyin edilir və eşitmə mərkəzi aktivləşdirici seansların sayı müntəzəm olaraq azalır.Eşitmə və nitq mərkəzi aktivləşdirildikdən sonra seanslar dayandırılır.

Narınc uşaq psixologiya mərkəzi 9 - cu mikrorayon filialı

                                  Klinik-refleksoloq
                               RƏHİMOVA GÜLNARƏ

Go Back

Uşağın tərbiyəsində baba və nənə

Nəvə sevgisi özəl bir sevgidir.Hər baba və nənə üçün onları qucağına almaq və böyümələrini izləmək xoş bir duyğudur.Nənə və babaların uşaqlar üzərində müsbət təsirləri vardır.Bəzən uşaq ana və atasından görmədiyi sevgini onlardan görə bilir və bu da uşaqların psixi inkişafına müsbət təsir göstərir.

Valideynlərin işləməsi uşağa kimin baxacağı problemini ortaya çıxarır.Uşağa baxılması dövründə nənə və babalar böyük aktivlik göstərir.Adətən, nənə və babalar öz uşaqlarını tərbiyə edərkən istifadə etdikləri nizamlı qayda-qanunlardan uzaqlaşaraq, nəvələrinə sərhəd tanımırlar və bütün istəklərini qarşılayırlar.Bu zaman da uşaqlara evin kralı və ya kraliçası kimi davranmağa başlayırlar.Elə buna görə də uşaqlar nənə və babayla vaxt keçirmək istəyir, valideynlərindən də eyni davranışı gözləyirlər.

Baba və nənələrin səhvi nəvələrini həddindən artıq “qudurtmaqdır”.Valideynlərin qadağan etdiklərini alaraq uşaqları xoşbəxt etməyə çalışırlar.Bu zaman da valideynlərin tətbiq etdiyi tərbiyə sistemində uyğunsuzluqlar olur.Ana və atalar ailə böyüklərinə hörmətsizlik olmasın deyə səs çıxarmadıqca, uşaq hər istədiyini əldə etmək üçün nənə və babanın yanına qaçır.

Nənə və babalar uşağın tərbiyəsində yalnızca dəstəkləyici rol oynamalıdırlar, əsla ana və atanın vəzifəsini öz üzərlərinə götürməməlidirlər.Ana və ata uşağın tərbiyəsi və yetişdirilməsində birinci dərəcəli məsuliiyətli insanlardır.Lazım gələrsə nənə və babaya uşağın tərbiyəsində biraz məsafəli olmaqları gərəkdiyini bildirmək lazımdır.

Bütün bunlar uşağa necə təsir edər?

Uşağın yaxşını, pisi, doğrunu, yalnışı anlaya bilməsi üçün yol göstərilməsinə ehtiyacı vardır.Eyni anda bir neçə insanın yol göstərməsi, daha dəqiq desək, nənə və babanın başqa doğruları, ana və atanın başqa doğruları göstərməsinin tək nəticəsi uşağın “doğru”suz yetişməsi olacaqdır.Bu vəziyyətdə nənə və babaya belə mesaj verilməlidir: Siz övladlarınızı yetişdirərkən, ana və atalıq vəzifənizi yerinə yetirdiniz.Nəvələrinizin ana və atası olmağa çalışmayın.Valideynlərin övladları üçün qoyduğu qaydalara qarşı çıxıb, uşaqların gözündə valideynlərinin sözünü dəyərsiz etməyin.

Nənə - baba və nəvə arasında sağlam münasibət qurmağın yolları nələrdir?

- Uşağın nənə və babanın evində deyil, öz evində baxılması, hər gecə ana və atasını görməsi önəmlidir.

- Nənə və babanın evində baxıldığı günlərdə də gecələr evinə dönməli, öz yatağında yatmalıdır.

- Uşağınıza qadağan etdiyiniz davranışlar uşaqla əlaqəli bütün şəxslərə bildirilməlidir.

- Ailə içində qoyulan qaydalar nənə və babaya deyilməlidir.

- Uşağın tərbiyəsi bağlı yaranan fikir ayrılıqları uşağın yanında danışılmamalıdır.

- Böyüklər nəvələrinin yetişdirilməsində ana və atanın qərarlarının önəmli olduğunu qəbul etməlidirlər.

  Tərcümə etdi: Ülfət Abbaszadə (Narınc könüllü qrupunun üzvü)

Go Back

Sonu qorxunc bitən psixoloji təcrübələr...

Bugün bildiyimiz kimi psixologiya elmi gənc bir elmdir.İnsanoğlunun özünü və başqaları ilə münasibətlərini anlamaq adına bizə dərin biliklər qazandırmışdır.Bir çox psixoloji təcrübələr etik və keçərli üsullarla aparılmış və daha yaxşı terapiyaların inkişafına yardımçı olmuşdur.Ancaq heç də yolunda getməyən, qorxunc nəticələnən təcrübələr də keçirilmişdir.

Stanford həbsxana təcrübəsi. 1971 – ci ildə, sosial psixoloq Philip Zimbardo, saxta bir həbsxanada hansı insanların sosial rollara uyğunluq göstərdiyini anlamaq adına bir qrup oğlan universitet  tələbəsini 2 həftə davam edəcək təcrübəyə daxil etdi.Təcrübəyə qatılanların yarısına məhkum, yarısına gözətçi rolu verildi.Nəticələr isə fəlakətdi.Sadə universitet tələbələri mərhəmətsiz, sadist bir gözətçiyə ya da getdikcə artan bir şəkildə qorxaq bir məhkuma çevrildilər.Sadəcə 6 gün sonra Zimbardo tərəfindən təşkil edilmiş bu saxta həbsxanadakı yaşanan mərhəmətsizliklərin reallığa çevrilməsi nəticəsində, təcrübəyə vaxtından əvvəl son verildi.

Canavar çalışma – The monster study. 1939 – cu ildə aparılan bu çalışmada 22 yetim uşaq istifadə edildi.Bu uşaqlardan 10-u daha əvvəl nitq ləngiməsi olan və kəkələyənlər olaraq seçildi.Uşaqlar bərabər sayda olaraq 2 qrupa ayrıldı.Bir qrupun loqopedi, uşaqlarda gördüyü inkişaf və rəvan danışıqdıqlarına görə, onları mükafatlandıraraq “pozitiv” terapiya tətbiq etdi, digər loqoped isə ən xırda səhvdə belə uşaqlara cəzalar tətbiq etdi.Nəticələr göstərdi ki, neqativ davranılan uşaqlar psixoloji mənada ağır xəsarətlər aldı.Ancaq ən pisi terapiyadan əvvəl danışığında qüsuru olmayan uşaqların da danışıqlarında pozulmaların olması idi. 2007 – ci ildə yetim qalmış bu uşaqlardan 6-sı, məruz qaldıqları bu vəziyyət qarşısında 925.000 dollarlıq təzminat aldılar.

Tony LaMadrid. Dərman müalicəsi görən bir çox şizofreniya xəstəsi 1983 – cü ildə Kaliforniya Universitetində  başladılan bir proqrama daxil oldu.Proqram, müalicə müddətində dərman istifadəsini tamamilə kəsməyi şərt qoymuşdu.Bu çalışmanın məqsədi şizofreniyanın müalicəsində yeni biliklər aldə etmək idi.Lakin xəstələrin 90 % - ində, dərman müalicəsini saxlamaqla əlaqəli vəziyyət daha da pisləşmişdi.Araşdırmaya qatılanlardan biri olan Tony LaMadrid, təcrübənin başladığı tarixdən 6 il sonra eyni binanın damından özünü atdı və həyatını itirdi.

David Reimer. 1966 – cı ildə 8 aylıq olan David Reimerin sünnət əməliyyatı son dərəcə uğursuz olmuş və cinsiyyət orqanını itirməsinə səbəb olmuşdu.Psixoloq John Money, Davidin cinsiyyət dəyişdirməsini məsləhət verdi.Valideynləri də bu mözvuda həmfikir oldu, ancaq Money və ailəsi gizli bir şəkildə aparılan, “ cinsi şəxsiyyətin anadangəlmə deyil, mühit ilə formalaşdığı” iddiasını sübut etmək üçün hazırlanmış bir təcrübənin əsasa parçası olduqlarını bilmirdilər.David adını Brenda olaraq dəyişdirdi, cərrahi bir əməliyyatla vaginası oldu və hormon dəstəyi gördü.Lakin Brenda uşaqlıq dövründə standart bir oğlan uşağı kimi davrandı.Reimer ailəsi, Brenda 14 yaşına çatdığında yaşadıqları sıxıntılara dözməyib, Brendaya həqiqəti danışdılar və təkrar Davidə dönməsi qərarına gəldilər.Lakin təcrübə tragik bir şəkildə nəticələndi, David 38 yaşında intihar etdi.

Tərcümə etdi: Ülfət Abbaszadə (Narınc könüllü qrupunun üzvü)

Go Back

Enurez nədir?

 

Enurez yuxuda sidik saxlaya bilməməklə xarakterizə olunan fenomendir. Həkimlərin əksəriyyətinin fikrincə, qızlarda 4 yaşdan yuxarı, oğlanlarda isə 5 yaşdan yuxarı olduqda sidik saxlamamağı enurez adlandırmaq olar. Əksər hallarda uşaq böyüdükcə enurez keçib gedir. Gecələr qeyri-ixtiyari sidik salma altı yaşlı uşaqların 10%-də, 14 yaşda olan yeniyetmələrin isə 3%-də müşahidə edilir. Nadir hallarda böyüklərdə enurez keçmir. İlkin enurez Əgər uşaq heç vaxt və ya demək olar ki, heç vaxt yuxudan quru oyanmırsa, bunu ilkin enurez adlandırırlar. Bu materialda məhz bu barədə danışılacaq. Əgər problem məktəb yaşlarında da qalırsa, düzgün seçilmiş üsullarla bunu aradan qaldırmaq mümkün olur. Aşağıda ilkin enurezin səbəbləri və müalicə üsulları haqqında danışacağıq. Təkrar enurez Bir müddət davam edən «quru» gecələrdən sonra yenidən sidik saxlamamaq halları təkrarlanırsa, bunu təkrar enurez adlandırırlar. Uzun müddət yuxudan quru oyanan uşaqlar yalnız təsadüfən yataqlarını islada bilərlər. Bu problem, adətən, uşağın həyatındakı streslərlə bağlı olur və vaxt ötdükcə öz-özünə keçib gedir. Təkrar enurezin üç daha geniş yayılmış səbəbləri bunlardır: hospitallaşdırma, uşaq bağçasına, məktəbə getməyə başladıqda, bacı və ya qardaşının doğulması. Uşaq həmçinin ailədəki problemlərlə də (boşanma, valideynlərin alkoqolizmi, maddi sıxıntılar), o cümlədən onunla kobud rəftar və ya ona qarşı qayğının olmaması ilə bağlı stress keçirə bilər. Uzun müddət davam edən enurez zamanı həkimə müraciət etmək lazımdır, çünki bu hal diaqnostika və müalicə tələb edən fiziki qüsurla bağlı ola bilər. İlkin funksional (xroniki) enurez Səbəbləri: hesab edirlər ki, xroniki enurezin iki mümkün səbəbi var: sidik kisəsinin fizioloji və ya nevroloji yetişməməsi; uşağın çox dərin yuxuya getməsi. Görünür, belə uşaq elə bərk yatır ki, beyni dolmuş sidik kisəsindən gələn siqnallara reaksiya vermir. Ehtimal edilir ki, gecə enurezinə meyillilik irsi xüsusiyyətdir. Çox zaman məlum olur ki, valideynlərdən biri, əmi, dayı, xala və ya bibi, hətta nənə və ya baba da uşaqlıqda həmin problemlə üzləşmişdir. Bundan əlavə, bəzi məlumatlara görə, diqqət çatışmazlığı sindromuna meyilli olan, təhsildə çətinlik çəkən və ya allergiyası olan uşaqlarda enurezə daha çox təsadüf edilir. Enurez uşağa və ailədəki münasibətlərə necə təsir göstərir Məktəbə getmək ərəfəsində uşaqların əksəriyyəti öz problemindən utanır. Belə uşaqlar evdən kənarda gecələmək lazım olan tədbirlərdən yayınmağa çalışırlar. Onlarda çox zaman özünü dəyərləndirmə aşağı olur. Əgər valideynləri vəziyyəti dəyişməyin mümkün olmadığı qənaətindədirərsə, bu, uşağın psixoloji vəziyyətinə ziyan vura bilər. Digər tərəfdən, valideynlər uşaqlarının yatağına sidik salmasına görə kədərlənə, əsəbiləşə və ya utana bilərlər. Buna baxmayaraq, valideynlər uşağın enurezlə bağlı həyəcanlarını azaltmaq və bununla da problemin aradan qaldırılmasını sürətləndirmək iqtidarındadırlar. Bunun üçün pozitiv münasibət, anlama və mənəvi dəstək önəmlidir. Müalicə Hər şeydən əvvəl yadda saxlamaq lazımdır ki, uşaqların əksəriyyətində enurez tədricən öz-özünə keçib gedir. Uşaq böyüyür, əzələləri daha möhkəm olur, sidik kisəsinin həcmi isə artır. Yuxu nisbətən daha yüngül olur və uşaq dolmuş sidik kisəsindən beyninə ötürülən siqnalı daha asanlıqla qəbul edə bilir. Enurezin müalicəsinə iki yanaşma mövcuddur: dərman və davranışla müalicə. Dərmanla müalicəyə, adətən, aşağıdakı iki preparatdan biri daxil edilir: Davranış terapiyası Davranış terapiyası çox zaman daha təsirli olur və təbii ki, dərmanla müalicəyə nisbətən daha təhlükəsizdir. Halbuki bəzən onun nəticələri xeyli vaxt keçdikdən sonra özünü göstərir, yaxşılaşma isə adətən, sabit olur. Enurezin müalicəsində tətbiq olunan bir neçə belə üsul var: Sidiyi saxlama vərdişinin məşq edilməsi. Uşağa gün ərzində məqsədyönlü şəkildə sidik ifrazı aktına nəzarət etməyi təklif edin: bunun üçün əvvəl bir neçə dəqiqə, sonra isə tədricən daha uzun müddətə sidiyini saxlamağı məsləhət görün. Bu məşqlər sidik kisəsinin funksional həcmini artırır və sidik ifrazını saxlamaqda iştirak edən əzələlərməşq etdirir. Məşqlərə başlamamışdan əvvəl valideynlər bunu həkimlə məsləhət etməlidirlər. Gecə yuxudan oyatma. Gecə müntəzəm olaraq uşağı oyadır və tualetə aparır, sonra yenə də yatmağa qoyurlar. Bunu onun üçün edirlər ki, gecə bir neçə dəfə oyanaraq sidik kisəsini boşaltmağa vərdiş edən uşaq, nəhayət, quru oyanmağa alışacaq. «Sidik zəngli saatı». Yataq nəmlənərkən siqnal verən qurğu enurezin müalicəsində faydalı və təsirli vasitə hesab edilir. Tibbi tədqiqatlar göstərmişdir ki, bu qurğu uşaqların çoxuna problemlərindən azad olmaqda kömək etmişdir. Belə müalicə ailə üzvlərinin də dəstəyini tələb edir, uğur əldə etmək üçün isə bir neçə həftə, bəzən isə aylar lazım gəlir. Bu üsul daha sabit müsbət effekt verir və dərmanla müalicəyə nisbətən yenidən təkrarlanması da az olur. Qurğunun tərkibinə əlaqə ötürücüsü daxildir; bu, yataq dəstinə bərkidilir. Uşaq sidik salmağa başlayan kimi qurğu səsli siqnal verir. Uşaq oyanır və uşaq sidiyinin qalanını tualetdə boşaldır, sonra isə yatağına qayıdır. Bu yolla beyin tədricən dolmuş sidik kisəsindən gələn siqnallara reaksiya verməyə alışır. Bu metod çox etibarlıdır və tətbiq olunması da asandır, nəticələrindən isə həm valideynlər, həm də uşaqlar razı qalır. Onun təsiri xeyli tez ola bilər və ya müəyyən vaxt da tələb edə bilər. «Sidik zəngli saatı» ilə birlikdə həmçinin özünə təlqin texnikasının tətbiqi də yaxşı kömək edir. Hipnoz. Enurezin effektli müalicə üsullarından biri də hipnozdur. Terapevtik audioyazıların dəfələrlə dinlənilməsi beyini «yenidən elə proqramlaşdırır» ki, uşaq yuxuda olarkən sidik ifrazı tələbatına gündüz olduğu kimi dərhal reaksiya vermiş olur. Aşağıdakı hallarda həkimə müraciət etmək lazımdır: Uşağın 6-7 yaşı var və o, demək olar ki, heç vaxt quru oyanmır; Uşağın yaşı 6-dan azdır, ancaq o yuxudan quru oyanmamasına əsəbiləşir; Uşaq əvvəllər quru oyana bilirdi, ancaq indi yenidən yerini islatmağa başlamışdır; Uşağınızda enurez probleminin olması sizi kədərləndirir. 9-11 yaşına çatanadək, əksər hallarda, uşaqlarda sidik ifrazına nəzarət edilməsi tam formalaşmış olur və enurez özündən sonra heç bir iz buraxmadan keçib gedir. Buna baxmayaraq xəstəlik aşkar edildiyi vaxtından etibarən mütləq müalicə edilməlidir. Əks halda, uşaqlarda sidik sistemi infeksiyaları (məsələn, pielonefrit və s.) və ya nevroz (əgər əvvəldən yox idisə) xəstəliyi də (bəzən müalicəsinin psixiatr tərəfindən aparılmasını tələb edən) inkişaf edə bilər.

Məqalə müəllifi: Əkbərzadə Təhminə(Narınc könüllü qrupunun üzvü)

Go Back

HAMİLƏLİKDƏ STRESSLƏ MÜBARİZƏ APARMAQ

İnsanın qarşılaşdığı narahat edən hallara fiziki və psixi olaraq verdiyi reaksiyaların hamısı stressin tərifinə daxildir. Stress bədənin uyğun formada işləməsinə mane olur və psixi pozuntulara səbəb olur. Bədənin işləmə ahəngini və psixi strukturunu pozan bir çox stress mənbəyi vardır. Ölüm, xəstəliklər, təbii fəlakətlər, iş yerində qarşılaşılan problemlər, maddi sıxıntılar və s. Stress mənbələrindən biri də hamiləlikdir. Bədənin hamiləliklə bağlı stressə girməsi, bədənin daha öncə qarşılaşmadığı bir vəziyyətlə-hamiləliklə bədən quruluşunun pozulduğunu qavraması və bədənin bu dəyişikliyə reaksiya verməsi hamiləlikdə stressin başlanğıcıdır.

Maddi problemlər, münasibətlərdəki problemlər, cinsi problemlər, ətrafla yaşanan problemlər, həyat yoldaşı və onun ailəsi ilə bağlı problemlər, ailədaxili şiddət, işsizlik, daha əvvəl yaşanmış uşaq ölümləri, anada baş verən qanaxmalar, istənilməyən hamiləlik, hamiləlikdə meydana gələn və hamiləliyi sonlandırma ehtimalı olan xəstəliklər, hamiləliklə bağlı gözləntilərin təmin edici olmaması, doğuşla bağlı qorxular və s. hamilələrdə stressə səbəb olur. Bu faktorların ortaya çıxması ilə bağlı hamilələrdə  stress əlamətləri ortaya çıxır. Hamiləlikdə stress əlamətlərinin ortaya çıxması ilə birlikdə mütləq stressin öhdəsindən gəlmək üçün tədbir görmək lazımdır.

Hamiləlikdə stresslə mübarizə aparmaq ana və uşağı üçün çox önəmlidir. Çünki, stresslə mübarizə edilmədikdə erkən doğum, uşağın düşməsi, uşağın inkişafında geriləmə, sonrakı yaşlarda psixoloji problemlərə meyilli olma kimi problemlər yaranır.

Hamiləlikdə stresslə mübarizə aparmaq üçün:

  • Ana hamiləlik dövrünə girdiyini və daha fərqli bir həyatın olacağını qəbul etməlidir.
  • Adi vaxtlarda etdiyi fəaliyyətləri artıq edə bilməyəcəyini bilməlidir.
  • Fəaliyyətləri müəyyənləşdirmək və buna uyğun davranmaq, nizamlı yemək, idman etmək lazımdır.
  • Nəzarət etmə istəyini bir kənara qoymalı və hadisələrin öz axarında getməsinə icazə verməlidir.
  • Hamiləliklə bağlı hərkəs hərşeyi deyə bilər və sizdən də onlara əməl etməyinizi gözləyər. Deyilən hər şeyin düzgün olmadığı və ən doğrusunun həkim tərəfindən deyilənlər olduğunu unutmamalıdır.
  • Həyat yoldaşı və onun ailəsi, yaxın ətrafı ilə yaxın münasibət qurmalıdır.
  • Ana ilə yanaşı, kişi də hamiləliklə bağlı stress yaşaya bilər. Qadın həyat yoldaşına qarşı anlayışlı olmalıdır.
  • Hamiləliklə bağlı ətrafdan eşidilən məlumatlara etibar etməməli və mütləq doğru məlumatlar əldə etmək lazımdırsa mütəxəssisə yardımı alınmalıdır.
  • Rahat bir hamiləlik üçün nəfəs gimnastikası, rahatlama gimnastikası edilməlidir.
  • Hamiləlik emosiyaların eniş-çıxışlarının baş verdiyi dövrdür. Buna görə də baş verə biləcək emosional dəyişikliklərə hazır olmaq lazımdır.
  • Ən vacibi, əgər, hamiləliklə bağlı həddən artıq stresslisinizsə, problemlərin öhdəsindən gələ bilməyəcəyinizi düşünürsüzsə mütləq  psixoloqdan yardım almalısınız.
  • Tərcümə etdi: Fatimə Qəhrəmanova(Narınc könüllü qrupunun üzvü)

Go Back

Antisosial şəxsiyyət, yoxsa asosial

Cəmiyyət həyatında fəal iştirak edən, fəaliyyət və ünsiyyətdə formalaşan, sosial keyfiyyətləri özündə əks etdirən sosial varlığa şəxsiyyət deyilir. İnsan bioloji varlıq, fərd, fərdiyyət mərhələlərini keçərək yetkinləşir və son nəticədə yetkin şəxsiyyət kimi formalaşır. Həmin şəxsiyyətin formalaşması prosesinə təsir edən faktorların roluna və onların xarakterinə görə bioloji, sosioloji , biososioloji nəzəriyyələr əmələ gəlmiş və onların hər biri şəxsiyyəti fərqli aspektdə xarakterizə etmişlər.

Yetkin şəxsiyyət dedikdə, əxlaqi- mənəvi dəyərlərə sahib olan, yaşadığı cəmiyyətin, sosial mühitin insanlıq və vətəndaşlıq hüquq və dəyərlərini tanıyan, ona əməl edən, etdiyi və edəcəyi hərəkətlərinə görə məsuliyyət daşıyan insan nəzərdə tutulur. Elmi ədəbiyyatlarda şüuru yerində olan hər cür mövqe və statusa malik insana şəxsiyyət kimi yanaşılır. Hazırda yetkin şəxsiyyətin psixopatiyası ilə maraqlı və rəngarəng faktlar mövcuddur. Patiya – pozuntu deməkdir ki, burada yetkin şəxsiyyət pozuntuları nəzərdə tutular. Bu pozuntuların təsnifatı ilə bağlı müxtəlif nəzəriyyələr mövcudddur. Ancaq ən optimal təsnifat Qannuşkinə məxsusdur. Qannuşkin yetkin şəxsiyyət pozuntularının diaqnostikasında 3 amili fərqləndirirdi ki, buraya aiddir:

1. Xarakterlə bağlı total pozuntular

2. Həyat boyu onların az dəyişkən və davamlılığı

3. İctimai adaptasiyanın dəyişməsi

Yetkin şəxsiyyət pozuntularına daxildir:

1. Paranoid

2. Şizoid

3. İsterik şəxsiyyət pozuntusu

4. Emosional davamsız və affektiv tip şəxsiyyət pozuntusu

5. Anankastik tip şəxsiyyət pozuntusu

6. Borderline şəxsiyyət pozuntusu

7. Narsistik şəxsiyyət pozuntusu

8. Asılı şəxsiyyət pozuntusu və s.

Yetkin şəxsiyyət pozuntularından biri də antisosial şəxsiyyət pozuntusudur ki, onların xarakterik əlamətləri aşağıdakılardır:

1. Başqalarına qarşı istək və məhəbbət hissi yaratmaq qabiliyyətindən uzaq olurlar.

2. Gözlənilməz (qəfil) hərəkətlərə meyilli olmaq

3. Günahkarlıq hissinin olmaması

4. Etdiyi neqativ hərəkətlərə görə peşmançılıq hissi duymurlar

Onun simptomları 15 yaşdan əvvəl təzahür etməyə başlayır. Yaranmasına ailə tipləri, kəllə-beyin travmaları, travmatik yaşantılar səbəb olur. Onlar cəmiyyətə əks-mövqedə durur, qayda-qanunlara tabe olmurlar, iş yoldaşlarını, ailə üzvlərini alçaltmaqla sanki həzz alırlar. Başqaları onlara fayda verdiyi müddətədək lazımlıdılar, özlərini xəstə hesab etmir, dünyanı təhlükə və xəyal qırıqlığı ilə dolu bir yer kimi görürlər. Onlara əxlaqsız, mədəniyyətsiz kimi deyil, xəstə kimi yanaşmaq lazımdır.Antisosiallar başqalarını manipulyasiya edir, qaydalara ona görə əməl etmirlər ki, onları özləri üçün etibarsız sayırlar. Onların müstəqilliyi özünəinamdan deyil, başqalarına etibarsızlıq və inamsızlıqdan qaynaqlanır. Başqalarının nə yaşadığı, nə hiss etdiyi onlara maraqlı deyil, empatiya hissindən uzaq olurlar. Beləliklə, bu davranışla özlərini təhkükələrdən sığortalayırlar.

Asosial davrananlar cəmiyyətə, mühitə adaptasiya problemi yaşayırlar. Onlar adaptasiya olmağı istəyirlər, ancaq daxili və xarici maneələri dəf edib, buna nail olmaqda çətinlik çəkirlər.

Antisosial şəxsiyyət problemin səbəbini başqalarında görüb, onları ittiham edirsə, məsuliyyətdən boyun qaçırırsa, korreksiya müddəti uzanacaqdır. Onları alkoqol, narkotik və asılılıq yaradan maddələrdən uzaq tutulmaq lazımdır. Çünki, onlar antisosial davranışı inkişaf etdirir. Müalicədə birbaşa farmakoloji vasitə yuxdur ki, istifadə edilsin. Antisosial davranış vaxtında korreksiya edilməlidir.

Məqalə müəllifi:İbadova Mətanət (Narınc könüllü qrupunun üzvü)

   Azərbaycan Dövlət Pedaqoji Universiteti,3-cü kurs tələbəsi 

Go Back

AİLƏ MÜNASİBƏTLƏRİNDƏ QADIN VƏ KİŞİ BƏRABƏRLİYİ – HƏR BƏRABƏRLİK TARAZLIQ DEYİL….

Bərabərlik tarazlıqdır. Bəs görəsən bu tarazlıq həmişə lazımdırmı? Mən deyərdim, yox. Ehtiyac yoxdur hər mövzuda ta`raz olmağa. Əgər məsələ qadın-kişi bərabərliyindən gedirsə, mən bu bərabərliyi inkar edərdim. Bəlkə də düşüncəm çoxları tərəfindən qınaq obyektinə çevriləcək. Axı biz gender bərabərliyini əlində rəhbər tutub ona heç cür nail ola bilməyən cəmiyyətdə yaşayırıq. Bəlkə də başqa bir ölkədə yaşamış olsaydım mən də qadın – kişi bərabərliyinin tərəfdarı olardım. Amma nə etmək olar ki,qaçılması mümkün olmayan reallıqlar var və biz onlarla barışmalıyıq. Əslində düşüncələrimizlə bu reallığı dəyişdirə bilərik, amma bu gün bunu lazım hesab etmirəm. Azərbaycan ailələrindəki münaqişələrin kökünə getsək görərik ki, problem qadınların ailədə kişiylə bərabər mövqeydə durmasını tələb etməsiylə başlayır. Baxın, hər bir məsələnin kökü necə araşdırılır- uşaqlıq həyatını analiz etməklə. Yaxşı bəs uşaq olarkən necə böyüyürük?- qardaş bacı olaraq eyni psixoloji davranış və yanaşma ilə böyüdülürük? Birmənalı yox. Əgər oğlan uşağı evə axşam saat 12-də rahatlıqla gələ bilirsə, bu qız övladı üçün mümükünsüzdür. Əgər oğlan uşağının ixtisas seçiminə gələndə,  “oğlandı, nə iş olsa edə bilər” deyilirsə, qız övladı üçün bu məsələyə çox həssaslıqla yanaşılır. Oğlan ailə qurdu və sabah ayrıldısa gələcəkdə rahatlıqla yenidən evlənə bilər, bəs bu qadınlar üçün necədir? Nəyinki ailə qurmuş, hətta nişanı geri qayıtmış qızı belə hər ailə qəbul etmir. Acınacaqlı olsa da bu belədir. Yaxşı, kütlə psixologiyamız bunu deyirsə biz bu kütlə içində necə bərabərlik tələb edə bilərik? Hər bir oğlan gözünü açandan qadın-kişi arasındakı fərqli vəzifə və davranışları müşahidə edir, ona görə də ailə qurduqdan sonra qarşısındakı qadın onunla bərabər hüquqları tələb edəndə problem yaranır. Bu mövzudakı fikirlərim çox hallarda xoş qarşılanmır, amma xoş münasibətdənsə real münasibəti seçərdim. Qadınlar, “qadın-kişi hüquqları bərabərdi” deyib, evdə idarəçiliyə sahib olmaq istəyirlər. Bunu yalnış hesab edirəm, qadın və kişinin fərqli psixologiyası var, oxuduqlarımdan gəldiyim qənaət budur ki, idarəçilik kişiyə məxsusdur. Mən o ailələri daha xoşbəxt hesab edirəm ki, orda qadın yox, kişi idarəedici mövqeydə çıxış edir. Bəli, razılaşıram, qadınlar da işləyə bilər, karyera qura bilər, amma zənnimcə bu o demək deyil ki, qadın ailədə rəhbər ola bilər. Ailədə ortaq mövqeylər var, qadın-kişi, ata-ana bu obrazların fəaliyyəti ailəni ayaqda saxlamağa köklənir, hər ikisi ailəyə, uşağın tərbiyəsinə xidmət edir. Ən doğrusu bu olar ki, qadın kişinin, kişi isə qadının ailədə hansı məsələdə daha üstün hüquqa sahib olduğunu qəbul etsin və o mövqeyə hörmətlə yanaşsın. Məsələn, ailənin emosional mühitində ananın rolu daha çoxdur, yoxsa atanın? – Əlbəttə ki ANAnın. Bunu ata qəbul etməlidir. Uşağın əhval ruhiyyəsinə Ananın əhvalı daha çox təsir edir, yoxsa atanın?- ANAnın. Burda ananın mövqeyini daha üstün tuturuq. Bəs bərabərlik?! Məsələ bərabər mövqeydə olmaq deyil, olduğun mövqeyi layiqli təmsil etməkdir. Mən yazımla kişilərin mövqeyini üstün hesab etmirəm, sadəcə tərəzinin gözünün məqamlardan asılı olaraq enib-qalxdığını düşünürəm. O ki, qaldı qadınlara, onlar ANA adını daşıyırlar, bunun özüdür ən üstün mövqey……..

                                 Sevinc Abuşova

Narınc Uşaq Psixologiya Mərkəzinin “Təhsil və tədqiqat” şöbəsinin mütəxəssisi

Go Back

Adel Sindromu-sevgi xəstəliyi

Adel sindromu öz adını məşhur fransız yazıçısı Viktor Hüqonun qızı Adelin adından götürüb.O qeyri adi sevgisi ilə tarixə düşmüş qadınlardan biridir.Adel ailədə beşinci uşaq olub.O,çox gözəl qadın və istedadlı pianoçu idi.Lakin onun psixi sağlamlığı get gedə zəifləyirdi.1843-cü ildə böyük bacısı, 19 yaşlı Leopoldinanın ölümü ona ciddi təsir edir.1852-ci ildə Adel atasının ardınca Hernsi adasına gedir.Orada da ciddi depressiya yaşayan qızın vəziyyəti gün-gündən pisləşir.1858-ci ildə Fransaya qayıdır ki, müalicə alsın.Adel çox gözəl və istedadlı qadın idi və ona uzanan kişi əllərindən bir mənalı olaraq imtina edirdi,özünü sevgidən uzaq hesab edirdi.1861-ci ildə Adel Pinson adında bir zabitlə tanış olur və zaman keçdikcə başa düşür ki Pinson onun həyatının sevgisidir.Lakin Pinson onunla ciddi düşünmür və zaman keçdikcə Adelin hədsiz sevgisi onu bezdirir,buna görə də Adeldən ayrılır.Lakin Adel bunu qəbul edə bilmir,Pinsonun izine düşür evinə yaxın ev tutur qalır,hətta Pinsonun borclarını belə ödəyir,Pinson isə evlənir ailə uşaq sahibi də olur,lakin Adel hələdə zabitin onu sevdiyinə inanır,ondan əl çəkmir.Sonunda isə Adel tamamilə müflisləşəndən sonra onu bir nəfər Fransaya aparır.Atası onu ruhi xəstəxanaya yerləşdirir.Adel ömrünün sonuna kimi həmin xəstəxanada qalır.Adel sindromu tibbdə geniş tanınmır,lakin tez-tez platonik , dəlicəsinə sevgi hadisələrindən danışılarkən istifadə edilən termindir.

Hamımız hardasa belə sevgi yaşayan insanlarla qarşılaşmışıq.Belə sevgi realda gerçekləşməyən lakin xəyallarda davam edən sevgidir.Adel sindromu illər boyu sürə bilən bir xəstəlikdir,bu sindromun əlamətləri 100 adamdan 90-ında özünü müəyyən formalarda ortaya çıxarır. Adel sindromlu insanlar psixoloji durumlarına nəzarət etməkdə çətinlik çəkirlər.Realda deyil də xəyalda yaşayırlar sankı. Adel sindromu yaşayan insanlar gecələri narahat yatır, sevdikləri insanı yuxuda ən azı 2 dəfə görürlər.Həyatla əlaqələrini kəsirlər,telefonlara cavab vermirlər,məktubları cavabsız qoyurlar,hətta zamanla əmək qabiliyyətlərini belə itirirlər. Bu sindromlu insanların dilinin hər kəlməsində sevdiyi insanın adı olur,hər yerdə hamıya onun haqqında danışır.Bir müddət sonra isə xəstə hətta Eyforiyaya qapılır “O məni sevir,heç belə sevgiyə cavabsız qalmaq olarmı?” kimi fikirlərə qapılırlar. Sevdiyi insana aid hər şeyi yığıb saxlamağa başlayır, məktubları, e-mailləri,mesajları,biletləri və s. Onlar sevgidə aktiv partnyor sayılırlar.

Adel sindromu zaman keçdikcə bəzən sindrom olmaqdan çıxır,insanı xəstəliyə düçar edir. Xəstə sevgiyə o qədər inanırki, zaman keçdikcə özünə baxmağı da unudur.Adel sindromuna ümumiyyətlə demək olar ki çox vaxt çox gözəl, baxımlı və cəlbedici xanımlar tutulur.

Adel sindromlu insanlara bu sindromdan yaxa qurtara bilənə qədər həmişə dəstək olunmalıdır. Lakin bunu edərkən iş təkcə yardım edənə deyil, sindrom qurbanının da üzərinə düşür. Belə ki xəstə deyilənlərə əməl etməlidir. Bu sindrom qurbanlarına izah etmək lazımdır ki, sevdikləri insan haqqında düşünməyə az zaman ayırsınlar.Özlərinə bir məşğuliyyət tapsınlar.Məsələn,yoqa ilə məşğul ola bilərlər,velosiped sürə bilərlər.Dostları ilə görüş təşkil edib zamanlarını dəyərləndirə bilərlər.Hətta alınmasa müxtəlif dil kurslarına belə gedə bilərlər,yeni tanışlıqlar edə bilərlər.Əgər gecələr uzanarkən tavana baxanda sevdiyi insan ağlına gəlirsə,onu xatırlayırsa uzanmaq şəklini dəyişə bilərlər.Əgər pəncərə önündə durarkən sevdiyi insanı düşünürsə,bu zaman pəncərəyə yaxın getməməsi daha məqsədəuyğundur.Sevdiyi insanla əlaqəsi olan insanlardan uzaq durmalı,onlarla ünsiyyətdən qaçmalı,sevgi musiqilərini dinləməməli,vaxtilə onunla getdiyi məkanlara getməyib,daha fərqli ,gözəl məkanlar tapmalıdırlar.Özlərinə zaman ayırıb yeni fərqliliklər etməli,(əgər qadındır)saclarını kəsə,yaxud rəgliyə bilərlər,idman zallarına yazılıb vaxtlarını dəyərləndirə bilərlər.Xarici ölkələrə səyahət edə bilərlər. Hətta özlərinə kitabça tutaraq sevdiyi insanın pis və xoşagəlməz əməllərini,xasiyyətlərini həmin kitabçaya yaza bilərlər.Belə dəyişikliklər Adel sindromlu insanlara müsbət təsir edəcək və hətta onları bu sindromdan çıxara biləcək.Amma hər Adel sindromu qurbanında bu dəyişikliklər alınmır və bu zaman müsbət nəticəni də gözləmək mümkünsüz olur.Ona görə də belə hallarda sindrom qurbanları mütləq  psixoloqa müraciət edərək mütəxəssiz köməyi almalıdırlar.Ancaq bəzən sindrom daşıyıcıları buna belə gecikirlər və artıq iş-işdən keçmiş olur.Qeyd etmək lazımdır ki, sadaladığımız dəyişikləri bir adel sindromlu edirsə deməli hələ özünü idarə edə bilir və hərşeyi bərpa etmək üçün mübarizə aparır.Lakin etmirsə bu zaman bu sindrom daha da şiddətlənir, artıq onlar nə dəyişiklik, nə də psixoloji dəstəy belə istəmirlər,həyatla əlaqələrini kəsirlər,ancaq xəyal dünyalarında ruhi vəziyyətləri gərgin halda yaşamağa davam edirlər. Ona görə də bu sindromun ağır daşıyıcıları özlərini ruhi dispanserdə tapırlar. Ona görə də bu xəstəliyin ilk simptomları ortaya çıxan kimi psixoloqa müraciət etmək lazımdır,əks halda isə acı nəticələrlə üz-üzə qala bilərlər.

Məqalə müəllifi:Bəyimxanım Osmanlı (Narınc könüllü qrupunun üzvü )

Go Back

Davranış pozuntusu, yoxsa qüsurlu tərbiyə

Ontogenetik inkişafda hər yaş dövrünün spesifik davranış formaları və xarakteristikaları var. Uşaqlarda tədricən yaşa uyğun fərqli davranış formaları təzahür edir. Uşağın davranışı ilə ailənin tələbləri arasında paradoks yaranır ki, buda ailədə əsəbi psixoloji mühit, konfliktə səbəb olur. Bəzi ailələr isə anomal davranışı ərköyünlük kimi qiymətləndirir və “uşaqdır” böyüyəndə düzələr deyib həssas münasibət göstərmirlər. Bu isə şəxsiyyət və onun komponentlərinin inkişafındakı problemlərin dərinləşməsinə səbəb olur.

Davranış pozuntusu uşaqların psixofizioloji amillərlə şətrlənən daxili qarşıdurmaların davranışa köçürülməsi nıticəsində yaranır. Bunlara aiddir: Aqressivlik, təcavüzkarlıq, yalan, oğurluq, inadçılıq, söyüş, dırnağını, saçını yemək və s. Bu simptomların davranış pozuntusu sayılması üçün aşağıdakı meyarlara uyğun gəlməlidir:

1.Yaşa uyğunluq-hər yaşın öz davranış forması var,ondan kənara çıxmaq davranış pozuntusudur. Yalan danışmaq 3-5yaş üçün normaldırsa, 11-14 yaş üçün artıq davranış pozuntusudur.

2.Sıxlıq-5 yaşlı uşaqda hirs təbidir, başqasına fiziki zərər vurarsa, bu davranış pozuntusudur.

3.Davamiyyətlilik- pozuntunun simptomları nə qədər müddətdə baş verir.

4.Cinsəl rol gözləmələri-təcavüzkarlıq qismən oğlanlara xas davranış olsada, qızlarda da təzahür edərsə, bu davranış pozuntusudur.

Davranış pozuntusunun motivlərinə daxildir:

-Diqqət çəkmək. Uşaqlar lazımı sevgi, qayğı, diqqət görməyəndə belə davranır və sanki “mən” də varam demək istəyirlər.

-İntiqam almaq istəyi. Şiddət görən, sevgi məhrumiyyəti ilə avtoritar tip ailələrdə böyüyən uşaqlar üsyankar hərəkətlərlə yaşadıqlarının intiqamını alırlar

-Çatışmazlıq. Uşaq özünə inanmır, özünü reallaşdırmağa belə cəhd etmir. Çünki, ailə onun əvəzinə lazım olan hər şeyi edir. Bu tip davranış pozuntusu demokratik ailələrdə böyüyən uşaqlarda daha çox təzahür edir.

Bəs davranış pozuntusu olan uşağa necə yanaşılmalıdır?

1.Qarşılıqlı hörmət. Hər uşaq şəxsiyyətdir, onu döymək, susdurmaq,”uşaqdır” deyərək əsassız davranmaq yolverilməz hərəkətlərdir. Valideynlər uşağın fikrinə hörmətlə yanaşmalı, qəbul etmədiyi hərəkətlərin səbəbini izah etməlidir.

2.Uşağa zaman ayırmaq. Bəzi valideynlər sosial təminata önəm verib, mənəvi boşluqlara diqqət etmirlər. Valideyinlərlə, xüsusilə ata ilə emosional kontakt uşaqlar üçün önəmlidir.

3.Cəsarətləndirmək. Uşağın özünə güvənməsində öncə valideyinlər ona güvənməyi öyrənməlidilər. “sən bacaracaqsan, sənə inanıram”-tipli cümlələr onları həvəsləndirməli, gələcək uğurlarında stimul mənbəyinə çevrilməlidir.

4.Sevgini izah etmək. Uşaq ailədə sevildiyindən əmin olduqda özünü təhlükəsiz və güvəndə hiss edir. Odur ki, uşağa əyani olaraq sevildiyini hiss etdirmək lazımdı.

Davranış pozuntularına tərbiyədəki qüsurlarda səbəb olur. Tərbiyəyə ailə tipindən asılı olaraq yanaşma fərqlidir. Ailə uşağa özünü aktuallaşdırmağa şərait yaratmalıdır. Ailə tipindən asılı olmayaraq tərbiyədə vahidlik prinsipinə əməl olunmalıdır. Əks-təqdirdə uşaq kimə inanıb , necə hərəkət edəcəyini bilmir. Bu isə uşağın davranışında pozuntuya, manipulyativ hərəkətlərə səbəb olur. Belə ki, uşaq valideynlərin cəza və qadağalarından nənə-babaya sığınır və əksinə. Bu isə uşaqda ərköyünküyə, davranış pozuntusuna, ailədaxili konfliktlərə səbəb olur.

Tərbiyədə cəza və rəğbətləndirmə metodlarından da istifadə edilməlidir. Cəza edilən davranışa uyğun olmalı, səbəbi izah olunmalıdır. Fiziki cəzadan çəkinməli, emosional cəza yaşa müvafiq olmalıdır. Həmçinin uşaq xoş əməllərinə görə mükafatlandırılmalı, tərifləndirilməlidir ki, bu uşaqda müsbət motivasiyalı davranışı da formalaşdıracaqdır. Uşaqla davranışda tələb və hörmət uzlaşdırılmalı, tələb yaşa uyğun olmalıdır.

   Məqalə müəllifi:İbadova Mətanət (Narınc könüllü qrupunun üzvü)

   Azərbaycan Dövlət Pedaqoji Universiteti,3-cü kurs tələbəsi 

Go Back

Hidrosefaliyanın psixi inkişafda rolu

Hidrosefaliya uşaqlarda rast gəlinən və onların psixi inkişafına mane olan xəstəliklərdəndir. Hidrosefaliya yunanca” hidro”- su, “sefalon”-baş sözlərinin birləşməsindən yaranmış və başın ölçülərinin normadan artıq böyüməsi ilə nəticələnən xəstəlikdir. Beynimizin içində bir-biri ilə təmasda olan boşluqlar vardır. Bu boşluqlardakı şəffaf maye beyini yan təsirlərdən qoruyur. Beyin onurğa mayesi adlanan bu maye qan dövranı kimi özünün dövr etdiyi yolları vardır. Bu yolların hər hansı bir nöqtəsində zəifləmə olarsa, yəni tutulma, mayenin sorulması və s. Problemlər qeyd edilərsə, nəticədə hidrosefaliya xəstəliyi əmələ gəlir. Tutulmalara isə kəllə travması, infeksiya və ya şiş səbəb ola bilər

Hidrosefaliya anadangəlmə və sonradan qazanılmış olur. Anadangəlmə hidrosefaliya bir sıra xəstəliklər ilə bərabər yaranır. Digər faktor 3 səbəblə bağlı ola bilər:

1. BOM-un həddən artıq istehsalıdır ki, bu beyində şişə səbəb olur.

2. BOM-un keçdiyi yollardan biri tutula bilər ki, buna səbəb isə infeksiyalar, travmalarla bağlı qanaxmalardır.

3. BOM-un sorulma prosesində pozuntu ola bilər.

Hidrosefaliyanın simptomları:

-əvvəl ətraflarda böyümə, kəllə daxili təzyiqin artması , baş ağrıları

-əmgəkdə genişlənmə və gərginlik. Uşaqlarda ürəkbulanma, qusma və nəticədə çəkidə azalma, kilo itkisi də əmələ gəlir.

-incə və kəskin bir səslə ağlama, cüt görmə halları baş verir.

-başdakı damarların görünməsi, narahatlıq, tarazlığın itməsi problemi.

-görmə qüsurları, gözlər yuxarıya doğru qalxa bilmir.

-nitq və yerimə problemi.

Körpələrdə kəllə-beyin tikişləri açıq olur ki, surətlə böyüyən beyin bu tikişləri sanki aralayır. Uşaqlarda əmgək 1 yaşınadək bağlanmalıdır. Hidrosefaliyada isə əmgək 3 yaşadək bağlanmır. Bu uşaqlarda kəllə sümükləri nazilir, alın

qeyri- mütənasib və qabarıq olur, üzündə damar toru yaranır. Həmçinin uşaqlarda epileptik qıcolmalar, sidiyi saxlaya bilmir, boyatmanın ləngiməsi, piylənmə, cinsiyyətdə erkən inkişaf etmə halları və s. Olur. Uşaqlarda psixomotor ləngimə-başlarını düz tuta bilmir, oturmur, yerimir, çox passiv olurlar, səbəbsiz ağlayırlar.

Psixi inkişafın əsasını ali psixi funksiyalar, yəni duyğu, qavrayış diqqət, hafizə, təfəkkür, nitq, təxəyyül təşkil edir. Onlarında hər biri beyin tərəfindən idarə olunur. Hidrosefaliyalı uşaqlarda BOM-un sorulması prosesi zəif olur, maye beyində toplanır və buradakı sinirlərdə sıxılmaya səbəb olur. Nəticədə təzyiq əmələ gəlir və beyin öz funksiyalarını tənzimləyə bilmir, PİL simptomlar da yaranır. Belə ki, məkan, zaman qavrayışında pozulmalar, təfəkkürdə assosasiya qırıqlıqları,” boş verbalizm “ halları , fikirlərdə məntiqi əlaqələrin olmaması və s. Hallar baş verir. Hətta ağır hallada hafizədə yaddaş pozuntuları da əmələ gələ bilər.

Müalicəsində kəllədaxili təzyiq olmadıqda başlanğıc dövrlərdə konservativ müalicə(dərman müalicəsi) təyin edilə bilər. Ancaq ən optimal metod cərrahiyyə metodudur. Bu zaman silikon katetlər dərinin altına yerləşdirilir, maye qarın boşluğuna yönləndirilir və burada sorulur.

Ancaq cərrahiyyə əməliyyatı vaxtında aparılmalıdır. Çünki, beyin sürətlə böyüyür, simptomlar ağırlaşır və onları aradan qaldırmaq mürəkkəbləşir. Belə situasiyada əməliyyat olunsa da, beyin kiçilmir və gələcəkdə xarici görünüşdə disharmoniya əmələ gəlir ki, xəstələrdə bununla bağlı kompleks yaşayırlar. Ancaq vaxtında edilmiş müdaxilə nəticəsində uşaqlar normal həyata qayıda bilər, hətta bağçaya , məktəbə belə gedə bilərlər. Odur ki, xəstəlikdən şübhələndiyiniz andan, simptomlarla qarşılaşdığınız ilk andan mütəxəssisə müraciət edin . Bu da xəstəliyin korreksiyasına optimal şərait yaradacaqdır.

  Məqalə müəllifi:İbadova Mətanət (Narınc könüllü qrupunun üzvü)

  Azərbaycan Dövlət Pedaqoji Universiteti,3-cü kurs tələbəsi 

 

Go Back

Psixi inkişafda ləngimə, yoxsa pedaqoji baxımsızlıq

Ontogenetik inkişaf zamanı dil, din, irqi mənsubiyyət və cinsindən asılı olmayaraq insanlar müxtəlif yaş dövrlərindən keçməli olurlar. Hər yaş dövrünündə öz spesifik xüsusiyyətləri, davranış formaları vardır. Psixika isə bu xüsusiyyət və formalar əsasında formalaşaraq gerçək aləmin faktlarını, mexanizmləri təzahür etdirir.

İnsan psixikasının əsasını ali psixi funksiyalar, yəni duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq, təxəyyül təşkil edir. Bu ali psixi funksiyalar kompleks halda fərdin şəxsiyyətə çevrilməsinin baza əsaslarını təşkil edir və bunlarında hər biri orqanizmin dirijoru hesab edilən beyin tərəfindən idarə edilir. Həmçinin yeni mühitə adaptasiyanın, bir fəaliyyət növündən digərinə keçərkən də, insanın zamana və məkana bələdləşməsi prosesində də ali psixi funksiyalar tənzimləyici rol oynayır. Ancaq psixika düz xətt boyunca inkişaf etmir, onun da eniş, yoxuşları mövcuddur. Bu prosesi akselerasiya və reterdasiya terminləri ilə ifadə edirik. Psixikanın akselerasiyası zamanı psixi inkişafın göstəriciləri real yaş göstəriciləri olan xüsusiyyətləri qabaqlayır. Yəni uşaq 3 yaşındadır, ancaq 4 yaşa aid göstəriciləri təzahür etdirir. Reterdasiya zamanı isə psixi inkişafın ləngiməsi qeydə alınır. Belə ki, 6 yaşlı uşaqdır, anatomik-fizioloji quruluş da bunu təsdiqləyir, ancaq psixi göstəricilər 4-5 yaş mərhələsində qalıbdır. Qeyd etdiyimiz problem müasir dövrün ən geniş yayılmaqda olan məsələlərindəndir.

Yaranma səbəbləri müxtəlifdir və 3 qrupda fərqləndirilir :

1.Endogen amillər

2.Ekzogen amillər

3.İrsi faktorlar

Bütövlükdə, hamiləlik zamanı ananın keçirdiyi infeksion və başqa xəstəliklər, toksiki problemlər, mənfi resurslu qan faktoru, doğuş zamanı və doğuşdan sonrakı travmalar daha çox qeyd edilir.

İlk baxışda diqqət etdikdə uşaq bioloji yaşa müvafiq inkişaf edir, lakin psixoloji yaş bioloji yaşa çatıb onunla paralel addımlaya bilmir, hətta ondan geridə qalır. Odur ki, PİL uşaqlar öz həmyaşıdlarından daha az duyur, qavrayır, eşidir, diqqət edirlər.

Psixi inkişafda ləngimənin xüsusiyyətlərinə aiddir:

- Ətrafdakıların köməyi olmadan müstəqil iş görməkdə çətinlik çəkirlər.

- Məntiqsiz hərəkət edirlər, hərəkətlərdə koordinasiya pozulur.

- Topoloji, məkan və zaman anlayışlarını fərqləndirə bilmirlər.

- Diqqəti mərkəzləşdirə bilmir, diqqətin seçiciliyi, davamlılığı, paylanması da yaş gösrəricilərinə adekvat olmur.

- Təfəkkürdə analiz-sintez, ümumiləşdirmə , ümumiləşdirmə, müqayisə edib fərqləndirmədə də ciddi problemlər olur.

- İradi-emosional sferada, təxəyyüldə də qeyri- adekvatlıq olur.

- Təfəkkürdə qırıqlıq olur, hadisələr arasında əlaqə olmur.

- Hafizədə yaşa uyğun olmur: Bir neçə dəqiqə əvvəl deyilənləri yadda saxlayıb təkrarlamaqda çətinlik çəkirlər.

Bütün bunlar uşaqda adaptasiya və təşəbbüskarlığa mane olur.

PİL uşaqların hafizə və təfəkkürü səthi olur. Belə ki, uşaq nağıl danışarkən oraya süjet xəttinə aid olmayan əlavə süjetləri də daxil edir, suallara təhriflərlə cavab verir. Təfəkkürdə isə hökm, məfhum, əqli nəticələrdə qeyri-adekvatlıq olur, induksiya -deduksiya bacarıqları zəif olur.

Təfəkkürlə nitq sinxron əlaqədədirlər. Nitq üçün təfəkkür inkişaf etməli, məfhumlar formalaşmalıdır ki, uşaq da onu nitqində ifadə edə bilsin. Bəzən PİL uşaqlarda “ boş verbalizm” adlanan halda baş verir: Uşaq sadəcə danışır, amma danışığında heç bir məna olmur.

Beləliklə, qeyd etdiyimiz simptomlar üçün dəqiq diaqnoz qoyulmalı və ona uyğun korreksiya planı hazırlanmalıdır . Bu zaman psixoloq, pedaqoq, loqoped və ehtiyac olarsa, nevropatoloqla birgə kompleks iş aparılmalıdır. Bir çox hallarda beyində disfunksionallıq yaranır, yəni beyin ali psixi funksiyaları idarə edə bilmir , nəticədə uşaqların hissi və məntiqi idrakında ləngimələr əmələ gəlir.

PİL və əqli gerilik arasında fərqlər mövcuddur. PİL- də ali psixi funksiyaların inkişafı üçün baza mövcuddur, yalnız onu inkişaf etdirmək lazımdır. Əqli geriliyin dərəcəsindən asılı olaraq qeyd edilənləri buraya tədbiq etmək olmur. Onlar təlimə yatqın deyillər, xüsusilə ağır dərəcəlilər. Əgər vaxtında PİL korreksiya olunmazsa, əqli geriliyə keçə bilər.

Bəzən uşaqlarla məşğul olunmur və nəticədə pedaqoji baxımsızlıq dediyimiz hal baş verir ki, valideynlərin bir qismi bunu məktəbə qəbul zamanı problem kimi qəbul edirlər. Belə uşaqlarda inkişaf zənciri qırılır və onlar bilik, bacarıq, vərdiş kimi təlim ünsürlərini mənimsəyə bilmirlər.

Odur ki, onların təhsilinə bir müddət həssas yanaşılmalı və onlar inklüziv təhsilə yönləndirilməlidir.

Beləliklə, uşaq intellektual, şəxsiyyət, sosial baxımdan məktəbə hazır olmalıdır. Buraya kommunikativ keyfiyyətlərin uşaqda formalaşdırılmasıda aiddir. Çünki, PİL uşaqlarda məhsuldar ünsiyyət qabiliyyəti məhdud olur. Ancaq oyun və interaktiv təlim metodları ilə prosesi korreksiya etmək mümkündür. PİL uşaqlarla korreksiya işi uzunmüddətli, səbir tələb edən, həm də məsuliyyətli işdir. Çünki, son nəticədə gələcək nəsil yetişdirilir, onun sağlam olmasına çalışılır.

  Məqalə müəllifi:İbadova Mətanət (Narınc könüllü qrupunun üzvü)

    Azərbaycan Dövlət Pedaqoji Universiteti,3-cü kurs tələbəsi 

Go Back

Maraq və sevgi uşağa necə əks etdirilir?

Demək ki uşağa sevgi və qayğı göstərmək şərtdir. Sözə gəlincə hamımız sevirik amma göstərməyi bilmirik.  Uşaqlar dünyaya gəldikləri andan etibarən anaları dərin bir əlaqəyə girirlər və dünya dizaynları analarıyla qurduqları əlaqəylə formalaşır. Gözlərini dünya həyatına açmaları və ananın qucağına ilk almalarıyla birlikdə bağlanma prosesi başlayır.  Həyatımız boyu ən çox ehtiyacımız olan güvən duyğusu, qucağa alma, nəvazişini duymaq və əsas ehtiyaclarının ödənməsi formalaşdırılır. Bir körpə nə qədər çox qucaqda tutulursa, nə qədər çox dəri təması varsa o qədər təhlükəsizlikdə hiss edir özünü. Müxtəlif xəbərdarlıqların dövrəyə girməsi, xəbərdaredici çoxluğu uşağın zehni inkişaf prosesini inanılmaz səviyyədə təsir göstərir. Müxtəlif xəbərdarlıqlar almayan uşaqların zehni inkişaf prosesləri mənfi təsirlənir. Bir körpə nə qədər çox fərqli insan tərəfindən sevilərsə, toxunularsa, o qədər sürətli inkişaf edir.  Qısaca ifadə etmək lazım gələrsə, sevgi və maraq nə qədər çoxdursa körpə o qədər sağlam olar.

  Bəs sevgi və maraq necə göstərilir bilirsinizmi? 

Dərhal yazım. Əvvəlcə uşaq dünyaya gəldiyi andan etibarən onunla vaxt keçirmək fikrini beynimizə qoymalıyıq. "Xoş gəldin körpə" gülləri almaq əvəzinə "xoş gəldin körpə davranışları" nümayiş etdirməliyik. Yəni onu qucağımızda tutmalı, bağrımıza basmalı, dünyamıza iştirak etdiyi sərvətləri iliklərimizə qədər hiss edib ona əks etdirməliyik. Böyümə dövrü xüsusiyyətlərinə görə oyunlar oynamalıyıq. Danışmağa başlayanda və ya hərəkətə gəlib bizə davranışları, körpəsi həyəcanları bir şeylər izah etməyə çalışdıqda onların ruh yüksəkliyinə birgə olmalıyıq. 5 aylıq bir körpənin bizi görəndə keçirdiyi sevinc davranışlarının oxşarını biz də ona etməliyik. Jestləri mimikaları istifadə edərək onun hərəkətlərinə laqeyd qalmırıq etdirən sevimli şirim danışmalı davranışlar nümayiş etdirməliyik.

 Uşaqlarla müxtəlif səs tonları danışmalıyıq. Bəzən sevimli, bəzən səmimi, bəzən özümüz kimi bəzən qəribə səs çıxışları ilə ünsiyyət qurmalıyıq. Gözlərinin içinə baxaraq xoş sözlər deməliyik. Üzdəki hər əzələ hərəkətini gördüklərini nəzərə alaraq, mimikalarla ona müxtəlif xəbərdarlıq edənlər hədiyyə etməliyik.

 Oxuduğunuz bu yazını yazarkən 3,5 yaşlı qardaşım yanıma gəldi: "Mittap qapı açıq, ya qardaşım ağlasa başın qarışır, deysini keçir". Dedi və iri gözlərini açıb şirin şirin "qapı kapatıyım da rahat iş oldumu"? Deyə əlavə etdi. Ümumiyyətlə, davranışından anladığım tək mesaj "Gəl məni ye və ya bir az mıncıkla mənə vaxt ayır" duruşu. Dərhal yazını buraxdım dalınca qaçdım. Bir az mıncıkladım, öpdüm, qıdıqlayırdım və: "Ohhhhh mən benzini aldım. Kiçik qardaşımın yanaqlarından öpdüm. Artıq kimsə məni narahat etməz, yazı dərhal bitirirəm". Dedim. Mesajı doğru anladığımı təsdiq edən cümləni dedi və getdi: "Mən onsuz da səni gözləyirəm. Bax içəri oyuncaqlarımı hazırladım. Dərhal yaz gəl oldumu"? Bayılıram mən bu uşaq millətinə. O qədər şirin, o qədər gözəllər ki. Yeddi ərli İmamımız kimi hər kəsin anlayacağı dildə davranış göstərirlər. Yetər ki, biz onların davranışlarını oxumağı bilək.

  Demək ki uşağa sevgi və qayğı göstərmək şərtdir. Sözə gəlincə hamımız sevirik amma göstərməyi bilmirik.  Sevgi və maraq necə olarmış düz bir sözlə, xatırladaq, yoxsa? Vaxt ayıraraq. Onunla oyun oynayaraq. Birlikdə onun sevəcəyi bir şeylər edib. Söhbət edilib. Amma onların anladığı növdən kefli bebek/yetişkin söhbətləri, nəsihət edən söhbətlər deyil. Söylədiklərini qulaq asaraq. Demədiklərini belə hiss edərək və arxasından qaçıb mıncıkla-yaraq. Digər bütün işlərimizdən daha dəyərli olduğu hissini verərək. Evin altını üstünə gətirəndə, dağıtdı deyə bağırmaq əvəzinə, əslində, yaxşı bir tamaşa üçün təşkil etdiyinin fərqində olaraq. Oyun işimiz bitəndə məsuliyyət şüurunu əldə etsin deyə, birlikdə tullantı toplama seansları edərək.

 Heç çətin deyil heç, hətta dünyanın ən kefli işi uşaqlara sevgi və qayğı göstərmək. Göstərə, yol-üsul bilməyənlər üçün bir neçə fərdi dəstəklə işlərin yoluna girməsini təmin etmək mümkün.  Uşaqlarla yaxşı vaxt keçirən hər kəs bilir: Uşağı oynadarkən adam əslində özü stress atır. Uşağı xoşbəxt olsun deyə, onunla məşğul olarkən əslində özü dünyanın ən xoşbəxt adamı olur. İnanılır kimi deyil, ancaq uşaqla məşğul olmaq, yer üzündə cənnəti tapmaq kimidir.  Hər kəsə övladları vaxt keçirib, yer üzündəki cənnətini tapa gözəl günlər diləyərək, öz cənnətimə yelkən açmaq vaxtının gəldiyini anlayıram. Çünki dözə bitdi, şirin sifətli telli saçları qapının kənarından məni izləyir.

  Qardaşımın bu halı, əslində bir monitorinq vəziyyəti deyil. "Bitmədi mi deyərsən? Gəl gedək, səbrim tükənməyə başladı, oyun oynayaq artıq"! Demə davranışı!

   Tərcümə etdi: Əliyeva Şəbnəm (Narınc könüllü qrupunun üzvü )

Go Back

Psixoloqu yanlış tanıyanlar

Psixologiya elmi Avropa ölkələrində çox böyük bir maraqla qarşılanarkən, eyni marağı təəssüf ki, öz ölkəmizdə görə bilmirik.Cəmiyyətdə psixoloqlara qarşı formalaşmış yalnış mühakimələr vardır.

Dəli həkimi – Hələ də bele düşünənlər var.Hər psixoloqa gedənin dəli olduğunu düşünən bu insanların sayı az deyil.Bu insanlar heç də ancaq yaşlı nəslin nümayəndələri deyil, cavanlar arasında da bu fikir geniş yayılmışdır.

Cavab: Xeyr, psixoloqlar dəli həkimi deyildir.         

Dərman yazmamaq – Psixoloqlar dərman yazmazlar.Dərman yazmaq psixiatrların işidir.Psixoloqların bir çoxu psixoterapiya metodlarından istifadə edirlər.Bu mərhələdə pasiyentin üzərinə də böyük iş düşür.Belə olduqda bəzi insanlar ən xırda problemlərdə belə depressiyada olduqlarını düşünür və antidepresan qəbul etməyin mütləq olduğuna inanır.Psixoloq dərman yazmadıqda isə psixoterapiya metodlarını faydasız görür.

Cavab: Hər pis hiss edən insan depressiyada deyildir və antidepresan ən son həddə istifadə olunacaq metoddur.

“Qısa müddətdə hər şeyi həll etmə” gözləntisi – Bəlkə də ən çox rast gəlinən problemlərdən biri də budur.Psixoloqa gedən insan seansdan çıxdıqdan sonra bütün problemlərindən qurtulmuş olmağı gözləyir.Mövcud problemlərin 50 dəqiqədə yaranmadığını nəzərə alsaq, həlli də 50 dəqiqədə mümkün deyildir.

Cavab: Psixoloqların sehirli çubuğu yoxdur!

Dostum mənı yetər – Dostların verdiyi tövsiyələrlə “ ay Cəmilə, ürəyim açıldı, yaxşı ki varsan, psixoloq kimisən” deyən insanlar az deyildir.Belə insanlar psixoloqa getməyi lazımsız görür.Çünki “Cəmilə” vardır.

Cavab: Dostlar sadəcə sizə istədiyiniz cavabı verir, psixoloqlar isə sizi həqiqətlərlə üzləşdirir.

Psixoloqları yalnış tanımaq – Filmlərin təsiriylə çox insan psixoloqları “hmm hmm” deyə sadəcə dinləyən, vaxtın bitdiyi anda seansı bitirən, qarşısındakını ürəyində qınayan, çox varlı insanlar olaraq görür.

Cavab : Psixoloqlar sadəcə dinləməzlər, əsla qarşısındakı insanı qınamazlar.

Özəl həyatın aşkar olunması qorxusu – Bəzi insanlar psixoloqların onların özəl həyatını hər kəsə anlatdığını düşünür.Buna görə psixoloqa getmək qorxusu keçirir.Bu vəziyyət psixoloq etikasına tamamilə yaddır.

Cavab: Psixoloqlar dostunuz deyildir, ətrafda sizin dedi-qodunuzu etməzlər.

Bizi bizə göstərməsi – Bəlkə də ən çox narahat edən budur.Psixoloqa gedən insanlar özlərini kəşf edərlər.Heç bilmədikləri, fərqində olmadıqları tərəflərini görərlər.Terapiyalar insanı özüylə üzləşdirir.Bu vəziyyət bəzi insanlar üçün narahatlıq yaradır və buna görə də psixoloqdan qaçarlar.

Cavab: Bəli, psixoloqlar bizi bizə göstərir.

Pul itkisi – Bir çox insan psixoloqlara pul ödəmək yerinə problemlərini özü həlletməyə çalışır.O pulla da daha fərqli işlər görür.Ancaq bir müddət sonra problemlər daha da böyüyür və insan tək başına onların içindən çıxa bilmir.

Cavab: Bütün psixoloqların seansları bahalı deyildir, insan öz büdcəsinə uyğun bir psixoloqu araşdırıb tapa bilər.

Tərcümə etdi: Ülfət Abbaszadə( Narınc könüllü qrupunun üzvü)

Go Back

Dostluq qurmaqda çətinlik çəkən uşaqlar

Günümüz şərtlərində, anaların çoxu işləməkdədir. Bu səbəblə də uşaqların həyatı, sürətlə ev mühitinin və məhəllə mədəniyyətinin qoruyucu aurasından uzaqlaşır. 2-3 yaş bağçalarla başlayan ictimailəşmə mühiti, uşaq bağçası və digər məktəb mühitləriylə sürməkdədir. Beləcə uşaq daha sürətli bir şəkildə yaşıdlarıyla və qaydalarla tanışmaqdadır. Bu ictimailəşmə mühitləri uşağın inkişafı üçün də ehtiyacdır. Uşağı təbii mühitlərdə gözləmək lazımdır. Yəni uşağınız bağçadaykən ya da məktəbdə oyun oynayarkən onu ziyarət etməniz və müşahidə etməyiniz faydalıdır. Ancaq bu müşahidələri edərkən uşağınızın müəllimlər və təşkilat rəhbərliyiylə əməkdaşlıq etməniz da əhəmiyyətlidir. Ana atanın uşağı ilə nizamlı olaraq oyun oynaması lazımdır. Bu zaman diliminin həqiqətən uşağınıza fayda təmin etməsi üçün ağlınızla olduğu qədər ruhunuzla da uşağınızın yanında olmalısınız. Uşağıyla oynamağı vəzifə kimi qəbul edən valideynlərin yaxşı ünsiyyət qura bilmədiyi müşahidə edilir. Valideynlərin oyun sırasındakı müşahidələri bir çox mövzuda yol göstərir. Uşağın oyun oynayarkən sərgilədiyi tutumlardan yola çıxaraq yaşıdları ilə necə ünsiyyət qurduğu haqqında fikir əldə edə bilərsiniz. Altı yaş və sonrasında ana atanın uşağının yoldaşlarıyla ünsiyyət qurması da çox əhəmiyyətlidir. Amma ən əhəmiyyətlisi uşağınızı təsirli bir şəkildə dinləməkdir. Uşağınızı sevən bir yoldaşı, onun həyatında çox əhəmiyyətli vəziyyətlərin müsbət nəticələnməsini təmin edər. Bu səbəblə uşağınızın yaxın yoldaşlarını da təsirli bir şəkildə dinləyin. Onlarla isti əlaqələr qurmanızı təklif edərəm.

Uşaqların dostluq qurmaqda çətinlik çəkmələrinin səbəbləri nələrdir?

Yaşıdları ilə əlaqələr, yaşlara görə fərqlilik göstərir. Bu səbəblə zorlanma səbəbləri də fərqlilik göstərir. Amma təməldə uşağın yoldaş qazanabilməsi üçün ictimai bacarıqlara və ünsiyyət bacarıqlarına ehtiyacı vardır. Bunlara əlavə olaraq özünə güvənməsi və öz hörmətinin yüksək olması yoldaşlarıyla olan əlaqələrdə qarşılaşdığı problemləri həll etməyə etməyə imkan verir. Beləcə uşaq olduğu mühitlərdə özünü qəbul etdirər. Uşağın özünə inamlı olması üçün uşağa evdə də məsuliyyət verilməsi çox əhəmiyyətlidir. Evdə sərhədlərlə qarşılaşan bir uşaq ailə xaricində sərhədlərlə qarşılaşınca uyğunlaşmasız davranışlar sərgiləyə bilər. Ailə içində ana atanın və ya bir yaxınının arasındakı ünsiyyət şəklini model ala bilər. Qarşıdurmalarda həmişə bir tərəfin qazandığı bir evdə böyüyən bir uşaq, qazanmaq və ya itirmək üzrə davamlı müdafiəsi bir dil istifadə edə bilər. İnsanlarla yaxın əlaqə inkişaf etdirmədə yaxşı təcrübələrə sahib olmayan birisinin müsbət təcrübələri inkişaf etdirməsi üçün həqiqətən birinin köməyinə, anlayışına və şəfqətinə ehtiyacı vardır.

Ana atalar uşaqlarının dost qazanma problemlərində onlara necə kömək ola bilər?

Ana ata əvvəlcə uşaqla əlaqələrini nəzərdən keçirə bilər. Uşağıyla necə bir ünsiyyət dili istifadə edir, yoldaşlar necə bir ünsiyyət dili istifadə edir kimi ... Əmir vermək və öyüd-nəsihət vermək, qarşılıqlı ünsiyyət zamanı yaranan problemlərin böyük bir hissəsini təşkil edir. Xüsusilə uşaqların davranışlarını şərh qəlibləşmiş mühakimələrlə reaksiyalar veririk. Halbuki əhəmiyyətli olan davranışları, mühakimələri, duyğuları ayırabilməkdir. Ən əhəmiyyətlisi duyğuları bölüsə bilməkdir. Uşağınıza gündə neçə dəfə "et / etmə" deyirsiniz, nə sıxlıqla "bu gün səni xoşbəxt / bədbəxt edən şeylər nələr oldu?" Deyə soruşursunuz?

Uşaqların dost qazanma cəhdləri uğursuz olduğu zaman onları motivasiya etmək üçün nələr edilə bilər?

Uşaqların dost qazanmasinda fərdi xüsusiyyətləri də təsirlidir. Ağıllı, iş birlikçi, cana yaxın və digər uşaqların ehtiyaclarına həssas uşaq ictimai mühitdə daha asan qəbul görər. Bu vəziyyətdə öz yaxşı xüsusiyyətlərini fərq etdirəcək suallar soruşmaq uşağı gücləndirər. Eyni zamanda uşağın empati, nəzakət, ictimai uyğunlaşma və özünü məhdudiyyət hisslərini dəstəkləyib inkişaf etdirməsinə kömək edə bilər. Dost qazanmanın öyrənəbilən bir bacarıq olduğu uşağa deyilər.

Tərcümə etdi:Nigar Vahabzadə(Narınc könüllü qrupunun üzvü)

Go Back

Histerik şəxsiyyət pozğunluğu nədir?

Histerik şəxsiyyət pozğunluğu Amerikan Psixiatriya Birliyi tərəfindən ümumiyyətlə yetkinliyə ilk dövrlərində başlayan, həddindən artıq romantiklik və diqqət çəkmək, ətrafı tərəfindən təsdiq axtarış ehtiyacının yüksəkliyi ilə özünü müəyyən edən şəxsiyyət pozğunluğu olaraq təyin olunmuşdur. Narsistdən  fərqli olaraq mühitlərindəki əlaqələrinin hər dəqiqəsinə diqqət edərlər.

Histerik (Histirionik) şəxsiyyət pozğunluğu olan fərdləri ümumi olaraq belə təyin etmək mümkündür:

Görünüşlərinə əhəmiyyət verən, rəngli, ətraflarına qarşı müsbət təəssürat buraxmağa çalışan, diqqətləri üzərinə çəkmək istəyi və səyi olan, bu səbəbdən əlaqələrində təsirli tutumlar sərgiləyən, hadisələri olduğundan daha şişirdilmiş yaşayan çoxu zaman dramatizə edən, iş birliyi qurub tez yoldaş edinəbilən, lakin bir o qədər də özlərini tez rədd edilmiş hiss edən fərdlərdir. Həmin şəxslər duyğularını əlverişsiz və şişirdilmiş sərgiləyə bilər ,duyğularında ani dəyişmələr görülə bilər. Davamlı bir yenilik və həyəcan axtarışı içində ola bilərlər. Sıradan gündəlik hadisələr qarşısında sıxıntı yaşaya bilərlər.

Histerik Şəxsiyyət pozğunluğunda bu əlamətlər görülər:

· Davamlı təmin və ya təsdiq axtarışı.

· Duyğuların həddindən artıq göstərilərək dramatize edilməsi. Məsələn yeni tanış olduğu biriylə qucaqlaşmaq və ya ağrılı-acılı bir filmdə idarəsizcə ağlamaq.

· Tənqid və ya təqdir olunmağa qarşı həddindən artıq həssaslıq.

· Şəxsiyyətin ilə qürur duyma, dəyişməyə qarşı istəksizlik və hər hansı bir dəyişikliyi təhdid olaraq qəbul etmə.

· Əlverişsiz şəkildə təhrikedici davranış və ya görünüş sərgiləmək.

· Somatik əlamətləri istifadə edərək diqqəti üzərinə çəkməyə çalışmaq.

· Maraq mərkəzi olma ehtiyacı.

· Xəyal qırıqlıqlarına qarşı aşağı dözümlülük.

· Ani qərarlar almaq.

· Romantik halların sürətli dəyişməsi. Bu hallar başqalarına səthi və ya şişirdilmiş olaraq görünə bilər.

· Münasibətlərin gerçəkdə olduğundan daha içdən olması lazım olduğuna inanmaq.

Histerik Şəxsiyyət Pozğunluğu  olanlarda görülən düşüncə formaları:

İnsanların marağını çəkən biriyəm. Xoşbəxt ola bilmək üçün insanların marağının mənim üzərimdə olması lazımdır. İnsanlar mənə maraq göstərməzsə xoşbəxt ola bilmərəm. Hər kəs mənimlə maraqlanmalı.

İnsanlar məni əyləncəli biri olaraq tanımalı. Beləcə zəif yanlarımı fərq etməzlər.

Mən şişirdilmiş davranıb həddindən artığa qaçmadıqca  kimsə mənə maraq göstərmir. İnsanların məni görməməzlikdən gəlmələri qorxunc!

Duyğular və hisslər məntiqli düşünməkdən daha əhəmiyyətlidir.

Histerik Şəxsiyyət Pozğunluğu  aşağıdakılardan ən az beşinin varlığı ilə yetkinliyə erkən mərhələlərində başlayan, həddindən artıq romantiklik və davamlı onunla maraqlanılması səyi ilə davam edən bir pozğunluğudur.

1.Maraq mərkəzi olmadığı vəziyyətlərdə narahat olur.

2.Başqalarıyla olan qarşılıqlı təsiri çox vaxt əlverişsiz bir şəkildə cinsi istiqamətdən nizamedici ya da başdan çıxardıcı davranışlarla müəyyən.

3.Sürətli dəyişən və səthi qalan duyğular sərgiləyər.

4.Marağı üzərinə çəkmək üçün davamlı olaraq xarici görünüşünü istifadə edər.

5.Həddindən artıq bir səviyyədə başqalarına təsir etməyə istiqamətli bir danışma forması vardır.

6.Göstəriş edər, süni davranar və duyğularını həddindən artıq  şişirdərək göstərir.

7.Münasibətlərin normaldan çox daha çox yaxın və çox içdən, yaxın olmasını istər.

Histerik Şəxsiyyət Pozğunluğu olan fərdlər ümumiyyətlə əlaqələrində yaşadığı bəzi problemlər ya da başqa psixiatrik pozğunluqlar səbəbiylə mütəxəssis köməyi istəyərlər. Fərdi ya da qrup psixoterapisi və dərman müalicəsindən fayda görə bilərlər.

Tərcümə etdi :Bəyimxanım Osmanlı (Narınc könüllü qrupunun üzvü)

Go Back

Yeni uşağın gəlişinə hazırlıq

Bacısı və ya qardaşı olacağını öyrəndiyində bu naməlum vəziyyət qarşısında uşağın ağlında bir çox suallar yaranır və qarışıq duyğular yaşayır. Bu vaxt uşaq özünün artıq sevilmədiyini düşünə bilər. Ağlında suallar böyüyür və  bu problemə səbəb olan valideynlərinə acıqlanır. Ana-atasının sevgisini yoxlayır və onlardan asılı olduğunu öz davranışları ilə bildirməyə çalışır. Uşağın keçdiyi  bu proses körpə doğulduqdan sonra da davam edir, lakin, ana-atanın uşaqlara qarşı sərgilədiyi düzgün münasibətlə tezliklə aradan qalxır.

Uşağın bacı-qardaşını nə dərəcədə qəbul etməsi onun yaşı, ailənin uşağa münasibəti, uşağın öz şəxsi keyfiyyətləri kimi bir çox faktorlardan asılıdır.

Uşağı körpənin gəlişinə necə hazırlamaq olar?

Bu xəbəri özünüz verin. Övladınızı qarşınıza alaraq ailənizə yeni bir uşaq gələcəyini, bundan sonra dördünüzün çox xoşbəxt yaşayacağınızı bildirin. Uşaq hamiləlik, doğuş, uşaq dünyaya gəldikdən sonrakı dövrlərlə bağlı bir çox suallar verə bilər. Valideynlər bu sualları səbrlə cavablandırmalıdır. Həmçinin, evdə baş verəcək dəyişikliklər də uşağa izah olunmalıdır. Əgər, övladınız azyaşlıdırsa, ona mövzusu ailə sevgisi, bacı-qardaş sevgisi olan hekayələr danışaraq, bunun yaxşı bir şey olduğunu izah edə bilərsiniz. Bununla yanaşı, ətrafdakı digər  bacı-qardaşı olan uşaqlar nümunə göstərilə bilər.

Övladınızdan yeni bir uşaqla bağlı nə düşündüyünü soruşun, onun fikirlərini də önəmsədiyinizi hiss etdirin. Çox vaxt uşaqlar birlikdə oynaya biləcəkləri kiçik dostlarının olmasına sevinirlər. Birlikdə kitab oxuya, oynaya, əyləncəli vaxt keçirə bilərlər. Lakin, uşağı rahatlatmaq üçün “Onunla oyun oynayacaqsan” kimi cümlələr qurmayın. Çünki, uşaq doğulduqda onunla oyun oynaya biləcək vəziyyətdə olmadığını görəndə aldadıldığını düşünə bilər. Uşağın yalnış gözləntilərinin olmaması üçün bacı-qardaşının doğulanda çox kiçik olacağı, hələ ana südü ilə qidalanacağı, birlikdə oynaya bilmələri üçün bir müddət gözləməli olacağı bildirilməlidir.

Onu yeni uşağın gəlişi ilə bağlı hazırlıqlara daxil etmək fikirlərini dəyişdirəcəkdir. Yemək yedirərkən, altını təmizlərkən anasına kömək edə biləcəyini demək lazımdır. Adı, otağının rəngi, paltarları və s. seçilərkən uşağın fikri də alınmalıdır.

Əgər, övladınız yeni uşağın gəlişini heç cür qəbul etmək istəmirsə, uşaq psixoloquna müraciət edə bilərsiniz.

Tərcümə etdi: Fatimə Qəhrəmanova (Narınc könüllü qrupunun üzvü)

Go Back

20 nəticə göstərilir